Fatihə surəsi



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə164/166
tarix30.10.2018
ölçüsü2,26 Mb.
#75966
1   ...   158   159   160   161   162   163   164   165   166

4.  (Bütün  bunlara  and  olsun)  elə  bir  kəs  yoxdur  ki,  onun  (və  əməllərinin)  üzərində  (əqidə  və 
əməllərini səhifələrdə yazmaqla onu dünyada hadisələrdən saxlayan və Bərzəxdə və Qiyamətdə – 
əbədi  mənzilin sərhədinə yetişənəcən onu qoruyan  bir şəxsdən, ya bir dəstədən  ibarət olan) bir 
gözətçi olmasın!  
5. Elə isə, insan baxmalıdır ki, nədən yaradılmışdır.  
6. O, sıçrayan bir sudan (kişi və qadın nütfəsinin qatışığından) yaradılmışdır.   
7. O, (su kişinin) belindən və (qadının) sinə sümüyünün arasından çıxır.  
8. Şübhəsiz ki, O (yaradan Allah) onu (insanı ölümdən sonra həyata) qaytarmağa da qadirdir.   
9.  Gizlin  sirlərin  aşkar  olacaqı  (beyinlərin  imanı  və  küfrü,  nəfslərin  fəzilətləri  və  rəzilətləri, 
qəlblərin sirləri və əməllərin gizliləri meydana çıxacağı) gün  
10. (O gün, İlahi əzabının müqabilində) onun nə bir gücü, nə də bir köməkçisi olar.  
11. And olsun dönüşü olan göyə! (Buxarlar göyə qalxdıqdan sonra yağış şəklində qayıdırlar və 
ulduzları qürub etdikdən sonra şərq tərəfdən geri qayıdırlar.)  
12.  And  olsun  (bulaqların  qaynaması,  bitkilərin  bitməsi  və  Qiyamət  günü  qoynundakıları  çölə 
tökmək üçün) yarıqları olan yerə ki,  
13. Qur’an şübhəsiz, (haqla batili) ayıran qəti bir kəlamdır!   
14. Və əsla boş bir söz və zarafat deyildir!   
15. Əlbəttə, onlar daim hiylə və məkr işlədirlər.  
16. Və mən də (hiylələrinin müqabilində) bir tədbir tökərəm.  
17. Belə isə, (ya Peyğəmbər!) kafirlərə möhlət ver və onları bir az öz başlarına burax (bir müddət 
mücadilə, mübarizə və intiqama başlama).  
Əl
-
Ə`la
 
surəsi
 
0. Bağışlayan və mehriban Allahın adı ilə.  
1. Ən üstün və uca olan Rəbbinin adını pak  və müqəddəs tut! (Dillə Onun  paklığına sitayiş et, 
qəlblə Onu hər bir eyb və nöqsandan pak bil, və Ona məxsus adları Ondan başqasına aid etmə, o 
adları təhrif etmə və nalayiq yozumlar etmə.)  
2.  O  kəs  ki,  (hər  bir  varlığı)  xəlq  etdi  və  (onun  tərkib  hissələrini  yaradılışındakı  əsl  məqsədə 
uyğun olaraq) qaydaya saldı (nizamladı).  
3. Və o kəs ki, (hər bir məxluq üçün kəmiyyət və keyfiyyət baxımından) bir əndazə (ölçü) qoydu, 
beləliklə də (onları öz kamilliklərinə doğru) yönəltdi.  
4. O kəs ki, (yerin köksündən) otlaq çıxartdı.  
5. (Al–əlvan rənglərə boyandıqdan) sonra onu qara rəngli quru çör – çöpə döndərdi.  
6. (Ya Peyğəmbər!) Tezliklə sənə (bütün Qur’anı  – əzəli elmdə və Lövhi  – Məhfuzda  olan əsl 
tənzimi ilə) oxudarıq, belə ki, əsla unutmazsan.  
7.  Allahın  istədiyindən  başqa  (ki,  əsla  istəməz  də,  lakin  Onun  qüdrəti  daim  məhfuzdur), 
həqiqətən, O, aşkar olanı da, gizli olanı da bilir.  
8. Və səni (dəvətdə və hidayətdə olan) ən asan yol üçün hazır və müyəssər edərik.  
9. Əgər öyüd – nəsihət fayda verəcəksə (onlara) öyüd – nəsihət ver,  
10. (Allahdan) qorxmaq qabiliyyətinə malik olan şəxs tezliklə öyüd – nəsihət alacaqdır.  
11. Ən bədbəxt şəxs (və Allahdan qorxmayan), ondan (öyüd-nəsihətdən) uzaqlaşar.  
12. O kəs ki, ən böyük oda girəcək və yanacaqdır.  
13. Sonra isə orada nə (həqiqətən,) öləcək və nə də (rahat) yaşayacaqdır.  
14.  Həqiqətən,  nicat  tapdı  (o  kəs)  ki,  özünü  (fəsadlı  əqidələrdən,  əxlaqi  rəzalətlərdən  və  çirkin 
əməllərdən) pak etdi, təkamülə yetişdi və zəkat verdi  
15. Və öz Rəbbinin adını zikr etdi və namaz qıldı.  
16. Lakin (siz o nicatın sorağına getmirsiniz), əksinə, siz dünya həyatını üstün tutursunuz.  
17. Halbuki axirət daha xeyirli və daha baqidir.  
18.  Həqiqətən,  bu  (deyilənlər:  mənəvi  paklıq  və  nicat,  öyüd  –  nəsihət  və  namaz,  dünyanı 
axirətdən üstün tutma) bütün keçmiş səmavi kitablarda yazılmışdır.  


19. İbrahimin və Musanın kitablarında. 
Əl
-
ĞaĢiyə
 
surəsi
 
0. Bağışlayan və mehriban Allahın adı ilə.  
1. (Dəhşəti bütün aləmi) bürüyəcək hadisənin (Qiyamətin) xəbəri sənə yetişdimi?  
2. O gün (bəzi) üzlər zəlil və çökmüş olar.  
3.  Onlar  (əbəs  yerə)  səy  edənlər,  zəhmətə  düşənlərdir.  (Onların  dünyəvi  əməlləri  axirət  əzab-
əziyyətinə səbəb olar). Yaxud da axirət əzabının içərisində əziyyət çəkənlərdir.  
4. Çox hərarətli oda girəcəklər, onun hərarətini dadacaq və yanacaqlar.  
5. Qaynar bulaqdan içirdiləcəklər.  
6. Onların yeməyi qurumuş, acı tikandan başqa bir şey olmaz. (Onu heç heyvanlar da yeməz).  
7. (O yemək onları) nə kökəldər və nə də aclıqdan qurtarar.  
8. O gün (bəzi) üzlər (isə) şad və təravətli olar.  
9. Onlar öz (dünyəvi) səylərindən razı və xoşnud olacaqlar.  
10. Ali və uca məqamlı Cənnətdə olarlar.  
11. Əsla orada boş və bihudə bir söz eşitməzsən və eşitməzlər.  
12. Orada daim axan bulaq var.  
13. Orada uca, qiymətli taxtlar var.  
14. (Bulağın yanında onların qarşısına) piyalələr qoyulmuşdur.  
15. Bir–birinin yanına düzülmüş yastıqlar   
16. (Və döşənmiş, dəbdəbəli) xalçalar (vardır)   
17. Məgər onlar dəvəyə baxmırlarmı ki, necə yaradılmışdır?  
18. Və göyü (görmürlər) ki, necə ucaldılmışdır?  
19. Və dağlara (baxmırlar) ki, (yerin səthinə) necə mıxlanmış və qamətləri dikəlmişdir?  
20. Və bu yeri (görmürlər) ki, necə döşənmiş və düzənlənmişdır?  
21. Belə isə, öyüd – nəsihət ver ki, sən (Peyğəmbər olaraq) ancaq öyüd – nəsihət verənsən.  
22.  Sən  onların  üzərində  hakim  deyilsən  (onların  qəlbinə  hakim  deyilsən  ki,  onları  iman 
gətirməyə məcbur edəsən, nə də onların cəmiyyətlərinə hakim deyilsən ki, zorla hökm yürüdəsən 
və nə onların talelərinə hakim deyilsən ki, onlara axirət cəzası verəsən).  
23. (Öyüd – nəsihət verməyinə davam et,) lakin kim (sənin öyüd – nəsihətindən sonra) üz çevirər 
və kafir olarsa,  
24. Allah ona ən böyük əzabla əzab verər.  
25. Şübhəsiz ki, onların axır dönüşü Bizə tərəfdir!  
26. Bu zaman, şübhəsiz, onları haqq-hesaba çəkmək də Bizim öhdəmizədir.  
Əl
-
Fəcr
 
surəsi
 
0. Bağışlayan və mehriban Allahın adı ilə.  
1.  And  olsun  dan  yerinə  (hər  günün  dan  yerinə  və  ya  bayramların  dan  yerinə,  yaxud  sübh 
namazına),  
2. Və (and olsun) on gecəyə (İlin ən yaxşı vaxtları olan Zilhiccə ayının ilk, yaxud Ramazan ayının 
axır on gecəsinə),  
3. Və (and olsun) cütə və təkə (erkək və dişi olmaqla cüt olan bütün məxluqlara, tək olan Allaha 
və yaxud gecənin axırlarında qılınan «şəfi» və «vətr» namazına),   
4. Və (and olsun sübhə tərəf) keçib getməkdə olan gecəyə ki, (Allah kafirlərə əzab verəcəkdir.)  
5.  Ağıl  sahibi  olan  üçün  bu  işlərdə  bir  and  varmı?  (Bəli,  bu  işlərin  şərafətindən  və  sirlərindən 
agah olan kəs üçün and vardır.)  
6.  Məgər  qəlb  gözü  ilə  görmədin  və  bilmədin  ki,  sənin  Rəbbin  (Hudun)  Ad  (qövmü)  ilə  necə 
rəftar etdi?  
7. Hündür qəsrləri, uca sütunları və qədd – qamətli insanları olan İrəm (şəhərinin əhalisi) ilə  


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə