Fatihə surəsi



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə2/166
tarix30.10.2018
ölçüsü2,26 Mb.
#75966
1   2   3   4   5   6   7   8   9   ...   166

qoyacağam».  Dedilər:  «Orada  fəsad  törədəcək  və  qanlar  tökəcək  bir  kəsi  (canişin)  qoyursan?! 
Halbuki  biz  Səni  kamilliklərlə  vəsf  edərək  zikr  oxuyur  və  (bütün  eyb  və  nöqsanlardan)  pak 
bilirik.» Allah buyurdu: «Şübhəsiz, Mən sizin bilmədiyiniz bir şey bilirəm.»  
31.  Və  bütün  adları  Adəmə  öyrətdi  (dünyanın  bütün  varlıqlarının  nəsli  kəsilənədək  adlarını  bir 
dildə  və  ya  bəşəriyyətin  gələcəkdə  olacaq  bütün  dillərində  və  yaxud  bütün  ad  sahiblərinin 
həqiqətlərini, xüsusiyyətlərini  və nişanələrini ona öyrətdi). Sonra onları (bu  mənaları) mələklərə 
göstərərək  buyurdu:  «Əgər  doğruçusunuzsa  bunların  adlarını  (və  ya  həqiqət  və  sirlərini)  Mənə 
xəbər verin.»  
32. Dedilər: «Sən (bütün eyb və nöqsanlardan) paksan! Bizim Sənin bizə öyrətdiklərindən başqa 
bir elmimiz yoxdur; doğrudan da, bilən də Sənsən, hikmət sahibi də!»   
33.  Allah  buyurdu:  «Ey  Adəm,  onların  adlarını  (ya  onların  həqiqətlərini  və  sirlərini)  mələklərə 
xəbər  ver.»  Elə  ki,  (Adəm  onların)  adlarını  (ya  həqiqətlərini)  mələklərə  xəbər  verdi,  Allah 
buyurdu:  «Sizə  demədimmi ki,  həqiqətən Mən göylərin  və yerin  gizlinliklərini bilirəm  və sizin 
həm aşkar etdiyinizdən, həm də gizlətdiyinizdən xəbərdaram?!»  
34. Və (yadına sal) o zaman(ı) ki,  mələklərə «Adəmə səcdə və təzim edin!» buyurduq. İblisdən 
başqa onların hamısı səcdə etdi. O (isə) boyun qaçırtdı və təkəbbür göstərdi. O, (öz küfrünü gizli 
saxlayan) kafirlərdən idi.  
35. Və dedik: «Ey Adəm, sən və  zövcən bu bağda  məskunlaşın,  onun (meyvə  və nemətlərinin) 
istədiyiniz yerindən bolluca yeyin və bu ağaca (buğda, üzüm, ya əncir ağacına) yaxınlaşmayın ki, 
zalımlardan olarsınız.»  
36. Beləliklə, şeytan o ikisini həmin ağac vasitəsi  ilə azdırdı və onları olduqları yerdən (kəramət 
zirvəsindən  və  nemətlər  məkanından)  çıxartdı.  Biz  dedik:  «(Şeytanla  birlikdə  bu  məkan  və 
məqamdan)  həmişəlik  bir-birinizə  düşmən  olaraq  yerə  enin.  Yerdə  sizin  üçün  müəyyən  bir 
zamanadək  sığınacaq  və  yaşayış  vasitələri  olacaqdır.  (Onun  zamanı  hər  bir  bəşər  övladı  üçün 
ömrünün müddəti, bütün bəşər nəsli üçün isə dünyanın sonuna qədərdir.)  
37. (Yer üzündə bir müddət qaldıqdan) sonra, Adəm öz Rəbbi tərəfindən bəzi kəlmələr aldı (ona 
tövbə təlqin olundu və ya öyrədilən adlarla ona tövbə ilham olundu və o, tövbə etdi). Allah da ona 
nəzər edərək tövbəsini qəbul etdi. O, çox tövbə qəbul edən və mehribandır. 
38.  Dedik:  «Hamılıqla  oradan  (o  uca  məqamdan)  yerə enin.  Beləliklə,  əgər  Mənim  tərəfimdən 
sizə  (peyğəmbərlər  və  səma  kitabları  vasitəsilə)  bir  hidayət  gəlsə,  Mənim  hidayətimə  tabe 
olanlara heç bir qorxu yoxdur və onlar qəmgin olmayacaqlar.» 
39.  «Kafir  olan  və  Bizim  (tovhid  və  təkliyimiz  barəsindəki  əqli  və  nəqli)  nişanələrimizi  təkzib 
edənlər isə Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.» 
40.  Ey  İsrail  övladları  (ey  Yəqubun  yəhudi  və  xaçpərəst  övladları,  Yəqubun  vaxtından  İsanın 
vaxtına  kimi),  sizə  verdiyim  nemətləri  yadınıza  salın  və  Mənim  əhd-peymanıma  vəfa  edin  ki, 
Mən  də  sizin  əhd-peymanınıza  vəfa  edim  (sizin  əhd-peymanınız  itaət,  Mənimki  isə  savab  və 
mükafat verməkdir). Və yalnız Məndən qorxun! 
41. Sizinlə olanın (Tövrat və İncilin) təsdiqləyicisi olan nazil etdiyimizə (Qur’ana) iman gətirin 
və ona  ilk kafirlər olmayın (ki,  gələcək nəsillər  də sizə tabe olub  həmişəlik kafir olsunlar). Və 
Mənim ayələrimlə (onları təhrif etməklə, aradan aparmaqla və səhv yozmaqla) az bir dəyər əldə 
etməyin və yalnız Məndən qorxun! 
42. Haqqa batil donu geydirməyin və bilə-bilə haqqı gizlətməyin.  
43. Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin (namaz qılanlarla birgə namaz 
qılın). 
44.  (Səmavi)  kitabı  oxumağınıza  baxmayaraq  camaata  yaxşılığı  əmr  edir,  özünüzü  isə 
unudursunuz?! Heç fikirləşmirsiniz?! 
45. (İşlərinizdə) səbr (oruc) və  namazdan  kömək diləyin. Əlbəttə ki, kömək diləmək və namaz 
(bunların hər ikisi) itaətkarlardan başqalarına ağır və çətindir.  
46.  O  kəslər  ki,  (nəhayət)  öz  Rəbblərinə  qovuşacaqlarını  və  mütləq  Ona  tərəf  qayıdacaqlarını 
bilirlər.  


47.  Ey  İsrail  övladları,  sizə  bəxş  etdiyim  nemətlərimi  və  sizi  (öz  zamanınızda)  aləmdəkilərdən 
üstün etməyimi yadınıza salın. 
48. Və o gündən qorxun ki, heç kəs başqasının haqqını ödəyə, bir diləyi yerinə yetirə və bir əzabı 
dəf edə bilməyəcək və heç kimin şəfaəti qəbul  olunmayacaq, nə kimdənsə (əzabdan qurtulmaq 
üçün) bir əvəz alınacaq və nə də onlara bir kömək göstəriləcəkdir. 
49. Və (yadınıza salın) o zaman(ı) ki, sizə ən ağır  işgəncələr verən - oğlanlarınızın başlarını bir 
yerdə kəsən, qadınlarınızı  isə diri saxlayan fironçulardan (onların caynağından) nicat verdik. Bu 
işdə (sizin üçün) Rəbbiniz tərəfindən böyük bir imtahan var idi. 
50. Və (yadınıza salın) o zaman(ı) ki, dənizi sizin üçün yardıq, beləliklə, sizə nicat verdik və siz 
baxa-baxa fironçuları (suda) batıraraq boğduq. 
51. Və (yadınıza salın) o zaman(ı) ki, Musa  ilə qırx gecə vədələşdik (ki,  həmin  müddət ərzində 
Tur  dağında  Tövratı  ona  vəhy  edək). Həmin  vaxt  siz  ondan  (o  getdikdən)  sonra  buzova  ibadət 
etməyə başladınız və həmin halda zalım idiniz.  
52. Həmin vaxt, o işdən sonra sizi əfv etdik ki, bəlkə şükr edəsiniz.  
53. Və (yadınıza salın) o zaman(ı) ki, Musaya (səma) kitab(ı) və (haqqı batildən) ayıran verdik ki, 
bəlkə hidayət olunasınız. 
54. Və (yadınıza salın) o  zaman(ı) ki, Musa öz  qövmünə dedi: «Ey  mənim qövmüm, həqiqətən, 
siz  buzova sitayiş etməklə özünüzə  zülm etdiniz. Odur  ki, Yaradanınıza tərəf (qayıdaraq) tövbə 
edin və özünüzü öldürün (tövbə və  zahidliklə öz nəfsi  istəklərinizi  öldürün. Yaxud günahsızlar 
buzova sitayiş edənləri öldürsünlər) ki, bu əməl Yaradanınızın yanında sizin üçün daha yaxşıdır.» 
Beləliklə (belə etdikdən sonra), Allah sizə nəzər saldı və sizin tövbənizi qəbul etdi, (çün)ki O, çox 
tövbə qəbul edən və mehribandır. 
55. Və (yadınıza salın) o zaman(ı) ki, dediniz: «Ey Musa, Allahı aşkar surətdə görməyincə, sənə 
əsla iman gətirməyəcəyik.» Beləliklə, gözünüz baxa-baxa sizi ildırım vurdu. 
56. Ölümünüzdən sonra sizi (yenidən) diriltdik ki, bəlkə şükr edəsiniz.   
57.  Və  (Sina  səhrasında  sərgərdan  qaldığınız  zaman)  buluddan  başınız  üzərində  kölgəlik 
düzəltdik və sizə «mənn» (bir növ ağac şirəsindən hazırlanmış  yemək) və bildirçin endirdik (və 
dedik:) «ruziniz etdiyimiz pak təamlardan yeyin.» Onlar (itaətsizlik və naşükür lük etməklə) Bizə 
zülm etmədilər, lakin özlərinə zülm edirdilər. 
58. Və (yadınıza salın) o zaman(ı) ki, dedik: «Bu şəhərə (Beytül-Müqəddəsə) daxil olun və oranın 
istədiyiniz  yerindən  bolluca  yeyin  və  bu  qapıdan  (şəhərin,  ya  Məscidül-Əqsanın  qapısından) 
səcdə  halında  daxil  olun  və  «(ilahi,  bizim  istəyimiz)  günahların  tökülməsidir»  deyin  ki,  sizin 
səhvlərinizi bağışlayaq. Biz yaxşı iş görənləri(n savabını) artıracağıq.  
59.  Lakin  zülm  edənlər  (Allahın  kəlamını)  onlara  deyiləndən  başqa  şəkilə  saldılar  (məsələn,  
günahların  bağışlanmasını  istəmək  əvəzinə  buğda  istədilər).  Biz  də  zülm  edənlərə  itaətdən 
çıxdıqlarına görə göydən əzab nazil etdik.  
60. Və (yadınıza salın) o zaman(ı) ki, Musa öz qövmü üçün su istəyəndə (ona) «əsanı o daşa vur» 
dedik. Beləliklə, ondan (Yəqubun nəslindən olan on  iki qəbilə üçün) on  iki çeşmə qaynadı. Hər 
bir dəstə özünün su  içmək yerini tanıdı (və dedik): «Allahın ruzilərindən yeyin,  için və  bu yer 
üzündə fəsad törədən olaraq hərəkət etməyin.» 
61.  Və  (yadınıza  salın)  o  zaman(ı)  ki,  dediniz:  «Ey  Musa,  biz  bir  cür  yeməyə  heç  cür 
dözməyəcəyik.  Buna  görə  də  bizim  barəmizdə  öz  Rəbbini  çağır  ki,  bizim  üçün  yerin  bitirdiyi 
şeylərdən – göyərti, xiyar, sarımsaq, mərcimək və soğan çıxarsın.» Musa dedi: «Siz daha yaxşının 
yerinə alçaq şey istəyirsiniz? (İndi ki, belədir) bir şəhərə (şəhərlərdən birinə) gedin ki, istədiyiniz 
şeylər sizin üçün hazırdır». Və onlara (alınlarına həqirlik,) xarlıq və möhtaclıq damğası vuruldu 
və Allahın qəzəbinə layiq oldular. Bu (xarlıq) ona görə  idi ki, onlar həmişə Allahın nişanələrinə 
kafir  olur  və  Allahın  peyğəmbərlərini  haqsız  yerə  öldürürdülər.  Bu  (küfr  və  peyğəmbərlərin 
öldürülməsi isə) ona görə idi ki, onlar itaətsizlik edir və həmişə öz hədlərini aşırdılar. 
62. Şübhəsiz, (İslama) iman gətirənlər, yəhudilər, xaçpərəstlər və sabiilər (Nuhun və ya Yəhyanın 
ardıcılları), (bu dəstələrdən) hər kim (öz peyğəmbərlərinin əsrində) Allaha və axirət gününə iman 


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə