Erməni xəyanəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/49
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31237
1   ...   38   39   40   41   42   43   44   45   ...   49

97 
 
Qarabağ  münaqiĢəsilə  bağlı  qəbul  edilən  qətnamədə  Azərbaycan  torpaqlarının 
ermənilər tərəfindən iĢğal olunma faktının təsdiqlənməsi, eyni zamanda, BMT-nin 
Dağlıq  Qarabağ  münaqiĢəsi  ilə  bağlı  qəbul  etdiyi  dörd  qətnamənin  yerinə 
yetirilməsi  tələbinin  səslənməsi  Azərbaycan  diplomatiyasının  xarici  siyasət 
sahəsində  əldə  etdiyi  ən  mühüm  nailiyyətlərindən  sayıla  bilər.  Mənfur 
düĢmənlərimiz  həmiĢə  bizi  provakasiyalara  çəksə  də,  Azərbaycan  xalqı  sülh 
tərəfdarı  olmuĢ  və  bu  problemi  sülh  yolu  ilə  həll  etmək  niyyətində  olduğunu 
bildirmiĢdir.  Azərbaycan  Prezidenti  də  həmiĢə  öz  xalqının  fikir  və  mövqeyini 
nəzərə  almıĢdır.  Dəfələrlə  ən  yüksək  səviyyəli  görüĢlərində  Ermənistan-
Azərbaycan,  Dağlıq  Qarabağ  münaqiĢəsi  yalnız  və  yalnız  Azərbaycanın  ərazi 
bütövlüyü  çərçivəsində  öz  həllini  tapa  bilər,  -  söyləməklə  prinsipial  mövqedə 
olmasını  bir  daha  sübut  etmiĢdir.  Amma  çox  təəssüf  ki,  Ermənistanın  qeyri-
konstruktiv  mövqeyi,  danıĢıqların  hər  dəfə  bir  bəhanə  ilə  yarımçıq  kəsilməsi, 
həmin  ölkənin  prezidentlərinin  qeyri-ciddi  mövqeyi  bu  məsələnin  sülh  yolu  ilə 
həllinə  imkan  vermir.  Bütün  bunlar  dünya  ictimaiyyətinin,  xüsusilə  bu  məsələdə 
maraqlı  tərəf  kimi  çıxıĢ  edən  dünyanın  aparıcı  dövlətlərinin  də  ümidlərini  puça 
çıxarır.  Aydındır  ki,  bu  münaqiĢə  indi  təkcə  Azərbaycan  və  erməni  xalqının 
problemi deyil, beynəlxalq ictimaiyyətin problemi olmuĢdur. 
Hazırda dünyanın maraqlarının cəmləĢdiyi mərkəzlərdən biri də Qərb-ġərq 
dəhlizində  yerləĢən  Xəzər  hövzəsidir.  Xəzərin  sərvətlərinin  dünyaya  çıxıĢı  - 
Azərbaycan  ərazisi  ilə,  Bakı-Tbilisi-Ceyhan,  Bakı-Tbilisi-Ərzurum  kəmərləri 
vasitəsilə  həyata  keçirilir.  Odur  ki,  Qarabağ  problemi  beynəlxalq  aləmin 
təhlükəsizliyinə, iqtisadi maraqlara qarĢı yönələn təhlükədir. Deməli, bu problemin 
sülh yolu ilə həllinə bütün dünya maraqlıdır. 
Göründüyü kimi, bu gün Azərbaycan sürətlə inkiĢaf edir, regionun ən güclü 
dövlətinə  çevrilir.  Cənubi  Qafqaz  regionunda  həyata  keçirilən  beynəlxalq 
layihələrdə  yalnız  iĢtirakçı  yox,  sözün  əsl  mənasında,  söz  sahibi  kimi  çıxıĢ  edir. 
Deməli, Azərbaycan problemi beynəlxalq hüquq normaları  əsasında həll etmək və 
ərazi  bütövlüyünün  bərpa  etmək  üçün  həm  mənəvi,  həm  hüquqi,  həm  də  hərbi 
imkanlara  malikdir.  Prezident  Ġlham  Əliyev  demiĢdir:  “BeĢ  il  bundan  əvvəl 
Ermənistan  və  Azərbaycanın  iqtisadiyyatı  təxminən  eyni  səviyyədə  idi.  Bu  gün 
bizim  iqtisadiyyatımız  onların  iqtisadiyyatından  7  dəfə  böyükdür.  BeĢ  il  bundan 
əvvəl  büdcə  xərclərimiz  təxminən  eyni  idi.  Bu  gün  bu  sahədə  7  dəfə  fərq  var. 
Azərbaycan  dünya  və  Avropa  üçün  əhəmiyyətli  ölkəyə  çevrilir.  Azərbaycan  çox 
zəngin neft, qaz ehtiyatlarına malikdir. 


98 
 
Hamı  artıq  bilir  ki,  dünyanın  gündəliyində  enerji  məsələləri  bir  nömrəli 
məsələlərdir.  Ġndi  enerji  məsələlərini  beynəlxalq  təĢkilatlarda  və  aparıcı  ölkələrdə 
təhlükəsizlik  məsələsi  kimi  qəbul  edirlər.  Bu  resurslar  bizdə  var.  Biz  artıq 
dünyanın,  Avropanın  təhlükəsizliyi  üçün  iĢlər  görürük.  Biz  Bakı-Tbilisi-Ceyhan, 
Bakı-Tbilisi-Ərzurum  kimi  nəhəng  layihələri  icra  etmiĢik.  Biz  nəqliyyat  üçün 
tranzit ölkəyə çevrilirik. Ermənistanda bunların heç biri yoxdur və gələcək inkiĢaf 
perspektivləri də yoxdur, iqtisadi inkiĢaf üçün heç bir zəmin yoxdur”. 
Əslində  heç  bir  ölkə  tərəfindən  müstəqil  respublika  kimi  qəbul  edilməyən 
Dağlıq Qarabağ artıq dünya birliyində müstəqil respublika kimi yox, Azərbaycanın 
tərkib  hissəsi  kimi  tanınır  və  belə  qəbul  olunur.  Odur  ki,  bu  vaxta  kimi  Dağlıq 
Qarabağda  keçirilən  bütün  seçkilər  beynəlxalq  qurumlar  tərəfindən  tanınmayıb. 
Dünyanın  super  dövlətləri  -  ABġ,  Fransa  kimi,  NATO,  Avropa  Ġttifaqı,  Ġslam 
Konfransı  TəĢkilatı  kimi  nüfuzlu  beynəlxalq  təĢkilatları  birmənalı  olaraq 
Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaĢmıĢ, Dağlıq Qarabağ münaqiĢəsini 
ATƏT-in Minsk qrupu çərçivəsində, sülh yolu ilə həlli prosesini dəstəklədiklərini 
bəyan  etmiĢlər.  Separatçıların  Dağlıq  Qarabağda  bu  günədək  keçirdikləri  bütün 
seçkilər  dünyanın  gülüĢ  hədəfinə  çevrilmiĢ,  sanki  bir  uĢaq  oyunu  kimi  qəbul 
olunmuĢdur.  ABġ-ın  Dövlət  Departamenti  dəfələrlə  belə  bir  bəyanatla  çıxıĢ 
etmiĢdir:  “BirləĢmiĢ  ġtatlar  “Dağlıq  Qarabağ  Respublikası”nı  və  orada  keçirilən 
“seçkilər”i tanımır, Azərbaycanın ərazi bütövlüyünə  hörmətlə  yanaĢır”. Həmçinin 
Ġslam  Konfransı  TəĢkilatı  da  bəyanat  yaymıĢdır  ki,  Azərbaycanın  Ermənistan 
tərəfindən iĢğal olunmuĢ Dağlıq Qarabağ bölgəsində qondarma seçkilər beynəlxalq 
hüquq normalarının və prinsiplərinin kobud Ģəkildə pozulmasıdır, davam edən sülh 
danıĢıqlarına  əngəl  törədir.  Bu  səbəbdən  seçki  və  onun  nəticələri  heç  bir  hüquqi 
qüvvəyə malik deyildir. 
Bunlar göstərir ki, bütün dünya Dağlıq Qarabağ bölgəsini və onun ətrafında 
baĢ  verən  münaqiĢənin  Azərbaycanın  ərazi  bütövlüyünə  hörmət,  beynəlxalq 
səviyyədə tanınmıĢ sərhədlərinin toxunulmazlığı səviyyəsində yanaĢır. 
Ġndi  Azərbaycan  təkcə  iqtisadi  göstəricilərinin  artımına  deyil,  hərbi 
qüdrətinin möhkəmlənməsinə çalıĢır. Qüdrətli ordusu olan ölkə heç vaxt basılmaz. 
Əgər  sabah  lazım  gəlsə,  iĢğal  olunmuĢ  torpaqlarımızı  ordumuzun  gücü  ilə  azad 
etməyə  qadir  olmalıyıq.  Gec-tez  məcuri  köçkünlərimiz  öz  doğma  yurdlarına,  isti 
od-ocaqlarına qayıtmalıdırlar. Mənfur qonĢular Azərbaycan torpağında yeni erməni 
dövləti  yaratmaq  fikrindən  əl  çəkməli,  dünya  birliyinin  fikrinə  hörmətsiz 
münasibətə birdəfəlik son qoymalıdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə