Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

Lokal (qismi)
hadisələr iş yerindən, iş sahəsindən, mənzildən kənara yayılmır. 
Obyekt miqyaslı
(səciyyəli) hadisələr sənaye obyektində, bina və ya qurğu 
hüdudlarında məhdudlaşır. 
Yerli
hadisələr ancaq yaşayış məntəqəsinin, təkcə bir 
şəhərin və ya kənd təsərrüfatı müəssisəsinin ərazisində özünü göstərir. 
Regional
fövqəladə hadisə bir neçə sənaye və ya kənd təsərrüfatı rayonlarını, bütünlüklə 
şəhəri və onun ətraflarını əhatə edir. 
Milli
miqyaslı fövqəladə hadisələr 
respublikanın xeyli ərazilərini əhatə edən, lakin dövlətin inzibati sərhədlərindən 
kənara çıxmayan hadisələrə deyilir. 
Qlobal 
hadisələr isə bir ölkənin ərazisində 
məhdudlaşmır və qonşu dövlətlərin də ərazilərinə yayılır. 


Təsir dairəsindən (yayılma miqyasından) əlavə, FH-lər baş verən insan tələfatının 
miqdarına, zədələnmiş (köçürülməyə ehtiyacı olan) əhalinin sayına, habelə dəymiş 
zərərin miqyasına görə də təsnif edilir. Fövqəladə halların təsnifatına dair yuxarıda 
göstərilən sahələr və belə hadisələrin müəyyən növlərinə görə onların ağırlıq 
dərəcələrinin qiymətləndirilməsi üzrə həm keyfiyyət kateqoriyaları, həm də onlara 
müvafiq olan kəmiyyət xarakteristikalarıdir. Bunlardan milli və qlobal fövqəladə 
hadisələrə aid keyfiyyət və kəmiyyət xarakteristikalarının qiymətləndirilməsi 
məsələləri indiyədək daha az işlənib öyrənilmişdi. Bu məsələyə dair 
ümumiləşdirilmiş statistik materialların təhlili, ölkədə və xaricdə aparılan tədqiqat 
materiallarının nəticələri bu boşluğun aradan qaldırılmasına, bir sıra yeni 
qiymətləndirmə xarakteristikalarının, o cümlədən də dövlət idarəetmə sisteminin 
fövqəladə 
hadisələrə 
davamlılığı 
dərəcəsinin 
qiymətləndirilməsi 
üzrə 
xarakteristikalar əldə edilməsinə imkan verdi. Məsələn, “Əvəzolunmaz” və 
“Bərpaolunmaz” dərəcəli kəmiyyət xarakteristikalarını bir sıra fövqəladə halları 
xarakterizə edən parametrlərin elə qiymətləri kimi qəbul etmək lazımdır ki, belə 
hallarda yalnız milli ehtiyatlar hesabına və mövcud dövlət idarəetmə sistemi 
şəraitində əhalinin həyat təchizatını, ən əsası isə onun həyat fəaliyyətini təmin 
etmək mümkün olmaz. 
Fövqəladə halların onların yaranmasına səbəb olmuş konkret proses və hadisələrin 
xarakterinə görə təsnif edilməsi vacib əhəmiyyətə malikdir. Bu ümumiləşdirilmiş 
əlamət üzrə FH-lar: texnogen, təbii ekoloji və sosial-siyasi mənşəli hadisələr kimi 
təsnif edilir. Azərbaycan respublikasının ərazisində bütün bu dörd növ FH baş verə 
bilər.Bu təsnifat FH-in miqyasını və nəticələrinin həcmini əhatə etmir, lakin FH-in 
qarşısının alınması üçün tədbirlərin seçilməsi, vəziyyətin xarakterinin 
qiymətləndirilməsi, eləcə də xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması 
üzrə əsas istiqamət götəriciləri rolunu oynayır. 


Nisbi itkilər əhali təsərrüfat-ərazi komplekslərinin (ƏTƏK) inkişafına FH-in 
təsirinin xüsusiyyətlərini, burada normal həyat fəaliyyətinin bərpa edilməsinin 
ehtimal olunan müddətini və dərəcəsini xarakterizə edir. Buna görə də təbii və 
digər FH-i onların nəticələrinin ƏTƏK üçün ağırlığına görə xarakterizə etmək daha 
məqsədəuyğundur. 
Nəticələrin ən geci bir neçə gün ərzində aradan qaldırılan fövqəladə hadisələr (qısa 
müddətli leysan yağışlarından törəyən subasmalar, intensiv qar yağını, sürüşmə 
nəticəsində yolların bəzi sahələrinin sıradan çıxması və s.) əhalinin həyat 
fəaliyyətini və müəssisələrin iş rejimini azacıq pozur və adətən həyat təminatı 
rejiminin ehtiyat variantlarına keçməyi tələb etmir. 
Lakin FH nəticələrinin aradan qaldırılması ancaq daha uzun müddət, tutaq ki, bir 
ilə qədər və ya 5-7 il, yəni qoyulmuş kapital xərclərin əvəz çıxacağı müddətə yaxın 
bir vaxt ərzində mümkündürsə, onda həyat təminatı rejiminin ehtiyat variantlarına 
keçmək lazımdır. Bəzi fövqəladə hadisələrin (məsələn, zəlzələnin, güclü 
daşqınların) vurduğu ziyanı ancaq 5-7 ildən çox müddət ərzində əvəz etmək 
mümkün olacaqsa, onda məsələnin həlli üzrə iki variantdan birini seçmək lazım 
gələcəkdir: ya ƏTƏK-in zədələnmiş elementlərini sadəcə olaraq bərpa etmək, ya 
da onları daha müasirləri ilə əvəz edərək kompleksi modernləşdirmək. Böhranlı 
kateqoriyaya aid FH zamanı ƏTƏK-də bütün istehsalın yenidən qurulması 
qaçılmazdır. 
2.Həlak olnaların sayına görə,zərər çəkən əhalinin sayına görə zərərin dəyərinə 
görə fövqəladə hadisələrin təsnifatı. 


Müxtəlif ağırlıq kateqoriyalarına (dərəcələrinə) aid fövqəladə hallar müxtəlif cür 
sosial-psixoloji əks-səda doğurur. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə