Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə6/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   2   3   4   5   6   7   8   9   ...   107

Kəmalə onun əlini  buraxıb  ayaqlarını  yalayan  itin başını
sığallayırdı.  Onun  sıx  kiprikləri,  yaşıl  gözləri,  duruşu  o  qədər  gözəl,
cazibədar  idi  ki,  Teymurun  da  dodaqları  qaçdı.  Bu  gözəlliyə göz
yummaq  mümkün  deyildi.  Uşağın  üzü  küçədən  keçən  adamların  da
diqqətini cəlb edir, onlar Kəmaləyə baxmaq üçün bir də geri qanrılırdılar.
Yeniyetmə oğlanla  söhbətində Teymuru  bir  şey  möhkəm
məyus  edirdi  ki,  bu  da  adamların  Kəmaləni  atasız  bilməsi  idi.  Kəmalə
hələ çox  balaca  olsa  da,  göründüyü  təki  onunla  maraqlananlar  vardı.
Kəmaləni böyütmək, yad nəzərlərdən qorumaq üçün ona ata lazım idi.
Rufiyyə ilə müqayisədə Kəmalə çəkingən, sadəlövh, quş təki
ürkək  idi.  Adamlardan  qorxurdu.  Mehrini  pişiklərə,  itlərə salırdı.
Heyvanlar  da  onu  çox  sevirdilər.  Qızı  görən  təki  quyruqlarını  bulayır,
qabağına  qaçıb  üz-gözlərini  onun  ayaqqabılarına  sürtürdülər.  Bunun
üstündə nənəsi  onu  çox  şapatlayırdı.  Ancaq  Kəmalə bildiyini  heç  kəsə
vermirdi.
Rufiyyə isə pişik  və itlərdən  iyrənirdi.  Özü  də diribaş,
cəsarətliydi. “- Böyüyəndə mən də atam kimi həkim olacağam, ağ, ütülü
xalat geyinəcəyəm”,- deyirdi.
İnstituta  girəndən  sonra  Teymurgilə daha  tez – tez  gəlməyə
başladı. Rufiyyənin ayağını onlardan  bacısı Nərgiz kəsdi. Ona nə dedisə,
qız  o  gedən  oldu,  bir  də Teymurgilə gəlmədi.  Teymur  da  onu  çox
axtarmadı.  Uşaqlıq  sevdası  get-gedə soyudu    və Rufiyyə tamam
yadından çıxdı.
Bir  də bacısı  təkcə Rufiyyəni  deyil,  Teymurun  xoşuna
gəlmək  istəyən  çox  rəfiqəsinin  ayağını  evlərindən  kəsmişdi.  O  vaxt
bütün bunların Teymur üçün elə də əhəmiyyəti yox idi. Əhəmiyyəti olan
Mədinə idi  ki,  bacısı  bu  məsələdə ona əməlli- başlı  düşmən  kəsilmişdi.
Atasını da qızışdırıb onun üstünə salan Nərgiz olurdu.
Bacısı  ata-anasının  yeganə qızı  olduğu  üçün ərköyün
böyüyürdü. Teymur da Atasının yeganə oğluydu. Ancaq bacısından xeyli
böyük,  bir  də atasından  sonra  evdə başıpapaqlı  olduğu  üçün  bacısının
xətrinə dəymir, onun qayğısına qalmağı özünə borc bilirdi.
Onlar  gen-bol,  firavan  dolanırdılar.  Atası  iri  bir  müəsisənin
rəisi  idi.  Teymur  gözünü  açandan  evdə hər  şeyi  bol  görmüşdü.  Meyvə,
qoz,fındıq, şabalıd, qızıl balıq, qara kürü, beçə balı onların evinə kisəylə,
çamadanla,  torbayla,  balonla  gəlirdi.  Şəhərdə dəbdə olan ən  gözəl
paltarlar  birinci    onun  və bacısının əynində olardı.  Buna  baxmayaraq


bacısı elə balacalıqdan simic, gözü dar, paxıl, satqın idi. Meyvənin qalıb
çürüyəcəyini  görən  Teymur  al  üzlü  almalardan,  şirəli  armudlardan,  qan
rəngli nardan, göbəkli narıngilərdən çantasına doldurub məktəbə aparar,
bütün sinfə paylardı.
Nərgiz axşamlar hamısını atasının ovcuna qoyardı. Atası da
onu çağırıb acıqlanardı: “- Evi yığışdırıb məktəbə aparma. Gör bizi dilə -
dişə sala bilirsən. Istədiyin qədər özün üçün götür. Camaatın uşaqlarının
qarnını doydurmağa borclu deyilik.
Nərgiz  təkcə ərköyün, şıltaq  deyildi,  həm  də lovğa,
təkəbbürlü  idi.  Rəfiqələrinin  arasında  birinci  olmağı  xoşlardı.  Yalnız
geyim-geçimi  ilə deyil,  evlərinin ən  gözəl  binada  olması,  balkon  və
pəncərələrinin  dənizə baxması,  mebel  və əşyalarının  bahalı  olması  ilə
öyünərdi.
Rəfiqələrinin  təkcə xarici  görünüşünü  deyil, əyin-başını,
hətta yeyib içdiklərini də lağa qoyardı. O, hamiya ağız büzür, hərədə bir
qüsur axtarır, özündən başqa heç kəsi bəyənmirdi.
Bacısı  bütün  bu  xüsusiyyətlərində
atasına  çəkmişdi.
Çəkmişdi    azdı.  O  atasından  da  çox – çox  qəddar  idi.  Bütün  bunlar
Teymurun  xoşuna  gəlməsə də o,  bacısının  xətrinə dəyməyi  lazım
bilməyib onun böyüyüb ağıllanacağını, xasiyyətinin  dəyişəcəyini güman
edirdi. Nərgizsə ağıllanmaq əvəzinə daha azğın, qudurğan olurdu.
Anası  Teymurun  qayğısına  bir  qədər  artıq  qalanda  bacısı
burnunu  sallardı:  “-Teymuru  məndən  çox  istəyirsən,” -deyərdi.  Acığı
bununla  soyumazdı,  guya  zarafat  edirmiş  təki, atasına:  “ - Özün  belə
gözəl – göyçək,  mavigöz  kişi  ola – ola  bu  qara –qura  arvadın  nəyini
bəyənmisən,” - deyib anasına sataşardı.
Nərgizin  baxışı,  oturuşu – duruşu,  yerişi  də ədalı,
təkəbbürlü idi. Qızlar arasında nə dostu, nə də rəfiqəsi vardı. Acı dilinə
görə heç kəs onunla dostluq etmirdi.
Teymur əvvəllər Raufun onun bacısında nə tapdığını anlaya
bilmirdi.  Düzdür,  Nərgiz  zahirən  gözəl  idi.  Qar  təki  ağappağ  parlaq
dərisi,  mavi  gözləri,  sarışın  saçları    vardı.  Qamətli,  nərmənazik,  şahanə
yerişli  qızdı.  Gənc  oğlanlar  ona  həsrətlə baxırdilar.  Ancaq  bacısı  zəhər
dili,  istehzalı  baxışları,  lovğalığı  ilə ona  bənd  olanları  da  tez  küsdürüb
özündən  uzaqlaşdırırdı.  Bircə Rauf  onun  bacısının  dilini  tapa  bilmişdi.
Əgər Nərgiz Teymurun bacısı olmasaydı, Teymur heç cür dostunun ona


evlənməsinə razı  olmazdı.  Raufsa  Nərgizi  balacalıqdan  sevirdi.  İndi  də
onun üçün lap ilk vaxtlardakı təki dəli – divanə idi.
Rauf  həm  yaxşı ər,  həm  də sədaqətli  dost  idi.  Belə ki,  nə
Nərgizin,  nə də Teymurun  ona  acığı  tutmurdu.  Düzdür,  Teymur  hərdən
kükrəyib ona da təpinirdi: “- Bilmirəm bu ilanda,  zəhər dildə, qanı acıda
nə tapmısan! “- Rauf  gülümsəyib susardı. Arvadının tərəfini saxlamasa
da  Teymurun  onun  haqqında  artıq - əskik  danışmasına  da  imkan
verməzdi.  Bütün  səyi  ilə Teymurla  bacısı  arasında  sülh  yaratmağa,
münasibətlərini qaydaya salmağa çalışırdı.
Rauf  Teymura  qardaşdan  artıq  idi.  Həm  məktəb,  həm
tələbə yoldaşı, həm dostu, həm də yaxşı sirdaşıydı.                   Rauf hər
bir  şeydə bütünlüklə Teymurun  tərəfində olsa  da  Nərgizin  dəymədüşər
olduğunu bildiyindən  bacı  ilə qardaş  arasına  girmirdi.  Nərgizin  yanında
özünü  dostunun  taleyinə tam  laqeyd  adam  kimi  aparırdı.
Əslində isə
Teymuru  Nərgizin  ona  qarşı  apardığı  bütün  çirkli işlərdən  xəbərdar
edirdi.  Teymur  da  dostunu  təhlükə qarşısında  qoymurdu.  Bacısının
Mədinə ilə əlaqədar fitnəkar işlərinə göz yumur, guya  xəbərsizmiş kimi
üzə vurmur,  Nərgizlə açıq – aşkar  savaşmaqdan  özünü  saxlayırdı.
Əlbəttə,  bütün  bunları  Raufun  xətrinə edirdi. Əmin  idi  ki,  Nərgiz
elədiklərinin  Rauf  tərəfindən  ona  çatdırıldığını  bilsə,  o  vaxt ərinə də
güzəştə getməyəcəkdi.  Kim  bilir,  bu  halda  ailədə hansı  ixtilaflar
başlayacaqdı.  Axı,  Nərgiz  yad  deyildi,  onun  doğma  bacısı  idi.  Teymur
onun  qayğısına  qalmaya  bilmirdi.  Bircə ona  gücü  çatırdı  ki,  bacısı  ilə
görüşməməkdən ötrü Raufun dönə - dönə təkidinə baxmayaraq uzun illər
idi ki, heç onlara da getmirdi.
Son dəfə bacısıgildə Rüfətin ad günü olmuşdu. Uşağın beş
yaşı tamam olurdu. Bu onların ailəsi üçün çox mühüm, fərəhli hadisə idi.
Teymur  bu  münasibətlə ona  bir  velosiped  də almışdı.  Ancaq  bacısı  ad
gününü əslində Teymuru tələyə salmaq üçün qurmuşdu.
Nərgiz  ev-eşiyini,  cer-cehizini,  dolanışığını  nümayiş
etdirmək dəlisiydi. Ancaq bunlar Nərgiz üçün artıq keçilmiş əməliyyatlar
idi. Ərə gedəndən  indiyə qədər  o,  dəfələrlə evində qonaqlıqlar  vermış,
özünün, ərinin,  oğlunun  ad  günlərini  bayram  etmişdi.  İndi  də Teymuru
Mədinədən qopartmaq üçün planlar hazırlayırdı.
İxtisasca hüquqşunas olmasına baxmayaraq o  vaxt Teymur
qəzet  redaksiyasında  işləyirdi.  Universitetdən  hərbi  rütbə aldığı  üçün  o
vaxtın  qanunlarına əsasən  cəmi  üç  ay əskərlikdə olmuşdu.  Xidmətdən


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə