Ernest heminquey qoca və DƏNİZ



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə15/30
tarix14.01.2018
ölçüsü4,58 Kb.
#20597
1   ...   11   12   13   14   15   16   17   18   ...   30

www.vivo-book.com 
 
73 
qədər  rüsvayçılıq  olsa  da,  bədənin  qıc  olub  keyiməsi 
(fikrində o, bunu calambre adlandırdı) ondan betərdir, adam 
tək-tənha, köməksiz olduğu halda isə bu – xalis əclaflıqdır”. 
“Oğlan  burada  olsaydı,  –  qoca  yenə  düşündü,  –  sol 
qolumu  dirsəkdən  aşağı  ovuşdurub  əlimin  keyini  açardı. 
Amma eybi yoxdur, öz-özünə də açılar”.  
Bu  vaxt  sağ  əlində  tutduğu  ipin  qismən  boşaldığını 
duydu. Dənizə nəzər  saldıqda  tilov  ipiylə  su  səthinin  əmələ 
gətirdiyi  meyl  bucağının  dəyişdiyini  gördü.  Qoca  bədənini 
arxaya  verdi,  sol  əlini  baldırına  döyəclədi,  kəndir  tədricən 
yuxarı, suyun üstünə qalxırdı. 
–  Balıq  üzə  çıxır.  Əlim,  di  özünə  gəl!  Di  açıl! 
Yalvarıram sənə... 
Tilov ipi aramla yuxarı qalxırdı. Nəhayət, qayığın düz 
yaxınlığındaca  okeanın  hamar  səthi  qabardı,  balıq  üzə 
çıxmağa başladı, di gəl ki, heç cür çıxıb qurtarmaq bilmirdi. 
Bu nəsə  möcüzəyə  oxşar  bir şey  idi:  balığın  yanlarından  su 
fəvvarətək  vurur,  beli  günəş  şüalarının  altında  par-par 
parıldayırdı. Balığın başı və quyruğu tünd bənövşəyi rəngdə 
idi,  böyürlərinin  uzun,  enli  zolaqları  günün  altında  zərif 


www.vivo-book.com 
 
74 
yasəməni  rəngə  çalırdı.  Burnunun  üstündə  beysbol  ağacına 
oxşayan uzun qılıncı  vardı.  Qılıncın ucu xəncər tiyəsi  kimi 
itiydi.  Balıq  tamamilə  suyun  üzünə  qalxdı,  sonra  da  dalğıc 
kimi  səssiz-səmirsiz,  yavaş-yavaş  dənizə  baş  vurdu.  Onun 
ülgüctək  iti,  oraqvari  yepyekə  quyruğu  gözdən  itən  kimi 
tilov ipi sürətlə açılmağa başladı.  
– Bu balıq mənim qayığımdan düz iki fut uzundur ki! – 
qoca dedi. 
Tilov  ipi  sürətlə,  lakin  eyni  ahənglə  dənizə  batırdı. 
Qoca  onu  ikiəlli  dartırdı.  Yaxşı  bilirdi  ki,  müqavimət 
göstərib  balığın  sürətini  azaltmasa,  o  bütün  ehtiyat 
kəndirlərini çəkib aparacaq, axırda da qırıb qaçacaq.  
“Çox nəhəng balıqdır, – qoca fikirləşdi, – zərb-dəstimi 
əvvəldən  ona  göstərməliyəm.  Məndən  güclü  olduğunu 
qətiyyən  duymamalıdır;  nəbadə  o  bunu  hiss  edə.  İndi  mən 
onun  yerinə  olsaydım,  var  qüvvəmi  toparlayıb,  baş  götürüb 
hara  gəldi  gedərdim  –  ikimizdən  birimiz  uduzanadək 
gedərdim.  Allaha  çox  şükür  ki,  balıqlar  biz  insanlar  kimi 
dərrakəli deyil; amma çox cəld, həm də nəcib varlıqdır”.  


www.vivo-book.com 
 
75 
Qoca  iri  balıqları  çox  görmüşdü,  lap  min  girvənkədən 
ağırlarına  da  rast  gəlmişdi,  hətta  bir  dəfə  (əlbəttə,  təklikdə 
yox)  iki  zırpısını  da  tutmuşdu.  İndi  isə  təkbaşına,  özü  də 
sahildən  xeyli  uzaqda,  açıq  dənizin  tən  ortasında  nəhəng 
balıqla üzbəüz, təkbətək qalmışdı. Bu durum nəinki onun əl-
qolunu  bağlamışdı,  hətta  bütün  varlığını  sarsıtmışdı;  bu 
yandan  da,  tərslikdən,  sol  əli  keyləşmiş,  qartal  caynağıtək 
büzüşüb qalmışdı.  
“Mənə elə gəlir ki, sol əlim açılacaq, əlbəttə, açılıb sağ 
əlimə  kömək  etməlidir.  Biri  vardı,  biri  yoxdu,  üç  qardaş 
vardı...  Onların  biri  dənizdəki  nəhəng  balıqdır,  ikisi  də 
mənim  əllərimdir  –  sağ  əlimlə  sol  əlim.  Yox,  mütləq 
açılacaq. Belə vaxtda onun keyiməsi biabırçılıq olardı”. 
Balıq sürətini azaldıb, yenə əvvəlki mütiliklə üzürdü.  
“Görəsən o niyə birdən-birə suyun üzünə çıxdı? – qoca 
özündən  soruşdu.  –  Yəqin,  necə  nəhəng  olduğunu  mənə 
göstərmək  istəyirdi.  Çox  yaxşı,  hesab  elə  ki,  gördüm, 
niyyətini də başa düşdüm. İndi növbə mənimdir, gərək mən 
də necəliyimi ona göstərəm. Görəsən, balıq mənim qıc olan 
əlimi  görsəydi,  neylərdi?  Kaş  o  mənim  barəmdə  əslində 


www.vivo-book.com 
 
76 
olduğumdan  daha  yaxşı  düşünəydi,  əvəzində  mən  də  onun 
arzuladığı  kimi  olmağa  çalışardım.  Düzünə  qalsa,  elə  mən 
özüm də belə bir nəhəng balıq olmaq istərdim: bir şərtlə ki, 
məndəki  iradə,  ayıqlıq,  zəka  da  özümdə  qalaydı,  balıqdakı 
güc də məndə olaydı”. 
O,  qayığın  kənarında  oturub  ağrıya  və  bütün 
əziyyətlərə  dözə-dözə  taxtaya  söykəndi;  balıq  əvvəlki  kimi 
qabağa  üzür,  qayıq  tutqun  rəngə  çalan  suları  yara-yara 
aramla  onun  ardınca  gedirdi.  Şərqdən  qalxan  xəfif  külək 
dənizi ləpələndirirdi. 
Günorta vaxtı qocanın qıc olmuş əli tamam açıldı. 
–  Balıq,  onu  bilirsənmi  ki,  əsməyə  başlayan  bu  külək 
sənə qara xəbərlər gətirir? – qoca soruşdu.  
O, çiynindəki kisənin üstündən keçən ipi kürəyinə tərəf 
meylləndirdi.  Özünü  qismən  yaxşı  hiss  etsə  də,  dözülməz 
ağrı və əziyyət əvvəlki kimi qalmaqdaydı.  
– Mən dindar deyiləm, amma bu balığı tuta bilsəm, on 
dəfə  “Həzrət  İsa”,  bir  elə  də  “müqəddəs  Məryəm”  duasını 
oxuyaram; üstəlik, Kobren madonnası kilsəsinə gedib ibadət 
edərəm.  


www.vivo-book.com 
 
77 
Qoca  bilaixtiyar  duaya  başladı.  Yorğunluğun 
ucbatından  hərdənbir  sözlər  onun  yadından  çıxırdı;  bunu 
duyduqca  duanı  daha  yeyin  oxuyurdu  ki,  söz  sözü  çəkib 
gətirsin,  yaddan  heç  nə  çıxmasın.  Oxuya-oxuya  onu  da 
yəqin etdi ki, “müqəddəs Məryəm” duasını təkrarlamaq heç 
demə “Həzrət İsa” duasından daha asanmış.  
– Ey Tanrının bakirə anası, ey məsum Həzrəti-Məryəm, 
Allahın  özü  səninlədir.  Qadınların  ən  uğurlusu,  ən 
bəxtəvərisən,  mübarək  bətnindən  biz  bəndələrə  xilaskar 
Həzrəti-İsanı  sən  əta  etmisən.  Amin!  Ey  Tanrının  bakirə 
anası  müqəddəs  Həzrəti-Məryəm,  biz  günahkar  bəndələrin 
bağışlanması  üçün  indi  də,  biz  öləndən  sonra  da  dua  elə! 
Amin! Ey müqəddəs Tanrı anası, bu balıq çox gözəl olsa da, 
dua elə ki, canını tapşırsın!  
Qoca  duanı  oxuyub  qurtarandan  sonra  özündə  xeyli 
yüngüllük  duydu,  lakin  çəkdiyi  daimi  ağrı  və  əziyyət 
qətiyyən  azalmadı,  əksinə,  daha  da  artdı.  Qayığın 
burnundakı taxtaya söykənmiş halda, sol əlinin barmaqlarını 
oynatmağa başladı.  
Xəfif yel əssə də, hava isti idi. Qoca dedi: 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə