Erməni xəyanəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/49
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31237
1   ...   33   34   35   36   37   38   39   40   ...   49

86 
 
proseslərlə  bağlı  dərc  olunmuĢ  məqalələrdən  birində  də  tapıb.  BaĢqa  sözlə, 
məluamatın dezinformasiya olmasına dair Ģübhəhərə yer yoxdur. 
“AkĢam”  qəzetinin  yazdığına  görə,  “PKK  erməni  diasporu  ilə  əlaqələr 
yaratmağa  müvəffəq  olub.  Plana  əsasən,  terrorçular  Avropa  ölkələrindən  birinə, 
oradan  isə  Ermənistana  gələcək,  buradan  Azərbaycanın  iĢğal  olunmuĢ  ərazilərinə 
ötürüləcəklər.  Mənbənin  verdiyi  məlumata  əsasən,  son  zamanlar  Ermənistan 
Dağlıq  Qarabağda  Ġraq  və  Suriyadan  gəlmiĢ  kürd  mənĢəli  Ģəxsləri  yerləĢdirir. 
Digər bir xəbərə görə, Gürcüstan Prezidenti Mixail SaakaĢvili də bu iĢdə Türkiyə 
və  Azərbaycana  dəstək  verəcəyini  bildirib.  “AkĢam”  yazır  ki,  “terrorçular 
narkotiklərin  dövriyyəsi  ilə  yanaĢı,  Ermənistanda  çirkli  pulların  yuyulması  ilə  də 
məĢğul olurlar”. 
Türkiyə və Azərbaycan mətbuatının son günlər bu problemə yer ayırmaları 
ermənilərin  narahatçılığına  səbəb  olub.  Bu  səbəbdən  hətta  Dağlıq  Qarabağın 
“müdafiə  nazirliyi”nin  “mətbuat  xidməti”  xüsusi  bəyanat  da  yayıb.  Bəyanatda 
erməni  tərəfin  heç  bir  əsaslı  dəlil-sübutuna  rast  gəlinmir,  problemə  üstüörtülü 
yanaĢılır və bildirilir ki, “bu, Türkiyə və Azərbaycanın fantaziyasının məhsuludur”. 
“Mətbuat  katibi”  Senor Həsrətyan deyib  ki,  bu  məlumat  həqiqətə  uyğun deyil  və 
Dağlıq Qarabağda PKK terrorçuları yoxdur. 
Əslində, Ermənistan dünya terrorçuluğu üçün heç də yad yeri, Ermənistan-
Dağlıq marĢrutu isə yeni deyil. Hər kəsə məlumdur ki, dünyanın ilk və ən qəddar 
terror  təĢkilatları  ermənilərə  məxsus  olub,  bu  gün  siyasiləĢmiĢ  “DaĢnaksütyun” 
partiyası kimi bir qurum kimi sırf terror üzərində qurulub, terroru mübarizə metodu 
kimi  qəbul  edən  partiya  nizamnaməsindəki  müvafiq  maddə  yalnız  son  illərdə 
çıxarılıb.  Bu  günün  özündə  Ermənistan  həbsxanalarında  terror  maddəsilə  cəzasını 
çəkən daĢnaklar var ki, onlar ötən əsrin 90-cı illərinin əvvəllərində rəhbərlikdə olan 
yaxud ictimaiyyətdə tanınmıĢ ermənilərin özlərini qətlə yetirməklə məĢğul olublar. 
Erməni  terrorunun  son  mərhələ  nümayəndələri  iki  il  əvvəl  həbs  olunan  Jirayr 
Səfiyan və Vardan Malxazyandırlar ki, onlar Dağlıq Qarabağın iĢğalında yaxından 
iĢtirak ediblər, birinci ġuĢanın alınmasında xüsusilə fəal olub, sonra Ermənistanda 
siyasi  fəaliyyətə  keçib  və  sonda  Robert  Koçaryan  hakimiyyətinin  devrilməsini 
qarĢısına  məqsəd  qoyan  planın  üstündə  tutulub.  Robert  Koçaryan-Serj  Sarkisyan 
cütlüyü məgər terrorçu deyil? Halbuki Ermənistan dövlətinə rəhbərlik edirlər. 
Bütövlükdə,  bu  Ģəxslər  hələ  üzdə  olanlardır.  Ermənistan  hökumətində, 
parlamentində  və  xüsusilə  də  güc  strukturlarında  terror  Ģəbəkəsindən  keçmiĢ 
minlərlə  Ģəxs  var.  Bu  yaxınlarda  Ermənistanda  dünyada  məĢhur  olmuĢ  terrorçu 
Monte  Melkonyanın  anım  günləri  keçirildi.  Melkonyan  türklərə  qarĢı  həyata 


87 
 
keçirilən  terror  aktlarının  əsas  ideoloqlarından  biri  kimi  tanınıb,  Fransada  həbs 
edilib,  sonra  müəmmalı  səbəblərlə  azadlığa  buraxılıb  və  Dağlıq  Qarabağda  peyda 
olub.  Təbii  ki,  Ermənistan  vasitəsilə,  Azərbaycan  əsgəri  tərəfindən  məhv  edilən 
Melkonyan Yerevanda basdırılıb, ona “milli qəhrəman” adı verilib, özü də bu gün 
sülh tərəfdarı kimi çıxıĢ edən Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan 
tərəfindən. 
Bu baxımdan, PKK-ın Ermənistanda və Dağlıq Qarabağda özünə sığınacaq 
tapması,  yaxud  tapmaq  niyyəti  qeyri-adi  qarĢılanmamalıdır.  PKK-nın  erməni 
diasporu ilə əlaqələri də son  dövrün  məhsulu deyil. Erməni diasporu Türkiyə və 
türklərlə  maraqları  zidd  olan  bütün    dövlətlər,    terrorçu  təĢkilatlarla  həmiĢə  sıx 
əlaqədə olub və bundan yararlanıb. Tək  onu  xatırlatmaq olar ki, terrorçu Abdulla 
Öcalanın tutulmamıĢdan  əvvəl  mümkün  daldalanma  yerlərindən  biri  kimi 
Ermənistan  göstərilirdi.  O,  həbs  olunanda  Yerevanda  yerli  yezidi  kürdləri  
tərəfindən etiraz aksiyaları keçirilmiĢdi. Bu məntiqlə, Türkiyə mətbuatında iĢıq üzü 
görmüĢ məlumat həqiqəti tam əks etdirir. 
PKK-nın  bazarlarının  bir  qisminin  Ermənistan  və  Dağlıq  Qarabağa 
köçürülməsinin  mümkünlüyünü  daha  bir  məntiq  təsdiqləyə  bilər.  Söhbət  ondan 
gedir  ki,  Ermənistanın  sülh  nizamlanması  prosesində  arqumentləri  tükənir, 
Yerevanın səyləri nə siyasi-diplomatik, nə təbliğatı sahədə əvvəlki effektini vermir. 
Azərbaycanın  isə  dünyada  nüfuzu  artır,  regionda  liderə  çevrilir,  iqtisadi  qüdrəti 
yüksəlir,  deməli,  həm  də  hərbi  və  siyasi  imkanları  da  çoxalır.  Hərtərəfli  təzyiq 
Ģəraitində  Ermənistan  bütün  mümkün  tədbirlərdən  istifadə  etmək  istəyir.  Hazırda 
belə  vasitələrdən  ən  əsası  həm  ermənistanda,  həm  də  Azərbaycanda  keçiriləcək 
prezident seçkilərinin  sülh prosesinə problem  yaratması barədə bəhanədir. Bir ara 
Yerevan  Kosova  prezidentinə  bərk  bel  bağlayırdı,  lakin  sonra  gördü  ki,  dünya 
birliyi  bu  münaqiĢələr  arasında  oxĢarlıq  axtarmır  və  bərabərlik  iĢarəsi  qoymaq 
niyyətində  deyil.  Odur  ki,  perspektivdə  PKK  yardımı  yerinə  düĢə  bilər. 
Ermənistanın isə bu terrorçu təĢkilatlarla əlaqə yaratması ciddi problem deyil. O ki, 
qaldı Yerevanda terrorçuluğun maliyyələĢdirilməsi və çirkli pulların yuyulması ilə 
mübarizəyə dair seminara, maraqlı bir nüansa diqqət yetirmək olar. 
Ölkənin  böhranlı  iqtisadiyatında  az-çox  dinamikası  ilə  seçilən  sahə 
banklardır.  Təbii  ki,  Ermənistan  banklarını  Azərbaycanın  maliyyə  institutları  ilə 
müqayisə  etmək  yersizdir.  Ancaq  tək-tük  inkiĢafda  olan  sahələrdən  biri  kimi 
bankların ixtisaslaĢma problemi maraq doğurur. Necə olur ki, ortada real istehsala 
və  ixraca  hesablanmıĢ  iqtisadiyyat  yoxdur,  banklar  isə  inkiĢaf  edir?  Yalnız 
diaspordan və Rusiyadan köçürülən pulların hesabınamı? 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə