Fatihə surəsi



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə16/166
tarix30.10.2018
ölçüsü2,26 Mb.
#75966
1   ...   12   13   14   15   16   17   18   19   ...   166

116. Şübhəsiz, kafirlərin nə malları və nə də övladları onlardan Allah(ın əzabın)dan heç bir şeyi 
əsla dəf etməyəcəkdir. Onlar od əhlidirlər və orada əbədi qalacaqlar. 
117.  Onların  bu  dünya  həyatında  (İslamla  düşmənçilik  yolunda,  yaxud  riyakarlıqla  və  ya  hər 
hansı bir xeyir işdə) xərclədikləri malların misalı özünə zülm etmiş bir dəstənin əkinlərinə (cəza 
olaraq) əsən və onu məhv edən çox soyuq külək kimidir. Allah onlara zülm etməyib, lakin onlar 
özlərinə zülm edirlər. 
118. Ey iman gətirənlər, özünüzdən başqasını özünüzə sirdaş dost etməyin. Onlar sizin barənizdə 
heç  bir  fitnə-fəsaddan  çəkinmir  və  əziyyətə  düşməyinizi  çox  istəyirlər.  Düşmənçilik  (elə) 
ağızlarından  (sözlərindən)  bəllidir  və  sinələrində  gizlətdikləri  daha  böyükdür.  Əgər 
düşünürsünüzsə, biz sizin üçün (onların halının) nişanələri(ni) bəyan etdik. 
119. Budur, sizin  bütün (səmavi)  kitablara (hətta onların  kitabına)  imanınızın olmasına (onların 
isə sizin kitabınıza imanlarının olmamasına) baxmayaraq onları sevən (yenə də) sizsiniz və onlar 
sizi  sevmirlər.  Sizinlə  görüşdükləri  zaman  «iman  gətirdik»  deyirlər.  Bir-birləri  ilə  xəlvətə 
çəkildikləri zaman isə, sizə qarşı olan qəzəblərinin çoxluğundan barmaqlarının ucunu gəmirirlər. 
De: «Acığınızdan ölün! Həqiqətən Allah ürəklərdə olanı biləndir.» 
120.  Sizə  bir  xeyir  və  yaxşılıq  yetişdikdə,  (bu)  onların  halını  pisləşdirər,  pislik  və  narahatçılıq 
yetişdikdə isə ona şad olarlar. Əgər səbr etsəniz və təqvalı olsanız, onların  hiylələri sizə heç bir 
ziyan yetirə bilməz. Həqiqətən Allah onların etdiklərini (elm və qüdrəti ilə) əhatə etmişdir. 
121. Və (yada sal) o zaman(ı) ki, möminləri döyüş üçün düşərgələrdə yerləşdirdiyin halda (Ühüd 
döyüşündə)  sübh  çağı  öz  əhlindən  (ailəndən)  ayrıldın.  Allah  həmişə  (danışıqlarınızı)  eşidən  və 
(fikirlərinizi) biləndir.  
122.  O  zaman  sizdən  iki  dəstə  süstlük  və  zəiflik  göstərmək  (və  yolun  yarısından  ayrılaraq 
qayıtmaq) istədi halbuki, Allah onların köməkçisi və yardımçısı idi (və elə buna görə də onları bu 
fikirdən daşındırdı). Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər. 
123. Həqiqətən, Allah sizə Bədr (döyüşün)də gücsüz və  pənahsız olduğunuz  halda  kömək etdi. 
Buna görə də Allahdan qorxun ki, bəlkə şükr edəsiniz. 
124.  O  zaman  möminlərə  «Rəbbinizin  (göydən)  endirilmiş  üç  min  mələklə  sizə  kömək  etməsi 
bəsiniz deyilmi?!» deyirdin. 
125.  Bəli,  əgər  səbr  etsəniz  və  təqvalı  olsanız  və  onlar  həmin  tezliklə  və  haray-həşirlə  sizə  üz 
tutsalar (hücum etsələr), Rəbbiniz sizə nişanə qoyulmuş beş min mələklə kömək edər. 
126.  Allah  bunu  (kömək  vədəsini  və  mələklərin  göndərilməsini)  yalnız  sizə  müjdə  olaraq  və 
qəlblərinizin  onunla  rahatlıq  tapması  üçün  etdi  (çünki,  adətən  qəlblər  əsas  səbəbkara  və amilə 
deyil, zahirdə görünən səbəb və vasitələrə yönəlir). Kömək və yardım yalnız yenilməz qüdrət və 
hikmət sahibi olan Allah tərəfindəndir (çünki bütün səbəblərin səbəbkarı və amili Onun istəyidir). 
127.  (Və  həmçinin  bu  qələbəni  nəsib  etdi)  ki,  kafirlərin  bəzisinin  kökünü  kəssin  və  ya  onları 
naümid geri qayıtmaları üçün əzsin. 
128.  Onların  heç  bir  işi  sənin  əlində  deyil.  (Allah)  ya  onlara  nəzər  salaraq  tövbə  etmələrinə 
kömək edər, ya da onlara (bu dünyada möhlət, axirətdə isə)  əzab verər. Çünki onlar zalımdırlar. 
(Bu  dörd  işin  hamısı  Allaha  aiddir  və  sənin  vəzifən  yalnız  Onun  əmrlərini  çatdırmaq  və  əmri 
yerinə yetirməkdir.) 
129. Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür (çünki 
yaratmaq,  qorumaq,  idarə etmək və aradan aparmaq, bunların hamısı Onun əlindədir). İstədiyini 
(və layiq bildiyini) bağışlayır və istədiyinə (bütün dəlillər təqdim olunub qurtardıqdan sonra) əzab 
verər. Allah çox bağışlayan və mehribandır.  
130.  Ey  iman  gətirənlər,  artıq  və  bir  neçə  qat  gəlir  olan  sələmi  yeməyin  və  Allahdan  qorxun, 
bəlkə nicat tapasınız. 
131. Kafirlər üçün hazırlanmış oddan çəkinin.  
132. Allaha və Onun peyğəmbərinə itaət edin, bəlkə rəhm olunasınız. 
133. Rəbbiniz tərəfindən olan bağışlanmaya və genişliyi göylər və yer (qədər) olan (və) təqvalılar 
üçün hazırlanmış Cənnətə doğru tələsin.  


134. (Təqvalılar) həmin o kəslər(dirlər) ki, mallarını rifah və şadlıqda, mallarında və hallarında 
(maddi  və  mənəvi)  yoxsulluqda  xərcləyirlər,  qəzəblərini  udan  və  camaat(ın  xətaların)dan 
keçənlərdirlər. Allah yaxşılıq edənləri sevir. 
135. Və o kəslər ki, çirkin bir iş (böyük günah) gördükdə və ya (kiçik bir günahla) özlərinə zülm 
etdikdə,  Allahı  yada  salar  və  günahları  üçün  bağışlanmaq  istəyərlər.  Günahları  Allahdan  başqa 
kim bağışlaya bilər? Və onlar etdikləri işdə bilərəkdən israr etməzlər. 
136. Onların mükafatları öz Rəbbi tərəfindən bağışlanmaq və (ev və ağaclarının) altından çaylar 
axan cənnətlərdir. Orada əbədi qalacaqlar. Bu əməl sahiblərinin mükafatı necə də gözəldir! 
137. Əlbəttə, sizdən  öncə ilahi ənənəyə (Allahın dəyişməz ənənəvi qanunlarına) əsasən (kütləvi 
məhv etmələr kimi) bir sıra hadisələr ötüb keçmişdir. Odur ki, yer üzündə gəzib-dolanın və təkzib 
edənlərin aqibətinin necə olmasına baxın.  
138.  Bu  (Qur’an),  insanlar  üçün  (həqiqətlərə)  aydınlıq  gətirən  və  təqvalılar  üçün  başdan-başa 
hidayət və nəsihətdir. 
139.  Heç  vaxt  (düşmən  qarşısında)  süstləşməyin  və  (düçar  olduğunuz  bəlalara  görə) 
kədərlənməyin ki, əgər (həqiqi) mömin olsanız siz üstünsünüz.  
140. Əgər (Ühüd döyüşündə) sizə yara və zərər-ziyan dəydisə (Bədr döyüşündə də) o biri dəstəyə 
onun kimi yara və zərər-ziyan  dəydi. Biz bu (qələbə və məğlubiyyət) günləri(ni  daha kamil bir 
quruluşun xeyiri,) Allahın  iman  gətirənləri üzə çıxarması (və Onun əzəli elminin  xarici aləmdə 
gerçəkləşməsi)  üçün,  həmçinin  sizin  aranızdan  (axirətdə  insanların  əməllərinə  şahid  durmaq 
üçün) şahidlər götürmək üçün insanların arasında növbə ilə dolandırırıq. Allah zalımları sevmir.  
141.  Və  həmçinin  iman  gətirənləri  xalis  etmək  və  saflaşdırmaq,  kafirləri  tədriclə  məhv  etmək 
üçün! 
142.  Yoxsa  Allah  aranızdan  cihad  edənləri  və  səbirliləri  məlum  etməmiş  (üzə  çıxarmamış  və 
Onun əzəli elmi xaricdə gerçəkləşməmiş) Cənnətə daxil olacağınızı güman edirsiniz?!  
143.  Şübhəsiz,  siz  ölümlə  qarşılaşmamışdan  qabaq  onu  arzulayırdınız  (möminlər  Ühüd 
müharibəsindən  qabaq  şəhid  olmağı  arzulayırdılar).  Beləliklə,  həqiqətən  (Ühüd  müharibəsində) 
ona baxdığınız halda gördünüz onu! (Bəs onda sarsıntı və döyüşdən qaçmaq nə üçündür?) 
144.  Muhəmməd  (səlləllahu  əleyhi  və  alihi  və  səlləm)  yalnız  bir  peyğəmbərdir  ki,  ondan  öncə 
(də) peyğəmbərlər gəlib getmişlər. Buna görə də əgər o ölsə və ya öldürülsə, siz öz  keçmişinizə 
qayıdacaqsınız  (əqidələrinizdən  əl  çəkəcəksiniz)?!  Öz  keçmişinə  qayıdan  şəxs  Allaha  heç  bir 
ziyan vurmaz. Allah tezliklə şükr edənləri mükafatlandıracaqdır.  
145. Heç kəsin Allahın əzəli  istək və əmri olmadan ölməsi  mümkün deyildir. (Hər bir canlının 
ölümü) müəyyən olunmuş, vaxtlı bir yazıdır. Kim (öz səylərindən) dünya mükafatı  istəsə, ondan 
ona  verərik  və  kim  axirət  mükafatı  istəsə,  ona  ondan  verərik.  Şükr  edənləri  tezliklə 
mükafatlandıracağıq. 
146.  Nə  çox  peyğəmbərlər  ki,  onlarla  birlikdə  çoxlu  ilahi  şəxsiyyətlər  vuruşmuşlar.  Beləliklə 
onlar Allah yolunda düçar olduqları şey müqabilində süstləşərək zəifləmədilər və əyilərək təslim 
olmadılar. Allah səbirliləri sevir.  
147.  (Döyüşün  şiddətli  anlarında)  onların  dedikləri  söz  yalnız  bu  idi  ki:  «Ey  Rəbbimiz!  Bizim 
günahlarımızı  və  işimizdəki  israfçılığımızı  bağışla,  qədəmlərimizi  möhkəmləndir  və  bizə  kafir 
dəstəyə qarşı kömək et.» 
148. Beləliklə, Allah onlara bu dünyanın mükafatını və axirətin gözəl mükafatını əta etdi. Allah 
yaxşılıq edənləri sevir. 
149.  Ey  iman  gətirənlər,  əgər  kafirlərə  itaət  etsəniz,  sizi  geriyə  (cahiliyyət  dövrünün  küfr  və 
nadanlığına) qaytararlar, beləliklə də ziyana uğrayarsınız.  
150.  (Onlar  sizə  kömək  edən  və  həmçinin  itaətə  layiq  deyildirlər,)  əksinə  sizin  yardımçınız 
Allahdır və O, kömək edənlərin ən yaxşısıdır. 
151.  Tezliklə  kafirlərin  qəlblərinə  Allahın,  (haqq  olmasına  dair)  heç  bir  yetərli  dəlil  nazil 
etmədiyi  şeyi  Allaha  şərik  qoşmalarının  cəzası  olaraq  qorxu  və  vahimə  salacağıq.  Onların 
qalacaqları yer oddur. Zalımların qalacaqları yer nə qədər də pis bir yerdir.  


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə