Fatihə surəsi



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə12/166
tarix30.10.2018
ölçüsü2,26 Mb.
#75966
1   ...   8   9   10   11   12   13   14   15   ...   166

şahidə (haqlarını verməməklə) zərər dəyməməlidir. Əgər belə etsəniz (deyilənlərin əksini etsəniz 
və tərəflərdən hər hansı birinə ziyan dəysə), bu sizin üçün (Allaha qarşı) itaətsizlik və günahdır. 
Allahdan qorxun! Allah sizi öyrədir və Allah hər şeyi biləndir.  
283. Əgər səfərdə olsanız və katib tapmasanız (sənəd və şahidin əvəzi) alınmış girovlardır. Əgər 
sizdən  kimsə  digər  birinə  inansa  (və  girov  almasa),  gərək  inanılan  şəxs  əmanətini  (borcunu) 
qaytarsın və Rəbbi olan Allahdan  qorxsun. (Lazım  olan zaman) şəhadəti gizlətməyin. Kim  onu 
gizlətsə, onun qəlbi günahkardır. Allah əməllərinizi biləndir.  
284.  Göylərdə  və  yerdə  olanların  hamısı  (göylər  və  yer  də  daxil  olmaqla)  Allahın  həqiqi 
mülküdür. Qəlbinizdə olanı (qeyri-ixtiyari fikir və adətlər deyil, pis əqidələr və yaramaz adətləri) 
aşkar  etsəniz  də  gizlətsəniz  də  Allah  sizinlə  onun  hesabını  aparacaqdır.  Beləliklə,  (rəhmətinin 
tələbi əsasında)  istədiyini bağışlayacaq, (ədalətinə əsasən) istədiyinə əzab verəcəkdir. Allah hər 
şeyə qadirdir. 
285. Peyğəmbərimiz Rəbbi tərəfindən ona nazil olana iman gətirdi və möminlər hamılıqla Allaha, 
Onun  mələklərinə,  kitablarına ,  elçilərinə  (peyğəmbərlərə)  iman  gətirdilər  (və  dedilər):  «Onun 
elçilərinin  heç  biri  arasında  fərq  qoymuruq».  Həmçinin  dedilər:  «Eşitdik  və  itaət  etdik;  ey 
Rəbbimiz, Sənin bağışlamanı diləyirik; (hamının) qayıdış(ı) Sənə tərəfdir»!  
286.  Allah  heç  bir  kəsin  boynuna  güc  və  qüvvəsindən  artıq  vəzifə  qoymur.  Kim  nə  xeyir  iş 
görübsə öz xeyrinə, nə pis iş görübsə öz ziyanınadır. (Möminlər deyirlər:) «Ey Rəbbimiz, əgər biz 
unutsaq,  ya  xəta  etsək,  bizi  cəzalandırma!  Ey  Rəbbimiz,  (günahlarımızın  cəzası  olaraq)  ağır 
vəzifələr yükünü bizdən əvvəlkilərin boynuna qoyduğun kimi bizim (də) boynumuza qoyma! Ey 
Rəbbimiz, (axirət əzabı kimi) taqətimiz çatmayan şeyləri bizə yükləmə, bizi əfv et, bizi bağışla və 
bizə rəhm et! Sən bizim mövlamızsan, odur ki, bizə kafirlərin dəstəsi üzərində (qələbə çalmağa) 
kömək et». 
Ali-
Ġmran surəsi
 
0. Bağışlayan və mehriban Allahın adı ilə.  
1.  Əlif,  Lam,  Mim.  (Bu  hərflər  Allahla  Onun  Peyğəmbəri  arasında  olan  rəmzlərdir.  Bu  kitab 
həmin bu hərflərdən təşkil olunmuşdur və heç kəsin onun bənzərini gətirmək qüdrəti yoxdur. Bu 
kitab Əlifdən (Allahdan) Lam (Cəbrail) vasitəsi ilə Mimə (Muhəmmədə-səlləllahu əleyhi və alihi 
və səlləm) təlqin olunmuşdur. Bu kitabın möhkəm və bu cür mütəşabih (neçə cür yozulan, təfsir 
oluna bilən) ayələri vardır.)  
2. Tək olan Allah ki, Ondan başqa bir məbud yoxdur! O diri və Öz zatı üzərində dayanan, (varlıq 
aləmini) öz yerində saxlayan qüdrət sahibi və əbədidir.  
3. Özündən qabaqkıları (peyğəmbərləri, şəriətləri və səmavi kitabları) təsdiq edən bu kitabı haqq 
olaraq (və ali və əqlani bir məqsədlə) sənə tədricən nazil etdi. Tövrat və İncili (onların hər birini 
isə) birdəfəlik və məcmu halında nazil etdi, 
4.  bundan  öncə,  insanları  hidayət  etmək  üçün!  Və  Furqanı  (haqq  ilə  batili  bir-birindən  ayıran 
digər səma kitablarını) nazil etdi. Şübhəsiz, Allahın ayə və nişanələrini inkar edənlər üçün şiddətli 
bir əzab vardır. Allah qüdrətli və intiqam sahibidir.  
5. Şübhəsiz, yerdə və göydə olanlardan heç bir şey (o cümlədən sizin  iman və küfrünüz) Allaha 
gizli deyildir.  
6.  Sizi  (anaların)  uşaqlıqlar(ın)da  istədiyi  şəkilə  salan  Odur.  Ondan  başqa  bir  tanrı  yoxdur, 
yenilməz qüdrətli və (vücuda gətirmə və yol göstərmədə) möhkəm yaradılış sahibidir.  
7. Bu kitabı sənə nazil edən Odur. Onun (kitabın)  bir hissəsi kəlmələri aşkar (və mənası aydın) 
olan  «möhkəm»  ayələrdir  ki,  onlar  kitabın  əsası  və  anasıdırlar  (başqa  ayələrdə  olan  qaranlıq 
məqamlar onların vasitəsi  ilə aradan qaldırılır). Digər  bir hissəsi  «mütəşabih» (bir  neçə mənası 
olan)  ayələrdir  (və  onların  mənası  məzmununun  genişliyi,  məfhumunun  dərinliyi  və  ondan 
nəzərdə tutulan məqsədlərin çoxluğu səbəbindən  ilk nəzərdə aydın  deyildir və onlar «möhkəm» 
ayələrin və sağlam ağlın köməyi ilə təfsir olunmalıdırlar). Amma qəlblərində (haqdan) dönüklük 
olan  kəslər,  fitnəkarlıq  və  təvil  etmək  (düzgün  olmayan  məna  vermək)  üçün  bu  kitabın 


mütəşabihinə  tabe  olarlar.  Halbuki,  onun  tə'vilini  (və  həqiqi  mənasının  nə  olduğunu)  Allahdan 
başqa  heç  kəs  bilmir.  Elmdə  qüvvətli  olanlar  (isə)  deyərlər:  «Biz  (möhkəm  və  mütəşabih 
olmasından və bizim mənasını bilib bilməməyimizdən asılı olmayaraq) ona iman gətirdik, (onun) 
hamısı  bizim  Rəbbimiz  tərəfindəndir».  (Bunu)  sağlam  ağıl  sahiblərindən  başqa  heç  kəs  başa 
düşməz. 
8. (Onlar deyərlər:)  «Ey Rəbbimiz,  bizi doğru yola yönəltdikdən sonra qəlblərimizi azdırma və 
bizə Öz tərəfindən bir rəhmət bəxş et, çünki, çox-çox bağışlayan Sənsən!» 
9. «Ey Rəbbimiz, həqiqətən Sən, barəsində heç bir şəkk-şübhə olmayan gündə insanları bir yerə 
toplayansan. Həqiqətən, Allah vədinə xilaf çıxmaz.» 
10. Həqiqətən, kafirlərin nə malları və nə də övladları onlardan Allah(ın əzabın)dan olan heç bir 
şeyi əsla uzaqlaşdırmayacaqdır. Onlardır (Cəhənnəm) odun(un) yanacaqları! 
11. (Onların adəti) fironçuların və onlardan qabaqkıların adəti kimi(dir) ki, Bizim ayələrimizi və 
nişanələrimizi  təkzib  etdilər  və  Allah  da  onları  günahlarına  görə  cəzalandırdı.  A llah  şiddətli 
cəzalandırandır. 
12.  Kafirlərə  de:  «Tezliklə  (İslama)  məğlub  olacaqsınız  və  (axirətdə  özünüzün  pərakəndə 
qəbirlərinizdən) Cəhənnəmə doğru toplanacaqsınız». Ora qalmaq üçün çox pis yerdir. 
13. Həqiqətən, sizin üçün (Bədr döyüşündə) bir-birləri  ilə qarşılaşan iki dəstədə (Allahın qüdrəti 
və tovhidinə dair) nişanə var idi. Bir dəstə Allah yolunda döyüşürdü və digər bir dəstə kafir idi ki, 
müsəlmanları  öz  gözləri  ilə  özlərindən  iki  qat  artıq  görürdülər  (və  elə  buna  görə  də  məğlub 
oldular). Allah istədiyini Öz köməyi  ilə qüvvətləndirir. Əlbəttə, bunda (bu  işdə) bəsirət sahibləri 
üçün bir ibrət vardır. 
14.  Qadınlar  və  övladlar,  qızıl  və  gümüş  kimi  toplanılan  çoxlu  mallar,  nişan  qoyulmuş  atlar, 
dördayaqlılar və əkin yerləri kimi  istənilən və arzu edilən şeylərin (dünya mallarının) məhəbbəti 
insanlar  üçün  zinətləndirilmişdir.  Halbuki,  bunlar  dünya  həyatından  faydalanmaq  vasitəsidir. 
Gözəl qayıdış yeri isə Allahın yanındadır. 
15. De: «Sizə bunlardan da xeyirlisini xəbər verimmi? Təqvalılar üçün Rəbbi yan ında (evlərinin 
və ağaclarının) altından çaylar axan cənnətlər vardır ki, orada əbədidirlər. Həmçinin (orada cismi 
və ruhi çirkinliklərdən) pak olan zövcələr və Allah tərəfindən razılıq vardır. Allah Öz bəndələrini 
görəndir». 
16.  «Ey  Rəbbimiz,  həqiqətən  biz  iman  gətirdik,  belə  isə  günahlarımızı  bağışla  və  bizi  odun 
əzabından qoru» deyən kəslər 
17. həmin səbrlilər, etiqad, danışıq və əməldə düz olanlar, itaət edənlər, (mallarını) Allah yolunda 
xərcləyənlər və səhərlər bağışlanma diləyənlərdirlər. 
18. Allah (əzəldən Öz elmi  ilə, dünyanı yaratdıqdan sonra Öz yaradılış qüdrəti  ilə və daha sonra 
peyğəmbərlərin,  ağılın  və  səmavi  kitabların  dili  ilə)  ədalətə  əsaslanaraq  (və  işlərini  ədalət 
üzərində  möhkəmləndirərək)  Ondan  başqa  bir  məbudun  olmamasına  şəhadət  verdi.  Həmçinin 
mələklər və elm sahibləri (də şəhadət verdilər). (Bəli) Ondan başqa bir məbud yoxdur. Yenilməz 
qüdrət və (xilqət və şəriətdə) möhkəm yaradılış sahibidir.  
19. Şübhəsiz (peyğəmbərlərin  gətirdikləri və şəriət şəklində bəşəriyyətə təqdim etdikləri hə qiqi) 
din Allah yanında həmin İslamdır. (Yəhudi  və xaçpərəstlər kimi) (səma) kitab(ı) verilmiş kəslər 
yalnız,  onlara  (işin  həqiqəti  barəsində)  elm  gəldikdən  sonra,  (özü  də)  həsəd  və  təkəbbür 
ucbatından (öz dinlərində)  ixtilafa düşdülər. Kim Allahın ayələrinə kafir olsa, (bilsin  ki,) Allah 
tez hesab çəkəndir. 
20.  Odur  ki,  əgər  səninlə  mübahisə  edərək  höcətləşsələr  de:  «Mən  vücudumu  Allaha  təslim 
etmişəm və həmçinin, mənə tabe olanlar (da özlərini təslim ediblər)!» Və (səmavi) kitab verilmiş 
kəslərə və savadsızlara (kitabsız müşriklərə) de: «İslamı qəbul etmisiniz?» Beləliklə, əgər İslamı 
qəbul etsələr mütləq hidayət olunublar və əgər arxa çevirsələr, onda sənin vəzifən (öz vaxtı olan 
vuruşma  və  ya  Allaha  aid  olan  cəzalandırma  deyil)  yalnız  (peyğəmbərliyi  və  ondan  doğan 
vəzifələri) çatdırmaqdır. Allah Öz bəndələrini görəndir. 
21. Həqiqətən, Allahın ayələrini  inkar edənləri, peyğəmbərləri nahaq yerə öldürənləri və camaat 
içərisindən ədalətə dəvət edənləri qətlə yetirənləri ağrılı bir əzabla müjdələ. 


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə