Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

Zəlzələnin:
tektonik, vulkanik, eləcə də uçqun və bəndlərin yarılması nəticəsində 
meydana çıxan törəmə zəlzələ növləri, sualtı zəlzələ, habelə yerə meteorit düşməsi 
və ya planetimizin digər kosmik obyektlərlə toqquşması nəticəsində baş verən 
zəlzələ növləri olur. 


Tektonik 
zəlzələ daha tez-tez baş verir. Tektonik zəlzələ - yer qabığının 
dərinliklərində litosfer tavalarda baş verən çatlar və yerdəyişmələr nəticəsində 
meydana çıxan yeraltı təkanlardan və ya yer səthinin tərpənməsindən ibarətdir. 
Zəlzələ zamanı güclü enerji meydana çıxır və elastik seysmik dalğalar şəklində 
ətrafa yayılır. Zəlzələ gücünü və xarakterini səciyyələndirən əsas parametrlər - 
zəlzələnin maqnitudası, zəlzələ ocağının dərinliyi və yerin səthində zəlzələ 
enerjisinin intensivliyidir. 
Vulkanik zəlzələ.
Vulkan püskürmələri nəticəsində baş verən zəlzələlər vulkanik 
zəlzələlər adlanır. Vulkanik zəlzələlər çox güclü olmayaraq kiçik ərazini əhatə 
edir. Azərbaycan ərazisində palçıq vulkanları ilə əlaqədar olan vulkanik zəlzələlər 
çox zəif olur, yerli xarakter daşıyır. 
2. Zəlzələlərın baş verməsi ilə yaranan dağıntıların xarakteristikası. 
Maqnituda
- zəlzələnin törətdiyi elastik dalğaların enerjisini xarakterizə edən, 0-
dan 8,5-ədək həddə dəyişən enerjiyə münasib olan şərti kəmiyyətdir. Zəlzələnin 
maqnitudasını ölçmək üçün Rixter şkalasından istifadə edilir ki, bu şkalada hər bir 
vahid özündən əvvəlki vahidə nisbətən titrəyiş enerjisinin yüz qat artığına 
müvafiqdir. 
Zəlzələnin maqnitudası zəlzələ ocağından 100 km məsafədə seysmik dalğalarda 
torpaq tərpənməsinin maksimum amplitudasının loqarifminə bərabər kəmiyyətdir 
və aşağıdakı düsturla hesablanır: 
M=Iq (A/T)max+ S(D, h)+ SdM, 
Burada A - torpağın hərəkətinin mikronla ifadə olunmuş maksimum amplitudası; 
T - saniyə ilə ifadə olunmuş uyğun period; 
s(D, h) - kəmiyyətinin episentral məsafəsi və ocağın dərinliyindən asılı olaraq 
dəyişməsini ifadə edən funksiya; 
SdM - ocaq və seysmik stansiyanın yerləşməsindən, zəlzələ ocağının 
mexanizmindən və sairdən asılı olan düzəlişlərin cəmidir. 
Qeyd etmək lazımdır ki, zəlzələnin episentrdəki intensivliyi (Io) ocağın 
dərinliyindən asılıdır. Zəlzələ ocağı dərin olduqca episentrdə intensivlik azalır və 
əksinə. 


Ümumiyyətlə, episentrdə Io və episentrdən müəyyən məsafədəki intensivlik ID
zəlzələnin maqnitudası M, dərinliyi H və episentral D ilə aşağıda göstərilən şəkildə 
asılılığa malikdir: 
I(D) = M-v Iq – D
2
+h
2
+c 
Əmsalların ədədi qiymətləri müxtəlif bölgələr üçün müxtəlifdir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə