www.vivo-book.com
68
keyimişdi. O, ağır ipdən bərk-bərk yapışıb, yaralanmış sol
əlinə nəzər saldı.
– Sən nə təhər əlsən! – dedi, – bir halda ki, keyimək
istəyirsən, onda buyur keyi! Yığılıb lap quş caynağına
dönsən də, bir xeyri yoxdur.
«Ye, əlinə də qüvvət gəlsin, – qoca tutqun rəngə çalan
suya, köndələninə dənizin dərinliyinə gedən tilov ipinə nəzər
salıb düşündü. – Axı, əl yazığın nə günahı? Gör neçə saatdır
o ağırlıqda balığı saxlayır. Amma sən bu balıqdan axıracan
əl çəkən deyilsən ha. Hələliksə ye».
Tikəni ağzına qoyub ehmalca, ağır-ağır çeynədi. Tunes
o qədər də pis dadmırdı. Öz-özünə dedi: “Elə ki, bütün şirəsi
çıxsın; azca turşu, ya lumu, ya da, heç olmasa, bir çimdik
duz olsaydı, pis dadmazdı”.
– Hə, mənim əlim, de görüm, indi necəsən? – keyiyib
ölü əli kimi qaxaca dönmüş əlinə baxa-baxa soruşdu. –
Sənin xətrinə bu dadsız balıqdan gərək bir tikə də yeyim. Bir
az da yeməliyəm ki, sən cana gələsən.
Kəsdiyi ətin ikinci tikəsini də çeynəyib uddu, ağzında
qalmış qabığı suya tüpürdü.
www.vivo-book.com
69
– Hə, indi necəsən? Yoxsa hələ tezdir?
O, tunesin ətindən daha bir tikəni götürüb ağzına atdı
və çeynəyə-çeynəyə düşündü: “Pis deyil, yaxşı balıqdır, qanı
da üstündədir. Bəxtim onda gətirdi ki, qarmağıma
skumbriya yox, tunes keçdi. Skumbriya həddən ziyadə şirin
olur. Tunesin ətində isə heç şirinlik yoxdur. Amma lazım
olmayan
şeylər
haqqında
düşünüb
fikrimi
yayındırmamalıyam, – deyə tunesin bir tikəsini də ağzına
qoydu. – Kaş bircə çimdik duz olaydı. Heç bilmirəm bu
tikələr gün altında qalsa xarab olar, ya yox? Ac olmasam da,
hamısını yeyəcəm. Mənim nəhəng balığım hələ ki, şıltaqlıq
eləmir. Doğradığım tikələrin hamısını yeməliyəm ki,
dostumun hər hoqqasına qarşı hazır olum”.
– Mənim əlim, bir az hövsələli ol, – qoca əlinə
müraciət elədi. – Özün görürsən ki, səndən heç nə
əsirgəmirəm, çalışıram ki, sağalasan. Bacarsaydım, öz
nəhəng balığımı da yemləyərdim, axı o mənim qardaşımdır.
Bununla belə, mən onu öldürməliyəm. Öldürmək üçün də
gərəkdir ki, güclü və gümrah olum.
www.vivo-book.com
70
Qoca nazik, uzunsov tikələrin hamısını bir-bir çeynəyib
uddu, sonra dikəlib əlini şalvarına sildi və ucadan dedi:
– Hə, sol əlim, indi sən ipi buraxıb dincələ bilərsən.
Sənin şıltaqlığından qurtarmaq üçün qaytanı sağ əlimlə idarə
edirəm.
O, sol ayağını bayaqdan bəri sol əliylə tutduğu yoğun
ipin üstünə qoydu, geriyə əyilib bütün ağırlığı kürəyinə
verdi.
– İlahi, özün kömək elə ki, sol əlimin keyi açılsın,
yoxsa bu yekə balıq başıma oyun açar.
“Hələ ki sakitdir; əvvəldən nə cür başlamışdısa, o cür
də davam edir, – qoca düşündü. – Görəsən, neyləmək
istəyir? Yaxşı, bəs mən özüm nə etməliyəm? Natarazın
hərəkətlərindən nəticə çıxarıb, gərək elə buradaca, ayaqüstü
bir qərara gəlim. Üzə çıxsa, onda mən onu öldürərəm.
Amma çıxmır axı, deyəsən, heç çıxana da oxşamır. Hərgah
çıxmasa, onda bəs mən neyləməliyəm? Özümü suya atıb
həmişəlik onunla bərabərmi qalmalıyam?”
Keyləşmiş sol əlini şalvarına sürtüb barmaqlarını
açmağa cəhd göstərsə də, bir şey çıxmadı. Düşündü: “Gün
www.vivo-book.com
71
dəysə bəlkə açılar. Ya da qarnımdakı çiy ət həzmə gedəndən
sonra açılacaq. Lazım olsa, lap zorla açılmalıdır. Ancaq indi
heç mən özüm də onu zor gücünə açmaq istəmirəm. Qoy
özü yumşalıb açılsın. Gecə cürbəcür kəndir-qaytanı götürüb
doğrayanda, bir-birinin ucuna calayıb düyünləyəndə mən
onu çox incitdim, çox işlətdim, axırda da yorub heydən
saldım”.
Ətrafa nəzər yetirib göz işlədikcə uzanan dənizə baxdı,
tək-tənha olduğunu yalnız indi anladı. O, günəş tellərinin
tünd sulara necə dəyib sınmasına, parçalanaraq əlvan
rənglərə çevrilməsinə, dənizin dərinliklərinə gedən tilov
ipinə, okeanın hamar səthinin qəribə tərzdə ləpələnməsinə
tamaşa edirdi. Tropik sahil küləyinin əsəcəyindən xəbər
verən buludlar göydə get-gedə daha çox sıxlaşıb
komalaşırdı. Qoca başını qaldırıb baxanda yuxarıda vəhşi
ördəklərin qatarla uçduğunu gördü. Mavi, bozumtul səmada
onlar necə də aydın nəzərə çarpırdılar! Ördək qatarı qəfildən
dağılışdı, sonra təzədən bir dəstədə süzməyə başladı. Qoca
başa düşdü ki, insan dənizdə heç vaxt tək qalmır.
www.vivo-book.com
72
O, bəzilərinin kiçik qayıqda, açıq dənizdə tək
qalmaqdan necə qorxduqlarını yada saldı; düşündü ki, təkcə
havanın qəfil dəyişdiyi aylarda dənizdə tək qalmaqdan
çəkinmək olar. İndi tufan-fırtına fəsli olsa da, hələ arada heç
bir şey yox idi: ilin ən yaxşı çağlarıydı.
Qoca
fikirləşdi
ki, dənizdə fırtına olacağını
qabaqcadan, özü də bir neçə gün öncədən asanlıqla duymaq
olur. Bunun xüsusi əlamətləri var. Sahildə isə bu nişanələri
sezmək olmur, çünki baxılası bir şey yoxdur. Bir də sahildə
buludların forması, görkəmi tamam başqa cür olur.
Hələliksə heç bir fırtına təhlükəsi gözlənilmir.
O, göyə baxanda qalaq-qalaq ağ bulud topalarını gördü;
dondurmaya oxşadığından qoca onları yaman xoşlayırdı,
daha yüksəklərdə isə pərquvari, şəffaf buludlar uçurdu.
– Balıq, bu əsən sahil küləyi mənim xeyrimə, sənin isə
ziyanına olacaq, – qoca dedi.
Onun sol əli yavaş-yavaş hərəkətə gəlsə də, hələ qıc idi.
Qoca düşündü: “Qıcolmadan zəhləm gedir. İşin qızğın
yerində bədənin qıc olması namərdlikdir. Balıqdan
zəhərlənib adamların yanında qusmaq, ishala düşmək nə
Dostları ilə paylaş: |