Fakültə: İqtisadiyyat və menecment Kafedra: Menecment İxtisas: 050405-Sənayenin təşkili və idarə olunması İstehsalat təcrübəsi haqqında hesabat


QİYMƏTLƏNDIRMƏNİN APARILMASI ÜÇÜN QƏBUL EDİLMİŞ TERMINOLOGIYA



Yüklə 59,66 Kb.
səhifə3/9
tarix22.05.2023
ölçüsü59,66 Kb.
#111997
1   2   3   4   5   6   7   8   9
Səid Seyidov

2. QİYMƏTLƏNDIRMƏNİN APARILMASI ÜÇÜN QƏBUL EDİLMİŞ TERMINOLOGIYA
Bazar qiyməti – əmlakın (işin, xidmətin) tələb təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilməsi Qaydaları haqqında" 6 saylı, 04 yanvar 2001-ci il tarixli qərarının 1.2-ci bəndinə və Vergi Məcəlləsinin 14.1-ci maddəsinə müvafiq olaraq). Əmlakın bazar qiyməti müəyyən edilərkən mülki dövriyyə iştirakçılarının sərbəst iradə ifadəsi və mülki dövriyyənin azadlığı əsasında aparılmış mülki qanunvericiliyə zidd olmayan əqdlərin maliyyə göstəriciləri rəhbər tutulur, barter, öhdəliklərin əvəzləşdirilməsi, əmlakın məhkəmə qərarı əsasında məcburi alınması, müsadirə və s. bu qəbildən olan əqdlərin maliyyə göstəriciləri istisna olunur.


Dürüst dəyər – ümumi şərtlər çərşivəsində, kifayət qədər məlumatlandırılmış və sövdələşməyə tam hazırlıqlı tərəflər arasında aparılan əməliyyat zamanı aktiv əvəzinə verilə bilən pul məbləğidir.


Qiymətləndirmənin nəticələri haqqında hesabat – qiymətləndirmənin aparılması üçün analitik prosedurların və metodların təsvirini, habelə qiymətləndirmənin aparılması məqsədini və əsasını, dəyər barədə rəyə gətirib çixarılan təhlilin nəticələrini özündə birləşdirən sənəddir.


Qiymətləndirməyə yanaşma geniş yayılmış ümumi qəbul edilmiş analitik metodologiyadır.



  • xərc yanaşması aşınması nəzərə alınmaqla qiymətləndirmə obyektinin əvəz olunmasına və yaxud bərpası üçün zəruri olan xərclərin müəyyən edilməsinə əsaslanaraq qiymətləndirmə obyektinin dəyərinin qiymətləndirilməsi metodları məcmusuna daxildir.

  • müqayisəli yanaşmasövdələşmə qiymətləri məlum olan analoji obyektlə qiymətləndirmə obyektinin müqayisəsinə əsaslanaraq qiymətləndirmə obyektinin dəyərinin metodları məcmusuna daxildir.


  • Yüklə 59,66 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə