Qafqaz Müsəlmanları İdarəsinin sədri
Möhtərəm Şeyxülislam Hacı
Allahşükür PAŞAZADƏ həzrətlərinə
Şeyx həzrətləri,
Əbədi şəhərdən Sizə salamlarımızı yetiririk!
Bakıda olduğum müddət ərzində mənə göstərdiyiniz ehtirama görə Sizə təşəkkürümü ifadə etmək istəyirəm. Görüşümüz zamanı multi-kulturalizm və mədəniyyətlərarası və dinlərarası dialoq barəsində Sizdən eşitdiyimiz hikmətli sözlər bizdə böyük təəssürat yaratdı.
Fürsətdən istifadə edərək, Azərbaycanda müxtəlif dinlər və müxtəlif mədəniyyətləri bir araya gətirmək yolunda göstərdiyiniz bütürı nəcib səylərinizə görə Sizə təşəkkür edirəm. Mən bilirəm ki, Siz, ölkənin böyük əksəriyyət təşkil etdiyi bir dini qurumun başçısı kimi dini və mədəni azlıqlara qarşı irəli sürülmüş sülh, birgəyaşayış və ehtiram göstərmək məsuliyyətini öz üzərinizə götürmüsüz. Sizin də qeyd etdiyiniz kimi, Azərbaycanın qədimdən bəri davam edən müxtəlif dini, etnik və mədəni azlıqlarmın birgə sülh şəraitində yaşamaq ənənəsi Sizin gözəl ölkənizə böyük qürur gətirir.
Mən, həmçinin, belə bir böyük görüşün təşkili və bu tədbirdə iştirak etmək üçün digər dinlərin da başçılarının dəvət edilməsinə gorə öz minnətdarlığımı bildirirəm. Mənə verdiyiniz gözəl hədiyyəyə görə də Sizə çox təşəkkür edirəm. Bu mənə çox xoş bir sürpriz oldu. Onlar həmişə mənə Sizin torpağmızda mövcud olan sülhü və xoşməramlı birgəyaşayışı xatırladacaq.
Ümid edirəm ki, bizim Apostolik Nunsimiz Arxiyepiskop Marek Solçzinski vasitəsilə əlaqələrimiz və mədəniyətlərarası dialoq sahəsində işlərimiz davam edəcəkdif, .
Səmimiyətlə
Vatikanın Mədəniyyət üzrə Pontifık Şurası Prezidenti Canfranko Kardinal Ravazi
Dostları ilə paylaş: |