Ernest heminquey qoca və DƏNİZ



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə20/30
tarix14.01.2018
ölçüsü4,58 Kb.
#20597
1   ...   16   17   18   19   20   21   22   23   ...   30

www.vivo-book.com 
 
98 
gələrdi,  –  qoca  düşündü.  –  Axı  skumbriyanı  mən  gün 
batmamışdan  qabaq  tutmuşdum.  Nə  deyirsən  de,  mən  çox 
şeyi  nəzərə  almamışam.  Amma  yenə  pis  olmadı,  yarıdan 
çoxunu birtəhər çeynədim, ürəyim bulanmır”. 
Gündoğan  tərəfdə  göyün  üzünü  qalın  buludlar 
örtməkdəydi;  qocanın  sadiq  dostları  olan  ulduzlar  bircə-
bircə  sönürdü.  İndi  qoca,  sanki  buludlara  bürünmüş  geniş 
vadi ilə irəliləyirdi. Külək kəsilmişdi. 
– Üç-dörd günə havalar korlanacaq, – o dedi. – Amma 
hələ bu gecə də, sabah da qorxusu yoxdur. Hə, nə qədər ki, 
balıq sakitdir, sən də birtəhər özünü yuxuya ver, qoca!  
O,  tilov  ipini  sağ  əlində  tutaraq,  sağ  tərəfə  əyilib 
qayığın  qırağına  söykəndi,  bütün  ağırlığı  burunun  üstünə 
saldı. Sonra çiynindəki kəndiri azca aşağı keçirdib ipdən sol 
əliylə yapışdı.  
“Kəndir lap nə qədər açılsa da, onu sağ əlimlə saxlaya 
bilərəm,  –  qoca  düşündü.  –  Mən  yuxuda  olanda  sürüşüb 
dənizə  düşsə,  sol  əlimə  toxunub  məni  oyadar.  Əziyyətin 
çoxu  sağ  ələ  düşəcək.  O  yazıq  da  hər  cür  ağrıya,  cəfaya 


www.vivo-book.com 
 
99 
dözməyə  alışıb.  Lap  iyirmicə  dəqiqə,  yarımca  saat  yata 
bilsəm, qənimətdir”.  
Qoca  qayığın  qırağına  söykəndi  və  balığın  bütün 
ağırlığını sağ əlinə keçirib yatdı.  
Bu  dəfə  yuxusuna  şirlər  girmədi;  onların  əvəzinə  bir 
sürü  dəniz  donuzu  gördü;  cütləşmə  dövrü  olduğundan 
səkkiz-on  mil  məsafədə  səpələnmiş  donuzlar  havaya  atlanır 
və  təkrar  dənizə  düşürdülər.  Sonra  o  özünü  qəsəbədəki 
komasında, çarpayıda uzanmış vəziyyətdə gördü: içəri dolan 
şimal  küləyi  qocanı  bərk  üşüdürdü,  balış  əvəzinə  başının 
altına qoyduğu sağ qolu da tamam keyimişdi. Yalnız bundan 
sonra  yuxusuna  sarımtıl  qumla  örtülmüş  ucsuz-bucaqsız 
sahil  girdi:  dan  yeri  ağaranda  bir  neçə  şir  ala-toranlıqdan 
çıxıb  sahilə  yaxınlaşdı,  qoca  da  lövbər  salmış  gəminin 
göyərtəsində  durub  şirlərə  tamaşa  edirdi.  Sahildən  əsən 
axşam küləyi yanaqlarını oxşayır və qoca özünü son dərəcə 
bəxtəvər sayırdı.  
Ay  çoxdan  doğmuşdu,  qoca  isə  hələ  də  yatmağında, 
balıq  da  əvvəlki  qaydada  çəkə-çəkə  qayığı  öz  arxasınca 
dartıb aparmağındaydı.  


www.vivo-book.com 
 
100 
Qoca  şiddətli  təkandan  oyandı;  sağ  əli  zərblə  sifətinə 
dəyib  onu  bərk  diksindirmişdi,  ildırım  sürətiylə  sürüşüb 
dənizin  dərinliklərinə  gedən  kəndir  isə  ovcunu  od  kimi 
yandırırdı.  Sol  əli  keyidiyindən  qoca  var  gücünü  sağ  əlinə 
yığıb, qaytanı ovcunda tutub saxlamağa cəhd etdi, lakin bir 
şey çıxmadı. Handan-hana qocanın sol əli də hərəkətə gəlib 
kəndirdən yapışdı. O, kəndiri kürəyi ilə sıxdı və indi kürəyi 
də, balığın bütün ağırlığı düşmüş sol  əli də sürtünmədən od 
tutub yanırdı. Keyi açılmış sol əlini lap elə bil doğrayırdılar. 
Qoca arxa tərəfdəki ehtiyat kəndirə göz yetirdi; kələf sürətlə 
fırlandıqca  kəndir  də  sürətlə  açılırdı.  Birdən  balıq  okeanın 
sakit, güzgütək hamar sinəsini yarıb suyun üzünə çıxdı, tez 
də bütün ağırlığıyla təzədən dənizdə batdı. Sonra yenə çıxıb, 
yenə batdı, dalbadal daha bir neçə dəfə də batıb-çıxdı.  
Qayıq  üzməkdə  davam  edir,  tilov  ipi  boşala-boşala 
suyun təkinə enirdi. Qoca kəndiri dartıb tarım saxlayır, sonra 
bir  anlığa  boşaldırdı;  qırıla  bilmək  qorxusuna  baxmayaraq, 
var  qüvvəsiylə  təzədən  bir  də  dartırdı.  İndi  kəndir  qocanı 
sürüyüb  düz  qayığın  burnuna  gətirmişdi,  onun  üzü 


www.vivo-book.com 
 
101 
skumbriyanın  tikəsinə  dirənmişdi,  özü  isə  qəti  tərpənə 
bilmirdi.  
“İntizarında olduğumuz, bax bu idi, – qoca düşündü. – 
İndi  sayıq  və  zirək  olmaq  lazımdır.  Hə,  özünü  bərk  tut, 
balıq,  möhkəm  dayan!  Kəndiri  bu  cür  dartmağının  əvəzini 
mən səndən çıxardaram. İnan mənə ki, çıxardaram”.  
O,  balığın  atılıb-düşməsini  görmürdü,  yalnız  okeanın 
sinəsini  yararaq  havaya  qalxıb-endikcə  qopartdığı  şappıltını 
eşidirdi.  Sürətlə  dənizə  gedən  kəndir  qocanın  ovuclarını 
ülgüc  kimi  kəsirdi.  Bunun  baş  verəcəyini  o  qabaqcadan 
bilirdi, əlinin döyənək olan yerlərini qəsdən kəndirin ağzına 
verirdi  ki,  qaytan  yaralı  ovcunu  və  barmaqlarını  kəsib 
sıradan çıxartmasın. 
“Oğlan burda olsaydı, – o düşündü, – indi ipi isladardı. 
Hə, əgər oğlan burda olsaydı! Əgər burda olsaydı!”  
Tilov  ipi  dibsiz  quyuya  düşmüş  kimi  elə  hey  sürüşüb 
gedir,  harasa  gedirdi,  qoca  da  balığı  məcbur  edirdi  ki, 
kəndirin hər qarışı uğrunda mübarizə aparsın. Sonra birtəhər 
dikəldi,  çənəsinin  əzib  xəşilə  döndərdiyi  balıq  ətinin 
üstündən başını çətinliklə də olsa qaldıra bildi. Əvvəl yavaş-


www.vivo-book.com 
 
102 
yavaş  dizləri  üstə,  sonra  da  ayağa  durdu. İndi  kəndiri  daha 
asta,  daha  ağır-ağır  buraxırdı.  Geri  çəkilə-çəkilə  axırda 
özünü  əvvəlki  rahat  yerinə  çatdırdı.  Qaranlıqda  görə 
bilmədiyi  qaytanı  ayağı  ilə  yoxlayanda  başa  düşdü  ki,  hələ 
ehtiyatı çoxdur. Suya xeyli kəndir buraxmışdı, balıq lap nə 
qədər vurnuxsaydı da, heç nə edə bilməzdi. 
Qoca düşündü: “Balıq, hər nə qədər istəyirsən atıl-düş, 
qovuqların  hava  ilə  dolsun  ki,  can  verəndə  dənizin  dibinə 
gedib  əlimdən  çıxmayasan.  Bir  azdan  başlayacaqsan 
fırlanmağa,  bax  onda  mən  də  keçəcəm  əsas  məsələyə. 
Qəribədir, görəsən, o niyə birdən-birə belə qızışdı ki? Aclıq 
onu  qəzəbləndirib,  yoxsa  bu  zülmətdə  nədənsə  qorxub? 
Bəlkə  qəfil  qorxu  hiss  edib?  Amma  o  axı  dinc  balıq  idi, 
güclü  balıq  idi.  Axı  o  mənə  çox  ötkəm,    qorxu-ürkü 
bilməyən,  özünə  tam  arxayın  olan  cəsur  bir  balıq  təsiri 
bağışlamışdı. Qəribədir!” 
–  Qoca,  yaxşı  olar  ki,  qorxu-ürkü  barədə  sən  özün 
düşünməyəsən,  daha  çox  özünə,  öz  gücünə  güvənəsən,  –  o 
dedi.  –  Balığın  yüyəni  sənin  əlində  olsa  da,  bayaqdan 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə