Fatihə surəsi



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə160/166
tarix30.10.2018
ölçüsü2,26 Mb.
#75966
1   ...   156   157   158   159   160   161   162   163   ...   166

49. O gün vay halına təkzib edənlərin!   
50. (Əgər onlar bu kitaba da iman gətirmirlərsə,) bəs bundan sonra hansı bir sözə (kəlama) iman  
gətirəcəklər?! 
Ən
-
Nəbə
 
surəsi
 
0. Bağışlayan və mehriban Allahın adı ilə.  
1. (Kafirlər) bir-birlərindən nə haqqında soruşurlar?  
2. Böyük bir xəbər (Qiyamətin gəlməsi, yaxud Qur’anın haqq olması) haqqında.  
3.  Elə  bir  xəbər  ki,  onun  barəsində  ixtilafdadırlar  (bəzisi  onu  qeyri-mümkün,  bəzisi  onu  az 
ehtimal  olunan,  bəzisi  şəkk-şübhə  etmiş  və  bəzisi  də  bunu  bilməklərinə  baxmayaraq  inkar 
etmişlər).  
4. Xeyr, belə deyildir (onların düşündüyü kimi deyil). Tezliklə biləcəklər.  
5. Yenə də xeyr, belə deyildir. Onlar tezliklə biləcəklər. (Bu iki ayə «böyük xəbər»i inkar edənlər 
üçün bir təhdiddir).  
6. Məgər Biz yeri rahatlıq beşiyi etmədikmi? (Bu ayədən etibarən on altıncı ayəyə qədər, «böyük 
xəbər»in isbatı üçün doqquz dəlil gətirilir).   
7. Dağları (onun səthində) mıxlar (etmədikmi)?  
8. Biz sizləri (erkək və dişi olmaqla) cüt-cüt yaratdıq.  
9. Yuxunuzu (bədəninizin) rahatlıq vasitəsi etdik. (və ruhun bədənə göstəriş vermə imkanının bir 
növ kəsilmə vasitəsi etdik).  
10. Gecəni (hər şeyi bürüyən) örtük etdik.   
11. Gündüzü yaşayış və dolanışıq üçün çalışma vaxtı etdik.   
12. Sizin başınızın üstündə yeddi möhkəm və sabit göy qurduq.   
13. Olduqca parlaq və yandırıcı bir çıraq (günəş) yaratdıq.  
14. (Buluda) təzyiq göstərən küləklərdən və topa halında  bir-birinə sıxılmış  buludlardan (yağış, 
qar və dolu şəklində) bolluca axar su nazil etdik ki,   
15. Onunla dən və bitkiləri (torpağın köksündən) çıxaraq.  
16. (Eləcə də) çoxlu sayda və bir-birinə sarmaşan ağacları olan bağlar.  
17.  Həqiqətən,  (insanlar  arasında)  hökmetmə  və  (haqla  batilin,  yaxşıyla  pisin)  ayrılma  günü 
(İlahinin  əzəli  elmində  və  Lövhi-Məhfuzda  yazılana  uyğun  olaraq)  vəd  olunmuş  bir  vaxtdır 
(hamının bir-birini tanıması, bütün işlərə baxılma, yaxşı və pis işlərin müəyyən edilməsi, mükafat 
və  cəzaların  verilmə  vədəsidir.  Bu  ayədən  etibarən  surənin  axırınadək  «böyük  xəbər»in  baş 
verməsi, bəşər idrakından yuxarı olan o səhnənin hadisələri və həqiqətləri vəsf olunur).  
18. Sura (üçüncü dəfə) üfürüləcəyi gün siz (qəbirlərdən çıxıb  haqq-hesab olunmaq üçün)  dəstə-
dəstə gələcəksiniz.  
19. (O gün) göy açılar və (çoxlu sayda mələklərin nazil olması üçün) qapılar şəklinə düşər.  
20. Dağlar (öz yerlərindən) hərəkətə gətirilər və (məhv olar və nəzərlərdə) ilğıma dönər.  
21. Əlbəttə, Cəhənnəm (o gün  bir) pusqudur. (Mələklər «sirat» körpüsünün  yanında  möminləri 
düşməndən qorumaq və kafirləri Cəhənnəmə çəkmək üçün pusqu qurarlar).  
22. Üsyankarlar üçün dönüş yeridir.   
23. Onlar uzun müddət (əbədiyyətə qədər) orada qalacaqlar.  
24. Onlar orada nə bir sərinlik (sərin hava və su) dadarlar, nə də içəcək.  
25. Qaynar sudan və çirk və qan qarışıq sudan (irindən) başqa  
26. (Onların dünyadakı əqidə, əxlaq və əməllərinə) uyğun cəza olaraq.  
27. Həqiqətən, onlar haqq-hesab (günün)ə heç bir ümid bəsləmirdilər.  
28. Və Bizim ayələrimizi və nişanələrimizi şiddətlə və israrla təkzib edirdilər.  
29.  Biz  hər  bir  şeyi  saymış,  Lövhi-Məhfuz  kitabında  yazmışıq  və  onların  hər  bir  əməlini  əməl 
dəftərlərində qeyd etmişik.  
30. Odur ki, dadın (əzabı!) Biz sizə əzabdan başqa əsla bir şey artırmayacağıq!  
31. Həqiqətən, təqvalılar üçün qurtuluş, səadət və nicat yeri var.  


32. Hasara alınmış bağlar və üzümlüklər,  
33. Nar məməli həmyaşıd qızlar,   
34. Və (müxtəlif şərablar və şərbətlərlə) dolu camlar (vardır).  
35. Onlar orada əsla nə boş söz eşidərlər, nə də bir yalan və təkzib; (Allah və mələklər onları və 
onlar da bir-birlərini təkzib etməzlər).  
36. (Bu) sənin Rəbbinin tərəfindən bir mükafat(dır), kifayət qədər olan və keçmiş əməllərə görə 
verilən bir bəxşişdir.  
37.  (O,)  göylərin,  yerin  və  onların  arasında  olanların  Rəbbidir.  (O,)  Məhşər  əhlinin  Onun 
hüzurunda söz deməyə (müstəqil surətdə şəfaət etməyə, yaxud Onun mühakiməsinə, mükafatına 
və cəzasına etiraz etməyə) əsla qadir olmadığı həmin Rəhman (olan Allah)dır.  
38. Ruhun (Cəbrail, yaxud mələklərin başçısı və ya mələk cinsindən olmayan başqa şərafətli bir 
varlıq) və mələklərin səf-səf duracağı gün Rəhman (olan Allah)ın izn verdiyi kəslərdən başqa heç 
kəs danışmayacaq, (danışan da) doğru danışacaq.  
39. O gün haqq olan gündür, odur ki, kim istəyirsə (elə indidən) öz Rəbbinə tərəf bir dönüş yolu 
tutsun (elə əqidə və əməllər seçsin ki, Ona yetişsin).  
40. Həqiqətən, Biz sizi yaxın olan əzabla qorxutduq. E lə bir gün(lə) ki, (o gün) hər kəs öz əlləri 
ilə öncədən göndərdiklərinə baxar, kafir deyər: «Kaş ki, torpaq olaydım (və heç bir məsuliyyətim 
olmayaydı)».  
Ən
-Naziat  
surəsi
 
0. Bağışlayan və mehriban Allahın adı ilə.  
1. And olsun kafirlərin canlarını şiddətlə (bədənlərindən) çəkib çıxaran mələklərə,   
2. (And olsun) möminlərin canlarını yumşaqlıqla və rahatlıqla alan mələklərə və şərqdən aramla 
çıxan (və qərb tərəfə gedən) ulduzlara,  
3.  (And  olsun)  insanların  ruhlarını  aldıqdan  sonra  sürətlə  Bərzəx  Cənnətinə,  ya  Cəhənnəminə 
aparan mələklərə,  
4.  (And  olsun)  Allahın  əmrlərini  yerinə  yetirməkdə  bir-birlərini  ötən  mələklərə  və  (and  olsun) 
haqq yolunda döyüşənlərin bir-birlərini qabaqlayan atlarına,   
5. (And olsun) dünyanın işlərini idarə edən mələklərə (aləm onların Allah iradəsinin inikası olan 
iradələri ilə idarə olunar). (Bu beş andda məqsəd budur ki, siz hamınız diriləcəksiniz).   
6.  O  gün  o  titrədən  (surun  birinci  dəfə  üfürülməsi  bütün  kainatı)  şiddətlə  titrədəcək  (sükunət 
halında olan cisimlərin hamısı titrəyəcək və bütün canlılar öləcəklər).  
7.  Başqa  bir  titrədən  (surun  ikinci  dəfə  üfürülüşü)  onun  ardınca  (Allahdan  başqa  heç  kimin 
bilmədiyi bir fasilə ilə) gələcəkdir (və bütün ölüləri dirildəcəkdir).  
8. O gün ürəklər bərk iztirab və qorxu (içində) olar.  
9. Gözləri zəlilcəsinə yerə dikilər.  
10.  (O  kəslər  ki,  bu  gün)  deyirlər:  «Məgər  biz  (öldükdən  sonra  yenidən  həyatımızın) 
əvvəl(ində)ki vəziyyətimizə qaytarılacagıq?!»  
11. «(Özü də) çürümüş parça-parça sümüklər olduğumuz zamanmı?!»  
12. (Onlar) deyirlər: «Elə isə bu, ziyanlı bir dönüşdür!»   
13. Həqiqətən, o (dönüş) yalnız bir nə’rə(nin surun ikinci dəfə üfürülməsilə)dir.  
14. Qəfildən onların hamısı dümdüz, boş bir yerdə olacaqlar.  
15. Musanın hekayəti sənə gəlib çatdımı?  
16. O zaman Rəbbi onu müqəddəs «Tuva» vadisində səslədi:   
17. «Fironun yanına get! Çünki o tüğyan etmişdir.»   
18. Və de: «(Küfr və tüğyandan) təmizlənmək istəyirsənmi?   
19. Səni Rəbbinə tərəf hidayət edimmi ki, Ondan qorxasan?»  
20. Beləliklə, (tovhid  və öz  peyğəmbərliyi  barədə olan)  o çox  böyük  nişanəni (müxtəlif  hallara 
düşən əsanı) ona göstərdi.  
21. O, (isə) təkzib etdi və asi oldu.   


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə