Fatihə surəsi



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə162/166
tarix30.10.2018
ölçüsü2,26 Mb.
#75966
1   ...   158   159   160   161   162   163   164   165   166

8. Diri ikən torpağa gömülmüş hər bir adam (cahiliyyət dövründə diri-diri basdırılmış qızlar, tarix 
boyunca diri-diri  basdırılmış  insanlar və günahsız  ikən  zindanda ölənlər) barəsində soruşulacağı 
zaman  
9.  «Hansı  günaha  görə  öldürüldülər?»  (Onların  qatillərindən:  «Bunlar  hansı  günaha  görə 
öldürüldülər?»- deyə soruşular.)  
10. Əməl dəftərləri (Haqq-taala tərəfindən məhşər əhli arasında) yayılacağı və hər bir şəxsin əməl 
səhifəsi (onun öz qarşısında) açılacağı zaman,  
11. Göy (əhatə etdiyi hər bir şeyin üzərindən) götürüldüyü zaman,   
12. Cəhənnəm alovlandırılıb şölələndiyi zaman,   
13. Cənnət (təqvalılar üçün) yaxınlaşdırıldığı zaman  
14. Hər kəs (dünyada bugünkü günə özü üçün yaxşı, pis) nə hazır etdiyini biləcəkdir.  
15. Yox-yox; and olsun (gündüz) gizlənən, gecə qayıdan ulduzlara,   
16.  Seyr  edən,  qeyb  olan  o  ulduzlara  (gecənin  sonunda  yuvalarına  çəkilən  heyvanlar  kimi  öz 
məğriblərində gizlənərlər),  
17. And olsun qaralmaqda və çəkilməkdə olan gecəyə.  
18. Və and olsun sökülməkdə olan dan yerinə.  
19. (Yuxarıdakı andların nəticəsi budur) ki, bu (Qur’an) şübhəsiz möhtərəm və şərəfli bir elçinin 
(Cəbrailin gətirdiyi) sözdür.  
20. (Elə bir elçi ki,) çox qüvvətlidir və ərşin sahibi (Allahın) yanında məqam və mənsəb sahibidir.  
21. Orada (mələklər arasında) itaət ediləndir, həm də güvəniləndir.  
22. Sizin yoldaşınız və dostunuz (Peyğəmbər) divanə deyildir.  
23.  Həqiqətən,  (bu  Peyğəmbər)  onu  (Cəbraili)  açıq  və  (insanların  üfüqündən)  uca  olan  üfüqdə 
(mələklərin üfüqündə) görmüşdür.  
24. Və o qeyb (vəhy vasitəsilə aldıqları barəsində) xəsis deyildir (ki,  onu gizlətsin,  dəyişdirsin, 
yaxud təxirə salsın və ya qarışdırsın).  
25. Və bu (Qur’an Allah dərgahından) qovulmuş Şeytanın sözü deyildir.   
26. Belə isə, hara gedirsiniz?!  
27. Bu, aləmlər üçün yalnız bir öyüd-nəsihətdir.  
28. Sizdən (əqidə, əxlaq və əməldə) düzgün olmaq istəyənlər üçün.  
29.  Aləmlərin  Rəbbi  olan  Allah  (yaradılış  iradəsi  ilə)  istəməyincə  siz  (bu  yolu  seçməyi)  is təyə 
bilməzsiniz.  (Çünki,  sizin  ixtiyar  üzündən  olan  iradəniz  ixtiyari  əməlləriniz  kimi  Allahın 
iradəsinə bağlıdır.) 
Əl
-
Ġnfitar
 
surəsi
 
0. Bağışlayan və mehriban Allahın adı ilə.  
1. Göy yarıldığı zaman,   
2. Ulduzlar dağılıb səpələndiyi zaman, 
3. Dənizlər yarıldığı (və sular bir-birlərinə qarışdığı) yaxud qaynayıb dolduğu zaman,   
4. Qəbirlər alt-üst olduğu (və ölülər çölə atıldığı) zaman,   
5. Hər bir kəs öncədən göndərdiyi və ya təxirə saldığı şeyi biləcəkdir (dünyada etdiyi hər bir xeyir 
və şəri və özündən sonra qoyub getdiyi hər bir xeyir və şər adəti biləcəkdir).  
6. Ey insan, səni kərim olan Rəbbinə qarşı məğrur edən nədir?! (ki, Onun tanrılığına qarşı  küfr, 
kərəminə qarşı isə nankorluq etdin)?  
7. O Allah ki, səni yaratdı və bədəninin üzvlərini (hər bir üzvü lazımi hikmətinə uyğun olaraq öz 
münasib yerində) düzəltdi və nizamladı və (lazımi işi ifa etmək üçün üzvlər arasında uyğunluq və 
ahəngdarlıq icad etməklə) qaydaya saldı və sahmanladı.   
8. İstədiyi şəkildə (üzvlərin xüsusiyyətləri və bütünlüyü baxımından) sənə quruluş verdi.   
9.  Belə  deyildir  (siz  təkcə  Allahın  kərəminə  qarşı  məğrurluq  etməklə  qalmırsınız)  əslində  siz 
«Cəza» gününü təkzib edirsiniz.  
10. Və əlbəttə, sizin üstünüzdə gözətçilər vardır.   


11. Şərəfli (möhtərəm) yazanlar (mələklər vardır).  
12.  Onlar  sizin  nə  etdiklərinizi  (zahir  və  batini,  ixlası  və  riyanı,  kamal  və  nöqsan  dərəcələrini) 
bilirlər.  
13. Şübhəsiz, yaxşı əməl sahibləri (axirətdə) bolluca nemət içində olarlar.  
14. Və şübhəsiz, pis əməl sahibləri isə odlu Cəhənnəm içində olarlar.  
15. Cəza günü oraya daxil olarlar (onun hərarətini dadar və yanarlar.)  
16. Onlar əsla oradan çıxan deyillər (dünyada səbəbin məhdud əhatəsində olduqları kimi axirətdə 
də nəticənin əbədilik əhatəsində olarlar).  
17. Və sən nə bilirsən ki, cəza günü nədir?!  
18. Yenə də sən nə bilirsən ki, cəza günü nədir?!  
19. Elə bir gündür ki,(o gün) heç kəs başqası üçün bir iş görməyə qadir olmayacaqdır. O gün əmr 
yalnız Allaha məxsusdur.  
Əl
-
Mutəffifin
 
surəsi
 
0. Bağışlayan və mehriban Allahın adı ilə.  
1. Vay halına əskik satanların!   
2. O kəslər ki, özləri insanlardan ölçü ilə bir şey aldıqda, onu tam ölçüb alarlar,  
3. Onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə isə onu əskildərlər.  
4. Məgər onlar güman etmirlərmi ki, (haqq-hesab üçün) dirildiləcəklər,   
5. Böyük bir gündə?!  
6. O gün bütün insanlar (haqq-hesab və mühakimə olunmaq üçün) aləmlərin Rəbbinin hüzurunda 
duracaqlar! 
7. Belə deyildir (Onların güman etdiyi  kimi deyil. Onlar güman edirlər ki, heç bir hesab  – kitab 
yoxdur). Şübhəsiz, pis əməl sahiblərinin cəza əməl dəftəri «Siccin»dədir.  
8. Və sən nə bilirsən ki, «Siccin» nədir?  
9.  (O,)  rəqəmlənmiş  (yazılmış)  (əhatəli)  bir  kitabdır  (bütün  pis  əməl  sahiblərinin  cəzası  orada 
qeyd olunmuşdur).  
10. Vay halına o günü təkzib edənlərin.  
11. O kəslərin ki, cəza gününü təkzib edirlər.  
12. Və onu ancaq həddini aşan daim günah edən şəxs təkzib edər.  
13. O kəs ki, Bizim ayələrimiz ona oxunduğu zaman «Bu keçmişdəkilərin əfsanələridir»-deyər.  
14.  Belə  deyildir  (Bizim  ayələrimiz  əfsanə  deyil),  əslində  onların  qəlblərini  qazandıqları 
(günahlar) paslandırmışdır.  
15.  Belə  deyil  (Onların  güman  etdiyi  kimi  deyil,)  şübhəsiz,  o  gün  onlar  Rəbbin(in  lütfün)dən 
məhrum olacaqlar.  
16.  Sonra  onlar  mütləq  cəhənnəmə  daxil  olacaqlar,  (onun  hərarətini  dadacaq  və  orada 
yanacaqlar.)  
17. Sonra da onlara: «Bu, həmin təkzib və inkar etdiyinizdir!» deyiləcəkdir.  
18. Belə deyildir (hesab – kitabsız deyil), həqiqətən, yaxşı əməl sahiblərinin mükafat əməl dəftəri 
«İlliyyin»dədir.  
19. Sən nə bilirsən ki, «İlliyyin» nədir?   
20.  (O,)  rəqəmlənmiş  (yazılmış)  (əhatəli)  bir  kitabdır  (yaxşıların  mükafatı  orada  qeyd 
olunmuşdur),  
21. (Allah) dərgahına yaxın olanlar onu görərlər və mələklər onun yanında hazır olarlar.  
22. Şübhəsiz, yaxşı əməl sahibləri bolluca nemət içindədirlər.  
23.  Zinətlənmiş  fəxri  kürsülər  üzərində  (əyləşib)  (Cənnət  nemətlərinə  və  Haqqın  camalına) 
tamaşa edərlər.  
24. Sən onların üzlərində bolluca nemət sevinci və təravəti görərsən.  
25. Onlara saf və xalis, möhürlənmiş şərabdan içirdilər.  


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə