Fatihə surəsi



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə15/166
tarix30.10.2018
ölçüsü2,26 Mb.
#75966
1   ...   11   12   13   14   15   16   17   18   ...   166

81. Və (yada salın) o zaman(ı) ki, Allah peyğəmbərlərin (hər birindən və onların ümmətlərindən) 
əhd-peyman aldı ki, sizə kitab və hikmət verdiyim zaman, sonradan (gələcəkdə) sizə sizinlə olanı 
təsdiqləyən bir peyğəmbər gəlsə, ona mütləq iman gətirin və kömək edin. (Allah sonra) buyurdu: 
«Təsdiq  etdinizmi  və  bu  (məsələ)  barədə  Mənim  təkid  olunmuş  əhd-peymanımı  qəbul 
etdinizmi?»  Dedilər:  «Təsdiq  etdik.»  Buyurdu:  «Belə  isə,  (bu  əhd-peyman  mübadiləsinə)  şahid 
olun və Mən də sizinlə birgə şahidlərdənəm.» 
82. Buna görə də kim bundan (bu əhd-peymandan) sonra üz döndərsə, məhz onlar itaətsizdirlər!  
83. Yoxsa onlar Allahın dinindən başqasını axtarırlar? Halbuki, göylərdə və yerdə olan hər bir kəs 
istər-istəməz (fitri olaraq) Onun qarşısında təslimdir. (Buna görə də, ixtiyari təslimçilik olan din 
də Ona məxsus olmalıdır.) Hamı Ona tərəf qaytarılacaqdır.  
84.  De:  «Biz  Allaha,  bizə  nazil  olana,  həmçinin  İbrahimə,  İsmailə,  İshaqa,  Yəquba  və  Əsba ta 
(Yəqubun  nəslindən  olan  peyğəmbərlərə)  nazil  olana,  eləcə  də  Musaya,  İsaya  və  (digər) 
peyğəmbərlərə, onların Rəbbi tərəfindən verilənə iman gətirdik (və onların peyğəmbərliklərinə və 
bir  Allah  tərəfindən  göndərilmələrinə  etiqad  baxımından)  onların  heç  birisinin  arasında  fərq 
qoymuruq və biz yalnız Ona təslimik».  
85. Kim İslamdan başqa bir din axtarışında olsa, əsla ondan qəbul olunmayacaqdır və o, axirətdə 
ziyana düşənlərdəndir. 
86. İman gətirərək elçimizin haqq olmasına şəhadət verdikdən və aşkar dəlillər gəldikdən sonra 
kafir  olan  dəstəni  Allah  necə  hidayət  etsin?!  (Kitab  əhlinin  bəzisi  İslam  peyğəmbərinin 
peyğəmbərliyə  göndərilməsindən  qabaq  öz  kitablarına  əsasən  iman  sahibi  idilər.  Onun 
göndərilməsindən  sonra  isə  İslamdan  dönən  mürtədlər  kimi  inkar  etdilər.)  Allah  zalım  dəstəni 
hidayət etməz. 
87. Onların cəzası Allahın, mələklərin və bütün insanların lənətinin onlara olmasıdır.  
88.  O  lənətdə  həmişəlikdirlər.  Onların  əzabı  yüngülləşdirilməyəcək,  onlara  (rəhmət  və  ehsan) 
nəzər(i)  salınmayacaq  və  qərara  alınmış  əzablarının  təxirə  düşməsi  üçün  onlara  möhlət 
verilməyəcəkdir.  
89.  Ondan  sonra  tövbə  edən  və  ləyaqət  taparaq  öz  işlərini  islah  etməyə  başlayan  kəslər  istisna 
olmaqla! Allah çox bağışlayan və mehribandır. 
90.  Həqiqətən  imanlarından  sonra  kafir  olan,  sonra  öz  küfrlərini  artıran  kəslərin  tövbələri  əsla 
qəbul  olunmaz.  (Çünki  onların  tövbəsi  ya  nifaq  üzündəndir,  ya  da  ki,  ölümü  müşahidə  edən 
zamandır.) Onlardır doğru yoldan azanlar. 
91.  Həqiqətən  kafir  olub  küfr  halında  (kafir  olaraq)  ölmüş  kəslərin  heç  birindən  öz  canlarının 
qurtulması üçün hətta yer üzünün tutumu qədər qızıl  versələr belə qəbul olunmayacaqdır. Onlar 
üçün ağrılı bir əzab vardır və onlara bir kömək edən (də) olmayacaqdır.  
92.  Sevdiyiniz  şeylərdən  (Allah  yolunda)  xərcləməyincə  əsla  (kamil)  yaxşılığa  nail  ola 
bilməzsiniz. Allah şübhəsiz ki, (Onun yolunda) xərclədiyiniz hər şeyi biləndir. 
93.  Tövrat  nazil  olmamışdan  qabaq  İsrailin  (Yəqubun  xəstəliyə  və  ya  etdiyi  nəzrə  görə)  özünə 
haram etdiyi şeylərdən (dəvə əti və südündən) başqa bütün yeməklər İsrail övladlarına halal  idi. 
(Deməli  pak  olan  şeylərdən  bəzilərinin  Tövratda  haram  edilməsinin  səbəbi  onların  keçmiş 
şəriətdən  qalmaları  deyil,  İsrail  övladlarının  günahlarıdır.)  De:  «Əgər  doğru  deyirsinizsə  (belə 
deyilsə)  onda  Tövratı  gətirin  və  onu  oxuyun  (ki,  Tövratda  haram  edilən  yeməklərin  cəza 
xarakterli hökmlər olması sübuta yetsin).» 
94. Buna görə də kim bundan sonra Allaha yalan nisbət versə (və Tövratın haram etdiyi şeylərin 
keçmiş şəriətdən qalmasını desə), məhz onlardır zalımlar! 
95. De: «Allah doğru buyurdu (ki, Tövratın haram etdiyi şeylər əvvəlki şəriətlərdə və İbrahimin 
dinində halal olub). Buna görə də haqpərəst olan və müşriklərdən olmayan İbrahimin dininə tabe 
olun.» 
96. Şübhəsiz, insanlar(ın ibadəti) üçün (təməli) qoyulmuş ilk ev, həmin Bəkkədəkidir (müqəddəs 
Məkkə şəhərindəkidir) ki, (o,) xeyir və bərəkət dolu və aləmdəkilər üçün hidayət vasitəsidir.  
97. Onda (Allahın tovhid, hikmət və rəhmətindən) aşkar nişanələr (və həmçinin  o nişanələrdən 
biri olan) İbrahimin məqamı  vardır. Kim ora  daxil olsa amandadır (amanda olmalıdır). Allahın 


insanların – əlbəttə ora getmək imkanı olan kəsin – boynuna düşən haqqı budur ki, o evə gedərək 
oranın  Həcc  əməllərini  yerinə  yetirsinlər.  Kim  nankorluq  etsə,  (bilsin  ki,)  həqiqətən,  Allahın 
aləmdəkilərə ehtiyacı yoxdur. 
98. De: «Ey kitab əhli, nə üçün Allah etdiyiniz əməllərə şahid olduğu halda Allahın ayələrinə və 
nişanələrinə küfr edirsiniz?!» 
99. De:  «Ey  kitab əhli, nə  üçün Allahın  yolunu özünüz (onun haqq olmasına) şahid  olduğunuz 
halda  əymək  istəyərək  iman  gətirən  şəxsi  Allahın  yolundan  saxlayırsınız?!  Allah  etdiyiniz 
əməllərdən əsla qafil deyildir.» 
100. Ey  iman  gətirənlər, əgər (səmavi) kitab verilmiş  kəslərdən bir dəstəyə itaət etsəniz, (onlar) 
sizi imanınızdan sonra küfrə qaytararlar.  
101.  Allahın  ayələri  sizə  oxunduğu  halda  və  Onun  Rəsulu  sizin  aranızda  ola-ola  necə  küfr 
edirsiniz?! Kim Allaha sığınsa, doğrudan da, doğru yola hidayət olunmuşdur.  
102. Ey iman gətirənlər, Allahdan Ona layiq olan tərzdə qorxun və yalnız müsəlman olaraq ölün.  
103. Və hamılıqla Allahın  ipindən (dindən, kitabdan və vəhyi gətirənlərdən) möhkəm yapışın və 
parçalanmayın.  Allahın  sizin  barənizdə  bir-birinizlə  düşmən  ikən  qəlbləriniz  arasında  ülfət 
yaratdığı  zamandakı nemətini xatırlayın ki, Onun  neməti sayəsində bir-birinizlə qardaş oldunuz. 
Həmçinin siz od uçurumunun astanasında idiniz, sizi ondan xilas etdi. Allah Öz (tovhid, qüdrət və 
hikmət) nişanələrini sizin üçün bu cür bəyan edir ki, bəlkə hidayət olasınız. 
104.  Gərək sizdən (aranızda) (insanları)  xeyir  işə dəvət edən,  yaxşı  işə buyuran və pisliklərdən 
çəkindirən bir dəstə olsun. Məhz onlardır nicat tapanlar! 
105.  (Yəhudi  və  xristianların)  parçalanan  və  aşkar  dəlillər  gəldikdən  sonra  ixtilafa  düçar  olan 
kəslər(i) kimi olmayın. Onlar üçün böyük bir əzab vardır. 
106.  Bəzi  üzlərin  ağ  və  bəzi  üzlərin  qara  olacağı  gündə!  Üzləri  qara  olanlara  gəldikdə  (onlara 
deyiləcək):  «İman  gətirdikdən  sonra  kafir  oldunuz?!  Elə  isə  küfr  etdiyiniz  şeyin  müqabilində 
dadın bu əzabı!» 
107. Üzləri ağ olanlara gəldikdə isə, (onlar) Allahın rəhmətindədirlər və orada əbədi qalacaqlar. 
108. Bunlar (axirət aləminin hekayətləri), Allahın ayələridir ki, onları haqq və doğru olaraq sənə 
oxuyuruq. Allah əsla aləmdəkilərə zülm (etmək) istəmir. 
109. Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür. (Çünki 
yaratmaq,  qorumaq,  idarə  etmək  və  aradan  aparmaq,  bunların  hamısı  Onun  istək  və  iradəsinin 
təsiri altındadır.) Və (varlıq aləminə aid olan) bütün işlər Ona tərəf qaytarılacaqdır.  
110.  Siz  (müsəlmanlar),  (Allah  tərəfindən  dünyanın)  insanlar(ın)a  zahir  olmuş  ən  yaxşı 
ümmətsiniz, bəyənilən işə əmr edir və çirkin işdən çəkindirirsiniz və Allaha (nazil etdiyi şeylərdə) 
iman gətirirsiniz. Əgər kitab əhli də iman gətirsəydi, əlbəttə onlar üçün daha yaxşı olardı. Onların 
bəzisi mömin və çoxu itaətsizdirlər. 
111. Onlar (yəhudilər və xristianlar) sizə azacıq əziyyətdən savayı əsla ziyan vura bilməzlər. Əgər 
sizinlə döyüşsələr, sizə arxa çevirərlər (dönüb qaçarlar), sonra kömək olunmazlar. 
112.  Harada  tapılsalar  (İslam  baxımından)  onlara  – Allah  tərəfindən  olan  bir  ip(ə  İslamı  qəbul 
etməyə)  və  ya  camaat  tərəfindən  olan  bir  ip(ə  müsəlmanların  himayəsinə  sığınmaları)  istisna 
olmaqla  -  zillət  və  xarlıq  (damğası)  vurulmuşdur.  Onlar  Allahın  qəzəbinə  tərəf  dönüb  Onun 
qəzəbinə  layiq  olublar  və  onlara  (etiqadi,  əxlaqi,  əməli  və  ictimai)  fəqirlik  və  bədbəxtlik 
(damğası) vurulmuşdur. Bu ona görədir ki, onlar həmişə Allahın ayələrinə kafir olur və Allahın 
peyğəmbərlərini  nahaq  yerə  öldürürdülər.  Bunun  səbəbi  günah  etmələri  və  həmişə  həddi 
aşmalarıdır. 
113.  Onların  hamısı  bir  deyil.  Kitab  əhlindən  əməli  doğru  olan  bir  dəstə  vardır  ki,  onlar  gecə 
vaxtları (Allaha) boyun əyib səcdə edərək Allahın ayələrini oxuyurlar. 
114. Onlar Allaha və axirət gününə  iman gətirir, bəyənilən işə əmr edir, nalayiq  işdə n çəkindirir 
və xeyir işlərə tələsirlər. Onlar ləyaqətlilərdəndirlər. 
115.  Onlar  etdikləri  heç  bir  xeyir  iş  üçün  əsla  mükafatsız  qalmazlar.  Allah  təqvalıları(n  halını) 
biləndir.  


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə