Erməni xəyanəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/49
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31237
1   ...   36   37   38   39   40   41   42   43   ...   49

92 
 
əfəndi,  həmçinin  Cağar  kəndinin  sakini  Hətəm  Sərkarov  yeri  əhalini  erməni 
daĢnaklarına  qarĢı  mübarizəyə  qaldırılmıĢ,  Cənubi  Dağıstan  ləzgilərindən  də 
kömək  alaraq  iĢğalçıları  darmadağın  etmiĢlər.  Muradyan  100  nəfər  əsgərlə  qaçıb 
canını  qurtarmıĢ,  əsir  düĢmüĢ  200-dək  daĢnak  Möhübəli  əfəndinin  tapĢırığı  ilə 
Quba həbsxanasına salınmıĢdı. 
Təhqiqat  materiallarından  məlum  olur  ki,  1918-ci  il  mayın  1-də  Qubaya 
girən  daĢnak-bolĢevik  birləĢmələrinin  sayı  5  mindən  artıq  idi.  Ona  görə  də  onlar 
silahsız dinc əhaliyə azğınlıqla divan tuta bilmiĢdilər. Həmin azğınlığın miqyasını 
təsəvvür etmək üçün iki gün ərzində yalnız Quba Ģəhərində 4 minədək müsəlmanın 
öldürüldüyünü  xatırlatmaq  kifayətdir.  Bu  rəqəm  Quba  Ģəhər  əhalisinin  beĢdə  biri 
demək idi. 
Hamazaspin  azğınlığı  nəticəsində  1918-ci  ilin  ilk  beĢ  ayı  ərzində  Quba 
qəzasında üst-üstə 10 mindən çox insan məhv edildi. 1918-ci ilin qırğınları zamanı 
daĢnak-bolĢevik  birləĢmələri  Quba  qəzasında  162  kəndi  dağıtmıĢdılar.  Həmin 
kəndlərdən 35-i bu gün də mövcud deyil. 
Erməni  generalı  Hamazaspin  Qubada  azərbaycanlılara  qarĢı  törətdiyi 
soyqırımının  qarĢısını  isə  Nuru  paĢanın  rəhbərliyi  altında  Azərbaycana  köməyə 
gəlmiĢ türk əsgərləri aldı. Qanlı dərə adlanan ərazidə üç gün davam edən döyüĢlər 
ermənilərin  darmadağın  edilməsi  ilə  baĢa  çatdı.  Yerli  əhali  mayın  10-da  Nuru 
paĢanı  və  onun  ordusunu  Qubada  böyük  sevinc  hissi  ilə  qarĢıladı.  Türk  əsgərləri 
Ģəhərdə  erməni  dəstələrindən  qalmıĢ  96  silahlını  tərksilah  eləyib  18  ailəni  qanlı 
düĢmənin əlindən aldılar. 
Quba  soyqırımı  1918-ci  ilin  aprel-dekabr  aylarında  Azərbaycan  Xalq 
Cümhuriyyəti  hökumətinin  yaratdığı  Fövqəladə  Ġstintaq  Komissiyası  tərəfindən 
ciddi  araĢdırılmıĢdır.  Bununla  bağlı  AMEA-nın  müxbir  üzvü,  professor  Azad 
Nəbiyevin  Azərbaycan  Dövlət  Arxivindən  əldə  etdiyi  məlumatlar  xüsusilə  maraq 
doğurur.  Məlum  olur  ki,  o  illərdə  istefada  olan  polkovnik  Hacı  Ələkbər  Quba 
sakinləri  adından  Fövqəladə  Ġstintaq  Komissiyasının  sədri  Ələkbər  bəy 
Xasməmmədova aĢağıdakı məzmunda məktub göndərmiĢdir: 
“Cənab sədr! 
Fövqəladə  Ġstintaq  Komissiyasının  üzvləri!  Sizə  məlum  olduğu  kimi, 
erməni cəza dəstələri Bakdakı  mart qırğınlarının daha dəhĢətli bir davamını Quba 
qəzasında  həyata  keçirmiĢlər.  Ġnsanlar  amansızcasına  qətlə  yetirilmiĢ,  əzab  və 
əziyyətlərə  düçar  edilmiĢ,  qan  su  yerinə  axıdılmıĢdır.  Təkcə  Quba  Ģəhərində  üç 
mindən artıq körpə iĢgəncələrlə öldürülmüĢ, Ģəhərin böyük bir hissəsi məzarıstana 
çevrilmiĢdir. 


93 
 
...Mən  neçə-neçə  qanlı  döyüĢlərin  iĢtirakçısı  olmuĢam.  Rus-türk 
müharibələrində,  Fin  cəbhələrində,  Birinci  cahan  müharibəsində  çoxlu  qanlı 
döyüĢlər görmüĢəm. 1917-ci ildə ömrümün son illərini sakit və rahat yaĢamaq üçün 
doğulduğum Quba Ģəhərinə qayıtmıĢam. Əlimdə əsa, çar ordusunun istefa vermiĢ 
polkovniki  libasında  doğma  vətənim  məni  yenidən  öz  qoynuna  almıĢdır.  Ancaq 
buradakı  rahat  həyatım  uzun  çəkmədi.  KaĢ  mən  baĢqa  ölkəyə  gedəydim.  Vətənə 
qayıtmayaydım.  KaĢ  mənim  gözlərim  erməni  bıçağı  ilə  soyulmuĢ  vətən 
övladlarının  baĢlarını,  kürəyindən  soyulub  saman  təpilmiĢ  cəsədlərini,  ana  və 
bacılarımızın  kəsilmiĢ  döĢlərini,  hamilə  gəlinlərimizin  yırtılmıĢ  qarnından  çıxıb 
qalmıĢ, hələ də nəfəsi üstündə olan körpələrimizin bu acı taleyini görməyəydim. 
Dünyanın  heç  bir  məmləkətində,  heç  bir  cahan  savaĢında  belə  qəddar 
əməllər görünməyib və tarix belə qəddarlıqlarla hələ rastlaĢmamıĢdır. Qubadakı bu 
qanlı qırğını kifayət qədər təsdiqləyən faktlar, sənədlər və canlı Ģahidlər var. 
Təcili  olaraq  Qubaya  istintaq  komissiyası  göndərməyinizi,  bu  qətllərin 
təĢkilatçısı və icraçısı olan ġaumyanın, Caparidzenin, hərbi komissar Korqanovun, 
qatil D.A.Selovanın, cəllad Hamazasp Ağacanyanın, onun köməkçisi Nikolayın və 
baĢqalarınının  qanlı  əməllərinə  görə  həbs  olunub  hərbi  tribunalara  verilməsini 
təmin etməyi sizdən xahiĢ edirik. Bu  müraciət Quba qəzasında nahaq  yerə qanına 
qəltan edilən, ev-eĢiyi xarabazara çevrilən on minlərlə qubalının fikrini ifadə edir. 
Sizdən təcili tədbirlərin həyata keçirilməsini tələb edirik”. 
Quba məzarlığı aĢkar olunandan sonra Azərbaycanın dövlət rəsmiləri, Milli 
Məclisin  deputatları,  ayrı-ayrı  ictimai-siyasi  xadimlər,  nüfuzlu  ziyalılar  buranı 
ziyarət  ediblər.  Milli  Məclisin  Sədri  Oqtay  Əsədovun  Aġ  PA  prezidenti  Luis 
Mariya de Ruçla birgə Quba məzarlığında olması isə daha mühüm və yadda qalan 
oldu.  ġübhəsiz,  Avropa  ġurası  kimi  mötəbər  təĢkilatın  Parlament  Assambleyası 
sədrinin  Quba  məzarlığına  baĢ  çəkməsi  və  tarixi  həqiqətləri  öz  gözü  ilə  görməsi 
təbliğatı  baxımdan  Azərbaycan  üçün  böyük  əhəmiyyət  kəsb  edir.  Səfər  zamanı 
Milli Məclisin sədri Oqtay Əsədov burada tədqiqat iĢlərinin geniĢləndirilməsi üçün 
beynəlxalq  arxeoloqlar  qrupunun  cəlb  edilməsi  vacibliyini  bildirib.  “Qubada 
aĢkarlanan  məzarlıq  dünyada  tanıdılmalı  olan  soyqırımdır.  Lakin  təəssüflər  olsun 
ki, indiyə qədər bu məsələnin araĢdırılması ilə yalnız yerli tarixçilər və arxeoloqlar 
məĢğul  olublar.  Məzarlığın  araĢdırılmasına  beynəlxalq  arxeoloqlar  cəlb 
olunmalıdır”,  - deyə Milli Məclisin Sədri vurğulayıb. Aġ PA prezidenti isə Quba 
məzarlığında Ģahidi olduğu hadisələrdən bərk sarsıldığını deyib. “Mən bunun kim 
tərəfindən  törədildiyini  deyə  bilmərəm.  Amma  bu,  dəhĢətli  soyqırımdır  və 
insanların  vəhĢicəsinə  öldürüldüyünü  öz  gözlərimlə  gördüm.  Bununla  bağlı  Aġ 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə