Fatihə surəsi



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə23/166
tarix30.10.2018
ölçüsü2,26 Mb.
#75966
1   ...   19   20   21   22   23   24   25   26   ...   166

namaz(lar)ınızdan (iki rükəti) azaltmağınızda sizə günah yoxdur. Şübhəsiz, kafirlər həmişə sizə 
açıq-aşkar düşməndirlər. 
102.  (Təhlükə  zamanı)  aralarında  olub  onlar  üçün  (xof)  namaz(ını  camaat  namazı  şəklində) 
qıldığın zaman, onlardan bir dəstə (sənin namazının birinci rükətində) səninlə birgə qalxsınlar (və 
namaz  qılsınlar)  və  əlbəttə  öz  silahlarını  da  götürsünlər.  Elə  ki,  səcdəyə  getdilər  (və  namazın 
ikinci  rükətini  camaat  namazı  deyil,  tək  qılınan  namaz  niyyəti  ilə  tamamladılar,  gedib)  sizin 
arxanızda  (düşmənin  qarşısında)  dursunlar  və  namazını  qılmamış  digər  bir  dəstə  gəlsin  və  öz 
namazlarını sənin (ikinci rükətin)lə birgə qılsınlar. Əlbəttə gərək ehtiyatlı  olsunlar və silahlarını 
götürsünlər.  Çünki  kafirlər  istəyirlər  ki,  siz  öz  silahlarınızı  və  mallarınızı  yaddan  çıxarasınız, 
beləliklə  də  onlar  qəfildən  sizə  hücum  etsinlər.  Əgər  yağışdan  əziyyət  çəksəniz,  yaxud  xəstə 
olsanız silahlarınızı yerə qoyaraq ehtiyat halında olmağınız sizin üçün günah deyildir. Həqiqətən 
Allah kafirlər üçün alçaldıcı bir əzab hazırlamışdır. 
103. (Xof) namazı(nı) tamamladıqdan sonra (bütün hallarda) duran, oturan və böyrü üstə uzanan 
halda Allahı yada salın və (düşmənin şərindən) amanda olduğunuz zaman namaz(ı adi qaydada) 
qılın. Şübhəsiz namaz möminlərə həmişə vacib olan bir qərardır. 
104. (Kafirlərdən olan) o dəstəni axtarmaqda və təqib etməkdə süstlük göstərməyin. Əgər siz ağrı 
və əziyyət çəkirsinizsə, onlar da sizin kimi ağrı və əziyyət çəkirlər, (halbuki,) siz Allahdan elə bir 
şeyə ümid edirsiniz ki, onlar (buna) ümid etmirlər. Allah həmişə (hər şeyi) bilən və hikmətlidir. 
105.  Həqiqətən  Biz  bu  kitabı  sənə  haqq  olaraq  (uca  və  ağılın  təsdiq  etdiyi  bir  məqsədlə)  nazil 
etdik  ki,  insanlar arasında Allahın sənə göstərdiyi əsasda hökm çıxarasan. Xainlərin müdafiəçisi 
olma! 
106. Allahdan bağışlanmaq dilə ki, həqiqətən Allah həmişə çox bağışlayan və mehribandır. 
107.  Özlərinə  xəyanət  edən  (və  öz  qəbilələrinin  etdiyi  oğurluğu  bir  yəhudinin  boynuna  atan) 
kəsləri  müdafiə  etmə  ki,  Allah  xəyanətkar  və  günahkar  şəxsi  sevmir  (müsəlmanlardan  bir i 
digərinin zirehini oğurlayıb onu bir yəhudinin boynuna atmışdı. İş məhkəməlik oldu və oğrunun 
qəbiləsi Peyğəmbərdən (s) müsəlmanın abrını  qorumaq üçün onun  lehinə  hökm etməsini  istədi. 
Səkkizə yaxın ayə bu hadisə ilə bağlıdır).  
108. Camaatdan gizlədirlər, Allahdan  isə gizlətmirlər (həmin  işin Allahdan  gizli olmamasından 
qorxmurlar),  halbuki  Allah  Onun  razı  olmadığı  söz  barəsində  gecə  araşdırma  aparıb  çarə 
fikirləşdikləri  zaman  (Peyğəmbərə(s)  müsəlmanın  xeyrinə  hökm  etməsini  deməyi 
planlaşdırarkən)  onlarla  birgə  idi.  Allah  həmişə  onların  etdiklərini  (elm  və  qüdrət  baxımından) 
əhatə etmişdir. 
109.  (Oğrunun  qəbiləsinə  xitabən:)  Bir  baxın,  (tutaq  ki,)  dünya  həyatında  onları  (xainləri)  siz 
müdafiə etdiniz, amma (bəs) onları Qiyamət günü Allahın qarşısında kim müdafiə edəcək, yaxud 
kim onların işinə yarayacaq?! 
110. Hər kim pis  bir  iş görsə,  yaxud  özünə zülm etsə (özünə və ya başqasına zülm etsə, yaxud 
etiqad  və  ya  əməldə  günah  etsə),  sonra  Allahdan  bağışlanmaq  diləsə,  Allahın  bağışlayan  və 
mehriban olduğunu görər. 
111. Kim bir günah qazansa, əslində (hətta maddi fayda və ləzzətləri olmuş olsa belə) öz ziyanına 
qazanır. Allah həmişə bilən və hikmətlidir. 
112. Kim (səhvən və ya bilərəkdən, yaxud fərdi və ya ictimai) bir günah etsə, sonra onu günahsız 
bir  şəxsə  nisbət  versə,  şübhəsiz,  boynuna  (başqalarına  töhmət  vurmaqda)  böhtan  və  aşkar  bir 
günah götürmüşdür. 
113. Əgər Allahın  lütf və mərhəməti sənin halına şamil olmasaydı, həqiqətən onlardan bir dəstə 
səni  (hökm  çıxarmaqda)  azdırmaq  qərarına  gəlmişdi.  Halbuki  onlar  özlərindən  başqasını 
azdırmaz  və  sənə  heç  bir  zərər-ziyan  vura  bilməzlər.  Allah  (səma)  kitab(ını)  və  hikməti  (şəriət 
elmləri  və  əqli  maarifi)  sənə  nazil  etdi  və  bilmədiklərini  sənə  öyrətdi.  Allahın  sənə  lütf  və 
mərhəməti həmişə böyükdür. 
114. Onların gizli söhbətləri və (bir-birlərinin qulaqlarına) pıçıldadıqlarının çoxunda  - sədəqəyə, 
ya xeyir bir işə və yaxud insanların arasını düzəltməyə əmr edən kəslər(in gizli söhbətləri) istisna 


olmaqla  - bir  xeyir yoxdur. Kim Allahın razılığını qazanmaq üçün belə etsə, tezliklə ona böyük 
bir mükafat verəcəyik. 
115. Kim hidayət yolu ona aydın olduqdan sonra Bizim göndərdiyimiz peyğəmbərlə müxalifət və 
düşmənçilik  etsə  və  möminlərin  yolundan  başqa  bir  yola  tabe  olsa,  onu  elə  üz  tutduğu  tərəfə 
yönəldər, Cəhənnəmə daxil edər və onun hərarətini ona daddırarıq. Ora pis bir dönüş yeridir. 
116. Şübhəsiz, Allah Ona şərik qoşulmasını (bu günahı, tövbəsiz) bağışlamaz və ondan başqasını 
(ondan  başqa  və  ya  aşağı  günahları)  istədiyi  şəxs  üçün  (bəzi  şərtlərlə,  hətta  tövbəsiz  belə,)  
bağışlayar. Allaha şərik qoşan kəs, həqiqətən uzun-uzadı bir azğınlığa düşmüşdür. 
117. Onlar Allahdan başqa yalnız qızları (qəbilələrin ögey qızları hesab edilən bütləri) çağırır və 
(əslində) yalnız azğın və itaətsiz Şeytanı səsləyirlər. 
118. Allah ona lənət etdi və onu Öz rəhmətindən uzaqlaşdırdı. O dedi: «And olsun ki, mən Sənin 
bəndələrindən  (özüm  üçün)  müəyyən  bir  pay  götürəcəyəm».  (Dünyada  bütün  kafir  və  fasiqlər, 
axirətdə isə müqəssir kafirlər və şəfaətin şamil olmadığı fasiqlər onundur.)  
119.  «Və  şübhəsiz  onları  azdıracaq  və  (uzun-uzadı)  arzulara  düçar  edəcəyəm;  onlara  əmr 
edəcəyəm ki, dördayaqlıların qulaqlarını (xurafat və bidət üzündən) deşsinlər (Maidə surəsi, 103-
cü  ayə);  Allahın  (ruh  və  cismdəki)  xilqətini  dəyişdirmələrini  (fitri  dini  küfrə,  yaxşı  sifətləri 
rəzilətlərə,  ibadətləri  itaətsizliyə və təbii cismi başqa bir şəklə salmalarını) əmr edəcəyəm. Kim 
Allahın yerinə Şeytanı özünə başçı və yardımçı götürsə, doğrudan da aşkar bir ziyana düşmüşdür. 
120. Şeytan  onlara vədə verir və arzulara daldırır. Şeytan  onlara aldadıcı  vəddən başqa bir şey 
vermir. 
121. Onların yerləri Cəhənnəmdir və ondan qaçmağa əsla bir yol tapmazlar. 
122. İman gətirib yaxşı işlər görənləri tezliklə (ev və ağaclarının) altından çaylar axan Cənnətlərə 
daxil edəcəyik (və onlar) orada əbədi qalacaqlar. (Bu,) Allahın verdiyi haqq bir vəddir. Allahdan 
daha doğru danışan kimdir?! 
123.  (Axirətdə  mükafat  və  cəzanın  verilməsi)  nə  (sonuncu  peyğəmbərin  ümməti  olduğunuza 
görə) sizin arzunuzladır və nə də (ki, özlərini Allahın dostu və övladları hesab edən) kitab əhlinin 
arzusuyla.  Kim  pis  bir  iş  görsə,  cəzalandırılacaqdır  və  özü  üçün  Allahdan  başqa  bir  dost  və 
kömək edən tapmayacaqdır. 
124. Kişi və ya qadınlardan mömin olaraq yaxşı  işlərdən (bir şey) yerinə yetirən kəslər, Cənnətə 
daxil olacaqlar və onlar hətta xurma çərdəyinin arxasındakı nöqtə qədər zülmə məruz qalmayacaq 
və haqlarından kəsilməyəcəkdir. 
125. Kimin dini yaxşı əməl sahibi olub (şəriət baxımından) haqpərəst İbrahimin dininə tabe halda 
bütün vücudunu Allaha təslim edən şəxs(in dinin)dən daha gözəldir? Allah İbrahimi (Özünə) dost 
tutmuşdur. 
126.  (Hər  bir  şeyin  yaradılışı,  qorunması,  idarə  olunması  və  nəzərdə  tutulan  zamanda  yox 
edilməsi Allahın iradə və istəyi ilə olduğu üçün) göylərdə və yerdə olanlar (onların özləri də daxil 
olmaqla)  Allahın  həqiqi  mülküdür.  Allah  həmişə  (vücud,  qüdrət  və  elm  baxımından)  hər  şeyi 
əhatə etmişdir. 
127.  Səndən  qadınlar  (onlarla  evlənmək  və  onların  irsi)  barəsində  hökm  istəyirlər,  de:  «Onlar 
barəsində sizə (surənin əvvəlində gördüyünüz kimi) Allah hökm verir. Həmçinin bu kitabda sizə 
oxunan  şeylər  –  qərara  alınmış  haqlarını  vermədiyiniz  və  evlənməyə  rəğbət  göstərmədiyiniz 
yetim qızlar barəsində, eləcə də (mallarını yediyiniz) zəif və aciz uşaqlar barəsində (hökm verir). 
Və  (Allah  sizə)  yetimlərlə  ədalətli  və  insafla  davranmağınızı  (tövsiyə  edir).»  Şübhəsiz  Allah 
gördüyünüz hər bir xeyir işi bilir. 
128.  Əgər  bir  qadın  öz  ərinin  itaətsizliyindən  ya  (ondan)  üz  döndərməsindən  qorxsa,  o  ikisinə 
(hətta  özlərinin  bəzi  hüquqlarından  keçməklə  olsa  belə)  aralarında  bir  növ  sülh  və  barışıq 
etmələrində günah  yoxdur. (Əslində) sülh daha yaxşıdır. (Əlbəttə) paxıllıq və gözü  götürməzlik 
təbiətcə  (insanların)  canların(ın)  ayrılmaz  bir  hissəsinə  çevrilmişdir  (onların  öz  haqlarından 
keçmələri  çətindir).  Əgər  yaxşılıq  etsəniz  və  təqvalı  olsanız,  şübhəsiz,  Allah  etdiklərinizdən 
xəbərdardır. 


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə