Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri


Təhlükəli kimyəvi zəhərlənmə zonası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

Təhlükəli kimyəvi zəhərlənmə zonası
- kimyəvi təhlükəli obyektin həndəvərindəki 
elə ərazi sahəsinə deyilir ki, obyektdə güclü qəza zamanı bu sahədə mühafizə 
olunmamış adamları zədələyə biləcək konsentrasiyada zəhərli maddələr yayıla 
bilər. 
Təhlükəli kortəbii hadisə
- intensivliyinə, ətraf mühitə təsirinin miqyasına və 
müddətinə görə xeyli sosial və iqtisadi ziyana səbəb ola bilən təbiət hadisələrinə 
deyilir. 
Təhlükəli obyekt
- fəaliyyəti müəyyən şəraitdə personal, ətrafdakı əhali və təbii 
mühit üçün təhlükə törədə biləcək müəssisə (obyekt). 
Təhlükəli yüklər
- daşınması zamanı özlərinin fiziki, kimyəvi və bioloji 
xassələrinin təsirinə görə adamların həyatına, sağlamlığına təhlükə törədən, habelə 
ətraf mühitdə zəhərlənməyə, nəqliyyat vasitələri və digər əmlakın zədələnməsinə, 
yaxud məhvinə səbəb ola bilən maddələrə, materiallara və sənaye tullantılarına 
deyilir. 
Təhlükəsizlik
- şəxsiyyətin, cəmiyyətin və dövlətin həyati əhəmiyyətli 
mənafelərinin daxili və xarici hədə-qorxudan və ya təhlükələrdən müdafiə olunmuş 
vəziyyəti. 
Tufan
- təhlükəli kortəbii hadisələrdən biri, ildırım, güclü leysan (və ya dolu) 
yağışları ilə müşayiət olunan küləkli atmosfer hadisəsidir. Küləyin sürəti saniyədə 
15 m-dən artıq ola bilər. 
Uçqun
- I. Zərbə dalğasının (və ya zəlzələnin) təsirindən binaların, qurğuların 
dağılıb tökülən hissələrinin, armaturun yaratdığı daş-kəsək qalıqları; II. Dağlarda 
qopub tökülən güclü daş, torpaq qar komalarından ibarət təhlükəli təbii hadisə. 
Yanğın
- insanın nəzarətindən çıxmış və maddi sərvətləri məhv edən, adamların 
həyatı və sağlamlığına, eləcə də kənd təsərrüfatı heyvanları və bitkilərinə təhlükə 
törədən yanma prosesi. 


Zədələnmə ocağı
- müasir qırğın vasitələrinin təsiri nəticəsində əhalisi, kənd 
təsərrüfatı heyvanları və bitkiləri kütləvi surətdə məhv olan və ya zədələnən, digər 
maddi sərvətləri xeyli dağıntılara və başqa cür zərərli təsirə məruz qalmış məhdud 
əraziyə deyilir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə