Ernest heminquey qoca və DƏNİZ



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə18/30
tarix14.01.2018
ölçüsü4,58 Kb.
#20597
1   ...   14   15   16   17   18   19   20   21   ...   30

www.vivo-book.com 
 
88 
axırıncı  şüaları  altında  parıldayan  üzgəclərini  geniş  açaraq 
çapalayır,  dəhşətdən  ikiqat  bükülüb  canını  ölümdən  xilas 
etməyə  çalışa-çalışa  mahir  akrobatlar  sayağı  tullanıb-
düşürdü.  Qoca  qayığın  arxa  tərəfinə  keçib  aşağı  oturdu, 
yoğun  kəndiri  sağ  əlində  tutub  sağ  ayağıyla  xırda  tilovun 
ipini  basdı  və  skumbriyanı  sudan  çıxarmağa  başladı. 
Qayığın böyründə balıq daha bərk çırpınmağa başladı; qoca 
əyilib  qızıl  kimi  parıldayan  tünd-bənövşəyi  üzgəcli  balığı 
sudan  çıxartdı  və  qayığın  döşəməsinə  tulladı.  Balıq  hələ 
diriydi, amma əngləri qıc olmuşdu. O, aramsız şəkildə çənə 
döyür,  qarmağı  çeynəyirdi;  uzun,  hamar  bədəni  əsim-əsim 
əsir,  başını  yerə  çırpır,  quyruğuyla  qayığın  döşəməsini 
döyəcləyirdi.  Qoca  onun  qızıl  təki  alışıb-yanan  kəlləsini 
əzəndə  balıq  yüngülcə  titrədi,  sonra  da  hərəkətdən  düşüb 
qaldı. 
Qoca öz ovunu qarmaqdan çıxardı, yerinə sardina taxıb 
tilovu  təzədən  suya  atdı.  Sonra  tələsmədən  qayığın  burun 
tərəfinə  keçdi,  balığı  sudan  çıxartdığı  sol  əlini  yoxlayıb, 
şalvarına  silə-silə  quruladı.  Ağır  kəndiri  sağ  çiynindən  sol 


www.vivo-book.com 
 
89 
çiyninə  keçirib  sağ  əlini  dənizdə  yuya-yuya  ətrafa  baxdı: 
günəş artıq okeanın dalğaları altına enirdi.  
Qoca belini  dikəldib ağırlaşmış  tilov ipinin dəniz  səthi 
ilə  əmələ  gətirdiyi  meyl  bucağını  gözəyarı  təyin  etdi  və 
ucadan dedi:  
– Bucaq dəyişməyib, hər şey əvvəlki qaydasındadır. 
Lakin  əlini  suya  salıb  axının  hərəkətini  yoxlayanda 
başa düşdü ki, qayığın sürəti xeyli azalıb. 
–  Avarları  bir-birinə  bağlayıb  kormaya  bənd  edərəm, 
qayığın arxa tərəfində eninə qoyaram ki, gecə sürəti azaltsın. 
Bu  balığın  bütün  gecəni  üzməyə  gücü  çatar.  Elə  mən  də 
ondan geri qalan deyiləm. 
«Skumbriyanı  indi  yox,  bir  azdan  təmizləsəm  daha 
yaxşı olar; Qanı da, şirəsi də ətdə qalar, – qoca fikirləşdi. – 
Mən  bunu  sonra  edərəm,  bir  az  gec  məsləhətdir.  Qayığın 
sürətini azaltmaq üçün  avarları kormanın  arxasına bağlayıb 
bərkidərəm. Balıqları axşamüstü, ələlxüsus da günəş batanda 
narahat  etmək  olmaz.  Günəşin  batması  bütün  balıqlara  pis 
təsir edir».  


www.vivo-book.com 
 
90 
Havaya  qaldırıb  qurutduğu  sol  əli  ilə  ipdən  yapışdı, 
yükü  bacardığı  qədər  azaltmaq  və  ağırlığı  balığın  üstünə 
salmaqçün özünü qabağa, taxta oturacağa tərəf verdi, kəndiri 
avara  bənd  etməklə  bütün  gərginliyi  qayığa,  oradan  da 
balığın  üzərinə  keçirtdi.  Ürəyində  öyündü:  “Saç-saqqalı  bu 
yolda  boş  yerə  ağartmamışam  ki.  Belə  şeylərin  öhdəsindən 
gələ  bilməsəm,  daha  mən  nəyə  lazımam?  Balığın  halı  o 
qədər də yaxşı deyil. Yalan deyil ki, qarmağa keçdiyi andan 
indiyədək  ağzına  heç  nə  dəyməyib.  Nataraz  şeydir,  özü  də 
yaman qarınquludur. Qarnını doyurmaqçün ona bir aləm şey 
lazımdır.  Mən,  heç  olmasa,  bütöv  bir  tunesi  aşırmışam, 
sabah  da  skumbriyanı  –  qoca  ov  balığına  dorado  adı 
qoymuşdu  –  təmizləyib  bir-iki  tikə  ötürərəm.  Skumbriyanı 
yemək tunesdən çətindir. Eh, yəni bu dünyada asan bir iş var 
ki?” 
– Hə, balığım, de görüm, necəsən? – qoca ucadan xəbər 
aldı. – Mənim nə vecimə, kefim kök, damağım çağ, sol əlim 
də  sağalıb.  Çox  şükür.  Bu  axşama  da,  hələ  sabaha  da 
yeməyim var. Amma bu söhbətləri hələlik qoyaq bir kənara, 
sən qayığı çəkib aparmağında ol. 


www.vivo-book.com 
 
91 
Əslində,  qocanın  halı  dediyi  qədər  də  yaxşı  deyildi: 
kəndir  kürəyini  kəsir,  ağrı  və  sancılar  onu  incidirdi.  Amma 
yenə  özünə  təsəlli  verdi:  “Eh,  mən  bundan  betərini 
görmüşəm.  Sağ  əlimin  yarası  yüngüldür,  sol  əlim  də  daha 
qıc olmur. Ayaqlarımsa lap möhkəmdir. O ki qaldı yeməyə, 
hə, bax bu məsələdə ümumiyyətlə, naşükürlük etmək olmaz, 
çünki  yemək  sarıdan  mənim  vəziyyətim  balığınkından  qat-
qat yaxşıdır, heç müqayisə ediləsi deyil”.  
Hər  tərəf  qaranlıq  idi.  Sentyabrda  gün  batan  kimi 
zülmət  əlbəəl  çökür.  Qoca  köhnə  taxtaya  söykənib  dinçini 
alırdı;  çalışırdı  ki,  mümkün  qədər  çox  dincəlsin.  Başını 
qaldırıb  səmanı  bəzəyən  seyrək  ulduzlara  tamaşa  elədi. 
Rigel  bürcündəki  ulduzların  adını  bilməsə  də,  hamısını 
bircə-bircə  tanıyırdı:  tezliklə  çox-çox  uzaqlarda  sayrışan 
dostlarının hər birini görəcəkdi.  
– Qarmaqdakı balıq da mənim dostumdur, – qoca dedi. 
– Hələ ömrümdə  bu yekəlikdə balığa rast gəlməmişəm.  Nə 
görmüşəm,  nə  də  eşitmişəm.  İntəhası  mən  onu 
öldürməliyəm. Yaxşı ki, biz insanlar ulduz ovuna çıxmırıq; 
çox şükür ki, onları öldürməyə səy etmirik!  


www.vivo-book.com 
 
92 
Sonra  fikirləşdi:  “Təsəvvür  elə  ki,  insan  oğlu  hər  gecə 
ayın,  ya  da  hər  gün  günəşin  ovuna  çıxır,  onları  tutub 
öldürməyə  cəhd  edir.  Onlar  da  adamdan  qaçır.  Onda  nə 
olardı  görəsən?  Yaxşı  ki,  belə  olmayıb,  bu  məsələdə 
bəxtimiz əcəb gətirib”.  
Balıq  ac  olduğuna  görə  qocanın  ona  yazığı  gəlirdi, 
lakin  bu  rəhmdillik  onun  balığı  öldürmək  qərarına  heç  də 
təsir  etmədi.  Fikirləşdi  ki,  gör  bu  balıq  neçə  adamı 
doyduracaq,  amma  həmin  adamlar  onun  ətini  yeməyə 
layiqdirlərmi? Əlbəttə yox! Heç kəs bu balığı yeməyə layiq 
deyil. Bir bax, gör o necə məğrur, nə qədər alicənabdır!  
“Mənim  çox  şeydən  başım  çıxmır,  –  qoca  düşündü.  – 
Çox  şeyi  bilmirəm.  Amma  nə  yaxşı  ki,  biz  günəşi,  ayı, 
ulduzları  məhv  etmirik,  onları  tutub  öldürmürük.  Doğma 
qardaşlarımızı  öldürmək,  dənizdən  qopara  bildiyimiz 
nemətlərin  hesabına  yaşamaq  bizə  bəs  edir.  Mən  indi  əyləc 
haqqında  fikirləşməliyəm.  Kürəklərdən  düzəldəcəyim  əyləc 
bir  yandan  faydalı  olsa  da,  digər  tərəfdən  ziyan  verə  bilər. 
Balıq qaçmaq istəsə, güc vuran kimi tilov ipini qırıb aparar. 
Əyləc  qayığın  sürətini  azaldar,  onu  ağırlaşdırar.  Qayıq 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə