Erməni xəyanəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/49
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31237
1   ...   39   40   41   42   43   44   45   46   ...   49

99 
 
Bu,  həm  də  ümumilikdə  xalqımızın  fikridir.  Bizim  heç  vaxt  özgə 
torpağında,  var-dövlətində  gözümüz  olmayıb.  Tarix  boyu  parçalanmaya,  yersiz 
hücumlara,  haqsızlığa  düçar  olmuĢuq.  Zaman-zaman  kəsilə-kəsilə  sərhədlərimiz 
114  min  kv.  kmdən  86,5  kv.km-ə  endirilib.  Ürəyimizin  yumĢaqlığı,  qəlbimizin 
geniĢliyi həmiĢə baĢımıza bəla olub. Dünya qarĢısında ağlaya-ağlaya özlərini rəzil, 
yazıq  göstərən  ermənilərə  öz  torpağımızda  yer  verib  onları  dövlət  elədik.  Ancaq 
çox  təəssülər  olsun  ki,  onların  heç  vaxt  məkrli  niyyətlərini,  Xəzər-Qara  dəniz 
əhatəsində  qurmaq istədikləri dövlət xülyasını anlamamıĢıq, gec də  olsa, anladıq. 
Nəhayət,  anladıq  ki,  torpaq,  vətən  yada  etibar  ediləsi  deyil,  onu  özümüz,  özü  də 
göz bəbəyimiz kimi qorumalıyıq... 
Bu  gün  prezident  Ġlham  Əliyev  Ali  BaĢ  Komandan  olaraq  qan,  müharibə 
yolu  yox,  sülh  yolunu  seçir,  xalqını  faciəyə  sürükləmək  istəmir.  Söz  yox,  əgər 
danıĢıqlar öz səmərəsini verməsə, təbii ki,  Azərbaycan baĢqa variantları nəzərdən 
keçirəcək,  iĢğal  altında  olan  torpaqlarını  nəyin  bahasına  olursa,  olsun,  azad 
edəcəkdir. 
Deyirlər  haqq  nazilsə  də,  heç 
vaxt 
üzülməyib. 
Bu 
gün 
Azərbaycanın 
apardığı  mübarizə 
haqq-ədalət  mübarizəsidir.  Gec-tez 
qalibiyyət  bizimlə  olacaq.  Bəlkə  də 
bu  münaqiĢənin  bitəcəyi  tarixi 
söyləmək  çox  çətindir,  ancaq  bu 
mübarizənin  qələbə  ilə  baĢa  çatacağı 
gün heç də uzaqda deyil. AlqıĢlanmalıdır ki, indi Azərbaycanda Müdafiə Sənayesi 
Nazirliyi  yaradılmıĢdır. Məlum olduğu kimi,  bəzi  hərbi avadanlıqların istehsalına 
öz ölkəmizdə baĢlanılacaqdır. Odur ki, Azərbaycanın sürətlə inkiĢafından qorxuya 
düĢən  ermənilər  istənilən  anda  daxili  sabitliyimizin  pozulmasına  ciddi-cəhdlə 
çalıĢır,  dünya  dövlətləri  qarĢısında  Azərbaycanı  gözdən  salmağa,  ölkəmizə  siyasi 
təzyiqlər göstərməyə çalıĢırlar. Lakin bu cəhdlər boĢa çıxır, düĢmənlərimizin xarici 
havadarlarının da ətəklərindən əlləri üzülür, özləri gülünc vəziyyətdə qalırlar. Tarix 
boyu güclü ordusu, möhkəm sərhədi olan ölkə yağı düĢmən tapdağında qalmayıb. 
Ġndi  Azərbaycanın  güclü  orduya  ehtiyacı  var.  Ərazisinin  20  faizi  iĢğal  altında 
olması,  1  milyondan  çox  vətəndaĢının  öz  ata-baba  yurdundan  didərgin  düĢməsi 
deməyə  əsas  verir  ki,  ölkədə  ordu  quruculuğuna  böyük  diqqət  yetirilməsi  çox 
vacibdir.  Möhtərəm  Ġlham  Əliyev  bütün  bu  amilləri  nəzərə  alaraq,  həmiĢə  ordu 
quruculuğu məsələsini vacib bir məsələ kimi ön plana çəkmiĢdir. 


100 
 
Əgər  2003-cü  ildə  Azərbaycanın  hərbi  xərcləri  135  milyon  dollar 
olmuĢdusa,  2007-ci  ildə  bu  məbləğ  1  milyard  dollara  çatdırılmıĢdır.  Demək, 
Azərbaycanda dövlət büdcəsində hərbi xərclər birinci yer tutur. Elə düĢmənlərimizi 
də qorxuya salan budur. 
Bir  daha  əminliklə  deməliyik  ki,  iĢğal  altında  olan  torpaq-arımız  cənab 
Prezident,  Ali  BaĢ  Komandan  Ġlham  Əliyevin  rəhbərliyi  ilə  azad  olacaq, 
Azərbaycan tam Ģəkildə öz suverenliyinə, ərazi bütövlüyünə nail olacaqdır. 
Xalqımız  üçün  ən  ağır  problem  olan  Ermənistan-Azərbaycan-Dağlıq 
Qarabağ  problemi  ölkə  prezidentini  daim  narahat  edir.  Mövcud  vəziyyətlə 
barıĢmayan  Ġlham  Əliyev  özünün  möhkəm  və  qətiyyətli  mövqeyini  də  ortaya 
qoyur: “Heç kəsə sirr deyil ki, iqtisadi cəhətdən zəif ölkələrdə güclü ordu olmur. 
Yalnız  iqtisadi cəhətdən  güclü olan ölkələr  güclü orduya  malik olurlar. Bizim də 
vəzifəmiz budur. Biz ölkəmizi gücləndirəcək, zənginləĢdirəcəyik. Ölkəmiz sürətlə 
inkiĢaf  edəcək  və  yaranmıĢ  iqtisadi  potensial,  o  cümlədən  bəlkə  də,  ilk  növbədə, 
ordu quruculuğuna sərf olunacaqdır. 
Ölkəmiz  müharibə  Ģəraitindədir.  Bizim  iĢimiz  haqq  iĢidir.  Biz  heç  kəsin 
torpağını  iĢğal  etməmiĢik,  heç  kəsin  torpağında  da  gözümüz  yoxdur.  Bizim  ərazi 
bütövlüyümüz  pozulubdur,  torpaqlarımız  iĢğal  altındadır.  Azərbaycan  xalqı, 
Azərbaycan ordusu hər an öz ərazi bütövlüyünü bərpa etmək üçün lazımi addımlar 
ata bilər. Bizim buna haqqımız çatır. Beynəlxalq hüquq normaları da bizə belə bir 
imkan  yaradır.  Ermənistan  bütün  beynəlxalq  normaları  pozubdur.  Artıq  dünyada 
bu  məsələ  ilə  əlaqədar  ictimai  rəy  formalaĢıbdır.  Deyə  bilərəm  ki,  bu  ictimai  rəy 
ədaləti  əks etdirən rəydir, bizim  üçün  müsbət rəydir.  Azərbaycanın tələbləri artıq 
böyük  diqqətlə  qarĢılanır  və  biz  görürük  ki,  beynəlxalq  ictimaiyyət,  dünyanın 
aparıcı ölkələri bu məsələyə daha ədalətli yanaĢmağa baĢlamıĢlar. 
Biz ümid edirik ki,  Azərbaycanın  ərazi bütövlüyü danıĢıqlar yolu ilə bərpa 
olunacaqdır.  Biz  buna  çalıĢacayıq  və  sülh  danıĢıqlarına  sadiqik.  Ancaq,  eyni 
zamanda,  Azərbaycan  xalqı  heç  vaxt  torpaqlarının  itirilməsi  ilə  barıĢmayacaqdır. 
Əgər biz görsək ki, danıĢıqların heç bir nəticəsi yoxdur, bütün vasitələrdən istifadə 
edib  torpaqlarımızı  azad  edəcəyik.  Bunu  etmək  üçün  güclü  ordu  lazımdır, 
vətənpərvərlik  ruhu  lazımdır,  xalqın  birliyi,  iradəsi  lazımdır.  Bunların  da  hamısı 
var”. 
Daha sonra prezident demiĢdir: 
“Orduya ayrılan xərclər hər il artır. Büdcədə nəzərdə tutulmuĢ xərclər artır. 
Bundan  sonra  da  orduya  ayrılan  vəsaitlər  artacaqdır.  Azərbaycanın  iqtisadi 
potensialı  güclənir.  Ölkə  zəngin  ölkəyə  çevriləcəkdir.  Əlbəttə,  bütün  baĢqa 


101 
 
sahələrlə  yanaĢı, ordu quruculuğunda da böyük addımlar atılacaqdır. Biz öz ordu, 
hərbi  potensialımızı  gücləndirməliyik.  Artıq  bu  istiqamətdə  çox  önəmli  addımlar 
atılır. 
Ümummilli  liderimiz  Heydər  Əliyevin  təĢəbbüsü  ilə  bu  istiqamətdə  çox 
önəmli,  demək  olar  ki,  həlledici  addımlar  atılmıĢdır.  Bu  siyasət  bundan  sonra  da 
davam  etdiriləcəkdir.  Bizim  ordu  istənilən  vaxtda  torpaqlarımızı  düĢməndən  azad 
etməyə  qadirdir.  Amma  biz  istəyirik  ki,  ordumuz  daha  da  güclü  olsun.  Orduda 
xidmət edən zabitlərin, əsgərlərin Ģəraiti daha da yaxĢı olsun. Orduya qayğı var və 
bundan sonra da olacaqdır”. 
Artıq  beĢ  ilə  yaxındır  ki,  Azərbaycanda  hər  hansı  məsələlərin  müzakirəsi 
zamanı  Ġlham  Əliyev  faktoruna  müraciət  olunur.  Həm  ölkə  prezidenti,  həm  də 
ziyalı,  vətəndan kimi  Azərbaycanın ictimai-siyasi  həyatında  bu qısa, lakin uğurlu 
həyat  təcrübəsi  Ġlham  Əliyevə  istinad  edənlərin  sayını  günbəgün  artırır.  Təbii  ki, 
bütün  bunlar  Heydər  Əliyev  siyasətinin  davamının  təntənəsidir.  Bu  siyasi  kurs 
məhz Heydər Əliyev tərəfindən baĢlanmıĢdır. 
 
Namiq Əsgərov,  
“Kinq-boks” federasiyasının vitse-prezidenti 
 
AZƏRBAYCANIN QƏTĠYYƏTLĠ VƏ ÇEVĠK DĠPLOMATĠYASI 
 
MünaqiĢənin  həllinə  beynəlxalq  səviyyədə  yönəlmiĢ  səylərin  güclənməsi, 
ATƏT-in  Minsk  qrupu  səviyyəsində  danıĢıqların  konkret  həll  formatında 
aparılması  rəsmi  Bakının  mühüm  siyasi-psixoloji  üstünlüyü  kimi  diqqəti  çəkir. 
Cənab  Ġlham  Əliyev  münaqiĢənin  yalnız  Azərbaycanın  ərazi  bütövlüyü  və 
suverenliyi çərçivəsində həllini mümkün saydığını, sülh danıĢıqlarının da yalnız bu 
formatda  aparıla  biləcəyini  qətiyyətlə  vurğulayaraq  bir  daha  aydın  və  qətiyyətli 
mövqe  ortaya  qoymuĢdur.  “...Bizim  tələbimiz  ondan  ibarətdir  ki,  iĢğal  olunmuĢ 
bütün  torpaqlar  heç  bir  Ģərt  qoyulmadan  azad  olunmalıdır.  Düzdür,  əvvəlki 
mərhələlərdə təkliflər ondan ibarət idi ki, 5 rayon azad olunsun. Kəlbəcər və Laçın 
rayonları  qalsın,  gələcək  danıĢıqların  mövzusuna  çevrilsin.  Biz  buna  heç  vaxt 
razılıq  verməmiĢik.  Çünki  biz  heç  vaxt  imkan  verə  bilmərik  ki,  Kəlbəcər  və 
Laçının  Azərbaycana  qaytarılması  hansısa  Ģərtlərlə  uyğunlaĢdırılsın.  Ona  görə 
danıĢıqların  indiki  mərhələsində  ümumi  razılaĢma  var  ki,  7  rayon  iĢğalçı 
qüvvələrdən təmizlənir, Azərbaycana qaytarılır. Əlbəttə, biz baĢa düĢürük ki, bunu 
mərhələli  yolla edə bilərik, amma bu  mərhələ çox uzana bilməz” deyən Prezident 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə