Fatihə surəsi



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə158/166
tarix30.10.2018
ölçüsü2,26 Mb.
#75966
1   ...   154   155   156   157   158   159   160   161   ...   166

49. Onlara nə olub ki, öyüd–nəsihətdən üz döndərirlər?!  
50. Onlar sanki, hürkmüş vəhşi eşşəkdirlər,   
51. (Elə eşşəklər ki,) Ovçunun (ya şirin) çəngindən qaçırlar.  
52.  (Onların  işləri  yalnız  üz  döndərmək  deyildir,)  əslində  onların  hər  biri  istəyir  ki,  (Allah 
tərəfindən) ona açıq məktublar verilsin (ki; «Bu Peyğəmbəri qəbul et»).  
53. Belə deyil (qəbul etməmələrinin səbəbi məktubun  gəlməməsi deyil), əslində onlar axirətdən 
qorxmurlar.  
54. Belə deyil (onların söylədikləri kimi deyil, əslində) bu (Qur’an) öyüd – nəsihət və xatırlatma 
vasitəsidir.  
55. Belə ki, kim istəsə onu xatırlaya (və ona əməl etməklə kamala çata) bilər.  
56.  Və  Allah  istəməyincə  onlar  xatırlaya  bilməzlər  (çünki  onların  ixtiyari  iradələri,  istəkləri  də 
əməlləri  kimi  Allahın  yaradılış  iradəsinə  bağlıdır.  O,  istəməzsə,  baş  verməz).  O,  qorxub 
çəkinməyə də, bağışlamağa da layiqdir.  
Əl
-
Qiyamə
 
surəsi
 
0. Bağışlayan və mehriban Allahın adı ilə.  
1. And içirəm Qiyamət gününə.  
2. Və and içirəm özünü məzəmmət edən nəfsə (möminin nəfsinə və Allaha asi olduğu üçün özünü 
məzəmmət edən ayıq vicdanına and olsun ki, Qiyamət haqdır).  
3.  Yoxsa  insan  belə  güman  edir  ki,  Biz  əsla  onun  sümüklərini  (öldükdən  sonra  torpaqların 
arasından) bir yerə yığa bilməyəcəyik?  
4. Bəli (bir yerə yığacağıq), hələ bir (üstəlik) onun barmaqlarının ucunu da əvvəldə olduğu kimi 
sirli xətlərlə düzəltməyə qadirik.  
5. (Onun inkar etməyi yalnız Qiyamət barəsində şəkk etdiyinə görə deyildir) əslində insan istəyir 
ki, (ömrü) irəlilədikcə günah etsin.  
6. Soruşur ki: «Qiyamət günü nə vaxtdır?»  
7. Göz (ölümün çətinliyindən, yaxud da Məhşərin dəhşətindən) donub qalacağı və bərələcəyi;  
8. Ayın nurunun sönəcəyi;  
9. Və günəşlə ayın (nurun yox olmasında, yaxud yerə və ya kainata yaxınlıqda) birləşəcəyi zaman  
10. Məhz o gün insan: «Qaçıb qurtulmaq üçün yer haradadır?» – deyəcəkdir.  
11. Xeyr, (o gün) heç bir sığınacaq yeri olmayacaq.  
12.  O  gün  (bütün  varlıqların  yaradılışın  əvvəlindən  üz  tutduqları)  son  qərargah  yalnız  sənin 
Rəbbinin  tərəfinədir  (dərəcələrinin  müxtəlifliyinə  uyğun  olaraq  Cənnətdə,  yaxud  Cəhənnəmdə 
əbədi yerləşərlər).  
13. O gün  insana öncədən göndərdiyi (dünyada etdiyi)  və təxirə saldığı (etmədiyi) şeyi (yaxud 
dünyada etdiyi xeyir və şər işləri və ya özündən sonra adət kimi qoyub getdiyi yaxşı və pis işlər 
barəsində) xəbər veriləcəkdir.  
14. (Xəbər verməyə heç ehtiyac da yoxdur,) əslində insan öz nəfsini görəndir.  
15. Baxmayaraq ki, (zahirdə) hər cür üzrxahlıq edər.  
16. (Qur’an nazil olan  zaman) onu  oxumağa tələsərək dilini onunla birgə hərəkət etdirmə (vəhy 
tamam  olmamışdan  öncə  oxumağa  başlama,  yaxud  sənin  qəlbində  əmanət  olaraq  qoyduğumuz 
Qur’anın  məcmuəsindən  surələri,  ya  ayələri,  ümumiyyətlə  heç  nəyi–  vaxtı  yetişməzdən  öncə  – 
dilinə gətirmə).  
17. Şübhəsiz, onu (sənin qəlbində) cəm etmək, onu (sənə) oxumaq (və sənin camaata oxumağın) 
Bizim öhdəmizdədir.  
18. Onu oxuduğumuz zaman onun oxunuşuna tabe ol.  
19. Sonra onu(n həqiqətlərini və sirlərini) bəyan etmək də Bizim öhdəmizdədir.  
20. Belə deyildir (axirəti inkar etməyiniz ona şəkk etdiyinizə görə deyil,) əslində siz bu tez keçib 
– gedən dünyanı sevirsiniz.  
21. Və axirəti buraxırsınız.  


22. O gün neçə – neçə üzlər şad-xürrəm olacaq!  
23.  (Qəlb  gözü  ilə)  öz  Rəbbinə  tərəf  (və  zahiri  gözü  ilə  Onun  cəlal  və  camal  nişanələrini  tam 
şəkildə təzahür və təcəssümünə) baxacaqdır.  
24. Və neçə – neçə üzlər də o gün qaşqabaqlı olacaq.  
25. Bel qıran bir əzaba (ya burunlarına oddan dağ basılmasına) məruz qalacaqlarını bilərlər.  
26. Belə deyil (insanın  zənn etdiyi kimi deyil). Can boğazın dövrəsindəki sümüklərə (körpücük 
sümüklərinə) yetişdiyi zaman.  
27. Və (can verənin başına toplananlar) deyərlər: «Şəfa verən təbib kimdir (varmı)? (Və mələklər 
deyərlər: «Kimdir onun ruhunu yuxarı aparan? Rəhmət mələyi, ya qəzəb?)»  
28. Və o da bilər ki, bu (zaman) (dünyadan) ayrılıq (zamanı)dır,   
29. Qıçı-qıçına dolaşar və dünya həsrəti axirət əzabına qarışar,  
30.  O  gün  (ölüm  günü)  sövq  və  hərəkət  sənin  Rəbbinə  tərəfdir  (Bərzəxdəki  görüş,  Qiyamət, 
məhkəməsindən tutmuş Cənnətə, ya Cəhənnəmə kimi).   
31. (O halda deyilər:) «O, nə (Allahın dəvətini) təsdiq etdi və nə də itaət edərək namaz qıldı».  
32. Lakin təkzib etdi və üz döndərdi.   
33. Sonra da təkəbbürlə yeriyərək öz adamlarına tərəf getdi.  
34. Vay sənin halına, Cəhənnəm sənə daha çox layiqdir.  
35. Yenə də vay sənin halına, Cəhənnəm sənə daha çox layiqdir.  
36. Yoxsa insan elə güman edir ki, başlı - başına buraxılacaq (heç bir vəzifəsi və hesabı yoxdur)?  
37. Məgər o, qadının bətninə tökülən bir damcı «məni»dən ibarət deyildimi?!   
38. Sonra «ələqə» (laxtalanmış qan) oldu, beləliklə (Allah) onu (başqa mərhələlərdə) yaratdı  və 
(onun bədən üzvlərini) düzgün və kamil etdi.  
39. Bu zaman ondan iki cüt – bir erkək və bir dişi –yaratdı.  
40. Məgər belə bir Allah ölüləri diriltməyə qadir deyilmi?!  
Əl
-
Ġnsan
 
surəsi
 
0. Bağışlayan və mehriban Allahın adı ilə.  
1. İnsanın zaman axışında elə bir dövrü olub keçmişdirmi  ki, onda xatırlanası bir şe y  olmasın? 
(Bəli,  onun  ilk  maddəsinin  formalaşmağa  başladığı  zamandan  insan  şəklinə  düşdüyü  və  ruhun 
ona üfürüldüyü zamanadək, müxtəlif dövrlər olmuşdur. Bu, dövrdə o insan adlandırılacaq şəkildə 
olmamışdır).  
2. Həqiqətən, Biz insanı (ilk iki insanın nəslini) qarışıqlardan ibarət olan bir nütfədən, (hər biri bir 
neçə  maddədən  təşkil  olunmuş  kişi  ilə  qadının  mənisindən)  yaratdıq,  onu  bir  haldan  başqa  bir 
hala saldıq ki, imtahana çəkək. Nəhayət onu eşidən və görən bir varlıq etdik.  
3. Həqiqətən, onu (yaradılış və şəriət hidayəti ilə həyatı boyunca) düz yola yönəltdik – istər şükr 
edən olsun, istərsə də nankor.  
4. Əlbəttə, Biz kafirlər (və nankorlar) üçün zəncirlər, qandallar və alovlu bir od hazırlamışıq.  
5. Şübhəsiz, yaxşı əməl sahibləri (o aləmdə sərin və xoş ətirli) kafur qatılmış camdan içəcəklər. 
6.  (Orada) elə  bir  bulaq  (vardır)  ki,  Allah  bəndələri  ondan  içəcək  və  onu  hər  hansı  bir  tərzdə 
istəsələr, axıdacaqlar.  
7. Onlar öz nəzirlərinə əməl edər, şəri və əzabı olduqca geniş olan bir gündən qorxarlar.  
8.  Və  onlar  yeməklərini,  özləri(nin  ehtiyacı  olub  çox)  istədikləri  halda  Allaha  olan  məhəbbət 
üzündən fəqirə, yetimə və əsirə verərlər.  
9.  (Onlar  həm  dildə,  həm  də  qəlbdə  deyərlər:)  «Biz  sizə  Allah  rizası  üçün  yemək  veririk.  Biz 
sizdən hər hansı bir mükafat və təşəkkür istəmirik».  
10.  «Həqiqətən,  Biz  öz  Rəbbimizdən,  çox  sərt,  olduqca  çətin,  dəhşətli  (və  üzlərin  tutulub 
qaralacağı) gündən qorxuruq».  
11. Allah onları o günün şərindən saxladı və onları şadlıq və sevinclə üzləşdirəcəkdir.   
12.  Və  onları  etdikləri  səbr  müqabilində  (üstün  bir)  Cənnətlə  və  (zərif)  ipəklə 
mükafatlandıracaqdır.  


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə