Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə3/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   2   3   4   5   6   7   8   9   ...   107

üzünə həmişə bağlı  qalmışdı,  onun  sakini  də Teymur  üçün  həmişə sirr,
əlçatmaz olmuşdu.
Turist  kimi  Parisə gedib  qayıtmadığı  illərdən  gör  nə qədər
vaxt  keçmişdi.  Bu  zaman ərzində bir  dəfə də olsun  Mədinə Parisdə
yuxusuna  girməmişdi.  Yoxsa  evin,  divarların, əşyaların,  balkonun,
küçənin, magistral yolun yaddaşı idi bu?!
Fransaya  getməmişdən  qabaq  bu  evdəki  dözülməz  günlərini
xatırladı. Nə bacısı, nə valideynləri ilə danışırdı. “Yeyirsən” “hə”, “yox”.
“Gec  gələcəksən?”,  “hə”,”yox”  .  Bu  həm  də onun  üçün  yaxşı  idi  ki,
deyəsən,  ondan  çəkinməyə başlamışdılar.  Atası  ilə anası  təşvişə
düşmüşdülər. Deyəsən, yeganə oğlanlarını itirdiklərini başa düşürdülər.
“Ata-anası!”- “hanı  onlar?!“ – Teymurun  ürəyi  sızıldayırdı.  İndi
onları  necə bağrına  basardı.  O  vaxtsa  onlara  divan  tutdu.  Vətəni  tərk
etməsi ilə öldürdü onları. Bəlkə elə buna görə də ömürləri az oldu. Əvvəl
kişi getdi, sonra da arvad. İndi onlar üçün  necə göynəyirdi. O vaxtsa heç
rəhmi  gəlmirdi. Əksinə,  onlari  cəzalandirmaq,  buralardan  qaçmaq,
uzaqlaşmaq, yox olmaq istəyirdi. Yox, onlara görə getməmişdi Bakıdan.
Bacısı  qarışmasaydı  onları  yola  gətirə biləcəyinə əmin  idi.  Bacısı  aləmi
qarışdırmışdı. Mədinəni də prinsipə o saldı. Mədinə təzə - təzə Teymura
sarı  addımlayırdı  ki,  Nərgiz  ona  da  yetdı,  giryan  peşiman  elədi.  Parisin
küçələrində həmişə bu sözlər qulağını deşirdi: “Teymur, başa düş, bacın,
valideynlərin  məni  istəmirlər.  Mən  onların  iradəsinin əleyhinə gedə
blmərəm.  Bacarmaram.  Bu  mənlik  deyil,  mən  ayrı  cür  ola  bilmərəm,
bağışla! Qapımı, telefonumu, - hər şeyi unut!”
Mədinə də sərt,  qətiyyətli  olmağı  seçdi.  Və hər  şey  onda
bitdi. Doğma şəhər cəhənnəmə döndü. Teymur da sərt, qətiyyətli olmaq
istədi. Mədinədən, hamıdan biryolluq əl çəkməyə qərar verdi.
İlk  günlər  Paris  həyatı  da  cəhənnəm  idi.  Sovet  səfirliyi  onu
bir  neçə dəfə geriyə qaytarmağa  cəhd  etmişdi.  Fransa  vətəndaşı  və
şəxsiyyət  vəsiqəsi  olmadığı  üçün  başına  cürbəcür  işlər  gəlirdi.  Bütün
bunlar  sonradan  yoluna  düşəcəkdi. Ən  dəhşətlisi  isə dili  bilməməsi  idi.
Bunu turist səfərinin müddəti qurtaran gününün səhəri başa düşdü.
Teymur  Fransanı  ona  görə seçməmişdi  ki,  o  mütərəqqi
inqilablar, zərif sənətlərin tərəqqi etdiyi şəhər və sairə və sairə idi. Eləcə
məktəbdə xarici dil kimi Fransız dilini keçmişdi. Bu dildə salamlaşmağı,
hal – əhval tumağı, bəzi asan mətnləri oxumağı bacarırdı. Ingilis, alman
dilində heç  bunları  da  bilmirdi.  Bütün  danışıq  kitabçalarını  götürsə də


bəs etmirdi. Nə Teymur onların danışığını başa düşür, nə də onlar onun
dediklərindən  bir  şey  anlayırdılar.  Təzə dil  açan  uşaq  kimi  danışırdı.İş
axtarmaqdan  söhbət  gedə bilməzdi.  Otuzu  adlayan  adam  üçün  dil
öyrənmək elə də asand deyildi. Səfirlik onu geri çağıranda hətta sevinirdi
də.  Raufun  göndərdiyi  pullarla  dolanmaqdan  da  bezmişdi.  Evə dönmək
istəmirdisə heç olmasa Rusiyaya, Pribaltikaya qayıda  bilərdi. Amma bu
da  ürəyicə deyildi.  Görünür,  bu  şəhərdə işləmək,  yaşamaq  onun
qismətinə yazılıbmış.
Parisdə çoxdan yaşayan ruslarla, ən əsas da türklərlə dostluq
köməyinə gəldi. Əvvəl  mərkəzdən  uzaqda  bir  çarpayı  yerləşəcək  qədər
kiçik  bir  otaq  kirayələyirdisə,  sonra  mərkəzə,  babat  otağa  köçə bildi.
Tələbə türklər  ona  iş  də tapdılar.  Rus  dilini  öyrənmək  istəyənlərə
kurslarda,  evdə dərs  deyirdi.  Fransız  dili  də tədricən  qaydaya  düşürdü.
Həm  onu  başa  düşürdülər,  həm  də özü  onları  anlamaqda  çətinlik
çəkmirdi.  Şəhər  hökümət  orqanlarında  çalışan,  həm  də Teymura  maraq
göstərən  bir  fransız  qadın  şəxsiyyət  sənədi  almaqda  ona  yaxşı əl
tutmuşdu.  Gərəksiz  zənn  etdiyi  hüquqşünaslıq  diplomu  da  hayına  çatdı.
İndi  Teymur  qayınatasının  prezident  olduğu ətriyyat  şirkətinin  baş
hüquqşünası  idi.  Bir  sözlə,  polisin əlinə keçmək  qorxusundan  gizlənə -
gizlənə gəzdiyi Fransada artıq tam hüquqlu azad vətəndaş idi.
Teymur o vaxt təkcə ev adamlarından deyil, elə Mədinədən də
incimişdi.  Yeni  həyatında  başından  aşan  çətinlikləri,  problemləri  onu  o
qədər sıxırdı ki, Mədinənin xatirələri də onda qəzəb doğururdu.
Bu yuxu necə xoş idi! Belə duyğuları çoxdan yadırğamışdı.
Bu kimi hisslər ancaq gəncliyində ruhuna hakim kəsilərdi.
Mədinə!  Onu  ilk  dəfə gördüyü  günü  yadına  salmağa  çalışdı.
Odessanı,  yaşıllıqlar  içərisində itib – batan  “Dzerjinski”  istirahət  evini,
Qara  dənizi,  onun  ilıq,  göy  sularını,  o  ilin  yayını  xatırladı.  Neçə yay,
neçə payız,  neçə qış,  neçə yaz  keçmişdi  o  ilk  görüşdən!  İndi  onlar
Teymura necə əziz, necə xoş gəlirdi. Hər şey necə gözəl idi. O vaxtlar,
Teymur Mədinəyə sarı gedən yolu, onun qəlbinə düşən açarı da tapmışdı.
Bu,  Mədinənin  balaca  qızı  Kəmalə idi.  Dəmir  iradəli  Mədinənin  bütün
zəifliklərini yalnız bu uşaq açıb göstərirdi. Buna görə də Teymur bütün
ümidini o balaca məxluqa bağlayırdı.
Əvvəllər Mədinənin ona məhəl qoymaması, özünü yaşlı adam
kimi dartması Teymurun izzəti – nəfsinə az toxunmurdu. Bəzən onu lap
acıqlandırırdı  da.  Amma  Mədinənin  sərt,  kəskin  xasiyyəti  ilə əsla


uyuşmayan gözəlliyi, zərifliyi hər şeyə qalib gəlirdi. Teymur elə ki, onu
görür, ruhunu sığallayan səsini eşidirdi, özü də hiss etmədən iradəsindən
asılı  olmayaraq  bu  gözəl  çöhrənin,  yaraşıqlı    qədd – qamətin,  yandırıcı
hakimanə baxışların  təsiri  altında əriyirdi.  Hələ heç  bir  qadın  onu
yerindən  beləcə oynatmamış,  beləcə ovsunlamamış, beləcə tilsimə
salmamışdı.
Əlbəttə, ədalətsizlik edib qaraqabaq, sərt, hissiz – duyğusuz,
biganə zənn  etdiyi  Mədinə əslində belə deyildi.  Dünyada  saxta,  ötəri
olmayan, keçib getməyən ruhu, əqli məftun edən- gözəl, zərif, ləyaqətli,
nəcib  nə vardısa,  onların  birgə toplusu,  gözəllik,  zəriflik,  sədaqət,  vəfa
nümunəsiydi.
Kəmalə də anasına  çox  oxşayırdı.  Yaşıl  gözləri, əsmər
çöhrəsi, qönçəyə bənzər al dodaqları, açıq şabalıdı saçları eynilə anasınkı
idi.  Ancaq  Mədinənin  qığılcımlar  oynayan  yosun  bəbəkləri,  ucları
özündən yuxarıya burulmuş uzun, sıx kiprikləri baxanı alışdırıb, yandırıb
– yaxırdı.  Kəmaləninsə qəşəng  gözlərində ərköyün,  şıltaq,  sadəlövh  bir
uşaq marağının məsum parıltısı vardı. O, bütün balacalar kimi mehriban,
sevimli, kövrəkdi!
Kəmalə ilk  baxışda adama  yovuşmaz təsir bağışlasa da,  çox
istiqanlı  idi.  Biganəliyi  də,  adamayovuşmazlığı  da  sabun  köpüyü  təki
nazikdi,  tez  sınırdı. Əvəzində məsum,  gözəl,  zərif,  günahsız  bir  qəlbin
sənə necə kövrək  tellərlə,  necə zərif  hisslərlə bağlandığının  şahidi
olurdun.
Teymuru  görəndə qucağına    elə böyük  bir  sevinclə,  elə
sadəlövh  bir  inamla  qaçırdı  ki,  Teymur  qollarını  açıb  onu  bağrına
basmaqdan  özünü  saxlaya  bilmirdi.  Teymurla  uşağın  dostluğu  da
istirahət  evindən,  Qara  dənizin  sahilindən,  ağ,  bənövşəyi,  şəffaf
meduzalardan, avarlı qayıqdan başladı.
O  vaxt  Kəmalə ikinci  sinfə keçirdi.  Kəmalə də onu  kövrək
uşaq sədaqəti və paklığı ilə sevirdi. Ancaq Mədinə burada da Teymurun
müvəffəqiyyətinə mane  olurdu.  Uşağı  ayıldıb  Teymurun  yad,  özgə
olduğunu deyir, onların hər ikisinin sevincinə zəhər qatırdı.
Yaşa  dolduqca  Kəmalə anasına  daha  çox  qulaq  asırdı.
Mədinənin  təsiri  altında  Teymurdan  soyuyur,  uzaqlaşır,  bəzən  heç
dindirmirdi  də.  Ancaq  buna  baxmayaraq  uşaq  onu  hədsiz  sevir,
Teymurla küsülü qalanda qüssədən xəstələnirdi. Bir dəfə bunu ona Rauf
dedi.  Rauf  Mədinə ilə işləyirdi.  Temurla  bölüşməyən  Mədinə çox  vaxt


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə