Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə7/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   2   3   4   5   6   7   8   9   10   ...   107

qayıdan kimi atası ona prokuraturada iş tapdı. Baş müfəttişin köməkçisi
vəzifəsində çalışacaqdı. Belə yerlərə yol tapa bilməyən tələbə yoldaşları
ona  həsəd  aparırdılar.  Amma  işdə qalmağı  heç  bir  il  çəkmədi.  Öz
ərizəsiylə işdən çıxdı. Ona görə yox ki, mütəxəssis kimi təcrübəsiz, naşı
idi. Əslində təcrübə elə işlə gəlir. Sadəcə bu psixoloji situasiya idi. Başa
düşürdü  ki,  bu  adamlarla  onunku  tutmayacaqdı.  O,  həqiqəti  sevirdi.
Burada  isə həqiqət  keçmirdi.  Çoxlu  sayda  təzyiqlərlə üz – üzə qalmalı
olurdu.  Bəzən  ondan  atasına  da  şikayət  edirdilər.  Atası  Teymurdan  heç
nə soruşmadan onların  tərəfini  tuturdu:    “-Köhnə bazara    təzə nırx
qoyma,- deyirdi. Palaza bürün, ellə sürün. Əks halda davam gətirməzsən,
silib atarlar “.
Ancaq  Teymur  heç  kəsə onu  işdən  azad  etməyə imkan
vermədi.  Ürəyi  bulanan    bu  işdən  özü  könüllü əl  çəkdi. Əqidəsinə zidd
gedə bilmədi.  Həqiqətə göz  yummağı, əli  natəmiz  olmağı  bacarmadı.
Teymur  rüşvəti,  satın  alınmağı  qanun  keşikçisi  üçün  alçaldıcı,
yolverilməz sayırdı. O, vicdan qarşısında öz – özünə hesabatı hər şeydən
uca tutur, özünə sadiqliyi önəmli sayırdı. Şəraitin onu sındırmasıa, təslim
etməsinə, əl – qolunu  bağlamasına  dözmədi.  Asandlıqla  tapılan  işdən
asandlıqla  çıxdı.  Mübarizə aparmadı,  mübarizədən  qaçdı.  Qorxaqlığına
görə yox! Sadəcə lüzun görmədi. Mübarizə mərd adamlarla aparırlar. O
isə zülmətlə,  qaranlıqla  üz-üzə idi.  Burada  onun  kimilərini  çoxdan
taptalayıb özlərinə sərf edən hallara salmışdılar.
Prokuraturada  işlədiyi  bir  il ərzində iki  qətl  hadisəsini  tamamilə
olmasa da qismən ona tapşırmışdılar. Birinci qətl o vaxt indiki Z.Əliyeva
küçəsindəki  “Cənub  mehmanxanası”nda  baş  vermişdi.  Öldürülən  30-32
yaşlı  qadın  idi.  Hadisə yerinə prokuror,  baş  müfəttiş  və fotoqrafla
birlikdə o  da  gəlmişdi.  Qadın  tamamilə çılpaq  idi.  Onu  bıçaqla
sinəsindən  vurmuşdular.  Qan  sinəsində laxtalanıb  durmuşdu.  Yarıaralı
gözləri, əyilmiş  dodaqları  boyalıydı.  Baş  müfəttiş  ilə fotoqraf  onu
gözdən keçirir, müxtəlif şəkillər çəkirdilər.
Sonralar  Teymur  bu  gərəksiz  şəkillərin  baş  müfəttişin
stolunun üstündə bir xeyli  müddət qaldığını sezdi. Artıq onlar lazımsız
idilər. Ancaq bu 50 yaşlı evli adam tez – tez şəkilləri çıxarır və qadının
fotoqrafa  daha  aydın  çəkdirdiyi  ayıb  yerinə oğrun – oğrun,  gizli – gizli
baxırdı.  Bu  qətlin  açılması  üçün  Teymur  xeyli  çalışmışdı.  Qatil  məlum
idi. Amma birdən – birə hadisə dəbəlləndi və açılmaqda olan iş bağlandı.
Şəkillərə gəlincə isə onlar  müfəttişin    iş  masasının  üstündə bir əyləncə


vasitəsi  təki  qaldı.  2-ci  qətl  hadisəsi  isə Bakıya  gələn  qatarların  şəhərə
girdiyi  yolda,  relslərdən  kənarda,  şam  ağaclarının,  kolluqların  arasında
baş  vermişdi.  40  yaşında  paltarlı  kişi  meyidi  idi.  Onu  boğub
öldürmüşdülər. Meyid iylənirdi. Bu səbəbdən baş müfəttiş ona heç yaxın
da  düşmədi.  Qətl  açılmamış  qaldı.  Mərhumun  heç  kəsi  olmadığından
qatil də heç kəs üçün maraqlı deyildi.
Sonra  ona  şikayətçi  bir  qadının ərizəsinə baxmaq
tapşırıldı. 36 yaşında olan bu qadın  29-30 yaşlı bir oğlan tərəfindən 6 ay
bundan  qabaq  zorlandığını  bildirir  və onun  özünə evlənməsini  tələb
edirdi.
Prokuror  bu  işi  tam  Teymura  həvalə etməsə də tərəflərin  hər
ikisinin  dindirilməsini  Teymura  tapşırmışdı.  Özü  də otaqda  idi  və
kənardan  bu  dindirilməyə qulaq  qoyurdu.  Tərəflərin  hər  ikisi  subay  idi.
Qadının açıq – saçıq ərizəsi, əttökən şit sözləri Teymurda ona qarşı ikrah
oyadırdı. Oğlansa üzdən fağır və qorxaq görünürdü. Qadının ərizəsindən
hər  şey  aydın  olduğundan  Teymur  birinci  oğlanı  dindirməyə başladı.
Kim olduğunu, harada işlədiyini soruşdu. Oğlan xəcalət çəkir, danışanda
həyəcanlanırdı. Amma qadının əleyhinə ləyaqətsiz söz işlətmirdi.
- Bu qadını haradan tanıyırsan? Münasibətləriniz necə olub?-
Teymur soruşdu.
Oğlan  sualı  cavablandırandan  sonra  prokuror  da  öz  sualını
verdi :
- Sənin bu qadınla cinsi əlaqən olubmu?
Oğlan “ hə” dedi, deyəsən, bir qədər qızardı.
- O qız idimi? – Prokuror bir də soruşdu.
Oğlan çox astadan :
-
Mən içkili olmuşam,  bilmirəm, - dedi.
Qadın oturduğu stuldan qalxıb onun üstünə şığıdı :
- Bilmirsən,  hə? - əclaf,  heyvan,  uzun  dırnaqları  ilə az  qalırdı
oğlanın gözünü çıxartsın.
Teymur :
- Oturun,  xanım, – siz  istintaqdasınız,  özünüzü  yaxşı  aparın. -
Belə cəsarətli idiniz, elə onda ona mane olardınız, – dedi. Sizin, axı, 18
yaşınız  yoxdur  ki,  mən  deyim  gənc  olmusunuz,  o,  sizi  aldadıb,  yoldan
çıxarıb. Burada nə qədər o, günahkardırsa, o qədər də siz günahkarsınız.
- Necə?!  O  mənim  namusuma  toxunub,  indi  siz  deyisiniz  ki,
burada heç nə yoxdur, üstəlik mən özüm günahkaram.


- Namusunuza  o  yox,  elə özünüz  toxunmusunuz.  Belə
namusbazdınızsa  niyə sərxoş  kişiylə bir  yerdə olurdunuz? – Teymur  da
dözmədi, səsini qaldırdı.
-
Aha, aydındır, torbada pişik var, demək səni görüb, cibinə pul
basıb. Elə sənin kimiləridir, belələrini qudurdan.
-
Siz  həddinizi  aşırsınız,-
Teymur  qadının  həyasızlığına
dözmədi.                                    Küncdə onları  izləyən  prokuror  çox  sakit  səslə
soruşdu:
-
Mən  belə başa  düşürəm  ki,  sən  bu  oğlanın  tutulmasını
istəmirsən, - yoxsa istəyirsən?
-
Bir şərtlə, əgər mənə evlənərsə, yox! Əks halda qoy gedib bir
az yatsın, ağlı başına gəlsin.
-
Belə çıxır ki, sən onu həm sevir, həm də ona nifrət edirsən? –
Prokuror sualı, deyəsən, elə belə məzələnmək üçün verirdi.
-
Sən ona evlənmək istəyirsən? – Teymur oğlandan soruşdu.
O, tərəddüdsüz: “yox,”- dedi.
-
Yoox?! – Qadını elə bil ilan sancdı. Görərik sənin o yoxunu.
-
Sənin  bakirə olmağın  hələ təstiqlənməlidir, - prokuror  irişə -
irişə qadına baxırdı. – Dediyinə görə bu hadisə altı ay bundan qabaq baş
verib. Indiyə qədər haralarda idin, - niyə şikayətə gec gəlmisən?
-
Mən elə bilirdim o, günahını başa düşüb mənə evlənəcək.
-
Yaxşı,  onu  həbs  etmək  üçün  sübut  olmalıdır.  Sübut  üçün
ekspertiza  aparılmalıdır.  Bundan  qorxmursan? - Prokuror  yenə irişə -
irişə bildirdi.
Prokronun  qadını  belə alçaltması,  rişxəndlə,  eyhamla  danışması
Teymuru  qəzəbləndirirdi.  Nə üçünsə indi  də qadına  rəhmi  gəlirdi.  Və
hiss  edirdi  ki,  o,  həqiqəti  deyir.  Ancaq  Teymur  onun  bu  məsələni
ağartmamalı olduğu halda özünü belə ucuz tutması ilə barışa bilmirdi. O,
yumşaq səslə üzünü qadına tutdu:
-
Mən  sizə inanıram.  Siz  həqiqəti  deyirsiz.  Amma  mənə görə
siz bu adamdan qaçsanız yaxşıdır. O, sizə layiq deyil, sizə hörmət eləmir,
zorla sizə evlənsə, yenə gec-tez gedəcək. Sizin yerinizə olsaydım ərizəmi
geri  götürərdim.  Belə adamlar  onsuz da  gec-tez  cəzalarını  alırlar.  Mən
düşünürəm ki, sizin qabağınıza sizi sevən yaxşı bir adam çıxar, siz daha
xoşbəxt  ailə qura  bilərsinız.  Bir  az  səbr  lazımdır,  vaxt  hər  şeyi  yoluna
qoyur.


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə