Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə20/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   ...   16   17   18   19   20   21   22   23   ...   107

- Bu  mənim  səhvim  idi,  qızım.    Gərək  səni  onlara  verməyəydim.
Neynək, keçənə güzəşt deyərlər. Beş qızım var, bu da olar altıncı.
Anası  isə Faiqgildən  ümidini  üzməmişdi.  Onlardan  kiminsə
gəlməsini  gözləyirdi.  Anasına  görə heç  olmasa  baba,  nənə,  bibi, əmi
gəlməliydi. - Amma  gəlmədilər.  Anası  deyirdi:  “Allah  verən  paya  da
adamın acığı tutar?! - Bunlar nə qəlbsiz adamlarmış”.
Beləcə aylar  il  oldu.  Telefonla  da  danışıb  maraqlanmadılar.
Mədinə boşanmaq üçün ərizə yazdı. Faiq məhkəməyə də gəlmədi. Uşağa
aliment kəsdilər. Faiqin məvacibi az olduğu üçün aliment qəpik-quruş idi.
Atası acığından bundan da imtina etdi.
Mədinə fəhlə işi olsa da getməyə razı idi. Ancaq atası onu belə işə
qıymırdı.  Kiçik  bacıları  ailə qurub  köçdülər.  Yaxşı  ki,  onların taleyi
Mədinənkinə oxşamadı.
Müdriklər deyir: “Bir yandan bağlayan Allah bir yandan açır”. Elə
də oldu. Atasının tanışlarından kimsə vəd verdiyi işin düzəldiyini bildirdi.
Bu  çox  mühüm,  ciddi  təşkilat  idi.  Bayıl  qəsəbəsindən  elə də uzaqda
deyildi.  Şəhərin  mərkəzində,  dənizə yaxın.  Evlərindən  ora  trolleybuslar
gedirdi.
Sevinci  yerə-göyə sığmırdı.  Bu  işi  özünə tanrının  hədiyyəsi  hesab
edirdi.  Başı  elə qarışırdı  ki,  bir  də görürdü  axşamdır.  Tez  evə,
valideynlərinin  yanında  qoyduğu  bir  yaşı  təzə tamam  olan  körpəsinin
yanına  qaçırdı. Əməkhaqqı  da  yaxşı  idi.  Hərbi  idarə olduğu  üçün  bu
digər  yerlərlə müqayisədə yüksək  məvacib  sayılırdı.  Atasından  heç  nə
görməyən  körpəsini  də indi  öz  pulu  ilə böyüdəcəkdi.  Bu  puldan
valideyinlərinə- onların dəva- dərmanlarına da ayıra bilirdi. Balacalıqdan
geyim-geçim  həvəskarı  olmasa  da  indi  zəruri  olan  bir  neçə paltara  pulu
çatırdı.
Möhtac,  asılı  olmamaq  nə gözəl  idi! Ər  həyatı  yaddaşında  acı,
sıxıntılı,  heç  bir  sevinci  olmayan  günlər  təki  qalmışdı.  Cəmi  doqquz  ay
ata evini tərk etsə də bu aylar ona uzun illər təki görünmüşdü. Başlıcası
bu idi ki, bu işdə əməksevərliyini, bacarığını qiymətləndirirdilər. Amma
bir  tərəfdən  rahatlanmışdısa  da,  digər  tərəfdən  yeni  xoşagəlməzliklər
başlayırdı.
İşə gedib-gəlmək əzaba çevrilirdi. Yolda, nəqliyyatda tanış olmağa
can  atan  kişilər  cürbəcür  bəhanələrlə onunla  danışmağa  çalışırdılar.
Telefon istəyən, harada yaşadığını soruşan, eləcə dalınca düşüb işə- evə
qədər gedənlər də olurdu. Onu subay bilib ailə qurmağı təklif edənlər də


vardı.  Trolleybusda əlini  tutacağa  qaldıra  bilmirdi,  Kimsə gizli-gizli
barmaqlarından  yapışırdı.  Oturanda  çalışırdı  kişilərin  yanına  düşməsin,
bilərəkdən ayaqlarını taptalayırdılar. Güya ədəbli görünən birisi düşəndə
onun  yanından  keçir,  “yaman  gözəlsən,”  deyib  qulağına  nələr
pıçıldamırdı. Əti  ürpəşirdi.  Qaş-qabağını  sallasa  da,  heç  kəsə baxmaz
olsa da hər dəfə ovqatına zəhər qatan bir yaramaz tapılırdı. Çox vaxt evə
də, işə də qanıqara gedirdi. Ərinin onu dustaq saxlamasının səbəbini indi
başa düşürdü.
Atası  hərdən  onu  maşınla  aparıb  gətirirdi.  Belə günlərdə Mədinə
özünü suda balıq təki hiss edirdi. Ancaq atası iki dəfə infarkt keçirtmişdi.
Çox  vaxt  xəstə olurdu.  Onu  özünün  sürücüsü  edə bilməzdi.  Maşın
sürmək də əlindən gəlmirdi.
İş  onu  yavaş-yavaş  bərkidir,  özünə inamı  artırırdı.  Bir  dəfə
bacısıyla  alış-verişə çıxmışdılar.  Dayanacaqda trolleybus  gözləyirdilər.
Hardansa  çox  hündür,  sarısaç,  səliqəli  geyimli  rus  dilində aksentlə
danışan bir kişi çıxdı. Onlara yaxınlaşdı. Pribaltikadan gəldiyini, rejissor
olduğunu dedi.
-
Sizi  kinoya  çəkmək  istərdim, –
Mədinəyə üz  tutdu.
Qarabənizliyinizi nəzərə almasaq, yaşıl gözləriniz, boy – buxununuz bizə
oxşayır.  Siz  gözəlsiz.  Deyərdim  ki,  ekran  üçün  yaranmısız- Blaknot
çıxarıb  ondan  ev  telefonunu  soruşdu.  Həm  də axşam  restoranda  onunla
şam etmək istədiyini bildirdi.
-
Siz yaxşı qazanarsız. Baş rollara qonorar çox verirlər.
Mədinə də öz növbəsində gülümsündü:
-
Yox, yox, o, belə şeylər üçün yaramır.
-
Siz  məşhurlaşarsız,  xarici  ölkələrə dəvətlər  alarsız.  Rus
dilində əla danışırsız, heç bir maneə yoxdur,- kişi əl çəkməyərək üyüdüb
tökürdü.
-
Yox,  yox,  sağ  olun, - Mədinə yaxasını  qurtarmağa  çalışırdı.
Təklifə görə çox sağ olun, ancaq mən aktrisalıqdan uzaq adamam.
-
Budur,  trolleybusumuz  da  gəldi.  Bir  daha  təşəkkür  edirəm. -
Mədinə bacısı  ilə trolleybusa  minməyə tələsdi. - Kişi  təəssüflə onların
arxasınca baxa-baxa qaldı.
-
Elə bilirdim ancaq bizimkilər mənə ilişir, demə kişi tayfasının,
ümumiyyətlə, milliyyəti yoxmuş.
Mədinə gözəgəlimliyinə sevinmir, əksinə kədərlənirdi. “ Kaş bəxti
gözəl olaydı”, - düşünürdü. Bəxt isə elə şey idi ki, onun əlində deyildi.


Get- gedə hər  şeyə alışırdı.  Ona  göz  yetirənləri  kormuş  kimi
görmürdü,  qulağına  mızıldayanları  karmış  kimi  eşitmirdi,  daha  bunları
ürəyinə salıb dərd etmirdi.
Amma işlər ürəkaçan deyildi. Rahat nəfəs alacağını zənn etdiyi bu
işdə bir  nəfər  ona göz  verib  işıq  vermirdi.  Hər  gün  gözlənilmədən
müxtəlif  vaxtlarda  dəvətsiz,  filansız  tək  oturduğu  otağa  girir,  icazə
almadan stul çəkib əyləşir, əttökən sözlər danışırdı. Mədinə ondan yaxa
qurtarmaq  üçün  qapısını  qıfıllı  saxlamağa  başladı.  Amma,  görünür, bu
adam  özü  rəhbərliyə idarədə iş  vaxtı  bəzi  qapıların  qıfıllı  saxlanıldığını
bildirib məhz elə Mədinədən şikayət etmişdi. Bunu Mədinənin diqqətinə
çatdırmışdılar. 
O, 
qapını 
bağlamaqla 
mübarizə
aparmağın
mümkünsüzlüyünü  hiss  etdi.  Nəsə başqa  üsul  tapmalıydı.  Çağrılmayan
adam yenə özünü içəri dürtür, həyasız-həyasız : “Səndən xoşum gəlir”, -
deyirdi.  O,  evli  olduğunu  bildirir,  Mədinəyə gizli  görüşmək  variantını
təklif edirdi:
-
Sənə ayrıca mənzil alaram, pul verərəm, ürəyin nə istəyir mən
hazır, – deyirdi.
Mədinənin əti  ürpəşirdi.  Ödü  ağzına  gəlirdi.  Ömründə belə
qəzəblənməmişdi:
-
Rədd  olun,  çıxın  otağımdan, -qışqırdı. – Mən  ailəliyəm,
uşağım da var.
-
Yaxşı  xəbərim  var  ailəli  olmağından, - həmin  adam  irişərək
Mədinəni çaşğınlıqda qoydu:
-
Sən  boşanmış  qadınsan. Normal  ailə qurmaq  sənin  üzünə
bağlanıb.  Uşaqla  sənə yiyə duran  olmayacaq.  Çıxış  yolun  yoxdur.  “hə”
deməlisən. Əks  halda  bu  işlə vidalaşmalı  olacaqsan.  Mənim əlim
uzundur.
Ağardılmalı  sözlər  deyildi  bunlar.  Mədinənin  gözləri  dolurdu.
“Budur,  burada  da  onu rahat  buraxmırlar.  Hər  yoldan  ötən  onu  buyruq
qulu etmək istəyir. Elə bilirdi nəyisə həyatında dəyişdirə biləcək. Amma
onu işdən çıxarmaqla hədələyirlər”.
Kişi hər gün otağına soxulur, heç nə olmamış təki təriflər söyləyir,
gözlədiyini  deyirdi.  Mədinə bilmirdi  dərdini  kimə desin,  hara  getsin.
Amma  qəribə dünyanın  qəribə işləri  olurmuş.  Demə dünya  təkcə
bədxahların,  iyrənclərin,  mənfur  və idbarların  yığnağı  deyilmiş,  burada
nəcib,  anlaqlı  adamlar  da  çox  idi.  Xeyirlə şərin,  tikanla  gülün,  acı  ilə
şirinin,  çürüklə safın  qoşa  yarandığı  təki.  Çağrılmamış  adam  bir  gün


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə