Fatihə surəsi



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə161/166
tarix30.10.2018
ölçüsü2,26 Mb.
#75966
1   ...   158   159   160   161   162   163   164   165   166

22. Sonra arxa çevirdi, (Musanın əleyhinə) çalışdı.   
23. O, (öz qövmünü) topladı, və (onlara) xitab edib   
24.  Dedi:  «Mən  sizin  ən  uca  rəbbinizəm».  (Mal-dövlət  xərclədiyinə  və  camaatın  işlərini  idarə 
etdiyinə görə özünü bütlərdən və onların digər ərbablarından üstün bir rəbb hesab edirdi).  
25. Beləliklə, Allah onu əvvəlinci və axırıncı küfrlü sözlərinin cəzası olaraq yaxaladı. Axirətin və 
dünyanın ibrətamiz əzabına giriftar etdi (Dəstəsi ilə birlikdə suda qərq edilməsi onun dünya əzabı, 
gecə-gündüz Bərzəx odunda yandırılması isə onun axirət əzabıdır.).  
26. Şübhəsiz, bunda (bu hadisədə) (Allahdan) qorxan bir kəs üçün ibrət vardır.  
27. (Ölümdən sonra) sizi yaratmaq daha çətindir, yaxud göy(ü yaratmaq) ki,(Allah) onu yaratdı?   
28.  Tavanını  ucaltdı  və  (yaradılışını,  zatının  mahiyyəti,  planetləri  və  onların  düz  və  dairəvi 
hərəkətləri baxımından) nizama saldı.  
29. Gecəsini qaranlıq və gündüzünü də aşkar etdi.  
30.  Və  bundan  sonra  yeri  döşədi  və  hamarladı  və  (onu  öz  oxunun  ətrafında  hərəkətə  və  günəş 
ətrafında hərəkətə gətirdi) fırlatdı.  
31. Onun daxilindəki sularını, otlaqlarını və bitkilərini çıxartdı.   
32. Dağları (yer üzərində) sabit və möhkəm etdi ki,  
33. (Bütün bunlar) sizin və heyvanlarınızın (dünyada) bəhrələnməsi üçündür.  
34. O çox böyük bəla (Qiyamət) yetişdikdə,  
35.  O  gün  insan  səy  ilə  etdiyi  işləri  (şəxsi  əməl  dəftəri  və  ümumi  Lövhi  –  Məhfuz  vasitəsilə) 
yadına salacaqdır,  
36. Cəhənnəm hər bir görənə (kor surətdə həşr olunmayana) aşkar olacaqdır.  
37. Amma kim (dünyada) tüğyan etmişsə,  
38. Və dünya həyatını (axirətdən) üstün tutmuşsa,  
39. Şübhəsiz, onun yeri Cəhənnəmdir!  
40. Amma kim öz Rəbbinin məqamından, Onun hüzurunda durmaqdan qorxub və nəfsini həvayi 
– həvəsdən saxlamışsa,  
41. Şübhəsiz, onun yeri Cənnətdir. (Bu beş ayə 34. – cü ayəyə cavabdır).  
42. Daim səndən Qiyamətin nə vaxt qopacağı barəsində soruşarlar.  
43. Sən onu (onun vaxtını) nə bilirsən?  
44.  Onun  sonu  sənin  Rəbbinə  tərəfdir  (Onun  həqiqətinə,  necəliyinə  və  zamanına  dair  elm  Ona 
məxsusdur).  
45. Həqiqətən, sən ancaq ondan (Qiyamətdən) qorxanları çəkindirənsən. (Etiqad bəsləməyə vadar 
edən və qarşı çıxanlara cəza verən deyilsən).  
46. Onlar Qiyaməti gördükləri gün (belə güman edəcəklər ki, dünyada, yaxud bütün Bərzəx aləmi 
boyunca)  elə  bil  yalnız  bir  axşam,  yaxud  bir  səhərdən  artıq  qalmamışlar.  (Axirət  aləminin 
əbədiyyətinin müqabilində nəzərlərinə belə gələcəkdir). 
Əbəsə
  
surəsi
 
0. Bağışlayan və mehriban Allahın adı ilə.  
1. Qaşqabağını tökdü və üz çevirdi (Üzünü turşutdu və çevirdi).  
2.  O,  kor  yanına  gəldiyinə  görə.  (Peyğəmbərin  hüzuruna  gəlmiş  varlı  bir  şəxslə,  yaxud  İslamı 
qəbul etmək üçün onun yanına gəlmiş kor bir kişi ilə rəftarını bəyan edir.)  
3. Sən nə bilirsən? Bəlkə də o, (yaxşı əməllər etməklə günahdan) paklanacaqdır?!  
4. Yaxud (haqq sözü eşitməklə) öyüd – nəsihət alacaq və bu öyüd – nəsihət ona fayda verəcəkdir 
(və İslama gələcəkdir)?!  
5. Amma dövlətli, yaxud özünü dövlətli və ehtiyacsız hesab edənə gəldikdə isə,   
6. Sən onu (yaxşı) qarşılayırsan və istiqanlı rəftar edirsən!  
7. Halbuki, onun paklanmamasına (İslamı qəbul etməməsinə) görə sən məsul deyilsən.  
8. Sənin yanına gələrək (doğru yol və xeyir tapmağa) çalışan kəs,   
9. (Özü də Allahından) qorxduğu halda,   


10. Sən ona diqqət yetirmək əvəzinə başqaları ilə məşğul olursan?!  
11. Belə olmamalıdır. Bu Qur’an ayələri bir xatırlatma (öyüd - nəsihət)dir.  
12. Kim istəsə, onun məzmununu xatırlayar (və haqq yola yetişər).  
13. (Bu Qur’an) çox dəyərli və şərəfli səhifələrdə və yazılardadır.  
14. Uca, (batildən, ziddiyyət və ixtilafdan uzaq və) pak (səhifələrdə).  
15. (Onun üzünü Lövhi  – Məhfuzdan  köçürən) mələklərdən  ibarət olan yazanların, yaxud (onu 
vəhy mənbəyindən Peyğəmbərə çatdıran) mələklərdən ibarət olan elçilərin, və ya (onu dünyanın 
müxtəlif guşələrində qafillərə yetirən) ümmətin alimlərindən ibarət olan səfirlərin əlləri ilə.  
16. (Onlar) yaxşı iş görən əzizlərdir.  
17. Ölsün insan! Nə qədər də kafir və nankordur!  
18. (Allahı) onu nədən yaratmışdır?   
19.  Onu  (qarışıq,  dəyərsiz)  bir  nütfədən  yaratdı,  sonra  da  (yaradılışının  əvvəlindən  kamalının 
zirvəsinədək kəmiyyət və keyfiyyət baxımından bütün hərəkətlərinə) bir ölçü-biçim verdi.  
20. Sonra yolunu (xeyir və şər seçmək yolunu – ağıl, iradə və ixtiyar verməklə) ona asanlaşdırdı,   
21. Sonra onu öldürdü və qəbrə qoydu.   
22. Sonra da istədiyi vaxt onu dirildəcəkdir.  
23.  Belə  deyildir.  (İnsan  Allahın  əmrlərinə  və  bu  nemətlərin  müqabilində  itaət  və  şükr 
etməmişdir, əslində) o hələ də ona əmr olunanı (tamam – kamal surətdə) yerinə yetirməmişdir.  
24. Belə isə, (Haqqın qüdrət əlini müşahidə etmək üçün) insan öz yeməyinə baxmalıdır!  
25. Biz suyu xüsusi bir tərzdə (yağış, qar və dolu şəklində) yağdırdıq.  
26.  Sonra  da  yeri  xüsusi  bir  üsulla  (otların,  ağacların  və  bulaqların  halına  mütənasib  surətdə) 
yardıq.  
27. Beləliklə orada dən (müxtəlif və saysız – hesabsız növlərdə dənli bitkilər) bitirdik;  
28. Üzüm ağacı və (hər il) bir neçə dəfə biçilən göyərtilər;  
29. Zeytun və xurma ağacı;  
30. İri gövdəli və böyük ağaclarla dolu hasarlanmış bağlar;   
31. Həm yaş, həm də azuqə üçün qurudulmuş meyvə və ot – ələf  
32. Sizin və heyvanlarınızın bəhrələnməyi üçündür.  
33. Beləliklə, qulaqları kar edən o nə’rə (surun ikinci dəfə üfürülməsi) gəlib çatdıqda,   
34. O gün insan qaçar öz qardaşından;  
35. Anasından və atasından;  
36. Zövcəsindən və oğullarından.   
37. O gün hər bir insanı özü ilə məşğul edəcək işi – gücü olacaqdır.  
38. O gün bir çox üzlər parıldayacaq,  
39. Güləcək və sevinəcək.  
40. O gün bəzi üzlərdə isə toz – torpaq və küdurət olacaqdır.   
41. Qaranlıq və zülmət onları bürüyəcəkdir.  
42. Onlar həmin kafirlər və pozğunlardır!  
Ət
-
Təkvir
 
surəsi
 
0. Bağışlayan və mehriban Allahın adı ilə.  
1. Günəş sarınacağı zaman (sanki sönüb hərarətsiz olması üçün onun ətrafına bir şey bükülər),   
2. Ulduzlar qaralıb (yerə) töküləcəyi zaman,  
3. Dağlar hərəkətə gətiriləcəyi (parça – parça olub dağılacağı) zaman,  
4. (O dövrdə ən dəyərli mal-dövlət hesab edilən) boğaz (on aylıq hamilə) dəvələr başlı  – başına 
buraxılıb sahibsiz qalacağı zaman,  
5. Bütün vəhşi heyvanların (bir yerə) toplanacağı (öz ölüm yerlərindən çıxacaqları) zaman,   
6. Dənizlərin dolacağı və qaynayacağı zaman,   
7. (Bərzəx) ruhlar(ı Məhşərdəki yeni  bədənlərlə,  yaxşılar yaxşılarla və pislər də pislərlə, Cənnət 
kişiləri öz zövcələrinə) qovuşacağı zaman,  


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə