•œAzÉŽrbaycanâ•š



Yüklə 37,49 Kb.
Pdf görüntüsü
tarix24.12.2017
ölçüsü37,49 Kb.
#17872


Təzadlar”.-2010.-11-13 fevral.-N 27-28.-S.14.

  

Nüvə məsələsinə ikili baxışlar



Təzadlı və qərəzli mövqelərin nümayişi bədnam niyyətləri ifşa edən faktlardandır

İslam inqilabı İranın həm də müstəqilliyə qovuşması demək idi. çünki sülalə xaricdən idarə olunur və

yeraltı-yerüstü  ehtiyatların  qəsb  edilib  aparılmasına  şərait  yaratdığına  görə  tam  dəstəklənirdi.  İran  əksər

müsəlman  ölkələri  kimi  dünya  imperializminin  de-fakto  müstəmləkəsinə  çevrilmişdi.  İnqilabın  məntiqi

nəticəsi  kimi  bərqərar  olan  bərabərlik,  ədalət  prinsiplərinə  riayət,  insan  hüquqlarının  tanınması  yadelli

müdaxiləçilərə  də  həddini  tanıtdı.  Təbii  sərvətlərin  talanıb  xarici  banklara  toplanmasına  son  qoyuldu.

Sənaye  sahələri  milliləş dirildi.  İqtisadiyyatın  inkiş afına  təkan  verildi  və  ümumdaxili  məhsulun  həcmi

artmağa baş ladı. 

Buynuzları  sındırılıb  qovulmuş  hegemonçular  haqsızlıqlarını  və  şəhidpərvər  əhali  ilə  üz-üzə  bacara

bilmədiklərini görüb xain planlara əl atdılar. İran Səddamın vasitəsilə İraqla 8 illik üzücü müharibəyə cəlb olundu.

İçərisində  yeniliklərlə  razılaşmayan  müxalifət  formalaşdırılmasına  cəhdlər  göstərildi,  iqtisadi  sanksiyalara  məruz

qaldı, terrora dəstəkdə suçlandı və s. Şahlıq dövründə sözün həqiqi mənasında hərraca qoyulmuş canlı qüvvənin və

tükənməz  maddiyyatın  əldən  çıxmasıyla  barışa  bilməyən  işğalçıların  qəzəbi  o  dərəcədə  aşıb-daşırdı  ki,  yırtıcı

maraqlarının təmini üçün heç nədən çəkinmir, praktikada qəbul olunmamış oyun qaydalarından belə bəhrələnməyə

çalışırdılar.  Yenicə  suverenlik  qazanmış  müsəlman  məmləkətinə  qarşı  bütün  cəbhə  boyu  hücuma  keçilmişdi.

Bunların ən qorxulusu isə sivil dünyaya inteqrasiyanın və ikitərəfli işgüzar əlaqələr zəminində dirçələcək inkişafın

qarşısını almaq məqsədilə yeridilən təcridetmə siyasəti idi.

Amma İslam Respublikası sınmadı. Planları boşa çıxan qəsbkarlar psixoloji müharibəyə, virtual savaşa, əsəb

mübarizəsinə  start  verməklə  qarşı  tərəfin  səbirsizliyindən  faydalanıb  onu  döyüş  meydanına  cəlb  etməyin

mümkünlüyünə ümid bəsləməyə başladılar. 

Beləliklə,  dinc  məqsədli  atom  texnologiyasına  yiyələnməyə  çalışan  dövlət  guya  kütləvi  qırğın  silahı

hazırlamaqda suçlanaraq, dünya düzənində nüfuzdan salınması üçün geniş  kampaniyaya rəvac verildi. Bu sətirləri

qələmə almaqda məqsədimiz də mövzunu daha dərindən araşdırmaq, məsələləri obyektiv təhlil etməkdir. 

***

Ən  əvvəl  belə  bir  zəruri  sualı cavablandırmaq  lazımdır:  İİR  nüvə  reaktorunun  yaradılmasına  nə  üçün  belə



cidd-cəhdlə çalışır və bu planın reallaşması supergüclərin hansı səbəbdən bərk əndişələndirir?

Tanrı  qədim  və  müasir  mədəniyyətlərin  qovuşduğu  bu  məmləkətə  hər  şey  bəxş  edib.  Geniş  ərazilər,

məhsuldar  torpaqlar,  mərd  və  zəhmətkeş  insanlar,  zəngin  təbii  sərvətlər  və  sair.  Digər  sahələrlə  yanaşı,  yerin  və

dənizin təkindəki karbohidrogen ehtiyatları da İslam inqilabından sonra xalqın malı oldu, yaxud sosial rifah halının

yüksəlməsinə xidmət etdi. Lakin heç nəyin hüdudsuz olmadığı kimi, neft-qaz ehtiyatlarının da nə vaxtsa tükənəcəyi

təbiidir.   

üstəgəl, əhalinin artım tempinin də nəzərə alsaq, mövcud problemin həllinin heç də asan başa gəlməyəcəyini

düşünmək olar. Rəqəmlərə nəzər salsaq, İran əhalisinin sayı İslam inqilabından qabaq 33 milyon nəfər idisə, indi 70

milyondan  yuxarı təşkil  edir  ki,  bunun  da  46  milyonu  şəhərdə,  24  milyonu  isə  kənddə  yaşayır.  Deməli,  hər  bir

uzaqgörən dövlət rəhbərliyi alternativ enerji mənbələri tapmaqla çoxalan ehtiyacın ödənməsi qayğısına qalmalıdır.

Hansı  ki,  elektrik  enerjisi  istehsalı  nüvə  səmərələrinin  yalnız  bir  hissəsidir.  Bu  böyük  texnologiyadan

müxtəlif sahələrdə, o cümlədən tibbdə, kənd təsərrüfatında, dəniz suyunun şirinləşdirilməsindən istifadə edilə bilər. 

         

Eyni  zamanda,  dünyanın  məcəllələr  formasında  tərtib  olunanlardan  əlavə,  yazılmamış  qanunlarını  da

nəzərdən  qaçırmamalıyıq.  XXI  əsrdə  öncüllük  anlayışı  daha  çox  nüvə  dövləti  olmaqla  bağlıdır  ki,  rəyinlə

hesablaşsınlar.   

İİR-in  nüvə  proqramı  barədə  danışarkən  supergüclərin  təzadlı  və  qərəzli  mövqe  ortaya  qoymaları  bədnam

niyyətlərini  ifşa  edən  aşkar  faktlardandır.  ABŞ-ın  hərbi-sənaye  kompleksinin  köhnə  arxivlərində  azacıq

qurdalanmaq  imkanı  tapan  şəxsə  yaxşı  məlumdur  ki,  Məhəmməd  Rza  şah  dönəmi  üçün  İranda  atom  elektrik

stansiyaları  tikmək  planları  vardı.  Hətta  bununla  əlaqədar  layihələr  təsdiqlənmiş,  maliyyə  vəsaiti  ayrılmış,

mütəxəssis  heyəti  də  müəyyənləşmişdi.  İnqilab  zərbəsindən  marionet  hökumətin  süqutu  amerikan-şah  nüvə

planlarını alt-üst etdi. Bəs 30 il sonrakı xalq hakimiyyətinin İranı nüvə dövləti kimi görmək arzusunda qeyri-adi nə

var  ki,  bu  boyda  hay-küyə,  qarşılıqlı  ittihamlara  səbəb  olub?  Bəlkə  narahatlığa  əsas  verən  uranı  lazımi

sentrifuqadan əlavə zənginləşdirməklə nüvə silahı istehsalından doğan qorxudur? Axı istər İran rəsmiləri, istərsə də

MAQATE  ekspertləri  beynəlxalq  həyəcana  heç  bir  ehtiyac  olmadığını  dəfələrlə  bəyan  etməklə  "stəkanda  fırtına

yaradılmasını" pisləyiblər.  Hətta  İslam  Respublikasının  ali  dini  rəhbəri  Seyid  Əli  Xamneyi  cənabları  da  kütləvi

qırğın  silahlarının  qlobal  təhlükəsindən,  Allah  və  bəndə  qanunlarıyla  bir  araya  sığmadığından  dəfələrlə  söhbət

açaraq, elmi-texniki tərəqqiyə təkan verəcək, insanların xidmətində dayanacaq proqramı siyasiləşdirməyin əleyhinə




çıxıb.  Bir  də  ki,  bəşəriyyətin  indiyədək  İranın  deyil,  ABŞ-ın  nüvə  cəbbəxanasından  əziyyət  çəkdiyi  unudulacaq

qədər uzaq keçmişdə qalmayıb. Günahsız yaponlar hələ də 1945-ci ildə törədilmiş  amansız cinayətin - Xirosimo və

Naqasaki  şəhərlərinə  atılan  atom  bombasının  dəhşətlərini  yaşayırlar.  Nə  isə,  siyahını çox  uzatmaq  olardı,  amma

qərəzli münasibətin əyani nümunəsi kimi bununla kifayətlənirik.

***

Sərgilənən  ziddiyyətli  mövqeyə  isə  Ağ  Ev  sahibinin  çıxışına  istinadən  misal  gətirmək  gərəkdir.  Corc  Buş



jurnalistlərə müsahibəsində deyib ki, ziyanlı qazların ekologiyaya zərərini azaltmaq, xüsusən artan tələbatın təmini

və iqtisadi inkişafa zəmanət vermək üçün nüvə enerjisi əsas alternativ sayılır: "Əgər ekoloji fəlakəti uzaqlaşdırmaq

əzmindəyiksə, nüvə texnologiyasını var gücümüzlə himayə etməliyik". 

Həmin  bəyanat  3  ay  əvvəl  MAQATE  rəhbəri  Məhəmməd  Baradeinin  İranın  nüvə  fəaliyyəti  ilə  bağlı

hazırladığı  son    hesabat  (sənəddə  hər  hansı  atom  yayılması  halının  mövcudluğu  təsdiqlənmir)  dövründə  verilib.

Ancaq  hesabatdan  dərhal  sonra  ABŞ prezidenti  yenə  qeyri-obyektiv  mövqedən  münasibət  bildirir,  karbohidrogen

ehtiyatlarına malik ölkənin nüvə enerjisinə ehtiyacsızlığını əsas götürərək, İranın sülhməramlı nüvə proqramını rədd

edir.  Maraqlıdır  ki,  Beynəlxalq  Atom  Enerjisi  Agentliyi  də  böyük  dövlətlərdən  alternativ  enerji  mənbələrinə

investisiya  ayrılmasını istəmişdir.  C.  Buş  ekoloji  tarazlığın  qorunması və  istixana  qazlarının  azıldılması ilə  bağlı

Kioto  müqaviləsinə  qarşı çıxmaqla bərabər,  nüvə  texnologiyasından  dinc  məqsədlər  üçün  istifadə  məsələsində  də

anlaşılmazlıq  yaratmışdır.  Halbuki  ABŞ-ın  özündə  1960-cı  illərdə  17  atom  elektrik  stansiyası  (AES)  fəaliyyət

göstərsə də, 80-ci illərdə həmin obyektlərin sayı 90-a çatıb. Ekspertlərin fikrincə, AES-lərin istehsal etdiyi elektrik

enerjisi neft və qazdan istifadə yolu ilə ödənsəydi, ildə ətraf mühitə 1800 ton karbon-oksid, 70 milyon ton köz, 90

min ton ağır metallar yayılardı.

Mütəfəkkirlərdən  biri  buyurub  ki,  ən  böyük  həqiqət  düşmənin  dili  ilə  iqrar  olunandır.  İran  İslam

Respublikasının  nüvə  proqramının  heç  bir  təhlükə  törətmədiyi  də  zaman-zaman  rəqibləri  və  bu  fəaliyyətdə

zərrəbinlə  nöqsan  axtaranlar  tərəfindən  etiraf  edilib.  Ən  böyük  nümunə  bir  ay  öncə  Mərkəzi  Kəşfiyyat  İdarəsinin

(MKİ)  İran  İslam  Respublikasının  atom  bombası  hazırlamaq  niyyətinin  yoxluğu  barədə  açıqladığı  hesabatdır.

Mötəbər  məlumat  16  məşhur  agentliyi  birləşdirən  Milli  İnformasiya  Şurası  vasitəsilə  yayılıb.  İİR  prezidenti

Mahmud  Əhmədinejad  MKİ-nin  sözügedən  hesabatını  İran  xalqının  haqlı  olmasının  və  qələbəsinin  sənədi

adlandırıb. O, bildirib ki, düşmənlər və bədxahlar İran xalqının müqavimətini sındırmağı qarşıya məqsəd qoyublar,

lakin bu mübarizədə haqlı mövqelərindən zərrə qədər də olsa geri çəkilməyəcəklər. Bu sözlər İranın nüvə enerjisi

hüququndan  məhrum  edilməsi  istiqamətindəki  hücumlar  qarşısında  əzmkar  insanların  möhkəm  dayandıqlarını

göstərir.

ABŞ rəsmiləri son iki ildə iddia edirdilər ki, İslam dövlətinin nüvə sənayesi sahəsindən qırmızı xətt keçir və

atom  silahı  yaratmaq  cəhdindədir.  Hətta  müxtəlif  instansiyalara  təqdim  olunan  yanlış  informasiyalar  nüvə  işini

BMT-nin  Təhlükəsizlik  Şurasına  aparıb  çıxardı.  Halbuki  MAQATE  ilə  əməkdaşlıq  daim  qanunlar  çərçivəsində

həyata  keçirilib.  Məhəmməd  Baradeinin  son  hesabatında  qeyd  edilib  ki,  MAQATE  müfəttişlərinin  İranın  nüvə

fəaliyyəti ilə əlaqədar, xüsusilə r1 və r2 sentrifuqaları haqda əldə etdikləri faktlar dövlət tərəfindən bu beynəlxalq

təşkilata verilən məlumatlarla üst-üstə düşür. Görünür ki, nüvə proqramının sülhməramlılığını təsdiqləyən reallıqlar

Mərkəzi Kəşfiyyat İdarəsini də susmamağa vadar edib. 

"Frans-press" agentliyinin yaydığı xəbərə görə, MAQATE-nin baş direktoru yenidən vurğulamışdır ki, İranın

nüvə  proqramının  hərbi  xarakteri  barədə  heç  bir  dəlil-sübut  yoxdur  və  bu  barədəki  hay-küyü  dayandırmağın

vaxtıdır.  Məhəmməd  əl-Baradei  SNN  telekanalına  müsahibəsində  deyib:  "Mən  hal-hazırda  İran  tərəfindən  nüvə

silahı  istehsalı istiqamətində  hər  hansı nəzərə  çarpacaq  və  fəal  addımın  atılması haqqında  məlumat  almamışam.

Məsələnin həlli üçün əməkdaşlıqdan və yoxlamalardan başqa bir yol görmədiyimdən diplomatik kanallarla işimizi

davam etdirməyə təxirəsalınmaz ehtiyac var. Əgər Amerika İİR-in nüvə proqramı barədə MAQATE-dən daha çox

bilgiyə  malikdirsə,  vəzifəmizi  yerinə  yetirməkdən  ötrü  həmin  informasiyaların  bizə  təqdim  ediləcəyindən  çox

məmnun olardıq". 

O,  sərt  bəyanatların  nüvə  problemini  həll  etməyəcəyini,  Şimali  Koreya  ilə  hazırkı  danışıqların  İslam

Respublikası  üçün  də  model  ola  biləcəyini  vurğulamış,  İran  əleyhinə  güc  tətbiqinin  dünyada  böyük  bir  ocağın

alovlanmasına gətirib çıxaracağından narahatlığını bildirmişdir.

Beynəlxalq  aləmdəki  qarışıqlığa  baxmayaraq,  bölgədə  vəziyyət  sakit  və  öz  axarıncadır.  Başlıcası, dəfələrlə

qonşu  ölkəyə  səfər  etmiş  şəxs  kimi  deyə  bilərəm  ki,  çeşidli  çətinliklərdən  keçə-keçə  püxtələşmiş  iranlıları  belə

hədələrlə ruhdan salmaq qətiyyən mümkün deyil. Sadə insanlar öz gündəlik işlərilə məşğuldurlar və ölkənin nüvə

proqramından  qürur  duyduqlarını  fəxrlə  səsləndirirlər.  Atom  reaktorunun  qurulması  onlardan  ötrü  elektrik

enerjisindən,  ağır  xəstəliklərə  əlacdan,  məişət  rahatlığından,  yeni  elmi  kəşflərdən  əlavə,  həm də  dünya  düzənində

rəqabət  bacarığı,  kimsədən  asılı  olmamaq,  düşmənlə  mübarizəyə  hazırlıq,  dosta  yardım  deməkdir.  ABŞ-ın

təhdidlərinə gəldikdə isə, şəhidpərvər xalq bunu özlərinin cihad qisməti və superdövlətin sonunun çatması ilə izah

edirlər. Onların nəzərincə, İran təcavüzkarlar üçün nə İraq, nə Əfqanıstan, nə də başqalarıdır.

Rusiya Federasiyası nüvə sənayesi sahəsində əməkdaşlıq çərçivəsində əvvəl müəyyən tərəddüdlər keçirsə də,

MAQATE-nin nəzarəti  altında  imzalanmış mövcud dövlətlərarası sazişə uyğun şəkildə sonradan hərəkətə  başladı.




Az  öncə  Buşəhr  AES  üçün  nəzərdə  tutulan  nüvə  yanacağının  növbəti  partiyası  da  yola  salındı.  Sayca  üçüncü

göndəriş  olan  yanacağın  həcmi  11  tondur.  Daha  5  nüvə  yanacağı  blokunun  razılaşdırılmış  qrafikə  uyğun

çatdırılacağı vəd olunub. 

***


Regionun  daha  iki  nüfuzlu  dövlətinin  İİR-in  nüvə  proqramına  baxışları  da  obyektivliyə  söykənir.  Türkiyə

Cümhuriyyətinin başqanı Abdullah Gül və başbakan Rəcəb Tayyib Ərdoğan  cənabları istər  ölkə,  istərsə  də  xarici

KİV-lərə  müsahibələrində  dinc  məqsədli  nüvə  istehsalını  İran  İslam  Respublikasının  doğal  haqqı  olaraq

dəyərləndirmiş, heç nədən hay-küyü və hədələmələri  pisləmişlər. Möhtərəm prezidentimiz İlham Əliyev cənabları

isə daha cəsarətli addım ataraq müstəqil Azərbaycanın qətiyyətli mövqeyini açıqlamış, qardaş müsəlman ölkəsinin

uğurlarına sevindiyini gizlətməmiş və hücum təhdidlərinə rəğmən ərazilərimizdən hər hansı dövlətə qarşı plasdarm

kimi istifadənin əleyhinə çıxmışdır.

 

Qurban MƏMMƏDOV,



"Nəbz" qəzetinin redaktoru,

xüsusi olaraq "Təzadlar" 

qəzeti üçün

 

 



 

 

Yüklə 37,49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə