Fatihə surəsi



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə13/166
tarix30.10.2018
ölçüsü2,26 Mb.
#75966
1   ...   9   10   11   12   13   14   15   16   ...   166

22. Onlar (xeyir) əməlləri dünyada və axirətdə puça çıxmış və heç olmuş kəslərdir (onların xeyir 
əməllərinin dünyada yaxşı bir izi, axirətdə də savabı yoxdur). Onların (axirətdə şəfaət edəcək) bir 
kömək edənləri də olmayacaqdır. 
23.  (Səmavi)  kitabdan  (Tövrat  və  İncildən)  bir  pay  verilmiş  şəxsləri  görmədinmi  ki,  aralarında 
(Həzrət  Muhəmmədin-səlləllahu  əleyhi  və  alihi  və  səlləm-peyğəmbərliyi,  yaxud  «daşqalaq» 
hökmü barəsində) hökm çıxarmaq üçün Allahın kitabına (Qur’ana və ya Tövrata) dəvət olunurlar, 
sonra onların bir qismi (haqdan) üz döndərmək olan adətləri üzrə üz çevirirlər?! 
24. Bu onların «(axirətdə Cəhənnəm) od(u) bizə bir neçə gündən artıq əsla dəyməz» demələrinə 
görədir. (Onların yəhudilərin cəhənnəmdə babalarının buzova sitayiş etdikləri günlərin sayı qədər 
qalacağı barəsində) uydurduqları iftira onları dinlərində aldatmışdır.  
25. Belə isə, barəsində heç bir şəkk-şübhə olmayan bir gündə onları topladığımız və hər kəsə kəsb 
etdiyinin əvəzi (və ya əməlin  zahiri təcəssümü) tam və kamil şəkildə  – onlara zülm olunmadan, 
mükafatlarından kəsilmədən və cəzaları artırılmadan verilən zaman halları necə olacaq?. 
26. De: «Allahım! Ey hər bir mülkün həqiqi sahibi! Ey bütün hökumətlər üzərində mütləq hakim! 
İstədiyin kəsə hökmdarlıq verir və  istədiyin kəsdən hökmdarlığı alırsan,  istədiyinə  izzət verir və 
istədiyini xar edirsən! Xeyir(in həqiqəti) Sənin əlindədir. Doğrudan da Sən hər bir şeyə qadirsən». 
27. «Gecəni gündüzə və gündüzü gecəyə qatırsan (qışın əvvəlindən yayın əvvəlinə kimi gecənin 
bir hissəsini tədricən gündüzə daxil edir və yayın əvvəlindən qışın əvvəlinə kimi  həmin miqdarı 
gecəyə  daxil  edirsən)  və  ölüdən  diri  və  diridən  ölü  çıxarırsan  (cansız  təbiətdən  bitki,  nütfədən 
heyvan, kafirdən mömin və ya əksinə mömindən kafir çıxarırsan). Və istədiyinə hesabsız (saysız 
miqdarda, layiq olmasa belə və əvəzsiz olaraq) ruzi verirsən». 
28. Möminlər möminlərin yerinə kafirləri dost, köməkçi və başçı götürməməlidirlər. Hər kim belə 
etsə - onlardan bir növ təqiyyə etməyiniz istisna olmaqla – (onun) Allahla heç bir əlaqəsi yoxdur. 
Allah sizi Özündən (əzabından) çəkindirir. (Bütün canlıların) qayıdış(ı) Allaha tərəfdir. 
29. De:  «Əgər sinələrinizdə olanı (fikir və qəlbinizdən keçirdiklərinizi, əqidələrinizi, hallarınızı 
və  adətlərinizi)  gizlətsəniz,  yaxud  (dil  və  əməllə)  aşkar  etsəniz,  Allah  onu  bilir.  Həmçinin 
göylərdə olanı da, yerdə olanı da bilir və Allah hər bir şeyə qadirdir». 
30.  Hər  bir  kəs  (dünyada)  yerinə  yetirdiyi  xeyir  və  etdiyi  pis  əməlləri  hazır  görəcəyi  (həmin 
əməllərin eynilə Qiyamətə uyğun şəkildə  mücəssəm olunacağı)  gün arzu edəcək ki,  kaş onunla 
pis əməlləri arasında uzun bir zaman fasiləsi olaydı (Qiyamət təxirə düşəydi). Allah sizi Özündən 
(Öz əzabından) çəkindirir. Allah Öz bəndələrinə şəfqətlidir. 
31. De: «Əgər Allahı sevirsinizsə, onda mənə tabe olun  ki, Allah da sizi sevsin və günahlarınızı 
bağışlasın. Allah çox bağışlayan və mehribandır».  
32. De: «Allaha və Onun peyğəmbərinə itaət edin». Beləliklə, əgər arxa çevirsələr, onda (bilsinlər 
ki,) həqiqətən Allah kafirləri sevmir. 
33.  Həqiqətən  Allah  Adəmi,  Nuhu,  İbrahimin  ailəsini  və  İmranın  ailəsini  (öz  zamanlarındakı) 
bütün aləmdəkilərdən üstün etdi. 
34.  Bəzisi  digər  bəzisinin  nəslindən  olan  övladlardırlar  (fəzilətlər  və  üstünlüklər  baxımından 
hamısı birdirlər). Allah eşidən və biləndir. 
35.  (Yada  sal)  o  zaman(ı)  ki,  İmranın  zövcəsi  dedi:  «Ey  Rəbbim,  mən  Sənə  nəzr  etmişəm  ki, 
bətnimdə  olan  azad  olsun  (hər  bir  məşğuliyyətdən  azad  olaraq  Beytül-Müqəddəsdə  xidmət 
etməyə  məxsus  olsun).  Odur  ki,  məndən  qəbul  et.  Çünki  Sən  eşidən  və  bilənsən!  (Beytül-
Müqəddəsin xidmətçisi oğlan olmalı idi. İmranın zövcəsi də bətnindəkinin oğlan olmasını güman 
edirdi.) 
36. Beləliklə elə ki, onu dünyaya gətirdi, dedi: «Ey Rəbbim, mən onu qız doğdum.» Allah onun 
nə doğduğunu yaxşı bilirdi və (onun  nəzərdə tutduğu) o oğlan (fəzilət baxımından)  bu  qız  kimi 
deyil.  «Və  mən  onun  adını  Məryəm  qoydum.  Əlbəttə,  mən  onu  və  onun  övladını  qovulmuş 
Şeytandan (Şeytanın şərindən) Sənə tapşırıram.» 
37.  Beləliklə,  Rəbbi  onu  gözəl  (şəkildə)  qəbul  etdi  və  bir  yaxşı  tərzdə  yetişdirdi  və  onun 
(tərbiyəsinin)  məsuliyyətini  (xalasının  əri)  Zəkəriyyaya  tapşırdı.  Zəkəriyya  hər  dəfə  mehraba 
onun yanına daxil olanda, onun yanında (başqa mövsümlərə aid) ruzi görürdi. (Bir gün) dedi: «Ey 


Məryəm, sənə bu ruzi haradandır?» Dedi: «O, Allah tərəfindəndir, çünki Allah istədiyinə hesabsız 
ruzi verir». 
38. Zəkəriyya həmin  vaxt, orada öz Rəbbini çağırdı  və dedi: « Ey Rəbbim, Öz tərəfindən mənə 
pak olan bir övlad əta et ki, həqiqətən Sən, duanı eşidənsən». 
39. Beləliklə, mələklər onu öz mehrabında namaz və dua üçün durduğu halda səslədilər ki: «Allah 
səni Yəhya (adlı bir övlad) ilə müjdələyir ki, o, Allah tərəfindən olan kəlməni (İsanı) təsdiq edən, 
(öz qövmünün) böyük və rəhbər(i), (bütün batil işlərdən) çəkinən və ləyaqətlilərin nəslindən olan 
bir peyğəmbərdir». 
40. (Zəkəriyya) dedi: «Ey Rəbbim, qocalığın (gəlib) mənə çatdığı və zövcəmin qısır olduğu halda 
mənim necə oğlum ola bilər?!» Dedi: «Elədir, (amma) Allah istədiyini edir.» 
41. Dedi:  «Ey Rəbbim, (bu  müjdənin şeytanın  vəsvəsəsi deyil, Sənin tərəfindən olmasını  və ya 
zövcəmin  hamilə  olduğunu  bilməyim  üçün)  mənə  bir  nişanə  müəyyənləşdir.»  Dedi:  «Sənin 
nişanən budur ki, üç gün camaatla yalnız rəmz və işarə ilə danışa biləcəksən. Və öz Rəbbini çox 
zikr et, axşam və səhər çağı pak sifətlərlə mədh edərək müqəddəs bil!» 
42.  Və  (yada  sal)  o  zaman(ı)  ki,  mələklər  dedilər:  «Ey  Məryəm,  həqiqətən  Allah  səni  seçib, 
paklaşdırıb  və  (Beytül-Müqəddəsdə  xidmət  etmək,  ruzinin  səmadan  gəlməsi,  mələk  ilə  söhbət 
etmək və dünyaya atasız övlad gətirmək şərəfinə nail  olduğun  üçün öz əsrində) aləmdəki bütün 
qadınlardan üstün edib. 
43. «Ey Məryəm, öz Rəbbinə təvazökarlıq et (namaz qıl və bütün əməlləri yalnız Ona görə yerinə 
yetir), səcdə et və ruku edənlərlə birgə ruku et (namaz qılanlarla birgə namaz qıl).  
44.  Bu  (hekayətlər),  qeyb  xəbərlərindəndir  ki,  onu  sənə  vəhy  edirik.  (Yoxsa  ki)  sən  onların 
Məryəmi  kimin  himayəyə  götürməsi  üçün  qələmlərini  (püşk  məqsədi  ilə  suya)  atdıqları  zaman 
onların yanında deyildin. Həmçinin, onlar bir-birləri  ilə (Məryəmi saxlamaq üçün)  mübahisə və 
dava-dalaş etdikləri zaman (da sən) onların yanında deyildin.  
45. (Yada sal) o zaman(ı) ki, mələklər dedilər: «Ey Məryəm, həqiqətən, Allah sənə Öz tərəfindən, 
adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə (Onun «ol» deməyi  ilə bətndə yaranan bir övlad)  ilə 
müjdə verir ki, o, dünya və axirətdə cəlal və ehtiram sahibi və (Allah dərgahına) yaxınlardandır».  
46.  «İnsanlarla  beşikdə  (möcüzə  ilə)  və  yaşa  dolduqda  (vəhy  əsasında)  danışacaq  və  (o) 
salehlərdəndir.» 
47. (Məryəm) dedi: «Ey Rəbbim,  mənə heç bir bəşərin toxunmadığı  halda mənim necə övlad ım 
ola bilər?!» Dedi: «Elədir. Allah  istədiyini  yaradır,  bir şeyin  olmasını qəti şəkildə  istəyəndə ona 
yalnız «ol» deyir, beləliklə (də həmin şey) dərhal olur».  
48. Və ona (bütün peyğəmbərlərin səmavi) kitab(larını), şəriət hökmləri və əqli elmləri, həmçin in 
Tövrat və İncili öyrədəcək. 
49. Və bir peyğəmbər olaraq İsrail övladlarına (göndərəcək və o, onlara deyəcək) ki: «Mən sizə 
Rəbbiniz tərəfindən bir nişanə gətirmişəm; mən sizin üçün gildən quş surətində bir şey düzəldər, 
sonra  ona  üfürərəm,  Allahın  izni  ilə  quş  olar;  Allahın  izni  ilə  anadangəlmə  koru  və  cüzamı 
sağaldar,  ölüləri  dirildərəm  və  sizə  evlərinizdə  yediyiniz  və  yığıb  saxladığınız  şeylərdən  xəbər 
verərəm. Həqiqətən əgər mömin olsanız sizin üçün bunda (Allahın tovhidinə, elm  və qüdrətinə, 
eləcə də mənim peyğəmbərliyimə dəlalət edən) nişanə vardır.» 
50. «Özümdən əvvəlki Tövratı təsdiq edirəm və sizə haram olmuş şeylərin bəzisini (şənbə günü 
balıq ovlamağı, dəvə ətini, dördayaqlıların bədənlərinin yağını) halal etmək üçün (gəlmişəm). Və 
sizin üçün Rəbbiniz tərəfindən (öz  peyğəmbərliyimə dair) nişanə gətirmişəm. Odur ki, Allahdan 
qorxun və mənə itaət edin». 
51. «Şübhəsiz, Allah mənim Rəbbim və sizin Rəbbinizdir. Buna görə də Ona ibadət edin. Budur 
doğru yol!» 
52. Beləliklə, elə ki, İsa onlardan küfr hiss etdi (onların hamısının iman gətirməyəcəyini bildi, din 
üçün  bir  mərkəz  müəyyənləşdirmək  və  onun  sütunlarını,  qoruyucularını  möhkəmləndirmək 
məqsədi  ilə) dedi: «Kimlərdir Allaha doğru (hərəkətdə) mənim köməkçilərim?» Həvarilər (onun 
ağ  geyimli  və  nurani  qəlbli  xas  dostları)  dedilər:  «Biz  Allahın  köməkçiləriyik;  Allaha  iman 
gətirdik və şəhadət ver ki, biz təslim olanlarıq.» 


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə