Erməni xəyanəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/49
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31237
1   ...   41   42   43   44   45   46   47   48   49

102 
 
Ġlham  Əliyev  Ermənistanla  aparılan  danıĢıqların  nəticə  verməyəcəyi  təqdirdə 
Azərbaycanın  ərazi  bütövlüyünün  bərpası  üçün  digər  zəruri  vasitələrdən,  konkret 
desək, hərb yolundan istifadə olunması məsələsinin müzakirəyə çıxarılacağını açıq 
bəyan  etmiĢdir.  Bu  qətiyyətli  bəyanatı  ilə  Prezident  Ġlham  Əliyev  Azərbaycandan 
güzəĢt  umanlara  sərt  mesaj  ünvanlamıĢ,  xalqın  heç  zaman  ərazi  itkisi  ilə 
barıĢmayacağını  bir  daha  izhar  etdirmiĢdir.  Sentyabr  ayında  qaçqınların 
problemlərinə həsr olunmuĢ son müĢavirə təsdiqləmiĢdir ki, rəsm Bakı Ermənistan-
Azərbaycan,  Dağlıq  Qarabağ  münaqiĢəsinin  keyfiyyətcə  yeni  mərhələyə 
transformasiyasını və siyasi-hərbi yolla həllini hər an gündəmə gətirə bilər. 
Azərbaycan  iqtidarının  həyata  keçirdiyi  qətiyyətli  və  çevik  diplomatiya 
ölkəmizin  danıĢıqlar  prosesinə  psixoloji-siyasi  üstünlüyünü  təmin  etmiĢdir.  Artıq 
Minsk  Qrupunun  hazırladığı  bütün  həll  variantlarında  Azərbaycanın  ərazi 
bütövlüyünün  önə  çəkilməsi  özlüyündə  Ermənistana  dolayı  təsir  vasitəsi  kimi 
diqqəti  çəkir.  Rəsmi  Yerevan  2004-2007-ci  illərdə  ciddi  diplomatik  təpkilər 
qarĢısında  münaqiĢənin  mərhələli  həlli  ilə  bağlı  müzakirələrə  qatılmağa  məcbur 
olmuĢdur.  Təcavüzkar  dövlətin  “Praqa  prosesi”  yəni  “mərhələli  həll”  modeli 
ətrafında  danıĢıqları  davam  etdirməsi  rəsmi  Bakının  mühüm  diplomatik 
nailiyyətlərindən  biri  kimi  vurğulanmalıdır.  Azərbaycanın  hər  zaman  israr  etdiyi 
yanaĢma - məsələnin mərhələli həlli prinsipi Minsk qrupu tərəfindən dəstəklənir və 
danıĢıqları aparan tərəflər – Ermənistan və Azərbaycan bu prosesin iĢtirakçılarıdır. 
“Praqa  prosesi”  termini,  sadəcə,  “mərhələli  həll”  sözünün  əvəzinə  iĢlədilən, 
erməniləri və Ermənistanı qıcıqlandırmamaq məqsədi daĢıyan diplomatik ibarədir. 
Prezident  Ġlham  Əliyev  həmsədrlərin  iĢtirakı  ilə  keçirilən  danıĢıqların  ərazi 
bütövlüyünü  prinsipi  çərçivəsində  aparılmasını  da  haqlı  olaraq  Azərbaycanın 
mühüm uğuru kimi dəyərləndirir. 
MünaqiĢənin  yalnız  Azərbaycanın  ərazi  bütövlüyü  və  suverenliyi 
formatında  konkret  nəticəyə  gətirib  çıxara  biləcəyini  artıq  təcavüzkar  dövlətin 
radikal  siyasi  dairələri  də  etiraf  edir.  Ermənistan  rəhbərliyində  təmsil  olunmuĢ 
yüksək  vəzifəli  Ģəxslər  bu  ölkənin  Azərbaycanın  ərazi  bütövlüyünü  tanıması 
zəruriliyi  barədə  danıĢır,  arqessiv  ritorikadan  geri  çəkilməyə  baĢlayırlar. 
Ermənistanın  baĢ  naziri,  prezidentliyə  real  namizəd  Serj  Sarkisyan  Avropa 
Birliyinin  Cənubi  Qafqaz  üzrə  xüsusi  nümayəndəsi  Piter  Semnebi  ilə  görüĢündə 
bildirmiĢdir  ki,  Dağlıq  Qarabağ  münaqiĢəsinin  sülh  yolu  ilə  həlli  imkanları 
tükənməmiĢdir. 
Sarkisyanın  sözlərinə  görə,  bunun  üçün  Ermənistanın 
Azərbaycanın  ərazi  bütövlüyünü,  Azərbaycanın  isə  “Dağlıq  Qarabağ  xalqının  öz 
müəddəratını təyin etmə” hüququnu tanıması vacibdir. 


103 
 
Nə qədər qəribə səslənsə belə, Sarkisyanın bu bəyanatı onun Azərbaycanın 
rəsmi  mövqeyi  ilə  hesablaĢdığına  dəlalət  edir.  Əslində,  Azərbaycan  Prezidenti 
Ġlham  Əliyev  Ermənistanın  Azərbaycanın  ərazi  bütövlüyü  və  suverenliyini 
tanıması müqabilində rəsmi Bakının da Dağlıq Qarabağa ən yüksək status verməyə 
hazır  olduğunu  dəfələrlə  bəyan  etmiĢdir.  Dağlıq  Qarabağ  ermənilərinin  öz 
müqəddəratnı  təyinetmə  hüququna  gəlincə,  rəsmi  Bakı  bu  hüquqa  hörmətlə 
yanaĢır.  Milli  özünütəyin  -  öz  müqəddəratını  təyinetmə  prinsipi  hər  bir  xalqın 
beynəlxalq  hüquqda  təsbit  olunmuĢ  müstəsna  hüququdur.  Lakin  beynəlxalq 
normalara  görə,  müstəqil  dövləti  olmayan  xalqlar  da  müəyyən  hüquqi  çərçivədə 
müqəddəratlarını  təyin  etmək  iddiası  ilə  çıxıĢ  edə  bilərlər.  Erməni  xalqının  isə 
müstəqil  dövləti  var  və  bu  baxımdan,  Dağlıq  Qarabağdakı  separatçı  erməni 
rejiminin  belə  bir  iddia  ilə  çıxıĢ  etməsinin  hüquqi-siyasi  əsasları  yoxdur: 
“Azərbaycan  ikinci  erməni  dövlətinin  yaradılmasına  heç  vaxt  razılıq 
verməyəcəkdir.  Dağlıq  Qarabağda  yaĢayan  insanlara,  ermənilərə  və  oraya 
qayıdacaq  azərbaycanlılara  yüksək  özünüidarə  statusu  verilə  bilər.  Bu  barədə  də 
danıĢıqlar zamanı bütün mərhələlərdə - 1990-cı illərdə, indiki zəmanədə dəfələrlə 
Azərbaycan rəhbərliyi öz sözünü demiĢdir. Dünyada və Avropada olan ən yüksək 
muxtariyyət  statusu  öyrənilə  bilər,  -  daha  doğrusu,  biz  buna  hazırıq,  biz  buna 
gedəcəyik və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcə, eyni zamanda, nəhayət, 
bölgədə  sülh  yaranacaq  və  iki  ölkə  arasında  gələcəkdə  münasibətlər  normallaĢa 
bilər”. 
Azərbaycan  Prezidenti  Ġlham  Əliyev  hesab  edir  ki,  Dağlıq  Qarabağ 
ermənilərinin  “öz  müqqəddəratını  təyin  etməsi”  iddiası  reallıqdan  tamamilə 
uzaqdır. Cənab Ġlham Əliyevə görə, SSRĠ dağıldıqdan sonra separatizm postsovet 
məkanında  inanılmaz  dərəcədə  siyasətin  aparıcı  amilinə  çevrilmiĢ,  bəzi  hallarda 
hətta “milli-azadlıq hərəkatı” kimi qondarma və saxta məzmun almıĢdır. Reallıqda 
isə  bu  münaqiĢələrin  kökündə  millətlərin  öz  müqəddəratını  təyin  etməsi  arzusu 
deyil, ərazi ilhaqı, təcavüzkarlıq niyyəti dayanır. 
Ermənistan prezidenti Serj Sarkisyanın son açıqlaması təcavüzkar dövlətdə 
Azərbaycan Prezidentinin mövqeyinin qəbul olunduğunu, realist düĢüncə nümayiĢ 
etdirən,  yaranmıĢ  vəziyyətdən,  beynəlxalq  praktikanın  və  regionda  qüvvələr 
nisbətinin  dəyiĢməsi  reallıqlarından  düzgün  nəticə  çıxaran  siyasətçilərin 
mövqeyinin gücləndiyini göstərir. Serj Sarkisyanın elə həmin görüĢdə “siyasətçilər 
özlərində cəsarət tapıb xalqa həqiqəti deməlidirlər” fikri bir daha bunu sübut edir. 
Bir çox Ermənistan rəsmilərinin mövqeyi, bəyanatları artıq kəskinliyi ilə seçilmir, 
onlar dünya siyasətinin reallıqlarına, uyğun hərəkət etməyə baĢlayıblar. 2008-ci ilə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə