Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə4/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   2   3   4   5   6   7   8   9   ...   107

sözünü  ona  Rauf  vasitəsilə çatdırırdı.  Mədinə Raufla  Teymurun  təkcə
kürəkən, qayın yox, həm də yaxşı dost olduqlarını bilirdi. Rauf deyirdi: ”
Uşağın  sənə bağlanması  onu  çox  qorxudur.  Özün  gərək  başa  düşəsən,
səndən  yaman  şikayət  edir:                  “-Bilmirəm,  bizdən  nə istəyir- deyir.
Uşaq  da  bütün  günü  ondan  danışır.  Girib  uşağın  ürəyinə.  Zəng
eləməyəndə mısmırığını sallayır. Belə olmaz. Gec – tez onun da öz ailəsi
olacaq. Bizdən uzaqlaşsa yaxşıdır.”
“- Məgər  bilmir  ki,  fikrim  ciddidir.  Ona  bu  barədə dönə
dönə demişəm, axı!”
- Nə olsun, valideynlərin ki qapısına getmir, – Rauf deyirdi.
Mədinə hər  şeyə ayıq  nəzərlərlə baxır.  Deyir:  “Cavan,  subay  oğlanın
boşanmış  qadına  vurulması  bizdə
yaxşı  sayılmır.  Aydındır  ki,
valideynləri  də belə düşünür.  Mən  də istəmirəm  Teymur  özünü  uşağa
şirin eləsin. Sonra bu uşaq üçün faciə olar.”
O  vaxt  Teymur  anasını  dilə tutub  yola  gətirə bilmişdisə də,
bacısı  ilə atası  “yox”  deyib  dururdular.  “  Ancaq  bizim  meyidimizin
üstündən” – bacısı yekə - yekə danışır, kişini də yoldan çıxarırdı.
Teymur  Mədinəyə evlənmək  istəməsinin  belə bir partlayışa
səsbəb olacağını ağlına gətirmirdi. Bacısı tərəfdən belə hücumları o, çox
görmüşdü,  ancaq  atasının  kəskin  etiraz  edəcəyini  zənn  etmirdi.  Axı,  bu
adamlar  onun  doğmaları  idilər.  Ona  güzəştə getməli,  istəyi  ilə
barışmalıydılar.  Kəmalə və Mədinənin onlarla  yaşaması  üçün  evlərində
də hər  cür  imkan  və şərait  var  idi.  Nərgiz ərə gedəndən  sonra  otaqların
dördü də ona və valideynlərinə gen-bol bəs edirdi.
“- Bizi  də başa  düş,  yaxşı – yaxşı  fikirləş, - atası  deyirdi.
Qohum- qonşudan  ayıbdır. Deməzlər  ki,  onun  gözü  yumulmuşdu,  bəs
siz? Subay oğlunuza özündən yaşca böyük, yanıbalalı  qadın alacaqsız?!
– Bizi yerə vurma! Başına qız qəhətdir? Kimə əlini uzatsan qaça – qaça
gələcək. Beləsi vaxt keçirtmək üçün yaxşıdır, evlənmək üçün yox.”
Atasının  bu  sözlərindən  sonra  Teymur  onu  dilə tutmağın
əhəmiyyətsiz  olduduğunu  başa  düşüb  daha  bu  mövzuya  qayıtmaq
istəmədi. Ona həm də eşitdirdilər ki, Mədinə ilə evlənərsə ata  malından
payına düşənləri də almayacaqdır.
Teymur  Mədinə ilə Kəmaləyə kirayə yaşamağı  rəva
bilmirdi.  Onlar  ana – bala  yaxşı  şəraitdə yaşamağa  öyrənmişdilər.
Teymur onları incitməyə qıymırdı.


Mədinənin  valideynləri  Teymura  rəğbət  bəsləyirdilər,  onun
özləri ilə yaşamasına söz yox ki, razı olardılar.
Amma əsas  Mədinənin  özü  idi  ki,  o  da  artıq  Teymurdan
qaçırdı. Bunu Teymur Kəmalənin ona münasibətindən də başa düşürdü.
Çoxdan  idi  Kəmaləni  görmürdü.  Bir  gün  cəsarətini  yığıb  Mədinəgilə
zəng etdi. Dəstəyi Mədinə götürdü.Həmişə olduğu təki bu dəfə də onun
məlahətli səsi Teymuru ovsunlayıb könlünü anlaşılmaz sevgi ilə doldursa
da dediyi sözlərin oyatdığı buz, soyuq təsirindən dəstək tutan əli tərlədi.
Məxmər təki sığallı bu səs istəyəndə necə yad, qəddar olurdu. Səsin təsir
edən öz məlahəti vardı, kəskin sözlərin  bıçaq təki kəsən öz ağrısı. Səs və
söz  haçalanırdı.  Səs  səsliyində qalırdı,  söz  sözlüyündə.  Səs  nəvazişli,
ümidverici, söz güzəştsiz, qətiyyətli. Səs və söz. Bir – birinin inkarı, bir
– birini danan.
- Fikirləşdiyini  demirsən, - Teymur  dilləndi.  Onun  kəskin
sözlərini səsi təki yumşaltmaq üçün daha tutarlı, münasib sözlər axtardı.
- Mədinə qulaq asmayıb dəstəyi qoydu. Teymur bir də zəng etdi:
- Kəmaləni çağır – dedi.
Demə Kəmalə lap  yaxındaymış.  Uşağın  səsindən  qorxduğu  hiss
olunurdu.  Çox  həyəcanlıydı.  Anasının  nəzarəti  altında  Teymurla
danışmaqdan çəkinirdi.
- Məktəbdə yox idin, Kəmalə, xəstələnmisən?
- Hə, soyuq dəyib,- qızcığaz öskürdü. Sinəsində xırıltı vardı.
Mən sənin üçün darıxmışam, - uşaq anasının eşidəcəyindən çəkinərək lap
astadan dedi.
Teymur:  “ -Mən  də demək  istədi”,  ancaq  kimsə telefonu
alıb dəstəyi qoydu.
Kəmalənin ona zəng etməsi üçün Teymur ona həm ev, həm də iş
telefonunu vermişdi. Amma uşaq anasından çəkinidiyi üçün heç vaxt ona
zəng  etmirdi.  Teymur  onu  məktəbdə qarşılayanda  böyüklərə xas
cəsarətlə:
- Mənin qabağıma gəlmə, anam deyir ki, sən bizim  heç nəyimiz
deyilsən. Deyir sən bizi istəmirsən.
- Teymur  kədərlə başını  yelləsə də uşağı  necə sakitləşdirəcəyini
bilmirdi. Eləcə yerində dolmuş halda gözlərini Kəmalənin qəşəng üzünə
zilləyib dururdu.
Amma  hər  gün  eyni  vaxtda  gecikmədən  məktəbə,  onun
qabağına gedirdi. Kəmalə ondan qaçır, suallarını cavabsız qoyurdu.


Amma  yaxşı,  uğurlu  günlər  də olurdu.  Belə günlərin  birində
Kəmalə uşaqlardan  ayrılıb  özü  onun  qabağına  qaçdı.  Qucağına  atılıb
əllərini  boynuna  doladı.  Şirin – şirin  gülümsündü.  Anasının  dişlərinə
bənzər  inci  təki  sıralanmış  ağ,  qəşəng  dişləri əsmər  çöhrəsinin
yapışıqlığını daha da artırırdı. Qızcığaz Teymura:
- Gözünü  yum,  ağzını  aç, – dedi.- Teymur  ağzında əriyib
gedən dadlı şirni hiss etdi. Kəmalənin çıxıb gedəcəyindən ehtiyat edərək
nigaran – nigaran soruşdu:
- Niyə mənnən küsmüşdün ? – Kəmalə.
Uşaq sıx, uzun kipriklərini qaldırıb gülümsündü:
- Mən  küsməmişdim,  mən  səni  çox  istəyirəm, – dedi. -
Mədinə deyir, sən pis adamsan, məni ondan almaq istəyirsən. Deyir sən
məni  aparıb  döyəcəksən.  Deyir  atan  yoxdur,  Teymur  da  səni  anasız
qoyacaq, olacaqsan yetim.
Sonra  uşaq  ah  çəkdi.  Teymur  ürəyində Mədinənin  qarasınca
deyindi. Amma onun gözəl çöhrəsini də xatırladı. Yazıq qadın. Onun heç
bir günahı yox idi. O, Teymurun ailəsinin ona olan münasibətindən belə
danışmağa məcbur idi.
Mədinə öz  hisslərinin  öhdəsindən  gəlməyi,  hisslərinin  ağası
olmağı  bacarırdı.  Teymurun  “görüşmək”  təkliflərini  dönə - dönə rədd
edirdi.Öhdəsindən gəlmədiyi adam vardısa, o da bu qızcığaz idi. Mədinə
Teymurla  Kəmalə arasındakı  gözəl  dostluğu, anlaşılmaz  bağlılığı  hiss
etsə də haqlı  şübhələri  onu  rahat  buraxmır,  hələ gec  deyilkən  uşağı
Teymurdan ayırmaq istəyirdi.
“  Kim  deyə bilərdi  ki,  Teymur  onun  qızını,  həqiqətən,  öz
balası  kimi  sevəcək.  Adamlar  bəzən  çox  vədlər  verirlər,  amma  çox
çəkmədən  asanlıqla  da  ona  xilaf  çıxırlar.  Kim  deyə bilərdi  ki,  günlərin
birində Teymur onları atıb getməyəcək!”
Teymur  bu  sözləri  Raufdan  dönə - dönə eşitməkdən
youlmuşdu.  Ancaq  budur,  Kəmalə yenə onu  Teymura  satıb.  Axşamlar
Mədinənin  boynuna  doladığı  qollarını  indi  Teymurun  boynuna  dolayıb.
Öz doğma anasından  bu “yad” adama şikayət edir.
Qızcığaz sanki onun nə fikirləşdiyini hiss etdi. Birdən :
- Teymur,  nə üçün  Mədinənin  səndən  xoşu  gəlmir  ? – deyə
soruşdu. Amma bubliklə nənənin səndən yaman xoşları gəlir. Kəmalə “
bublik” babasına deyirdi.


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə