Erməni xəyanəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/49
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31237
1   ...   35   36   37   38   39   40   41   42   ...   49

90 
 
bugünün  özündə  də  qabarıq  görünür.  Məzarlıqda  bütöv  insan  skeletinə  rast 
gəlinməməsi  isə  deməyə  əsas  verir  ki,  soyqırımı  zamanı  qətlə  yetirilən  insanların 
cəsədləri  müxtəlif  hissələrə  parçalanıb.  Quba  qəzası  əhalisinin  qətliamı  zamanı 
əsasən  soyuq  silahlardan  -  kəsici,  deĢici  və  küt  alətlərdən  istifadə  edildiyindən 
arxeoloji qazıntı iĢləri zamanı güllə gilizləri tapılmayıb. 
Məzarlıqdakı insan sümüklərini yaxından izləyərkən məlum olur ki, erməni 
cəlladları  qətliam  zamanı  əsasən  balta  və  mismarlardan  istifadə  ediblər.  1918-ci 
ilin  mayında  erməni  general  Hamazaspin  rəhbərliyi  altında  Qubanı  iĢğal  etmiĢ 
daĢnak-erməni  dəstələri  bir  neçə  gün  ərzində  dinc  əhalini  öldürmək  üçün  xüsusi 
zorakılıqlara, iĢgəncə metodlarına əl atıblar. O dövrün Ģahidlərinin sözlərinə görə, 
azğınlaĢmıĢ silahlı dəstələr hətta ahıllara, qadınlara və qocalara də rəhm etməmiĢ, 
onları  olmazın  iĢgəncələrlə  öldürməkdən  həzz  almıĢlar.  Arxeoloq  alimin 
bildirdiyinə  görə,  ermənilər  çoxlu  sayda  dinc  sakini  vaxtı  ilə  Qudyalçaya  yaxın 
ərazidə  yerləĢmiĢ  hamamda  buxarla  boğaraq  cəsədlərini  arabalarda  çay  sahilinə 
gətirmiĢlər.  Quyulardakı  insan  kəllələrinin  əza  sümüklərinin  büzüĢməsi  insanların 
məhz boğularaq öldürülüyünün əlamətidir. Eyni zamanda, Quba sakinlərinin böyük 
qismi  məhz  Qudyalçayın  kənarına  gətirilərək  xüsusi  amansızlıqla  öldürülüb.  Bu 
zaman onların alın hissəsinin sağ tərəfinə balta ilə zərbələr vurulub. Daha dəhĢətli 
iĢgəncə  forması  isə  mismarla  insanların  gicgah  və  beyin  hissələrinin  deĢilməsi 
olub.  Qazıntı  iĢlər  zamanı  onlarla  kəllə  sümüyünü  dəlib  deĢmiĢ,  kustar  formada 
hazırlamıĢ mismarlar aĢkar edilib. 
Həmin  dövrdə  erməni  vandalizminin  qurbanları  təkcə  dinc  azərbaycanlılar 
deyil,  həm  də  digər  millətlərin  nümayəndələri  də  olmuĢlar.  AparılmıĢ  arxeoloji 
qazıntılar  zamanı  onlarla  kəllə  sümüyünün  digər  millətlərə  məxsus  olması  üzə 
çıxıb. Bu sırada yəhudi və ləzgilər üstünlük təĢkil edirlər. 
Tarixi faktlar göstərir ki, daĢnak-bolĢevik silahlı birləĢmələrinin 1918-ci ilin 
martından  etibarən  azərbaycanlılara  qarĢı  həyata  keçirdikləri  dəhĢətli  soyqırımı 
aktının qurbanları sırasında Quba qəzasının sakinləri də olmuĢlar. Həmin vaxt Xalq 
Komissarları  Sovetinin  sədri  Stepan  ġaumyan  və  hərbi  komissar  Korqanovun 
tapĢırığı  əsasında  erməni  generallar  Hamazasp  Azərbaycanın  Ģimalında,  Lalayan 
isə  mərkəzi  və  cənub  rayonlarında  “sovet  hakimiyyəti  qurmaq”  adı  altında 
insanlara qarĢı misli görünməmiĢ vəhĢiliklər törətmiĢlər. Amansız üsullarla kütləvi 
qırğın  törətmiĢ  erməni  general  Hamazasp  ġaumyana  ünvanladığı  məktubda  təkcə 
Quba qəzasında 10 mindən artıq müsəlmanı qətlə yetirdiyini fəxrlə yazır. Müxtəlif 
tarixi  mənbələrə  əsasən,  Hamazaspin  baĢçılıq  etdiyi  hərbi  dəstə  Quba  qəzasında 
ümumilikdə  40  minə  yaxın  dinc  əhaliyə  divan  tutub.  Təkcə  Quba  Ģəhərində  1800 


91 
 
uĢaq,  2000-ə  yaxın  qoca  və  yaĢlı  qadın  qətlə  yetirilib.  Həmin  insanlardan  3  mini 
Qubanın Ģimal hissəsindəki Qudyalçay sahilində basdırılıb. 
BDU-nun professoru, tarix elmləri doktoru Anar Ġsgəndərov tədqiqatlarında 
yazır  ki,  daĢnak-bolĢevik  qoĢunları  ġamaxını  iĢğal  etdikdən  sonra  mayın 
əvvəllərində  Quba  qəzasına  daxil  olmuĢlar.  Xaçmazda  yaĢayan  ermənilər 
əvvəlcədən  bu  barədə  xəbərdar  edilmiĢ,  onlara  xeyli  əlavə  silah  və  sursat 
göndərilmiĢdi. Quba faciəsi sırf siyasi məqsəd daĢımıĢ, qırğınlarda erməni daĢnak 
qüvvələri  ilə  yanaĢı,  bolĢevik  əsgərləri  də  iĢtirak  etmiĢlər.  Bu  qırğınlarda  əsas 
məqsəd  Azərbaycanda  müsəlman  əhalini  məhv  edərək  sovet  rejimi  qırmaq  idi. 
Buna  rəhbərlik  edən  ġaumyan  isə  Cənubi  Qafqazda,  “böyük  Ermənistan”  dövləti 
yaratmaq üçün bütün imkanlardan istifadə edirdi. 
AraĢdırmalar göstərir ki, Quba qəzasında qırğınlar əvvəlcədən düĢünülüb və 
buna  geniĢ  hazırlıq  iĢləri  görülüb.  Həmin  dövrdə  qırğına  baĢlamaq  üçün  bəhanə 
yalnız  milli  münaqiĢə  ola  bilərdi.  Erməni  daĢnak  qüvvələri  dünyanın  hər  yerinə 
ermənilərin  guya  müsəlmanlar  tərəfindən  sıxıĢdırıldığı  barədə  teleqramlar 
göndərirdilər.  Hamazasp  ġaumyandan  Quba  qəzasında  bütün  müsəlmanları  qırıb 
məhv  etmək,  yaĢayıĢ  məntəqələrini  dağıtmaq,  sonra  isə  bu  qırğını  sünni  və  Ģiə 
məzhəbləri  arasında  toqquĢma  kimi  qələmə  vermək  tapĢırığını  almıĢdı.  Qubada 
yaĢayan  M.Kasparov,  H.Hayrapetov,  A.Mikoyan  və  A.Boqdanov  tərəfindən 
göndərilmiĢ  teleqramda  iddia  olunurdu  ki,  müsəlmanlar  guya  milli  ədavət,  milli 
qırğın  törədir,  erməni  və  rus  kəndlərini  dağıdır,  kilsələrə  od  vurub  yandırırlar. 
1918-ci  il  martın  əvvəllərində  əmlaklarını  sataraq  Qubadan  tələsik  çıxıb  gedən 
varlı  ermənilərdən  bunun  səbəbini  soruĢduqda  onlar  demiĢdilər  ki,  “sizinlə  bizim 
aramıza nə isə gözlənilir, ona görə də komitə bizi geri çağırır”. 
Ermənilər  bolĢeviklərin  köməyi  ilə  Quba  qəzasında  üç  dəfə  qırğın 
törətmiĢlər.  Qubaya  hücum  edənlər  içərisində  özünü  bolĢevik  kimi  qələmə  verən 
və  2  min  əsgərə  baĢçılıq  edən  David  Gelovanidən  baĢqa,  bolĢevik  Srurua  da  var 
idi.  Onlardan  əvvəl  isə  Muradyanın  rəhbərlik  etdiyi  2  min  erməni  əsgəri  Quba 
qəzasında  qırğın  törətmiĢdi.  Həmin  dəstə  Birinci  dünya  müharibəsində  özünü  rus 
çarizminin  ən  yaxın  müttəfiqi  kimi  qələmə  venııiĢ  “DaĢnaksütyun”  partiyasının 
əsgərlərindən ibarət idi. 
D.Gelovani  Qubaya  gələndə  buradakı  həbsxanada  saxlanılan  200-dək 
erməni  hərbi  əsirini  azadlığa  buraxmıĢdı.  Fövqəladə  Təhqiqat  Komissiyasının 
sənədlərindən və Ģahid ifadələrindən aydın olur ki, həbsxanadakılar ilin  əvvəlində 
bölgədə  vəhĢiliklər  törətmiĢ  erməni  əsgərlərinin  bir  hissəsi  idi.  O  vaxt  qusarın 
Kuzun  kəndinin  sakini,  Türkiyədə  təhsil  almıĢ  nüfuzlu  din  xadimi  Möhübəli 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə