Ernest heminquey qoca və DƏNİZ



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə26/30
tarix14.01.2018
ölçüsü4,58 Kb.
#20597
1   ...   22   23   24   25   26   27   28   29   30

www.vivo-book.com 
 
128 
almışdı  və  zərbəni  də  məhz  ora  endirmişdi.  O,  bunu  heç 
nəyə  ümid  bağlamadan,  qarasına,  lakin  sonsuz  bir  qətiyyət, 
qəzəb və tükənməz nifrətlə etmişdi.  
Həvədiş  havada  kəlləmayallaq  aşıb,  beli  üstə  dənizə 
düşdü;  qoca  onun  sönən  gözlərini  aydın  gördü  və  artıq 
öldüyünü  yəqin  etdi.  Amma  o,  təzədən  çevrildi;  nizənin 
sapındakı kəndir iki dəfə belinə dolandı. Bu hərəkətlə sanki 
o,  qocanın  çıxardığı  hökmlə  razılaşmaq  istəmədiyini 
bildirirdi.  Arxası  üstə  düşdüyü  halda  quyruğunu  oynadıb 
dənizi  elə  köpükləndirdi  ki,  elə  bil  suda  mühərrikli  qayıq 
gedirdi;  çənə  döyə-döyə  dişlərini  şaqqıldatdıqca  adamı 
vahimə basırdı.  
Köpəkbalığının  çırpındığı  yerdə  dəniz  ağappaq  idi; 
tezliklə  yekə  cəmdəyin  dörddə  üçü  suyun  üzünə  qalxdı, 
belinə  sarınmış  kəndir  əvvəl  tarım  çəkilib  titrədi,  sonra 
qırılıb  tikə-tikə  oldu.  Qoca  durub  tamaşa  edirdi.  Dentuso 
yavaş-yavaş dənizə batdı.  
– Məlun köpək! Ətimdən düz qırx girvənkə qopartdı, – 
qoca  ucadan  dilləndi;  sonra  dinməzcə  fikrindən  keçirtdi  ki, 
bəs  o  hələ  mənim  nizəmi  də,  üstəlik,  olan-qalan  kəndirimi 


www.vivo-book.com 
 
129 
də özüylə apardı, balığın isə qanı axır, bu qanın izinə düşüb 
başqa yırtıcılar da mütləq özlərini yetirəcək.  
O  didilib  eybəcərləşmiş  balığa  baxa  bilmirdi.  Dentuso 
bayaq balıqdan iri bir dişləm qoparanda qocaya elə gəlmişdi 
ki, əti qoparılan balıq yox, o özüdür.  
“Amma mən hər necə olsa, balığıma qəsd edən yırtıcını 
öldürdüm,  –  o  düşündü.  –  Ömrümdə  birinci  dəfədir  belə 
dentuso görürəm. Allaha and olsun ki, bu vaxtacan mən çox 
həvədişə  rast  gəlmişəm,  amma  bu  cür  natarazı  olmamışdı. 
İşim çox yaxşı gedirdi, heyf! Əlbəttə, belə vəziyyət çox çəkə 
bilməzdi.  Mən  çox  istərdim  ki,  bütün  bunlar  yuxu  olsun: 
guya  mən  bu  nəhəng  balığı  tutmamışam,  üstünə  qəzet 
döşənmiş  çarpayımda  sakitcə  uzanıb  yatmışam,  vəssalam. 
Kaş belə olaydı”. 
– İnsan övladı məğlubiyyət üçün yaranmayıb, – o dedi. 
– İnsanı məhv etmək olar, lakin məğlub etmək olmaz.  
“Hər  necə  olsa  da,  balığı  öldürməyimə  peşmanam,  – 
qoca düşündü. – Nahaq öldürdüm onu. Yaxşı bilirəm ki, bu, 
mənə  ucuz  oturmayacaq.  Nizəm  də  əlimdən  çıxdı. 
Həngamənin  zırpısı  hələ  qabaqdadır.  Dentuso  olduqca 


www.vivo-book.com 
 
130 
çevikdir.  Çox  hiyləgər,  çox  da  amansızdır.  Həm  çox 
güclüdür,  həm  də  çox  ağıllı.  Amma  mən  ondan  da  ağıllı 
çıxdım.  Ola  bilsin,  mənim  üstünlüyüm  yalnız  ondan  yaxşı 
silahlanmağımdadır”. 
– Qoca, burax bu fikirləri! Üzməyində ol, bəla gələndə 
də onu kişi kimi qarşıla, – o, yenə ucadan dilləndi. 
Amma tez də fikrindən ayrı şeylər keçirtdi: “Yox, mən 
düşünməyə bilmərəm, çünki mənimki də bir bu balıqdır, bir 
də  beysbol.  Görəsən,  dentusonu  bircə  sərrast  zərbə  ilə 
təpəsindən vurub öldürməyim Di Macionun xoşuna gələrdi? 
Bu  o  qədər  də  böyük  məharət  deyil,  bunu  başqası  da  eləyə 
bilərdi.  Qoca,  sən  bilən,  kimin  işi  daha  çətindir?  Səncə, 
yaralı, ya qıc olmuş əllərin sənə sümük döyənəyi ilə beysbol 
oynayanların mahmızından çox mane olur? Nə bilim, vallah. 
Mən onu bilmərəm. Ömrümdə ayaqlarım ağrımayıb. Cəmisi 
bircə  dəfə  –  dənizdə  çimərkən  təsadüfən  elektrikli  skat 
balığının üstünə çıxdım, cərəyan məni vurdu, qıçım dizəcən 
iflic oldu; ağrısına dözə bilmirdim”. 
– Qoca, boşla bu qəliz fikirləri, yaxşı olar ki, ürəkaçan 
şeyləri yada salasan,  – o ucadan dedi.  – Evə çatmağa daha 


www.vivo-book.com 
 
131 
bir  şey  qalmayıb.  Ətindən  qırx  girvənkə  itirəndən  sonra 
xeyli asan üzürsən.  
O, axına düşəndə başına nələr gələcəyini yaxşı bilirdi. 
Əlindən nə gələrdi? Axı neyləmək olar ki? 
–  Düz  danışmırsan,  bəyəm  bıçağı  kürəklərdən  birinin 
sapına bağlaya bilməzsən? 
Dediyi  kimi  də  elədi.  Sükanın  dəstəyini  qoltuğunun 
altına dayayıb, yelkənin ipini ayağı ilə basdı və bıçağı avarın 
sapına bağladı.  
– Bax, gördünmü?! Mən qocayam, amma hər necə olsa, 
silahsız deyiləm.  
Külək qayığı qabağına qatıb aparırdı. Qoca indi balığın 
yalnız baş hissəsinə baxır, puça çıxmış ümidlərinin bir qismi 
sanki geri qayıdırdı.  
“Ümidi  itirmək  ağılsızlıqdır,  –  o  düşündü,  –  həm  də 
günahdır.  Qoca,  günah  haqqında  düşünmə!  Onsuz  da, 
çəkiləsi dərd-sərin az deyil. Bir də mənim günah-savab kimi 
şeylərdən başım  çıxmaz.  Özüm  də  belə şeylərə  inanmıram. 
Ola  bilsin  ki,  balığı  öldürmək  günahdır.  Amma  mən  onu 
özümün  yaşamağım  üçün  öldürmüşəm.  Hələ  çoxlarını  da 


www.vivo-book.com 
 
132 
onun əti ilə qidalandıracam. Belə götürəndə, dünyada elə hər 
şey  günahdır;  günah  olmayan  nə  var  ki?  Heç  düşünməyə 
dəyməz. İndi bu barədə fikirləşmək gecdir. Bir də bu haqda 
qoy  o  adamlar  narahat  olsunlar  ki,  günah-savab  üçün  pul 
alırlar.  Balıq  –  balıq  olmaqdan  ötrü  dünyaya  gəldiyi  kimi, 
mən də balıqçı olmaqçün doğulmuşam. Müqəddəs Pyotr özü 
də, Di Macionun atası da balıqçı olub”.  
O,  əhatə  olunduğu  aləm  haqqında  mülahizə  yürütməyi 
yaman xoşlayırdı. Hər şey barəsində düşünərdi, hətta günah-
savab  haqqında  fikirləşməkdən  də  qalmazdı.  Çünki  işə 
başlayan vaxtlarda nə oxumağa bir şey, nə də qulaq asmağa 
radio vardı.  
“Sən balığı təkcə diri qalmağın üçün və ya satmaqdan 
ötrü  öldürməmisən,  –  o  fikirləşdi,  –  sən  onu  özünü 
öyməkçün,  bir  də  balıqçı  olduğuna  görə  öldürmüsən.  Axı 
balıq  diri  olanda  da  sən  onu  sevirdin,  öləndən  sonra  da 
sevirsən.  Əgər  sən  onu  hər  vaxt  sevirsənsə,  onda  onu 
öldürmək  heç  də  günah  deyil.  Sevdiyini  öldürmək  günah 
sayılmır, ya əksinə, ən böyük günah bəlkə elə budur?” 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə