Fatihə surəsi



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə11/166
tarix30.10.2018
ölçüsü2,26 Mb.
#75966
1   ...   7   8   9   10   11   12   13   14   ...   166

var)!  Lakin  qəlbimin  (gözlə  görərək)  rahatlıq  tapması  üçün  (istədim)».  Dedi:  «Belə  isə,  dörd 
(növ) quş götür, (cismlərində olan əlamətləri dəqiq görə bilməyin üçün) onları özünə yaxınlaşdır 
və (onları) tikə-tikə doğra(yıb  bir-birinə qat). Sonra (bu ətrafdakı) hər dağın başına onlardan bir 
parça qoy. Daha sonra onları çağır, sürətlə sənin yanına gələcəklər. Bil ki, Allah yenilməz qüdrət 
və hikmət sahibidir». 
261.  Mallarını  Allah  yolunda  xərcləyənlərin  (bu  xərclərinin)  misalı  yeddi  sünbül  cücərdən  və 
sünbüllərinin  hər birində yüz (ədəd) dən olan toxum  kimidir. (Deməli Allah yolunda sərf edilən 
hər bir şeyin yeddi yüz qat mükafatı vardır.) Allah istədiyi (və hikmətinin tələb etdiyi) şəxs üçün 
neçə qat artırır. Allah geniş (vücud, qüdrət və rəhmət sahibi) və biləndir.  
262.  Mallarını  Allah  yolunda  xərcləyib,  sonra  etdikləri  xərcin  arxasınca  minnət  qoymayan  və 
əziyyət etməyənlərin (dil yarası vurmayanların) Rəbbi yanında özlərinə layiq mükafatları vardır. 
(O dünyada da) onlar üçün nə bir qorxu var və nə də qəmgin olarlar.  
263.  Xoş  bir  söz  və  (dilənçilərin  israr  və  kobudluqlarını)  bağışlamaq,  arxasınca  əziyyət  olan 
sədəqədən daha yaxşıdır. Allah ehtiyacsız və həlimdir. 
264.  Ey  iman  gətirənlər,  sədəqələrinizi  malını  riyakarlıq  və  camaata  göstərmək  məqsədi  ilə 
xərcləyən  və  Allaha  və  axirət  gününə  imanı  olmayan  şəxs  kimi  minnət  qoymaq  və  əziyyət 
verməklə puça çıxarmayın. O, üzərinə (azacıq) torpaq oturmuş və sonra leysan yağışın yağıb onu 
təmiz (torpaq və bitkisiz) bir daş halına saldığı möhkəm və hamar daşa bənzəyir (onun sədəqəsi 
leysanın yuyub apardığı həmin torpaq kimidir). Onlar (riyakarlar) kəsb etdiklərindən heç bir şey 
əldə etməyəcəklər. Allah kafir qövmü hidayət etmir. 
265.  Mallarını  Allahın  razılığını  qazanmaq  və  ruhlarını  (iman  və  əməl  baxımından) 
möhkəmləndirmək  üçün  xərcləyənlər  yüksəklikdə  yerləşən  və  leysanın  yağması  nəticəsində  iki 
qat meyvə vermiş bağ kimidir. Ora leysan yağmasa da narın yağış yağıb (və o, otsuz qalmayıb). 
Allah əməllərinizi görəndir.  
266. Məgər sizdən kimsə (ağaclarının) altından çaylar axan və içərisində bütün növ meyvələrdən 
olan xurma ağacları və üzüm tənəklərindən  ibarət bir bağının olmasını və qocalığın gəlib çatdığı 
və  kiçik  və  zəif  uşaqları  olduğu  halda  (birdən)  yandırıcı  odu  olan  bir  qasırğanın  onu  (bağı) 
bürüməsini  və  onun  hamısının  yanmasını  istəyərmi?!  Allah  Öz  ayələrini  (dinin  hökm  və 
maarifini) sizə bu cür açıqlayır ki, bəlkə düşünəsiniz (ki, məbada axirətdə, çox möhtac olduğunuz 
halda öz xeyir əməllərinizi riya, minnət və küfr odu ilə yanıb məhv olmuş görəsiniz). 
267. Ey  iman  gətirənlər, kəsb etdiklərinizin və sizin üçün yerdən çıxardığımız şeylərin (tarla və 
mədən  məhsullarının)  pak  və  halallarından  (Allah  yolunda)  xərcləyin  və  pak  olmayan  (p is  və 
haram)  malı  xərcləmək  fikrinə  düşməyin.  Halbuki  (əgər)  onu  (sizin  haqqınız  müqabilində 
versəydilər) ancaq göz yumaraq (və meylsiz halda) qəbul edərdiniz. Bilin ki, Allah ehtiyacsız və 
(sifət və işləri) təriflənmişdir.  
268. Şeytan (hər dəfə mallarınızı Allah yolunda xərclədiyiniz zaman) sizə yoxsulluq vəd edir və 
(xəsislik  və  sairə  kimi)  pis  işləri  əmr  edir.  Allah  isə  sizə  Öz  tərəfindən  bağışlanmaq  və  xeyir-
bərəkət vədəsi verir. Allah geniş (vücud, qüdrət və rəhmət sahibi) və (hər şeyi) biləndir.  
269. Hikməti (şəriət hökmlərini və əqli və əməli maarifi)  istədiyi (və vücudunda tələbat olan və 
haqqın hikməti ilə uyğun gələn) şəxsə verir. Kimə hikmət verilsə, (ona) doğrudan da çoxlu xeyir 
verilmişdir. Əsl ağıl sahiblərindən başqa heç kəs öyüd almaz.  
270. Şübhəsiz  ki, Allah (haqq yolunda) xərclədiyiniz  hər bir  malı və (Allah yolunda) öhdənizə 
götürdüyünüz hər bir əhdi bilir (və onu mükafatlandırır). (Ona xilaf çıxmaq zülmdür) və zalımlara 
əsla bir kömək edən olmaz. 
271. Əgər (müstəhəb olan) sədəqələri aşkar etsəniz o, yaxşı bir işdir və əgər onu yoxsullara gizli 
şəkildə  versəniz  bu,  sizin  üçün  daha  yaxşıdır  və  (Allah)  günahlarınızdan  təmizləyər.  Allah 
əməllərinizdən xəbərdardır. 
272.  Onların  (batini)  hidayətləri  sənin  öhdəndə  deyildir  (sənin  vəzifən  çatdırma q,  qorxutmaq, 
müjdə  vermək  və  dəlil  gətirməkdən  ibarətdir).  Lakin  (Öz  hikmət  və  rəhmətinə  uyğun  olaraq) 
istədiyini  hidayət  edən  Allahdır.  (Allah  yolunda)  nə  mal  xərcləyirsinizsə  öz  xeyrinizədir  və 
Allahın razılığını qazanmaqdan başqa bir şey üçün xərcləmirsiniz. (Odur ki, malların ən yaxşısını 


xərcləyin və minnət də qoymayın). (Allah yolunda) xərclədiyiniz hər bir mal (onun mükafatı və 
ya  onun  eynilə  özü  axirətdə)  kamil  surətdə  sizə  veriləcək,  sizə  əsla  zülm  olunmayacaq, 
haqqınızdan kəsilməyəcəkdir. 
273.  (Sədəqələr)  Allah  yolunda  (cihad,  mallarının  qarət  olunması,  uzunmüddətli  xəstəlik  və  ya 
elm öyrənmək kimi məsələlərə) düçar olub (yaşayışlarını təmin etmək üçün) yer üzündə heç cür 
səfər  edə  bilməyən  yoxsullar  üçündür.  Nadan  onları  çox  iffətli  (həyalı)  olduqları  üçün  imkanlı 
hesab edər. Onları üzlərindən tanıyarsan, insanlardan israrla bir şey istəməzlər. Allah şübhəsiz ki, 
maldan xərclədiyiniz hər bir şeyi biləndir.  
274. Öz mallarını gecə və gündüz, gizlin və aşkar (şəkildə Allah  yolunda) xərcləyənlərin Rəbbi 
yanında məqamlarına  layiq mükafatları vardır. (Axirətdə) onlar üçün  nə bir qorxu  var və nə də 
qəmgin olarlar.  
275. Sələm yeyən kəslərin (insanlar arasındakı) duruş və rəftarları şeytanın toxunaraq dəli etdiyi 
(davranışının tarazlığını pozduğu) kəsin rəftarı kimidir. Bu onların «şübhəsiz, alış-veriş də sələm 
kimidir»  demələrinə  görədir.  Halbuki,  Allah  alış-verişi  halal,  sələmi  isə  haram  etmişdir.  Buna 
görə də kimə Rəbbi tərəfindən bir nəsihət gəlsə və o (sələm yeməkdən) çəkinsə, keçənlər onundur 
(onun  sələm  hökmünün  nazil  olmasından  qabaq  götürdüyü  qazanc  özününküdür)  və  işi  (axirət 
cəzası  baxımından)  Allaha  aiddir.  (Sələm  yeməyə)  qayıdan  kəslər  isə  Cəhənnəm  əhlidirlər  və 
orada əbədi qalacaqlar. 
276. Allah sələmi məhv edir (sələmlə qazanılmış malın bərəkətini aradan aparır) və sədəqələri(n 
bərəkətini) artırır. Allah heç bir günahkar nankoru sevmir.  
277. Həqiqətən iman gətirib yaxşı işlər görən və namaz qılıb zəkat verən kəslərin Rəbbi yanında 
məqamlarına uyğun mükafatları vardır və (axirətdə) onlar üçün nə bir qorxu var və nə də qəmgin 
olarlar. 
278.  Ey  iman  gətirənlər,  Allahdan  qorxun  və  əgər  imanınız  varsa,  sələmin  qalanından 
(sərmayədən artıq aldığınız miqdardan) əl çəkin. 
279. Və əgər belə etməsəniz (və sələmçiliyi davam etdirsəniz), onda Allah və Onun peyğəmbəri 
tərəfindən olan müharibəyə yəqin edin (yəqin bilin ki, belə bir müharibə sizə üz tutacaqdır, haqq 
hökümət və ya partlayış həddinə çatmış cəmiyyət onu sizdən geri alacaqdır). Tövbə etsəniz  isə, 
sərmayələriniz özünüzündür (aldığınız faizi geri qaytarın ki, belə olan surətdə) nə zülm edərsiniz, 
nə də zülmə məruz qalarsınız. 
280. Əgər (borclu şəxs) sıxıntı və ehtiyac içində olsa, onda imkanı olana kimi ona möhlət vermək 
(sizin  öhdənizədir).  Və  sədəqə  verməyiniz  (borcu  bağışlamaq)  sizin  üçün  daha  xeyir lidir,  əgər 
bilsəydiniz!  
281.  Allaha  tərəf  qaytarılacağınız,  sonra  hər  bir  şəxsə  qazandığının  əvəzinin  (və  ya  etdiyi 
əməllərin  eynilə  təzahürünün)  kamil  surətdə  veriləcəyi  və  onlara  zülm  olunmayacağı  (və 
mükafatlarının azaldılmayacağı) gündən qorxun! 
282. Ey  iman gətirənlər, (borc almaq və ya alver etməklə) müəyyən müddətə qədər bir-birinizə 
borclu olduqda, onu yazın. (Borc sənədini) sizin aranızda bir katib ədalətlə yazmalıdır. Katib onu 
Allahın  ona  öyrətdiyi  kimi  yazmaqdan  əsla  imtina  etməməlidir.  O  yazmalı  və  boynunda  haqq 
olan  şəxs  (borclu)  imla  etməli,  Rəbbi  olan  Allahdan  qorxmalı  və  haqqdan  heç  nəyi 
azaltmamalıdır. Əgər boynunda haqq olan şəxs səfeh ya (yaş baxımından)  zəif  olsa, ya (dilində 
olan  qüsur  səbəbindən)  imla  etməyə  qadir  olmasa,  onun  qəyyumu  ədalətlə  imla  etsin.  Və 
kişilərinizdən  (müsəlman  kişilərdən)  iki  nəfəri  şahid  tutun.  Əgər  iki  kişi  olmasa,  şahidlər 
içərisindən (dinlərindən) razı olduğunuz bir kişi və iki qadını şahid tutun ki, əgər o iki qadından 
biri unutsa, o biri onun yadına salsın. Şahidlər (şahid durmaq və ya şəhadət vermək üçün) dəvət 
olunduqda,  boyun  qaçırmamalıdırlar.  Az  və  ya  çox  olmasından  asılı  olmayaraq  müəyyən  bir 
müddətə  qədər  möhləti  olan  borcu  yazmaqdan  usanmayın.  Sizin  bu  işiniz  Allah  yanında  daha 
ədalətli, şahidlik üçün daha möhkəm  və şəkkə düşməməyinizə (çəkişməyə düçar olmamağınıza) 
daha yaxındır. Aranızda  nəqd  yolla dövr etdirdiyiniz alış-veriş  istisnadır ki,  onu yazmamağınız 
sizə günah deyildir. Və həmişə alış-veriş edən zaman şahid tutun (belə etsəniz daha yaxşı olar). 
Katib  (yazan)  və  şahid  (azaldıb-çoxaltmaqla  haqq  sahibinə)  zərər  vurmamalıdırlar  və  katibə  və 


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə