Erməni xəyanəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/49
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31237
1   ...   41   42   43   44   45   46   47   48   49

106 
 
ermənilərinki  olması  üçün  lazım  olan  hər  Ģeyi  birlikdə  edəcəyik”.  Görünür, 
qarĢılıqlı  əməkdaĢlıq  dedikdə  pul  dilənməyi  baĢa  düĢmək  lazımdır:  dünya 
ermənilərinin  “Hayastan”  fondu Ermənistanın və Dağlıq Qarabağın  kəndləri  üçnü 
artıq  1,4  milyon  avro  vəsait  toplanmıĢdır.  Avropa  fonetonunun  (15-18  noyabr) 
nəticələrinə  görə,  1,1  milyon  avro  toplanmıĢdır.  Argentinada  foneton  nəticəsində 
250  min  dollar  yığılmıĢdır.  Bu  da  son  hədd  deyildir.  Valyuta  toplanması  davam 
edir.  Xatırladaq  ki,  2006-cı  il  noyabrın  23-də  keçirilmiĢ  telemarafor  zamanı  13,7 
milyon  dollar  ianə  edilmiĢdir.  Bu  pulların  silah  alınması  və  miskin  bir  görkəm 
alaraq xaricdəki soydaĢlarına əl açan, onların gözlərini yaĢardan, eyni zamanda öz 
separatçılıq hərəkətlərinə azərbaycanlılarla birgə yaĢamağın mümkün olmaması ilə 
bəraət  qazandırmağa  çalıĢan  dünya  miqyaslı  dilənçi  Bako  Saakyanın  arzuladığı 
“güclü ordu” yaradılmasına sərf edilməyəcəyinə heç bir zəmanət yoxdur. 
Ermənistanın  baĢ  naziri  bu  məsələdə  daha  irəli  gedərək,  Qarabağ 
münaqiĢəsinin səbəbini dini amillə izah etmiĢdir. 
“Biz  uzun  müddət  bu  amili  nəzərə  almamağa,  onun  barəsində 
danıĢmamağa,  çalıĢmıĢıq,  özü  də  təkcə  Türkiyə  ilə  münasibətlərdə  deyil,  qonĢu 
Azərbaycanla  münasibətlərdə  də.  Lakin  bizim  istəyimizə  rəğmən,  bu  amil 
mövcuddur  və  o,  kifayət  qədər  sanballı  amildir.  Əgər  bu  məsələyə  minilliklər 
kəsiyində  baxsaq,  bəlkə  də,  bizim  münaqiĢənin  yeganə  səbəbi  dini  amildən 
ibarətdir”.  Bu  sözlər  Serj  Sarkisyanın  “Los  Angeles  Times”  qəzetinin  redaksiya 
Ģurası üzvləri ilə görüĢünün stenoqramından götürülmüĢdür. 
Ermənistanın  baĢ  naziri  sonradan  özünün  bu  sözlərindən  imtina  edərək 
bildirmiĢdir  ki,  onun  dediklərini  düzgün  yazmamıĢlar  ki,  Qarabağ  problemi  dini 
zəminə  malikdir.  Lakin  onun  iddiasına  görə,  Qarabağ  mübarizəsində  dini  amil  də 
vardır. Ermənistandakı bütün kütləvi informasiya vasitələri və ABġ-ın bəzi nəĢrləri 
onun bu sözlərini sitat gətirmiĢdir. Bununla da xoruzun quyruğu göründü. 
“Ġsrail-Azərbaycan” Beynəlxalq Assosiyasının baĢ direktoru Lev Spivak bu 
“problem”  barədə  öz  mövqeyini  belə  səciyyələndirmiĢdir.  “Tolerantlıq”  - 
Azərbaycan xalqının səciyyəvi cəhətdir və bu fikrə yalnız obyektiv informasiyaya 
malik  olmayan  adam  etiraz  edə  bilər.  Statistik  məlumatlara  görə,  Azərbaycanda 
141 xalqın nümayəndələri yaĢayır, onlardan 22-si yığcam halda məskunlaĢmıĢdır. 
Səciyyəvi  haldır  ki,  əsrlər  boyu  etnik  azərbaycanlılarla  yanaĢı  yaĢayan  bu  xalqlar 
assimilyasiyaya  məruz  qalmamıĢdır,  onların  hər  biri  öz  dilini,  ənənələrini, 
mədəniyyətini qoruyub saxlamıĢdır”. 
Ġndi  isə  Azərbaycan  dağ  yəhudiləri  icmasının  sədri  Semyon  Ġxilovun  bu 
barədə  fikirləri  ilə  tanıĢ  olun:  “Bizdə  tolerantlıq  o  qədər  yüksəkdir  ki,  o,  bütün 


107 
 
dünya  üçün  nümunədir.  Dinlərarası  münaqiĢələrə  gəldikdə  isə,  mən  bu  yaĢımda 
Azərbaycanda  belə  münaqiĢələr  olmasını  xatırlamıram.  Necə  demək  olar  ki, 
Azərbaycanda hansısa bir dinə təzyiq göstərilir? Məgər bu həqiqətdir? Hamımızın 
yaxĢı yadındar ki, ermənilər burada hamıdan yaxĢı yaĢayırdılar: Onların Bakının ən 
yaxĢı  rayonlarındakı  ən  yaxĢı  mənzillərdə  yaĢayır,  idarəetmə  orqanlarında, 
tikintidə, xidmətlər sahəsində, iri sexlərdə rəhbər vəzifələr tuturdular...” 
Noyabrın 16-da Bakıda Beynəlxalq tolerantlıq gününə həsr edilmiĢ konfrans 
keçirilmiĢdir. 
Qafqaz  Müsəlmanları  Ġdarəsinin  sədri  A.PaĢazadə  öz  çıxıĢında  demiĢdir, 
“Etnik və dini cəhətdən rəngarəng dövlət olan ölkəmizdə azərbaycanlılarla yanaĢı, 
müxtəlif  baĢqa  millətlərin  nümayəndələri  də  əsrlər  boyu  yaĢamıĢlar.  Son  günlər 
Ermənistanın rəhbər dairələri Qarabağ probleminin guya din amili ilə bağlı olması 
barədə  tamamilə  cəfəng  sərsəm  fikirlərə  söyləyirlər”.  A.PaĢazadə  ermənilərin  bu 
məkrli  hərəkətlərinə  katolikos  I  Vazgenin  sözləri  ilə  cavab  vermiĢdir:  “Qarabağ 
münaqiĢəsinin  dinlərarası  konflikt  kimi  təqdim  olunması  cəhdləri  qəti 
yolverilməzdir və bunu edənlər Yaradan qarĢısında ən ağır günah iĢlətmiĢ olurlar”. 
Hədsiz  ambisiyaları  ucbatından  özləri  özlərini  çıxılmaz  vəziyyətə  salmıĢ 
ermənilər onların fikrincə, sonuncu dəlilə - XXI əsr üçün əsla məqbul olmayan din 
amilinə  əl  atmağı  qərara  almıĢ  və  islam  ilə  xristianlıq  arasında  qarĢıdurma 
yaratmaq  həddinə  yuvarlanmıĢlar.  Görünür  ki,  onlar  dünyada  baĢ  verən 
proseslərdən  bixəbərdirlər  və  inkiĢaf  etmiĢ  dövlətlərin  xüsusi  əhəmiyyət  verdiyi 
prinsiplərdən çox uzaq düĢmüĢlər. 
Ġsraildəki “IC rublic relations research”  institutunun direktoru, informatika 
üzrə  professor  Lev  Spivak  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqiĢəsi 
problemindən  danıĢarkən  demiĢdir:  “Separatçı  və  terrorçu  təĢkilatların  əksəriyyəti 
öz hərəkətlərinə bəzən çox bəlağətli və inandırıcı təsir bağıĢlayan tarixi ritorika ilə 
bəraət  qazandırmağı  üstün  tutur,  bu  halda  “azadlıq”,  “ədalət”,  “tapdalanmıĢ  milli 
ləyaqət”  və  s.  kimi  yüksək  anlayıĢlardan  bacarıqla  istifadə  edirlər.  bizim  ulu 
babalarımız separatçılarla heç vaxt danıĢıq aparmamıĢlar”. 
Məlum  olmuĢdur  ki,  siyasi  tədbirlər  üzrə  Ermənistan-Amerika  komissiyası 
(ARMENPAC)  əsasən  ABġ  prezidenti  vəzifəsinə  namizədlərə  göndərilməsi 
nəzərdə  tutulan  anketlər  hazırlamıĢdır.  Həmin  namizədlər  ermənilər  üçün  “Həyati 
əhəmiyyət”  kəsb  edən  “erməni  soyqırımı”,  “Dağlıq  Qarabağ  münaqiĢəsinin 
tənzimlənməsi”  və  bir  sıra  baĢqa  məsələlər  barədə  özlərinin  dəqiq  mövqeyini 
göstərməlidirlər. Doğrudan da, həyasızlığın həddi olmazmıĢ... 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə