Ernest heminquey qoca və DƏNİZ



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə17/30
tarix14.01.2018
ölçüsü4,58 Kb.
#20597
1   ...   13   14   15   16   17   18   19   20   ...   30

www.vivo-book.com 
 
83 
pəzəvənglə cəngə girib kimin qolunun daha güclü olduğunu 
aydınlaşdırmaq istəmişdilər.   
 
Hə,  onlar  masa  arxasında  üz-üzə  əyləşmişdilər, 
dirsəklərini  də  tabaşirlə  cızılmış  dairənin  içərisində  masaya 
dirəyib  pəncə-pəncəyə  vermişdilər.  Düz  bir  gün  bir  gecə 
beləcə 
qarşı-qarşıya 
oturub 
qollarını 
tərpətmədən 
qüvvələrini sınamış, güc gəlib biri o birinin qolunu əyməyə 
cəhd  etmişdi.  Həmin  vaxt  meyxanada  olanların  əksəriyyəti 
mərcə  girmişdi.  Adamlar  ağ  neft  çırağı  ilə  işıqlandırılan 
otaqda var-gəl edirdilər. Qoca isə gözlərini zəncinin əlindən, 
sifətindən,  dirsəklərindən  bir  an  belə  ayırmırdı.  Səkkiz  saat 
keçəndən sonra münsiflər yoruldular: yatıb dincələ bilsinlər 
deyə, hər  dörd  saatdan bir onları dəyişdirmək  qərara  alındı. 
Hər ikisinin dırnaqlarının altından qan sızırdı, lakin heç biri 
gözünü  o  birindən  çəkmirdi.  Mərcləşənlər  tez-tez  bayıra 
çıxıb təzədən otağa qayıdır, divar uzunu düzülmüş kətillərdə 
oturub  yarışın  necə  qurtaracağını  maraqla,  səbirsizliklə 
gözləyirdilər.  Yadındadı  ki,  açıq-abı  rəngli  taxta  divarlara 
adamların  kölgələri  düşür,  külək  tavandan  asılmış  çırağı 


www.vivo-book.com 
 
84 
xəfif-xəfif  tərpətdikcə  zəncinin  yekəpər  kölgəsi  də  divarda 
oynayırdı. 
Bütün gecə üstünlük gah bu tərəfə keçdi, gah o tərəfə. 
Zənciyə  rom  içirdir,  siqaretini  odlayırdılar;  rom  içəndən 
sonra  zənci  var qüvvəsini  cəmləyib  qocanın  –  əlbəttə, onda 
hələ  qoca  deyildi  və  onu  Santyaqo  El  Çampeon
6
  deyə 
çağırırdılar  –  qolunu  üç  düym  əydi.  Qoca  qolunu  dikəldib 
yenə  düz  saxlamışdı  və  elə  həmin  anda  fəhmlə  müəyyən 
etmişdi  ki,  xalis  pəhləvan  və  bütün  tərsanədə  yaxşı  adam 
kimi  tanınan  bu  zəncinin  qolunu  qatlayıb  yerə  vuracaq, 
yarışı  da  udacaq.  Dan  yeri  ağararkən  tamaşaçılar 
münsiflərdən  tələb  etməyə  başladılar  ki,  qoy  onlar  oyunun 
heç-heçə  qurtardığını  elan  etsinlər.  Hakim  neyləyəcəyini 
bilməyib çiyinlərini çəkəndə qoca bütün qüvvəsini cəmləyib 
həmləyə  keçmişdi:  zəncinin  qolunu  yavaş-yavaş  əyməyə 
başlamış və nəhayət, qatlayıb masaya yapışdırmışdı.  
                                                 
6
Santyaqo El Çampeon– çempion Santyaqo (ispanca) 
 


www.vivo-book.com 
 
85 
Yarış düz bir sutka  – bazar gününün səhərindən bazar 
ertəsinin  səhərinəcən  davam  etmişdi.  Mərcləşənlərin  də 
çoxu  oyunu  heç-heçə  saymağı  hakimdən  ona  görə  tələb 
edirdilər  ki,  hamısı  Havanaya  işə  getməli,  kömür  şirkətinin 
gəmilərinə kömür, ya başqa gəmilərə şəkər yükləməliydilər. 
Yoxsa,  əlbəttə,  hamı  onun  tərəfdarıydı  ki,  oyun  axıracan 
davam etdirilsin, yarıda saxlanmasın. Qoca da rəqibini hələ 
camaatın  işə  getmək  vaxtı  çatmamışdan  qabaq  məğlub 
etmişdi. 
Bu  əhvalatdan  sonra  qocanı  uzun  müddət  “Çempion” 
ləqəbiylə  çağırdılar.  Baharda  zənciylə  bir  də  yarışası  oldu. 
Amma  bu  dəfə  mərc  gələnlərin  sayı  az  idi,  pul  da  az 
yığılmışdı.  Bu  dəfə  də  oyunu  qoca  udmuşdu;  çünki  o  hələ 
birinci  yarışdan  inanmışdı  ki,  rəqibindən  güclüdür,  həm  də 
zəncinin  gözünün  odunu  almışdı.  Sonralar  bir  neçə  dəfə  də 
yarışa  çıxdı,  lakin  bu  işdən  çox  tezliklə  əl  çəkdi.  Arxayın 
oldu  ki,  istədiyi  vaxt  kimə  desən  qalib  gələ  bilər.  Bu  oyun 
qocanın sağ əli üçün çox zərərli olduğundan bir neçə dəfə də 
yarışa sol əli ilə girmişdi. Di gəl ki, andıra qalmış sol əli ona 
tabe  olmur,  indiki  kimi  namərdlik  edib  həmişə  onu  aldadır, 


www.vivo-book.com 
 
86 
pis  vəziyyətdə  qoyurdu.  Buna  görə  sol  əlinə  çox  da  etibar 
etmirdi. 
Qoca  düşündü:  “Günəş  sol  əlimi  yaxşı  sağaltdı,  daha 
qıc  olmaz.  Amma  gecə  çox  soyuq  olsa,  qorxuram  yenə 
keyiyə. Gecə hamilədir, görək sabah nə doğacaq”.  
Mayamiyə  gedən  təyyarə  qocanın  başının  üstündən 
ötüb  dənizə  kölgə  salanda  qanadlı  balıqlar  bərk  ürküb 
qorxudan  dəstə  ilə  havaya  sıçradılar.  Qoca  bu  mənzərəni 
gördükdə düşündü: “Gör suda nə qədər qanadlı balıq var; bu 
aralarda, sözsüz ki, skumbriya da kalan olmalıdır”. 
O,  kürəyini  kəndirə  bərk-bərk  sıxıb  yoxladı  ki,  bəlkə 
balığı azca da olsa, yuxarıya qaldıra bildi, ancaq bundan heç 
nə çıxmadı; qaytan sim təki əsim-əsim əsdi, az qaldı qırılsın, 
ətrafa da su damcıları səpələndi.  
Qayıq  asta-asta  irəli  üzürdü.  Təyyarə  gözdən  itənə 
qədər  qoca  onun  arxasınca  baxdı  və  fikirləşdi:  “Yəqin 
təyyarədə  hər  şey  qəribədir.  Bilmək  istərdim  ki,  o  cür 
yüksəklikdən  baxanda  dəniz  nə  təhər  görünür?  Bir  az 
alçaqdan  uçsaydılar,  şübhəsiz,  tutduğum  balığı  görə 
bilərdilər.  Çox  istərdim  ki,  iki  yüz  dəniz  sajeni 


www.vivo-book.com 
 
87 
hündürlükdən  asta-asta  uçub  ovladığım  balığa  yuxarıdan 
baxım.  Çanaqlı  bağa  ovuna  gedəndə  gəminin  dorağacına 
dırmaşıb  doyunca  baxardım,  suyun  altında  nə  qədər  şeylər 
görərdim.  Skumbriyalar  tünd-yaşıl  rəngə  çalırdı,  hətta 
pərlərinin bənövşəyi zolağı və xalları belə görünürdü; özləri 
də  dəstə  ilə,  topa-topa  bir  yerdə  üzürdülər.  Qəribədir,  nəyə 
görə    çox  dərində  yaşayan  və  çox  sürətlə  üzən  balıqların 
bəzəkləri  də,  naxışları  da,  hətta  xalları  da  bənövşəyi  rəngə 
çalır?  Rəngi  qızılı  olduğu  halda,  skumbriya  suyun  altında 
niyə  yaşıl  rəndə  görsənir?  Bərk  acıb  şikara  çıxanda  da 
onların  böyürlərində,  eynən  marlin  balığınınkı  kimi, 
bənövşəyi zolaqlar peyda olur. Niyə görəsən? Qəzəbdən, ya 
da çox sürətlə üzməkdən belə ola bilərlərmi?”  
Şər  qovuşana  yaxın  qocanın  qayığı  böyük  Sarqas 
yosunları  adasının  yanından  ötərkən  ləpələrin  təmasından 
sarımtıl  yosunlar  suda  yellənə-yellənə  xəfifcə  yırğalanırdı. 
Elə  bil  əzəmətli  okean  öz  məşuqəsini  ağuşuna  alıb  qızılı 
ipək  yorğan  altında  onu  oxşayıb  əzizləyirdi.  Elə  bu  vaxt 
qocanın  balaca  qarmağına  bir  skumbriya  keçdi.  O,  balığı 
havaya  sıçrayanda  görmüşdü.  İndi  skumbriya  günəşin 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə