Fakültə: İqtisadiyyat və menecment Kafedra: Menecment İxtisas: 050405-Sənayenin təşkili və idarə olunması İstehsalat təcrübəsi haqqında hesabat


Müqayİsə yanaşmasından İstİfadə etməklə



Yüklə 59,66 Kb.
səhifə8/9
tarix22.05.2023
ölçüsü59,66 Kb.
#111997
1   2   3   4   5   6   7   8   9
Səid Seyidov

7. Müqayİsə yanaşmasından İstİfadə etməklə,
qİymətləndİrmə obyektİnİn bazar dəyərİnİn müəyyən edİlməsİ

Bu obyektin qiymətləndirilməsi zamanı xərc və gəlir yanaşmasından imtina edilmişdir. Xərc yanaşmasından ona göra imtina edilmişdir ki, bu metodla obyektin bazar dəyərinin müəyyən edilməsində bir çox çətinliklər yaranır.


Gəlir yanaşmasından ona görə imtina edilmişdir ki, qiymətləndirmə obyekti haqqında daxili informasiyanın əldə edilməsi həm çətinlik yaradır, bəzi hallarda isə qeyri-dəqiq olur. Gəlir yanaşmasında istifadə edilən metodların mücərrədliyi və proqnozların işlənib hazırlanması çətinliyi də bu yanaşmadan imtina etməyə əsas vermişdir.
Qiymətləndiricinin fikrincə qiymətləndirməyə təqdim edilmiş qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi üçün mövcud üç yanaşmadan yalnız müqayisə yanaşmasının tətbiq olunması daha məqsədəuyğundur. Belə ki, bu yanaşmanın məlumat taminatının inkişaf etdirilmiş sistemi daha obyektiv nəticələr əldə etməyə imkan yaradır. Müqayisə yanaşmasının tətbiq olunmasının əsaslandırılması o faktla bağlıdır ki, qiymətləndirilən obyektin dəyəri birbaşa olaraq analoji obyektklərin satış və ya satışa çıxardılmış qiymətlərindən aslıdır. Belə ki, satılmış və ya satışa çıxardılmış obyekt (analoq) qiymətləndirmə obyekti ilə müqayisə edilir. Qeyd etmək lazımdır ki, istənilən yanaşmadan səmərəli istifadə etmək üçün obyektiv bazar informasiyaları olmalıdır. Müqayisə yanaşmasından istifadə etmək üçün isə, indiki halda bazardan kifayət qədər obyektiv informasiyalar əldə etmək mümkündür.
Beləliklə, qiymətləndirməyə təqdim edilmiş qiymətləndirmə obyektinin- qeyri yaşayış sahəsinin dəyərini müəyyən etmək üçün müqayisə yanaşmasından istifadə etməklə, yerinə yetirilən hesablamalar və təhlillər nəticəsində uyğun müqayisə vahidləri müəyyən edilmiş, vacib müqayisə elementləri seçilmiş, həmçinin müqayisə elementləri üzrə vahidinin dəyəri korrektə edilməklə 1 kv.m-nin orta bazar dəyəri _______ manat olmaqla qiymətləndirməyə təqdim edilmiş qeyri-yaşayış sahəsinin bazar dəyəri ________________________ manat müəyyən edilmişdir.

Yüklə 59,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə