Fakültə: İqtisadiyyat və menecment Kafedra: Menecment İxtisas: 050405-Sənayenin təşkili və idarə olunması İstehsalat təcrübəsi haqqında hesabat


Ümumu məlumatların toplanması və onların tədqiq olunması



Yüklə 59,66 Kb.
səhifə5/9
tarix22.05.2023
ölçüsü59,66 Kb.
#111997
1   2   3   4   5   6   7   8   9
Səid Seyidov

Ümumu məlumatların toplanması və onların tədqiq olunması: rayon, şəhər və region miqyasında yerləşən obyektin bazar dəyərinə təsir edən təbii, iqtisadi, sosial və digər faktorları xarakterizə edən bütün göstəricilər bu mərhələdə tədqiq olunmuşdur.

  • Xüsusi məlumatların toplanması və tədqiqi: bu mərhələdə qiymətləndirilən obyekt habelə onunla müqayisə edilə bilən və yaxın zamanlarda satılan və ya icarəyə verilən obyekt barədə daha müfəssəl məlumat toplanmışdır. Bu məlumatların toplanması müvafiq sənədlərin öyrənilməsi, inzibati orqanların, daşınmaz əmlak agentliklərinin nümayəndələri ilə sovdələşməni qeydiyyata alan notariuslarla görüşlər, məsləhətləşmələr yolu ilə həyata keçirilir.

  • Daha yaxşı və daha səmərəli istifadə edilmənin tədqiqi: çıxarılan nəticə yerləşdiyi rayondan asılı olaraq obyektin mövcud məhdudiyyətlərlə istifadəedilmə tipikliyi nəzərə alınaraq yığılan məlumatlar əsasında baş vermişdir.

  • Qiymətləndirilən obyektə qiymətləndirmə metodlarının tətbiqi: obyektin qiymətləndirilməsi üçün üç metod nəzərdən keçirilir (xərc, uyğun satışların müqayisəsi metodu, gəlirin kapitallaşdırılması metodu)

  • Müəyyən edilmiş dəyər barədə hesabatın hazırlanması:Bu mərhələdə əvvəlki mərhələlərdə toplanılan bütün nəticələr cəmlənib hesabat halına (şəklinə) salınır.


    4.QİYMƏTLƏNDİRMƏ PROSESİNİN METODOLOGİYASI
    ƏSAS ANLAYIŞLARI

    Qiymətləndirilən obyektin bazar dəyəri əmlakın (işin, xidmətin) tələb təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilməsi Qaydaları haqqında" 6 saylı, 04 yanvar 2001-ci il tarixli qərarının 1.2-ci bəndinə və Vergi Məcəlləsinin 14.1-ci maddəsinə müvafiq olaraq). Əmlakın bazar qiyməti müəyyən edilərkən mülki dövriyyə iştirakçılarının sərbəst iradə ifadəsi və mülki dövriyyənin azadlığı əsasında aparılmış mülki qanunvericiliyə zidd olmayan əqdlərin maliyyə göstəriciləri rəhbər tutulur, barter, öhdəliklərin əvəzləşdirilməsi, əmlakın məhkəmə qərarı əsasında məcburi alınması, müsadirə və s. bu qəbildən olan əqdlərin maliyyə göstəriciləri istisna olunur.

    Yüklə 59,66 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə