Ernest heminquey qoca və DƏNİZ



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə19/30
tarix14.01.2018
ölçüsü4,58 Kb.
#20597
1   ...   15   16   17   18   19   20   21   22   ...   30

www.vivo-book.com 
 
93 
yüngül  olsa,  mənə  də,  balığa  da  əziyyət  az  düşər,  həm  də 
canımızı  təhlükədən  qurtarar.  Bu  balıq  istəsə,  çox  iti  üzər, 
heç  bir  şey  onun  qabağını  saxlaya  bilməz.  Skumbriya 
iylənib  xarab  olmamış  onu  təmizləyim,  sonra  nə  olacaqsa, 
qoy  olsun.  Hələlik  ondan  bir  az  yeyib  özümə  gəlim, 
sonrasına baxarıq. İndi, heç olmasa, bir saat da dincələrəm. 
Sonra  görsəm  ki,  balıq  gəlmək  fikrində  deyil,  arxa  tərəfə 
keçib,  lazımi  tədbir  görərəm;  kürəklərdən  əyləc  düzəldər, 
balığın  hərəkətinə  göz  yetirərəm.  Avarlardan  əyləc 
düzəltmək  özü  də  yaxşı  fənddir.  Gecikmək  olmaz,  diribaş 
olmaq,  cəld  tərpənmək  lazımdır.  Mən  bilirəm,  balıq  çox 
güclüdür,  hələ  qüvvəsini  bircə  tikə  də  itirməyib;  qarmaq 
ağzının harasından ilişibsə, ağzını aça bilmir. Amma qarmaq 
onu  çox  da  incitmir,  ona  əziyyət  verən  aclıqdır;  bir  də 
düşdüyü  təhlükəni  hələ  tamamilə  dərk  edə  bilmir.  Əsl 
məsələ  budur.  Dincəl,  qoca.  Bəsdir  düşündün, qoy  balıq  nə 
qədər istəyir əlləşsin, sonra əlləşmək növbəsi sənə çatacaq”.  
Ona  elə  gəldi  ki,  azından  iki  saata  yaxın  dincəlib.  Ay 
çıxmadığından  vaxtı  təyin  edə  bilmirdi.  Əlbəttə,  lazım 
olduğu  kimi  rahatlanmamışdı,  səksəkəli  halda  nəhəng 


www.vivo-book.com 
 
94 
balığın  ağırlığını  kürəyində  də,  çiynində  də  daim  hiss 
etmişdi.  Sol  əliylə  qayığın  kənarından  yapışıb,  indi  bu 
ağırlığı mümkün qədər qayığın üstünə keçirtməyə cəhd etdi. 
“Kəndiri  qayığa  bağlaya  bilsəydim,  hər  şey  necə  də 
rahat  başa  gələr,  çox  asanca  düzələrdi,  –  qoca  düşündü.  – 
Amma balıq bir azca təkan versə, tilovun ipi qırılar. Bütün 
ağırlığı  bədənimə  keçirməliyəm;  ipdən  yapışıb  sayıq 
olmalıyam  ki,  lazım  gəlsə,  onu  yavaş-yavaş  ikiəlli  buraxa 
bilim”. 
–  Qoca,  amma  burasını  unutma  ki,  sən  mütləq  yatıb 
dincəlməlisən,  –  yenə  ucadan  dedi.  –  Yarım  gün  və 
dübbədüz bir gecə keçib, hələ sonra da bütöv bir gün, sənsə 
yatmamısan.  Nə  qədər  ki,  balıq  nadinclik  eləmir,  bir  az 
yuxulayıb  gözlərinin  acısını  al.  Yatmasan,  başın 
gicəllənəcək, hər şeyi qarışıq salacaqsan.  
“Yox, başım qaydasındadır, qəti gicəllənib eləmir, özü 
də  babat  işləyir,  lap  doğma  qardaşlarım  ulduzların  parıltısı 
qədər  aydındır,  –  qoca  düşündü.  –  Amma  indi  yatmalıyam. 
Ulduzlar  da,  ay  da,  günəş  də,  hətta  okeanın  özü  də  sakit 
günlərdə,  axın  olmayanda  yatır;  suyun  üzü  güzgü  kimi 


www.vivo-book.com 
 
95 
hamar  olur.  Yatıb  dincini  almaq  yadından  çıxmasın,  özünü 
yatmağa  məcbur  elə.  Sadə  və  etibarlı  üsul  tap,  ipi  harasa 
dolaşdır ki, ondan arxayın olasan. İndi isə dur qayığın arxa 
tərəfinə  keç,  kormada  skumbriyanı  təmizlə.  Ancaq  yatanda 
avarlardan düzəldəcəyin əyləclərə o qədər də ümid olma ha: 
bu,  yaman  xatalı  işdir.  Belə  baxanda,  yatmasam  da  olar, 
yuxusuz da keçinə bilərəm. Hə, keçinə bilərsən, amma bu da 
çox təhlükəlidir”.  
Balığı  narahat  etməməkçün  qoca  iməkləyə-iməkləyə, 
çox  ehtiyatla  qayığın  arxa  tərəfinə  getdi.  Fikirləşdi  ki,  ola 
bilsin  balıq  da  dənizdə  mürgüləyir,  amma  onu  dincini 
almağa  qoymaq  olmaz.  Canı  çıxana  qədər  qayığı  dartıb 
aparmalıdır.  
Qayığın  arxa  tərəfinə  gəlib  çatanda  belini  dikəldib 
ayağa  durdu,  balığın  bütün  ağırlığını  sol  əlinə,  bir  də 
kürəyinə  keçirib,  sağ  əliylə  bıçağı  qınından  çəkib  çıxartdı. 
Ulduzlar  par-par  alışıb-yanırdı;  qoca  bıçağı  skumbriyanın 
başına sancıb onu kormadakı oturacağın altından özünə tərəf 
çəkdi,  bir  ayağıyla  üstündən  basıb  qarnını  quyruğundan  ta 
çənəsinin altınacan yardı. Sonra bıçağı yerə qoyub sağ əliylə 


www.vivo-book.com 
 
96 
içini  təmizlədi,  qəlsəmələri  qoparıb  atdı.  Balığın  qovuğu 
ağır  və  sürüşkən  idi;  qoca  onu  yaranda  içində  iki  qanadlı 
balıq gördü, hər ikisi də təzə udulmuşdu. Hər ikisini götürüb 
üst-üstə  qayığın  içinə  qoydu,  qovuqla  içalatı  isə  dənizə 
tulladı. Ulduzlu gecədə skumbriya ağımtıl-boz rəngə çalırdı. 
Qoca  sağ  ayağıyla  balığın  başından  basıb  əvvəl  bir 
böyrünün,  sonra  da  tərsinə  çevirib  o  biri  böyrünün  dərisini 
soydu; hər iki tərəfdən uzununa iki zolaq qalın ət kəsdi.  
Skeleti  dənizə  atanda  əyilib  aşağı  baxdı:  ovladığı 
nəhəng  balığın  necə  hərəkət  etdiyini  görmək  istədi;  amma 
suya  atdığı  tullantının  işıltısından  başqa  ayrı  heç  nəyi 
sezmədi. Geri qanrılıb qanadlı balıqları əlinə götürdü, onları 
yemək  üçün  hazırladığı  skumbriyanın  arasına  qoyub  bıçağı 
qınına  soxdu,  sonra  balıqları  götürüb  təzədən  ehmalca  geri 
qayıtdı,  qayığın  burun  tərəfinə  gəldi.  Kürəyindən  keçən 
kəndirin  tarımlığından  beli  ikiqat  əyilmişdi;  nəhəng  balığın 
bütün ağırlığını sağ əli çəkirdi.  
Ət  parçalarını  və  qanadlı  balıqları  qayığın  burun 
tərəfində  yan-yana  düzdü.  Kəndiri  çiyninin  ağrımayan 
yerinə  sürüşdürüb  kürəyini  düzəltdi,  ağırlığı  yenə  sol  əlinə 


www.vivo-book.com 
 
97 
saldı,  taxtaya  söykənib  bir  az  yana  əyilmiş  vəziyyətdə 
qanadlı balıqları dənizin suyunda yudu: skumbriyanın  əlinə 
yapışmış  şirəsi  suda  fosfor  kimi  parıltı  saçırdı.  Axının 
sürətini  təyin  etməkçün  əlini  bir  müddət  şor  suda  gəzdirib 
sonra  qayığın  qırağına  siləndə  ətrafa  fosforlu  bir  işıltı 
yayıldı. 
–  Hə,  balıq,  –  qoca  dedi,  –  sən  ya  yorulub  əldən 
düşmüsən, ya da elə-belə dincini alırsan. Onda qoy mən də 
skumbriyadan  bir  az  yeyim,  sonra  lap  bir  hovur  da  olsa, 
yatıb dincələrəm. 
Gecənin 
get-gedə 
şiddətlənən  soyuğunda  uzaq 
ulduzlara  baxa-baxa  qoca  skumbriyadan  kəsdiyi  ət 
parçalarından  birinin  yarısını,  qanadlı  balıqlardan  da  birini 
yedi. 
–  Skumbriya  bişiriləndə  dadına  dünyada  heç  bir  dad 
çatmaz, – qoca dedi, – di gəl, çiy vaxtı da ondan iyrənc şey 
yoxdur!  Bundan  sonra  limonsuz,  duz  götürməmiş  bir  də 
dənizə çıxmaram. 
“Ağlım  başımda  olsaydı,  səhərdən  qayığın  burnuna 
dəniz  suyu  doldurardım,  axşamacan  filan  qədər  duz  əmələ 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə