Erməni xəyanəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/49
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31237
1   ...   37   38   39   40   41   42   43   44   ...   49

94 
 
PA-da  fəaliyyət  göstərən  xüsusi  komissiyaya  məlumat  verəcəyəm  ki,  bu  əraziyə 
baxıĢ keçirsinlər”, - deyə Luis Mariya de Puç vurğulayıb. 
Milli  Məclisin  deputatı  Yevda  Abramov  isə  Qubada  yəhudilərin  qətlə 
yetirilməsi ilə bağlı  faktların  Ġsrail Knessetinin gündəliyinə salınması üçün israilli 
deputatlarla  müzakirələrin  aparıldığını  bildirib.  Qanlı  dərə  döyüĢündə  yəhudilərin 
ermənilər tərəfindən qətlə  yetirilməsi barədə sənədləri artıq  ABġ Senatına təqdim 
etdiyini  bildirən  Yevda  Abramov  onlarla  yəhudi  ailəsinin  ermənilər  tərəfindən 
soyqırımına  məruz  qaldığını  vurğulayıb.  Onun  sözlərinə  görə,  tarixi  sənədlər 
ümumilikdə 1918-ci il hadisələri zamanı ermənilər tərəfindən 101 yəhudi ailəsinin 
qətliama məruz qaldığını təsdiq edir. 
Erməni  faĢizminin  xislətini,  gerçək  mahiyyətini  çılpaqlığı  ilə  açan  Quba 
soyqırımı da məhz unudulması mümkün olmayan belə dəhĢətli hadisələrdəndir. 90 
il öncə belə amansız cinayətə rəvac vermiĢ ermənilər dünyanın ən əzazil, qəddar və 
qaniçən  milləti  olduqlarını,  terroru  dövlət  siyasətinə  çevirdiklərini  bir  daha 
təsdiqləmiĢlər. 
 
“Azərbaycan” qəzeti 
 
AZƏRBAYCANIN APARDIĞI MÜBARĠZƏ  
HAQQ-ƏDALƏT MÜBARĠZƏSĠDĠR 
 
KeçmiĢini  unudanı  gələcəyini  topa-tüfəngə  tutar,  -  deyiblər.  Tarix  boyu 
unutqanlığımız  bizə  baha  baĢa  gəlib.  Zaman-zaman  itirmiĢik,  itkilərimizə  yansaq 
da,  onu  yenidən  təkrarlamıĢıq,  yenidən  həmin  səhvləri  təkrar  etmiĢik.  Vaxtilə 
Göyçəni  də,  Zəngəzur  mahalını  da  beləcə  bağıĢlamıĢıq.  Vətən,  torpaq  niskili  bizi 
için-için  göynətsə  də,  Sovet  rejiminin  “bir  ailənin  üzvüyük”  prinsipindən  kənara 
çıxa  bilməmiĢik.  Dəfələrlə,  təkcə  bir  əsrdə  dörd  dəfə,  soydaĢlarımız  öz  doğma, 
dədə-baba ocaqlarından, ev-eĢiklərindən deportasiyaya məruz qalıblar. 
Ġrəvanda  soydaĢlarımıza  divan tutublarsa, biz  isə  onlara  “gözün  üstə  qaĢın 
var”  -  deməmiĢik.  Bir  balaca  xətirlərinə  dəyən  olubsa,  həmin  andaca  havadarları 
tapılıb.  Vaxtı  ilə  Azərbaycan  KP  MK-da  iĢləyən  bir  nəfərin  müsahibəsində 
deyilirdi ki, Mircəfər Bağırov birinci katib olanda bir erməni qadınını (MK-nın adı 
iĢçisi  olub)  iĢdən  çıxarmıĢdı.  Moskvadan  Mikoyan  Bağırova  zəng  vuraraq:  “Sən 
orada milli ayrı-seçkilik edirsən”, - deyə etirazını bildirmiĢdi. HəmiĢə belə olub və 
Qarabağın  erməniləĢməsi  siyasətini  də,  necə  deyərlər,  burnumuzun  ucunu  da 
görməmiĢik.  Gevorkov  kimilər  uzun  müddət  Qarabağa  rəhbərlik  edib,  sözün  əsl 
mənasında, Ģovinist siyasəti aparıb, azərbaycanlıları daim gözümçıxdıya salıb... 


95 
 
Zaman göstərdi ki, erməniləĢmə siyasəti bizə çox baha baĢa gəldi. Ayılanda 
bircə  onun  Ģahidi  olduq  ki,  evimizin  yuxarı  baĢında  əyləĢdirdiyimiz  “qonaq” 
evimizi  əlimizdən  almaq  istəyir.  Elə  də  oldu.  Azərbaycanın  cənnət  guĢəsi  sayılan 
Qarabağ əldən getdi. 
1993-cü ildə xalqın yekdil tələbi, təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdan 
Heydər  Əliyev,  Qarabağ  məsələsinin  həllində,  yaranmıĢ  qarıĢılıqda  çətinliklərlə 
üzləĢdi. 
Azərbaycan  hərbi  bir 
“poliqon”u  xatırladırdı.  ÖzbaĢınalıq, 
hakimiyyət 
sizlik 
son 
həddə 
çatmıĢdı.  Əli  silahlı  dəstələr,  belə 
demək  mümkünsə,  qardaĢ  qardaĢla 
üz-üzə  dayanmıĢdı.  Nəhayət,  böyük 
həyat  təcrübəsinə,  zəngin  biliyə 
malik  olan  ümummilli  liderimiz  bu 
özbaĢınalığa  son  nöqtə  qoya  bildi. 
Həmin  zaman  on  vacib  addım  hesab 
olunan atəĢkəsə nail oldu, heç nədən 
hərbi  təlim  görməyən,  silahla  davranmağın  nə  olduğunu  bilməyən  gənclərimizi 
ölümün  pəncəsindən  qurtardı.  Heydər  Əliyev  gözəl  baĢa  düĢürdü  ki,  Azərbaycan 
təkcə erməni əsgərləri ilə yox, rus hərbi birləĢmələri ilə də müharibə aparır. 
Biləcəridən  o  yana  səsi  çatmayan  Azərbaycan  dünya  qarĢısında  aciz 
qalmıĢdı.  Bütün  dünyaya  “qanqal”  kimi  səpələnən  ermənilər  isə  öz  lobbilərinin 
gücü hesabına böyük ustalıq və bicliklə dünya ictimaiyyətini çox böyük məharətlə 
aldada bilirdi. Heç kəsə, heç yana səsimiz çatmırdı,  əslində bu səsi eĢidən də  yox 
idi.  Heydər  Əliyev  Azərbaycan  xəritəsini  özü  ilə  birlikdə  bütün  dünyanı  dolaĢdı, 
əlində  çubuq  bütün  dünyaya  baĢa  saldı  ki,  bizim  dərdlərimz  nədir.  Hər  yerdə  də 
erməni  lobbisinin  gücünü  görən  dahi  Ģəxsiyyət  bütün  dünyaya  səpələnən  50 
milyonluq  azərbaycanlılara  üz  tutdu,  onları  sınaq  hədəfinə  çəkdi.  Bakıda  Dünya 
Azərbaycanlılarının  I  Qurultayı  çağırıldı.  Bu,  Azərbaycan  üçün  çox  böyük  tarixi 
hadisə idi. 
Ümummilli  liderimiz  dünyada  Azərbaycan  diasporunun  yaranmasını 
qarĢıya vacib bir məsələ kimi qoydu. Az bir zaman ərzində Azərbaycanı dünyaya, 
dünyanı Azərbaycana tanıtdı. Və sübut etdi ki, iĢimiz haqq-ədalət iĢidir. Bizim heç 
kəsin  torpağında  gözümüz  yoxdur.  Dünyanı  buna  inandırdı.  Amma  nə  etmək 
olardı,  dünyanın  özündə  də  bir  haqsızlıq  kabusu  dolaĢmaqdadır,  dünya  özü  də 
həqiqəti eĢitməkdə və görməkdə aciz və gücsüzdür. 


96 
 
Çox təəssüf ki, torpaqlarımız azad olunacağı günü  ümumilli liderimiz görə 
bilmədi, necə deyərlər, baĢlanan iĢi sona çatdıra bilmədi. 
Prezident  Ġlham  Əliyev  2003-cü  ilin  seçki  kampaniyası  dövründə  elan 
etmiĢdi ki, əgər Azərbaycan xalqı ona etibar edərsə, ona səs verərsə, prezident kimi 
fəaliyyətinin əsas istiqamətlərindən biri - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 
münaqiĢəsinin  sülh  yolu  ilə  həlli  məsələsi,  qaçqınların,  məcburi  köçkünlərin  öz 
doğma  yurd-yuvalarına  qaytarılması  olacaqdır.  Öz  sözünə,  verdiyi  vədinə  əməl 
edən  prezident  Qarabağ  məsələsinin  həllini  daim  diqqət  mərkəzində  saxlamıĢ, 
bütün xarici səfərlərində, görüĢlərində, dünya diplomatları ilə apardığı danıĢıqlarda 
həmiĢə Qarabağ münaqiĢəsini, qaçqın-köçkün problemini önə çəkmiĢdi. 
“Dağlıq Qarabağ torpağı  Azərbaycan torpağıdır. Azərbaycan torpaqlarında 
ikinci  erməni  dövlətinin  yaranmasına  heç  vaxt  imkan  verməyəcəyik.  Mən  çox 
Ģadam  ki,  Azərbaycan  cəmiyyətində  bu  məsələ  ilə  bağlı  heç  bir  fikir  ayrılığı 
yoxdur.  Bəzi  hallarda  opponentlərimiz  istəyirlər  bizi  tənqid  etsinlər  ki,  Qarabağ 
məsələsi  niyə  həll  olunmur.  Ona  görə  həll  olunmur  ki,  bizi  qane  etməyən 
razılaĢmaya  heç  vaxt  getməyəcəyik.  Ona  görə  həll  olunmur  ki,  bütün  təzyiqlərə 
baxmayaraq,  prezident  kimi  mən  Azərbaycan  dövlətinə,  Azərbaycan  xalqına  sərf 
etməyən  razılaĢmalara  getməyəcəyəm”.  Bu  fikirlərin  müəllifi  olan  cənab  Ġlham 
Əliyev  prezident  səlahiyyətlərini  icra  etdiyi  dövr  ərzində  bütün  istiqamətlər  üzrə 
xalqa verdiyi vədləri yerinə yetirir, sözü ilə əməlinin düz olduğunu öz əməli iĢi ilə 
sübut  etmiĢdir.  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqiĢəsinin 
Azərbaycan  Respublikasının  suverenliyinə  və  ərazi  bütövlüyünə  riayət  edilməsi 
əsasında  diplomatik  vasitələrin  həlli,  demək  olar  ki,  cənab  Ġlham  Əliyevin  xarici 
siyasətinin prioritetidir. 
Azərbaycan  Prezidenti  bütün  siyasi  və  diplomatik  vasitələrdən  istifadə 
edərək, problemin konstruktiv həllinə çalıĢdığını aydın və birmənalı Ģəkildə dünya 
ictimaiyyətinə  nümayiĢ  etdirir.  “Nə  vaxt  Azərbaycanın  iĢğal  olunmuĢ  torpaqları 
düĢmən  tapdağından  qurtaracaq,  məcburi  köçkünlərimiz  öz  isti  ocaqlarına 
qayıdacaq,  bax  onda  Dağlıq  Qarabağın  statusuna  baxılacaq”,  -  söyləyən  ölkə 
baĢçısı  həmiĢə  Azərbaycanın  mövqeyinin  beynəlxalq  hüquq  normalarına 
əsaslandığını,  apardığımız  mübarizənin  haqq  və  ədalətli  olduğunu  söyləmiĢdir. 
Ermənistanın  isə  konstruktiv  danıĢıqlardan  boyun  qaçırması,  iĢğalçılıq  siyasətini 
durmadan  davam  etdirməsi  beynəlxalq  təĢkilatların,  bir  sözlə  bütün  dünyanın 
diqqətindən  yayınmır.  MünaqiĢə  ilə  bağlı  məsələnin  BirləĢmiĢ  Millətlər 
TəĢkilatının  BaĢ  Assambleyasının  59-cu  sessiyasının  gündəliyinə  salınması, 
Avropa  ġurasının  2005-ci  il  yanvar  sessiyasında  Ermənistan-Azərbaycan,  Dağlıq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə