Fatihə surəsi



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə165/166
tarix30.10.2018
ölçüsü2,26 Mb.
#75966
1   ...   158   159   160   161   162   163   164   165   166

8. Elə bir şəhər ki, onun bənzəri şəhərlər arasında (bəşər əli ilə) yaradılmamışdı.  
9. (Omanla Həzər–Mout arasında olan) o, vadinin sinəsində qayaları yarıb (evlər tikən) Səmudla 
(Salehin qövmü ilə).  
10.  Və  güclü  qoşunları  olan,  yaxud  (çadırlarda  istifadə  olunan  və  məhkum  olunanlara  işkəncə 
vermək üçün işlədilən) mıxlar sahibi olan Fironla.  
11. O kəslər ki, şəhərlərdə tüğyan etdilər.  
12. Və oralarda çoxlu fitnə-fəsad törətdilər.  
13. Beləliklə Rəbbin onlar(ın başların)a müxtəlif əzabların qamçısını endirdi.   
14. Həqiqətən də, sənin Rəbbin (onlara) nəzarət edir.  
15. Amma insana gəldikdə, nə zaman Rəbbi onu imtahana çəksə, ehtiram göstərsə və nemət bəxş 
etsə, deyər: «Rəbbim məni əziz tutmuşdur» (hər bir işə izn vermişdir).  
16. Amma nə zaman onu imtahan edib ruzisini azaltsa, «Rəbbim məni alçaltdı»-deyər.  
17. Belə deyildir. (Güman edirsiniz  ki, nemətin çoxluğu əməldə azadlıq verməkdir, onun azlığı 
alçaldılmaq. Həm gümanınız yalnışdır. Həm də). Əslində siz yetimə ehtiram göstərmirsiniz.  
18. Bir – birinizi yoxsulları yedirtməyə rəğbətləndirmirsiniz.  
19. Və öz mirasınızı başqalarının mirası ilə birgə yeyirsiniz. (Hər bir mirası dünyadan gedən şəxs 
(həmin malı) halal və haram(ına varmadan) toplamış olsa belə mənimsəyirsiniz).  
20. Və (dünya) malı(nı) lap çox sevirsiniz.  
21.  Belə  deyildir  (sizin  güman  etdiyiniz  kimi  deyil).  Bu  yer(in  yüksəklikləri)  ardıcıl  bir–birinə 
çırpılıb parça–parça olacağı (və yer saf və dümdüz şəklə düşəcəyi) zaman  
22.  Rəbbinin  (təkid  etdiyi  əmri  və  cəlalının,  mütləq  hakimiyyətinin  təcəllisi)  yetişəcəyi  və 
mələklər (Məhşər səhnəsinə enib) səf-səf gələcəyi  
23. Və Cəhənnəmin (yaxına) gətiriləcəyi gün-məhz o gün insan (tovhid həqiqətlərini, yaradılış və 
şəriət məqsədlərini) xatırlayar, amma bu xatırlamaqdan ona nə (fayda)?! 
24. O: «Kaş ki, mən öz (əbədi)  həyatım  üçün əvvəlcədən (yaxşı əməllər) göndərmiş olaydım!»-
deyər.  
25.  Beləliklə,  o  gün  heç  kim  Onun  (Allahın)  əzabı  kimi  əzab  verə  bilməz!  (Elə  bir  əzab  ki, 
dünyada heç kim onun mislini edə bilməzdi).  
26. Və heç kim Onun kimi zəncirləyə bilməz.  
27. Ey (təqvanın kamalı sayəsində) arxayın olmuş nəfs (elə bir məqama yetişmiş nəfs ki, həvayi–
həvəslər və şeytanlar onu azdırmağa qadir deyildir),   
28. Dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq!  
29. Mənim bəndələrimin zümrəsinə daxil ol!   
30. Və Mənim Cənnətimə daxil ol!  
Əl
-
Bələd
 
surəsi
 
0. Bağışlayan və mehriban Allahın adı ilə.  
1. Xeyr, and olsun bu şəhərə (əzəmətli Məkkəyə),  
2. Sənin yerləşdiyin bu şəhərə;  
3.  Və  and  olsun  ataya  və  dünyaya  gətirdiyi  övlada  (Adəmə  və  onun  övladlarından  olan 
məsumlara, Kə’bənin və Məkkənin baniləri olan İbrahimə və övladı İsmailə və saleh övladı olan 
hər bir saleh möminə) ki,  
4. Şübhəsiz, Biz  insanı zəhmətdə  və məşəqqətdə yaratmışıq (kam almağı  nakamlığla,  ləzzətləri 
acılıqlarla müşayət olunur).  
5.  Yoxsa  o  elə  güman  edir  ki,  əsla  heç  kimin  ona  gücü  çatmayacaqdır  (buna  görə  də  küfr  və 
tüğyan edir)?!  
6. (Minnət qoymaq və bəxş etdiklərini qabartmaq məqsədi ilə) «Mən çox mal tələf etdim!»-deyir.  
7. Yoxsa güman edir ki, heç kim onu (bəxşiş etdiyi zaman) görməmişdir?!  
8. Məgər Biz ona iki (görən) göz vermədikmi?!  
9. Və (eləcə də) bir dil və iki dodaq(vermədikmi) ?!  


10. Və ona (ağıl vermək və peyğəmbər göndərməklə) iki yolu (maddi və mənəvi cəhətdən xeyir 
və şər yolunu) göstərmədikmi?!  
11. Beləliklə o, aşırımı və çətin yolu («Əqəbə»ni) aşa bilmədi.   
12. Və sən nə bilirsən ki, çətin yol («Əqəbə») nədir?!  
13. (O) Bir qul azad etməkdir.  
14. Yaxud qıtlıq və aclıq günü yemək verməkdir–  
15. Qohum olan bir yetimə,   
16. Və ya yerə sərilmiş bir miskinə!  
17. Bunlardan əlavə,  iman gətirən və bir  – birinə səbr, mehribanlıq  və bağışlamaq tövsiyə edən 
kəslərdən olmaqdır.  
18. Onlar xeyir – bərəkət və səadət əshabıdır (sahibləridir).  
19.  Bizim  ayələrimizi  və  nişanələrimizi  inkar  edənlər  isə  nəhslik  və  bədbəxtlik  əshabıdırlar 
(sahibləridirlər).  
20. Onlar üçün hər yanı qapalı bir od vardır (yaxıb – yandırması çoxdur, çıxış yolu isə bağlıdır).  
ƏĢ
-
ġəms
  
surəsi
 
0. Bağışlayan və mehriban Allahın adı ilə.  
1. And olsun günəşə və onun şüasının vüsətinə,   
2. And olsun (günəşin) ardınca çıxmaqda olan aya.  
3. And olsun yeri işıqlı, havanı nurlu və günəşi görünən edən zaman gündüzə.  
4. And olsun günəşi örtməkdə, üfüqləri və havanı qaranlıq etməkdə olan gecəyə.  
5. And olsun göyə və onu bina edən (O qüdrətli varlığa, vücuda),   
6. And olsun bu yerə və onu döşəyənə (O qüdrət sahibinə).  
7. Və and olsun (insanın) nəfs(sin)ə və ona doğru – düzgün biçim verənə. (Bədən üzvlərini bir – 
birinə mütənasib və xüsusiyyətlərini isə həm bədən, həm də xarici mühitlə uyğun yaradana).  
8. Sonra da günahlarını və təqvalı olmağını ona ilham etmiş və onu iş görməyə qadir etmişdir.  
9. Nəfsini (etiqad və əxlaq kamallarında) təkamülə çatdıran və (fikir və nəfs pisliklərindən) onu 
təmizləyən kəs şübhəsiz, nicat tapmışdır!  
10.  Və  (nəfsini)  pisliklərə  bulaşdırıb  cəhalət,  küfr  və  pozğunluq  pərdəsi  altında  gizlədən  kəs, 
şübhəsiz, ziyana uğramışdır!  
11. Səmud (qövmü) azğınlıq üzündən (Salehi) təkzib etmişdi.  
12. Onların ən bədbəxti ayağa qalxdığı (Salehin dəvəsini öldürmək üçün könüllü olduğu) zaman   
13.  Allahın  peyğəmbəri  onlara  demişdi:  «Allahın  dəvəsinə  ziyan  yetirməkdən  və  ona  öz 
növbəsində su içməyə mane olmaqdan çəkinin!»  
14.  Amma  onlar  onu  (Salehi)  təkzib  etmişdilər  və  Allahın  dəvəsini  öldürmüşdülər.  Rəbbi  də 
günahlarının cəzası olaraq onların hamısının kökünü kəsib yerlə yeksan etdi.  
15. Və (Allah) bu işin aqibətin(ə görə heç bir kəs)dən qorxmaz.  
Əl
-
Ləyl
  
surəsi
 
0. Bağışlayan və mehriban Allahın adı ilə.  
1. And olsun (hər yeri zülmətə) bürüməkdə olan gecəyə;  
2. And olsun, cilvələnməkdə olan gündüzə.  
3. And  olsun erkəyi və dişini (Adəmi  və Həvvanı, hər bir canlının erkəyini, dişisini  və hər bir 
bitkinin erkəyini və dişisini) yaradana ki,   
4. Həqiqətən, sizin səy və çalışmanız olduqca müxtəlifdir. (Bəzən bəxşiş, təqva və təsdiq üçün, 
bəzən isə xəsislik, özünü Allaha möhtac bilməmək və təkzib üçün çalışırsınız).   
5. Amma kim (öz malından və var - yoxundan Allah yolunda) bəxş etsə və təqvalı olsa  
6. Və Allahın vədlərini təsdiq etsə  


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə