Fatihə surəsi



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə159/166
tarix30.10.2018
ölçüsü2,26 Mb.
#75966
1   ...   155   156   157   158   159   160   161   162   ...   166

13. Orada taxtlara söykənəcək, orada nə istinin şiddətini nə də soyuğun şiddətini görəcəklər.  
14. (Ağaclarının) kölgələri onların başları üstünə kölgə salacaq, yetişmiş meyvələri  isə asanlıqla 
əyiləcək və onların ixtiyarına veriləcək.  
15. Və onların dövrəsində gümüş kasalar və büllur qədəhlər dolandırılacaqdır.  
16. Cövhəri gümüşdən olan elə büllur (qədəhlərdir) ki, (Cənnətdəkilər, yaxud xidmətçiləri) onları 
istədikləri ölçüdə hazırlamışlar.  
17. Və Cənnətdə onlara (xoş ətirli) zəncəfil qatılmış camdan içirdərlər.  
18.  (Və  zəncəfil)  orada  elə  bir  bulaqdan  (çağlayır)  ki,  (nuş  olduğu,  ləzzət  verdiyi  və  tez  həzm 
olunduğu üçün) «Səlsəbil» adlanır.  
19.  Onların  dövrəsində  (xidmət  üçün  təravəti  və  yeniyetməliyi)  əbədi  olan  oğlanlar  dolanarlar. 
Onları gördükdə ətrafa səpələnmiş mirvari (inci) olduqlarını zənn edərsən.  
20. Oranı gördükdə, (bolluca) nemət və böyük bir mülk görərsən.  
21. Onların əyinlərində  yaşıl rəngli, nazik və  qalın  ipəkdən  libaslar olacaq, gümüş  bilərziklərlə 
zinətləndiriləcəklər və Rəbbi onlara pak olan və (bütün kin-küdurətdən təmizləyən) pak edici bir 
şərab içirəcəkdir.  
22.  (Onlara  deyilər:)  «Həqiqətən,  bu  (nemət  və  rəhmət)  sizin  mükafatınızdır  və  səyiniz 
təqdirəlayiqdir».  
23. (Ey Peyğəmbər,) şübhəsiz, Biz Özümüz bu Qur’anı sənə tədriclə nazil etdik.  
24. Odur ki, Rəbbinin əmrinə (əməl etmək, çatdırmaq və cəmiyyətdə həyata keçirməkdə) səbr et 
və onlardan heç bir günahkara, yaxud kafir və nankora itaət etmə.  
25. Və öz Rəbbinin adını səhər-axşam (hər hansı bir zikrlə və ya sübh, zöhr və əsr namazlarına 
məxsus zikrlə) yad et. 
26. Və gecənin bir qismində Ona səcdə et (məğrib və işa namazlarını qıl) və gecə uzunu da Onu 
zikr et (gecə namazını qıl).  
27. Şübhəsiz, onlar bu tez keçən dünyanı çox sevər və ağır günə (Qiyamət gününə) arxa çevirərlər 
(unudarlar).  
28.  Biz  onları  yaratmışıq  və  oynaqlarının  bəndlərini  bərkitmişik  və  istədiyimiz  zaman  onları 
(öldürərik  və)  özləri  kimilərlə  (dünyada  gələcək  əsrlərin  insanları  yaxud  da  axirətdə  yeni 
bədənlərilə) onların təsəvvürlərinə sığışmayan heyrət doğurucu bir əvəzetmə ilə əvəz edərik.  
29. Şübhəsiz, bu (deyilənlər) bir öyüd – nəsihətdir, belə isə, kim istəsə (bu öyüd – nəsihəti qəbul 
edib ona əməl etməklə) öz Rəbbinə tərəf bir yol tutar.  
30. Allah istəməsə siz əsla istəyə bilməzsiniz (çünki sizin ixtiyar üzündən olan iradəniz də ixtiyari 
əməliniz kimi, Allahın yaradılış iradəsinə bağlıdır). Həqiqətən, Allah (hər şeyi) biləndir və hikmət 
sahibidir!   
31.  (Allah)  istədiyi  (və  layiq  gördüyü)  şəxsi  Öz  mərhəmətinə  daxil  edər  və  zalımlara  ağrılı  bir 
əzab hazırlamışdır.  
Əl
-
Mursəlat
 
surəsi 
 
0. Bağışlayan və mehriban Allahın adı ilə.  
1.  And  olsun  bir  –  birinin  ardınca  (yaradılış  aləminin  işlərinin  idarəsi  üçün)  göndərilən  mələk 
dəstələrinə  (və  and  olsun  «həşr»  (dirilmə)  günündə  öz  yeni  bədənlərinə  doğru  sıx  bir  tərzdə  – 
göndərilən möminlərin Bərzəx ruhlarına).  
2. (And olsun öz məqsədlərinə doğru) şiddətli yel kimi gedənlərə.  
3.  And  olsun  xüsusi  bir  tərzlə  yayan  mələklərə  (həyat  ruhunu  canlılara,  ruzini  dirilərə,  vəhyi 
peyğəmbərlərə və əməl dəftərlərini Məhşər əhlinə yetirən mələklərə),  
4. (And olsun) aydın və aşkar bir tərzlə (haqqı batildən) ayıranlara,  
5. (And olsun) zikri (Qur’anı və öyüd – nəsihəti insanların qəlbinə) çatdıranlara ki,  
6.  (Bütün  bu  çatdırılmış  və  yayılmış  mərifətlər  təkzib  edənlərin  bəhanə  gətirmələrinə  yer 
qoymamaq  üçün)  dəlil-sübutların  (təqdim  edilərək)  tamamlanması,  ya  (öyüd-nəsihət  qəbul 
edənlərin) qorxudulması və xəbərdarlıq edilməsi üçündür.  


7. (Bütün bunlara And olsun ki,) sizə vəd edilən (Qiyamət günü) şübhəsiz, baş verəcəkdir.  
8. Ulduzlar məhv olacağı,   
9. Göy yarılacağı,   
10. Dağlar yerindən qopacağı,   
11. (Allah) peyğəmbərlər(in)in (ümmətin  mühakimə olunması  və onlara şahidlik etmələri üçün) 
hazır ediləcəkləri vaxt müəyyən olduqda (Qiyamət baş verər).  
12. (Bu hadisələrin baş verməsi) hansı bir gün üçün təxirə salınmışdır?  
13. Mühakimə və (yaxşıların pislərdən) ayrılma günü üçün.  
14. Sən nə bilirsən «ayrılma» günü nədir (nə qədər əhəmiyyətlidir)?!  
15. O gün vay halına təkzib edənlərin!   
16. Məgər Biz əvvəlki (tüğyankar və kafir)ləri məhv etmədikmi?!   
17. Sonra axırda gələnləri də onların ardınca (məhvə və əzaba) daxil edərik.  
18. Biz günahkarlarla belə rəftar edirik.  
19. O gün vay halına təkzib edənlərin!  
20. Məgər sizi (Adəm övladını) zəif və dəyərsiz sudan (nütfədən) yaratmadıqmı?  
21. Biz onu möhkəm bir yerdə (ana bətnində) qoyduq.  
22. Müəyyən bir müddətədək.  
23.  Beləliklə,  Biz  (insanı  həmin  sudan  düzəltməyə)  qadir  olduq.  Nə  gözəl  qadir  olanlarıq.  Biz 
(Onu cism, üzvlər, ruh, xüsusiyyətlər və ehtiyac baxımından) ölçdük. Nə gözəl ölçənlərik Biz.   
24. O gün vay halına təkzib edənlərin!  
25. Məgər yeri fəzada sürətlə hərəkət edən və (müxtəlif sakinlər üçün) geniş və məskunlaşdırıcı 
etmədikmi?  
26. Dirilər və ölülər üçün?  
27. Onun üzərində möhkəm durmuş uca dağlar yaratdıq və sizə şirin su içirtdik.  
28. O gün vay halına təkzib edənlərin!  
29. (Məhşər haqq-hesabı qurtardıqdan sonra onlara deyiləcəkdir:) «Təkzib etdiyinizə tərəf gedin».   
30.  «Gedin  üç  qolu  olan  kölgəyə  tərəf  (Bu  qatı  tüstüdən  ibarət  olan  kölgə,  dünyada 
heyvaniyyətin, yırtıcılığın və şeytançılığın nəfs üzərindəki qələbəsinin eynilə təcəssümüdür)».  
31. O nə kölgə salar və nə də odun şöləsindən qoruyar.  
32. Həqiqətən, elə qığılcımlar saçar ki, (böyüklükdə) sanki (hər biri) uca bir binadır (yaxud böyük 
xurma ağacının gövdəsidir).  
33. (O qığılcımlar) sanki sarı rəngli dəvələrdir.  
34. O gün vay halına təkzib edənlərin!   
35. Bu elə bir gündür ki, onlar (Məhşərin bəzi duracaqlarında) danışmazlar dinməzlər.  
36. Və onlara (söz deməyə) izn verilməz,  beləliklə də üzr  istəyə bilməzlər (çünki heç bir üzrləri 
yoxdur).  
37. O gün vay halına təkzib edənlərin!   
38.  Bu,  sizi  də,  sizdən  əvvəlkiləri  də  hamılıqla  bir  yerə  topladığımız,  mühakimə  və  (yaxşıları 
pislərdən) ayırma günüdür.  
39. Əgər (bu gün əzabdan nicat tapmaq üçün) bir çarəniz və hiyləniz varsa, Mənə qarşı işlədin.  
40. O gün vay halına təkzib edənlərin!   
41. Həqiqətən, təqvalılar kölgəliklərdə və çeşmələr (başında)  
42. Meylləri çəkən hər növ meyvələr (içində) olarlar.  
43. Etdiyiniz yaxşı əməllərin müqabilində mükafat olaraq yeyin və için, sizə nuş olsun!  
44. Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.  
45. O gün vay halına təkzib edənlərin!   
46. (Siz isə, ey kafirlər dünyada) yeyin və qısa müddət ərzində azacıq bəhrələnin. Həqiqətən, siz 
günahkarsınız (və öz cəzanıza çatacaqsınız).  
47. O gün vay halına təkzib edənlərin!   
48. Onlara «(Allahın  müqabilində) rüku edin,  müti  olun»–deyildiyi zaman rüku etməz,  və müti 
olmazlar.  


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə