Erməni xəyanəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/49
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31237
1   ...   34   35   36   37   38   39   40   41   ...   49

88 
 
ERMƏNĠ VANDALĠZMĠNĠN QURBANLARI 
təkcə dinc azərbaycanlılar deyil.  
Quba yəhudiləri də erməni vəhĢiliyinə məruz qalmıĢlar 
 
Quba  məzarlığı  tədqiq  olunduqca  “əzabkeĢ”  ermənilərin  qəddar  və  quduz 
simasının yeni-yeni çalarları üzə çıxır. Dağ yəhudilərinin yaĢadığı Qırmızı qəsəbə 
ilə  üzbəüz  Qudyalçayın  sahilindəki  yamacda  yerləĢən  Ģəhər  stadionunda  təmir 
iĢləri  aparılarkən  təsadüfən  üzə  çıxmıĢ  bu  məzarlıq  ilk  öncə  təmirçilərin  və  yerli 
sakinlərin  diqqətini  cəlb  etmiĢdir.  Bundan  xəbər  tutan  rayon  rəhbərliyi  dərhal 
zəruri  tədbirlər  görmüĢ,  ilk  növbədə  ərazinin  mühafizəsi  təĢkil  edilmiĢdir. 
Azərbaycan  Elmlər  Akademiyasının  Arxeologiya  və  Etnoqrafiya  Ġnstitutunun 
əməkdaĢları ərazidə geniĢ qazıntı və tədqiqat iĢlərinə baĢlamıĢdır. 
Ekspedisiyanın rəhbəri Qəhrəman Ağayevin komissiyaya verdiyi məlumata 
görə,  indiyədək  məzarlıqdan  135  insan  kəlləsi  tapılmıĢdır.  Quba  Rayon 
Prokurorluğunda  faktla  bağlı  araĢdırmalar  aparılır.  AĢkar  edilmiĢ  nümunələr 
ekspertiza  üçün  Ədliyyə  Nazirliyinin  Tibbi  Ekspretiza  və  Patoloji  Anatomiya 
Birliyinə göndərilmiĢdir. 
Mütəxəssislər  bu  fikirdə  yekdildirlər  ki,  kütləvi  məzarlıqda  aĢkar  edilmiĢ 
nümunələr vəhĢi erməni-daĢnak vandalizminin izləridir. 
1918-ci  ilin  mart-aprel  aylarında  erməni  millətçiləri  daĢnak,  bolĢevik, 
sosialist və bu kimi siyasi maskalar altında Azərbaycan xalqına qarĢı kütləvi qırğın 
aksiyası təĢkil etmiĢlər. Həmin dövrdə erməni hərbçiləri təkcə Quba bölgəsində 10 
mindən  çox  insanı  qətlə  yetirmiĢ,  dinc  əhali  olmazın  əzab  və  əziyyətlərə  məruz 
qalmıĢdır.  Zahirən  kommunist,  daxilən  qatı  millətçi  olan  ġaumyanın  birbaĢa 
göstəriĢi  ilə  qəddar  daĢnak  Hamazaspin  baĢçılıq  etdiyi  erməni  hərbi  qüvvələri 
Quba qəzasında 122 kəndi yandıraraq yerlə-yeksan etmiĢlər. 
Quba rayonu dağ yəhudiləri dini icması idarə heyətinin sədri, 75 yaĢlı Boris 
Sumanduyevin  dediyinə  görə,  o  vaxt  qubada  yaĢayan  dağ  yəhudiləri  də  erməni 
vəhĢiliyinə  məruz  qalmıĢdır.  Hadisələrin  baĢ  verdiyi  dövrlərdə  Qubada  və  ətraf 
kəndlərdə  13  xalqın  nümayəndəsi  yaĢayırdı.  Məzarlıqda  tapılan  insan  kəllələrinin 
ölçüləri göstərir ki, bu soyqırımı aktıdır, yəni qatillər heç kimə - uĢaq, qoca, qadın, 
çağa,  cavan  və  s.  fərq  qoymadan  qarĢılarına  çıxan  hər  kəsi  qırmıĢlar.  Təbii  ki, 
gözlərini  qan  örtmüĢ  qatillər  bu  ərazidə  yaĢayan  insanların  milli  mənsubiyyətinin 
də  fərqinə  varmamıĢlar.  Bizim  valideynlərimizin  yaĢadığı  indiki  Qırmızı  qəsəbə 
yerləĢdiyi  məkana  görə  hadisələrin  lap  mərkəzində  olmuĢ,  bütün  bu  qırğın  və 
qovğalar bizim doğmalardan da yan keçməmiĢdir. 


89 
 
Mən çox sonralar, sovet dövründə doğulmuĢam. Rəhmətlik atam Yusif kiĢi 
isə 1911-ci ildə anadan olub. 1918-ci ildə mart qırğını günlərində onun cəmi 7 yaĢı 
olub  və  təbii  ki,  bu  hadisələrin  mahiyyətini  həmin  dövrdə  o  dərk  edə  bilməzdi. 
Sonralar  isə  kommunist  rejimi  bu  mövzuda  söhbət  edənləri,  milli  ayrı-seçkilik 
təbliğatı  aparan  “xalq  düĢməni”  kimi  bərk  cəzalandırır  və  gedər-gəlməzə 
göndərirdi.  Ona  görə  bizim  dövrdə  yaĢayan  nəsillər  arasındakı  təbii  xalq  yaddaĢı 
zədələndi,  arada  böyük  bir  boĢluq,  manqurtluq  dövrü  yarandı.  XX  əsrin 
əvvəllərində  inqilabi  situasiyadan  istifadə  edib  Azərbaycanda  yaĢayan  xalqlara 
qarĢı  amansız  zorakılıq  etmiĢ  millətçi  erməni  daĢnakları  sovet  dönəmində  əlüstü 
dəyiĢib  “beynəlmiləlçi”  oldular  və  öz  günahlarını  arxivlərdə  ört-basdır  etdilər. 
Lakin Quba məzarlığı hər Ģeyi açıb üzə çıxartdı. Bu məzarlıq tarixin böyük ittiham 
məhkəməsidir və ondan hamı ibrət götürməli, nəticə çıxarmalıdır. 
Qırmızı  qəsəbə  bələdiyyəsinin  sədri  Nisim  Nisimov  deyir  ki,  mənim  atam 
Hilil  Nisimov  qəsəbənin  “canlı  ensiklopediyası”  idi.  O  deyirdi  ki,  yəhudilər  neçə 
əsrdir  azərbaycanlılarla  bir  yerdə  yaĢayır.  Biz  dağ  yəhudiləri  280  ildir  burada, 
Qubanın  gündoğanında  məskən  salmıĢıq.  Birgə  yaĢayır,  birgə  kədərlənirik.  Təbii 
fəlakətlərə də birgə sinə gəririk ictimai fəlakətlərə də. Sel gələndə, zəlzələ olanda, 
dolu düĢəndə təbii fəlakət heç birimizə fərq qoymur. O cümlədən yağı düĢmən də 
bizi  fərqləndirmir.  Təbiətimiz,  suyumuz,  havamız  eyni  olduğu  kimi,  dostlarımız, 
düĢmənlərimiz  də  birdir.  Odur  ki,  Quba  kütləvi  soyqırımı  məzarlığı  da  bizim 
Ģərikli  dərdimizdir.  Yəqin  ki,  gələcək  elmi  tədqiqatlar  da  bunu  bir  daha  sübut 
edəcək.  Qətlə  yetirilənlər  arasında  kimin  çox,  kimin  az  olması  isə  mahiyyəti 
dəyiĢmir. 
Quba  məzarlığının  azərbaycanlıların  soyqırımı  aktının  nəticəsi  olduğu  tam 
elmi təsdiqini tapmıĢdır. Məzarlıq aĢkar ediləndən 3 gün sonra - 2007-ci il aprelin 
4-də  AMEA-nın  Arxeologiya  və  Etnoqrafiya  Ġnstitutunun  əməkdaĢları  bölgəyə 
ezam olunmuĢlar. Aparılan arxeoloji qazıntı iĢləri nəticəsində  məzarlıqda 1918-ci 
ilin Quba soyqırımı qurbanlarının basdırıldığı birmənalı təsdiqini tapmıĢdır. Ötən il 
iyul ayının 13-dən isə ərazidə geniĢ arxeoloji qazıntı iĢlərinə baĢlanılmıĢdır. 
Quba  soyqırımı  ekspedisiyasının  rəhbəri,  AMEA-nın  Arxeologiya  və 
Etnoqrafiya  Ġnstitutunun  aparıcı  elmi  iĢçisi,  tarix  elmləri  namizədi  Qəhrəman 
Ağayevin  verdiyi  məlumata  görə  amansızlıqla  qətlə  yetirilərək  dərin  quyulara 
basdırılmıĢ dinc insanların torpaqdan təmizlənmiĢ, üzərində iĢgəncə izi bugünədək 
qalmıĢ müxtəlif bədən sümükləri Quba soyqırımının miqyası və mahiyyəti barədə 
bir  çox  qaranlıq  mətləblərdən  xəbər  verir.  Qətliam  zamanı  insanların  kəllə 
sümüklərinə  müxtəlif  küt  və  kəsici  alətlərlə  yetirilmiĢ  ağır  xəsarətlərin  izləri 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə