Fatihə surəsi



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə14/166
tarix30.10.2018
ölçüsü2,26 Mb.
#75966
1   ...   10   11   12   13   14   15   16   17   ...   166

53. «Ey Rəbbimiz, nazil etdiyinə iman gətirdik və bu Peyğəmbərinə tabe olduq. Odur ki, bizi(m 
adımızı  dünyada  tovhidin  və  əqidənin  əsaslarına,  axirətdə  isə  peyğəmbərlərin  risaləti 
çatdırmalarına) şahid olanların zümrəsində yaz». 
54.  Və  onlar  (Bəni-İsrail  kafirləri  İsanı  öldürmək  və  onun  dinini  məhv  etmək  üçün)  hiylə 
işlətdilər  və  Allah  da  onların  hiylələrinin  cavabını  verdi.  Allah  hiyləyə  cavab  verənlərin  ən 
yaxşısıdır.  (İsa  əleyhissəlamın  qətl  planını  cızanı  onun,  yəni  həzrət  İsanın  surətinə  saldı  və 
dostları İsanın əvəzinə onu dara çəkdilər. Və Allah sonra İsanın dininə rəvac verdi.) 
55.  (Yada  sal)  o  zaman(ı)  ki,  Allah  dedi:  «Ey  İsa,  həqiqətən,  Mən  səni  (camaatın  arasından) 
götürəcək,  Özümə  tərəf  qaldıracaq,  küfr  edən  kəslərdən  (onların  cəmiyyətlərinin 
çirkinliklərindən)  paklaşdıracaq  və  Qiyamətə  kimi  sənə  tabe  olanları  (son  ilahi  islahatçının 
zühurunadək  xristianları,  ondan  sonra  isə  müsəlmanları)  kafirlərdən  (yəhudilərdən)  üstün 
edəcəyəm. Sonra isə sizin qayıdışınız (axirətdə) Mənə tərəfdir. Beləliklə, sizin aranızda haqqında 
ixtilafda olduğunuz şey barəsində hökm çıxaracağam.» 
56. «Kafirlərə gəldikdə isə onlara dünyada və axirətdə şiddətli əzab verəcəyəm və onların heç bir 
köməkçisi olmayacaqdır.» 
57. «İman  gətirib yaxşı  işlər görənlərə gəldikdə  isə, (Allah)  onların mükafatlarını kamil şəkildə 
verəcəkdir. Allah zalımları sevmir.» 
58. Sənə oxuduğumuz bu (hekayət), (sənin peyğəmbərliyinin doğruluğuna dəlalət edən) nişanə və 
ayələrdən, həmçinin bu yada salan və hikmətli kitabdandır.  
59.  Həqiqətən,  Allah  yanında  İsanın  hekayəti,  (yaradılışının  necəliyi  baxımından)  Adəmin 
hekayəti  kimidir.  Allah  onu  torpaqdan  yaratdı,  sonra  ona  «(canlı  insan)  ol!»  dedi,  o  da  oldu. 
(Sanki  sən  onun  olmasını  görürdün.  Əlbəttə  Adəmin  cüssəsi  çöldə,  İsanınkı  isə  ana  bətnində 
yaradıldı və onların hər ikisi Allahın əzəli əmri ilə, atasız insan oldular. Əgər belə bir iş allahlığa 
dəlalət edirsə, onda gərək onların hər ikisi allah olsunlar.) 
60. (Bu mətləb) sənin Rəbbin tərəfindən olan sabit bir həqiqətdir. Odur ki, əsla şübhə edənlərdən 
olma! 
61. Buna görə də sənə elm  gəldikdən sonra, onun barəsində (İsa Məsih-əleyhissəlam haqqında) 
səninlə mübahisə edən (höcətləşən) kəsə de: «Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz 
qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü (bizim canımız kimi olan kəsləri) 
çağıraq,  sonra  bir-birimizə  nifrin  edək,  beləliklə  Allahın  lənətini  yalançılara  yağdıraq. 
(Peyğəmbər  bu  hadisədə  imam  Həsənlə  İmam  Hüseyni  oğulları,  Fatiməni  qadın  və  Əlini  canı 
kimi «mübahilə»yə, yəni ayədə işarə olunan qarşılıqlı nifrin etmə mərasiminə apardı  və kafirlər 
təslim oldular.) 
62. Şübhəsiz, (Həzrət Məsihin) haqq olan hekayət(i) budur. Allahdan başqa bir məbud yoxdur və 
əlbəttə ki, Allahdır yenilməz qüdrət və hikmət sahibi! 
63. Buna görə də əgər üz döndərsələr, şübhəsiz, Allah fəsad törədənləri (onların halını) biləndir.  
64. De: «Ey kitab əhli, gəlin bizimlə sizin aranızda bir olan kəlmə (barəsində peyğəmbərlərin və 
səmavi  kitabların  yekdil  olduqları  söz)  ətrafında  toplanaq  (və  o  budur  ki):  Allahdan  başqasına 
ibadət  etməyək,  heç  bir  şeyi  Ona  şərik  qoşmayaq  və  bəzilərimiz  Allahın  yerinə  bəzilərimizi 
tanrılar  qəbul  etməsin.  Beləliklə,  əgər  (bu  təklifdən)  üz  döndərsələr  deyin:  «Şahid  olun  ki, 
həqiqətən, biz müsəlmanlarıq.» 
65. Ey kitab əhli, nə üçün İbrahim barəsində mübahisə edirsiniz? (Sizlərdən hər biriniz deyir ki, o 
bizim  dinimizdə  olub)  halbuki  Tövrat  da,  İncil  də  yalnız  ondan  sonra  nazil  olmuşdur!  Heç 
düşünmürsünüz?! 
66.  Budur,  siz  ki,  (hələ)  elminiz  olan  şey  barəsində  bir-birinizlə  mübahisə  edirdiniz  (məsələn 
yəhudilər  xristianlarla  İsanın  Allah  olmaması  və  «üç  üqnuma»  nəzəriyyəsinin  puç  olması 
barəsində,  həmçinin  xristianların  yəhudilərlə  İsanın  peyğəmbərliyə  göndərilməsi  və 
peyğəmbərliyi barəsində mübahisə edirdilər), bəs nə üçün bir-birinizlə (İbrahimin yəhudi, yaxud 
xristian  olması  kimi)  elminiz  olmayan  şey  barəsində  mübahisə  edirsiniz?!  Allah  bilir,  siz  isə 
bilmirsiniz. 


67.  İbrahim  nə  yəhudi  idi,  nə  də  xristian,  lakin  Allaha  təslim  olan  haqpərəst  idi.  Həmçinin, 
müşriklərdən (də) deyildi. 
68. Əlbəttə insanların (şəriətin əsasları və qolları baxımından) İbrahimə ən yaxını (onun şəriətinin 
hakim  olduğu  zamanda)  ona  tabe  olanlar  və  həmçinin,  bu  Peyğəmbər  (Muhəmməd-səlləllahu 
əleyhi  və  alihi  və  səlləm)  və  (ona)  iman  gətirən  kəslərdir.  Allah  möminlərin  yardımçısı  və 
başçısıdır. 
69.  Kitab  əhlinin  bir  dəstəsi  sizi  azdırmaq  istəyir,  halbuki  onlar  özlərindən  başqa  heç  kimi 
azdırmırlar  və  (bunu)  dərk  (də)  etmirlər  (çünki,  bu  qəlbi  və  ya  əməli  istəyin  günahı  onların 
özlərini yaxalayacaqdır). 
70.  Ey  kitab  əhli,  nə  üçün  Allahın  (Tövrat  və  İncildə  Muhəmməd-səlləllahu  əleyhi  və  alihi  və 
səlləm-barəsində olan) ayələrinə kafir olursunuz, halbuki, özünüz şahidsiniz (bilirsiniz ki, həmin 
ayələr Allah tərəfindəndir)?!  
71. Ey kitab əhli, nə üçün (həqiqətin nə olduğunu) bilə-bilə haqqı batilə qatışdıraraq onu şübhəli 
hala salır və haqqı gizlədirsiniz (həqiqətin gizlin  qalması üçün Tövrat və İncilin ayələrini təhrif 
edərək onlara daxil edirsiniz)?! 
72. Və kitab əhlinin bir dəstəsi (onların alimləri, öz ardıcıllarına) dedilər: «İman gətirənlərə nazil 
olan şeylərə (Qur’an ayələrinə) günün əvvəlində iman gətirin, axırında ona kafir olun, bəlkə (öz 
dinlərindən) qayıdalar (çünki onlar sizi dindən agah və xəbərdar adamlar kimi tanıyırlar və sizin 
tərəddüd etməyinizlə onlar da tərəddüd edəcək, şəkk-şübhəyə düşəcəklər).» 
73.  (Həmçinin  dedilər):  «Və  sizin  dininizə  tabe  olandan  başqasına  inanmayın  (həqiqəti  açıb 
deməyin)  -  de:  «Əlbəttə  hidayət,  Allahın  hidayətidir»  -  ki,  məbadə  sizə  verilən(in)  kiməsə 
veril(mə)sin(in mümkünlüyü məlum  olsun) və yaxud onlar Rəbbinizin yanında sizinlə mübahisə 
etsinlər (edə bilsinlər. Bir sözlə, müsəlmanların da sizin kimi qiblə, din və haqq olan kitaba malik 
olmalarını  və Qiyamətdə sizinlə mübahisə edəcəklərini etiraf etməyin).» De: «Fəzilət və rəhmət 
Allahın əlindədir, onu istədiyinə verir (və sizin hiylələriniz Allahın hidayət etdiyi şəxsin imanına 
mane ola bilməz). Allah (zat və sifət baxımından) geniş və (hər şeyi) biləndir.» 
74. İstədiyi kəsi Öz rəhmətinə məxsus edər. Allah böyük əta və bəxşiş sahibidir.  
75.  Kitab  əhlindən  eləsi  var  ki,  əgər  ona  çoxlu  malı  əmanət  tapşırsan,  onu  sənə  qaytarar. 
Həmçinin  onlardan  eləsi  (də)  vardır  ki,  əgər  ona  bircə  dinarı  tapşırsan,  daim  başı  üstündə 
dayanmayınca  (və  öz  malını  ondan  tələb  etməyincə),  onu  sənə  qaytarmaz!  Bu  onların 
«savadsızların (yəhudi olmayanların) bizə bir yolu (bizdən bir şey tələb etmək hüquqları) yoxdur» 
demələrinə (bu əqidədə olmalarına) görədir. Onlar (öz sözlərinin puç olmasını) bilə-bilə Allaha 
yalan nisbət verirlər. 
76.  Xeyr,  (müsəlmanların  sizin  üzərinizdə  haqları  var,  çünki)  kim  öz(ünün  dinə  sadiq  qalmaq 
barəsindəki)  əhdinə  vəfa  etsə  və  təqvalı  olsa,  şübhəsiz,  Allah  da  təqvalıları  sevir  (və  Allahın 
dostunun başqaları üzərində haqqı vardır). 
77.  Həqiqətən,  öz  əhd-peymanları  və  andları(nı  -  dini  qəbul  etmək  barəsində  olan  əhd-
peymanlarını və haqqa kömək üçün olan andlarını pozmaq) müqabilində ucuz bir qazanc (vəzifə 
və  mal)  əldə  edən  kəslərin  axirətdə  bir  payları  yoxdur.  Həmçinin  Allah  onlarla  danışmayacaq, 
Qiyamət günü onlara (rəhmət) nəzər(i) salmayacaq, onları paklaşdırmayacaq və onlar üçün ağrılı 
bir əzab olacaqdır.  
78.  Və  əlbəttə,  onlardan  (yəhudilərdən)  elə  bir  dəstə  vardır  ki,  kitabı  (təhrif  olunmuş  Tövratı) 
oxuyarkən sizin onun səmavi kitabdan olmasını güman etməyiniz  üçün  öz dillərini (məharətlə) 
bükürlər, halbuki o, səmavi kitabdan deyildir. Və o, Allah tərəfindən olmadığı halda deyirlər: «O, 
Allah tərəfindəndir». Bilərəkdən Allaha yalan nisbət verirlər. 
79.  Heç  bir  bəşərə  yaraşmaz  və  mümkün  deyil  ki,  Allah  ona  (səmavi)  kitab  və  hikmət,  yaxud 
mütləq hökm etmək səlahiyyəti və peyğəmbərlik versin, sonra o, insanlara «Allahın yerinə mənim 
qullarım olun!» desin. Və lakin (ona belə demək yaraşar ki): «kitabın müəllimləri olduğunuz və 
onu yaxşıca öyrənərək oxuduğunuz üçün Allahpərəst, dinin tərbiyə etdiyi və din alimləri olun.» 
80.  Həmçinin  sizə  mələkləri  və  peyğəmbərləri  özünüzə  Rəbb  götürməyi  əmr  etməsi  yaraşmaz. 
Məgər (hansısa bir peyğəmbər) siz haqqa təslim olduqdan sonra sizə kafir olmağı əmr edər?! 


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə