Ərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə23/26
tarix15.08.2018
ölçüsü1,4 Mb.
#62837
1   ...   18   19   20   21   22   23   24   25   26

69 

 

- investisiya layihələrinin maliyyələşdirilməsində kreditdən istifadə. 



Ö

lkədə  inflyasiyanın  səviyyəsi  kreditləşməəməliyyatlarına  olduqca  ciddi 

təsir  edir.  Belə  ki,  inflyasiya  gücləndiyi  zaman  riskləri  azaltmaq  üçün  banklar 

uzunmüddətli  kreditlər  verilməsini  dayandırırlar,  digər  kreditlər  üzrə  faiz 

dərəcələrini  artırırlar.  Faiz  dərəcələrinin  yuxarı  olması  müştərilərin  kredit 

qabiliyyətini  aşağı  salır  və  bu  da  bankların  maliyyə  nəticələrində  verilmiş 

kreditlərdən gələn gəlirin xüsusi çəkisinin aşağı düşməsinə səbəb olur. 

Mərkəzi  Bank  özünün  pul-kredit  siyasətilə  banklarm  kredit  portfelinə  təsir 

edir.  Mərkəzi  Bank  mərkəzləşdirilmiş  kredit  əməliyyatlarıüzrə  faiz  dərəcələrini 

yuxarı  müəyyən  etdikdə  bankların  kredit  vermə  potensialı  aşağı  düşür  və  bu 

əməliyyatlar  üzrə  gəlirlər  azalır,  aşağı  müəyyən  etdikdə  isəəksinə  baş  verir. 

Mərkəzi Bank həmçinin  bu məqsədlə kommersiya banklarına mərkəzləşdirilmiş 

kreditlər verir. 

Kreditləşməəməliyyatlarının  azaldılmasına  bankların  Mərkəzi  Bankda 

saxladığı  məcburi  ehtiyatlar  da  təsir  edir.  Kommersiya  banklarıöz  vəsaitlərinin 

10%-ni təmənnasız Mərkəzi Bankda saxlayır ki, bu vəsaiti işlədə bilmədiyi üçün 

həmin vəsaitdən gəlir götürmür. 

Bundan  başqa  Mərkəzi  Bank  istisna  hallarda  hər  hansı  bir  bankın  kredit 

əməliyyatlarını müvəqqəti məhdudlaşdıra bilər. 

Bazar iqtisadiyyatına keçid şəraitində yeni müəssisələrin yaranması ilə bank 

kreditinə  tələbat  artmışdır.  İnzibati-amirlik  sistemində  müəssisələr  dövlətə 

məxsus  olduğu  üçün  dövlət  vəsaiti  hesabına  fəaliyyət  göstərirdilər.  Müasir 

şəraitdə  isə  müəssisələrin  maliyyələşməsində,  onların  xüsusi  vəsaitlərindən  əlavə 

bir  vəsaitin  olmasına  ehtiyac  yaranmışdır.  Onların  bank  kreditlərindən  istifadə 

etməsi  bankların  aktiv  əməliyyatlar  içərisində  kredit  əməliyyatlarının  xüsusi 

çəkisinin  artmasına  gətirib  çıxarır.  Bu  da  bankm  maliyyə  nəticələrində 

kreditləşmənin əhəmiyyətini artırır. 



70 

 

Qiymətli  kağızlar  bazarında  istiqrazların  faiz  dərəcələrinin  dəyişməsi 



kreditlər üzrə faiz dərəcələrinə təsir edir. Bu amil də bankın kredit əməliyyatlarına 

təsir edir. 

 

  3.2 Kommersiya bank  əməliyyatlarının təkmilləşməsidirilməsi 



Bank  sektoru  İKT-nin  imkanlarından  istifadə  etməyə  xüsusi  önəm  verir  ki, 

burada da bank xidmətləri bazarında son illər güclənən rəqabətin rolunu xüsusi 

qeyd  etmək  lazımdır.  Azərbaycanda  bank  əməliyyatlarının  avtomatlaşdırılma 

səviyyəsi  sürətlə  inkişaf  edir.  Banklar  yeni  avtomatlaşdırılmış  bank  sistemləri, 

kontakt mərkəzləri, onlayn xidmətlər (internet-banking, sms-banking və s.) kimi 

yeni  sistemlər  tətbiq  edir.  Bütün  bu  vasitələr  bank-müştəri  qarşılıqlı 

münasibətlərinin  möhkəmlənməsinə  və  inkişafına  xidmət  edir.  Bank  xidmətləri 

bazarının  inkişafı  bu  bazara  təqdim  olunan  İT  xidmət  və  məhsullarının  həcm 

vəçeşidinin  artmasınışərtləndirməklə  yanaşı,  bu  sahədə  rəqabəti  də  gücləndirir. 

Bu rəqabət banklara daha keyfiyyətli və genişçeşiddəİT xidmətlərini daha sərfləli 

şərtlərlə almağa və keyfiyyətli dəstək tələb etməyə imkan verir, digər tərəfdən isə, 

yerli İKT xidmətləri bazarının iştirakçılarının da inkişafını stimullaşdırır.  

Azərbaycan banklarının böyük əksəriyyəti müştəri yönümlü siyasət aparır və 

bunu  müxtəlif  istiqamətlərdə  genişləndirir.  Müştəri  yönümlü  siyasətdə  uğurlu 

nəticəüçün  isə,  ilk  növbədə,  müştəri-bank  münasibətləri  inkişaf  etdirilməlidir. 

Hazırda  əksər  banklar  daha  çox  müştəriyönümlü  olmuş  vəöz  strategiyalarını 

pərakəndə  xidmətlər  istiqamətinə  yönəldirlər.  Bank  şöbəsindən  kənarda  bank 

məhsullarının  satışının  artırılmasıüçün  istifadəçinin  bankla  ünsiyyət  sahəsində 

təcrübəsi  inkişaf  etməli  və  bank  məhsullarının  ofisdənkənar  satış  sxemləri 

sadələşməlidir.  Bu  halda  bankın  İT  strategiyası  da  korrektə  olunur  vəşöbələrin 

transformasiyasına  imkan  yaradan  texnologiyalar  tətbiq  olunur.  Bunlardan  bir 

neçəsini qeyd edək: 




71 

 

-  Müştərilərlə  qarşılıqlı  münasibətlərin  idarə  olunması  (CRM).  Bu  həll 



müştərilərləəlaqələrin qurulması və satış həcmlərinin artırılmasıüçün zəruridir. 

- Biznes-analiz vasitələri. Bu vasitələr lokal bazarın tendensiyaları  haqqında 

təsəvvürlərin  əldə  olunması,  satış  fəaliyyəti  və  məhsulların  irəliləməsi  üzrə 

prioritet vəzifələrin “tyuninqi” üçün əvəzedilməzdir. 

Əsas  əlavələr  qurulduqdan  sonra  müştəri  ilə  rabitə  haqqında,  xüsusi  olaraq 

da  müştəri  üçün  daha  rahat  olan  üsullardan  istənilən  biri  ilə  qarşılıqlıəlaqə 

haqqında  düşünmək  lazımdır.  Burada  da  əsasən  sms,  elektron  və  adi  poçt 

əlaqəsi, telefon əlaqəsi, ani məlumatlandırma sistemləri və s. kimi vasitələr çıxış 

edir. 

Mobillik.  Mobil  texnologiyalar  səfər  şəraitindəçalışan  əməkdaşlar  üçün 



mühüm alətlərdir. 

Call  Center-lər.  Bu  sistemlər  müştərilərləəlaqə  kanallarını  genişləndirir,  real 

və  potensial  müştərilərlə  kompleks  qarşılıqlıəlaqənin  həyata  keçirilməsi  üçün 

bankın ABS və CRM sistemləri ilə inteqrasiya olunur. 

Bankomatlar.  Pul  vəsaitlərinin  qəbulu,  nağd  pulun  təkrar  sayılması,  ödəniş 

haqqında  qəbzin  verilməsi,  valyuta  dəyişmə  kimi  əməliyyatların  aparılmasına 

imkan verən yeni tip bankomatlardan istifadə edilir. 

Bank  sektorunda  İT  məhsul  və  xidmətlərin  tətbiqi  genişləndikcə,  bu 

xidmətlərə  tələblərdə  və  seçim  meyarlarında  da  əhəmiyyətli  dəyişikliklər  baş 

verir.  Dəyişməyən  isə  keyfiyyət,  səmərəlilik  kimi  mühüm  meyarlardır.  Bununla 

belə, bazar şərtləri və konkret bankların qarşılarında duran vəzifələrdən də asılı 

olaraq, bu tələblərin sayı artır.  

Ödəniş sistemlərinin fasiləsiz və etibarlı istismarının təmin edilməsi, elektron 

ödəniş  xidmətlərinin  infrastruktur  imkanlarının  genişləndirilməsi  və  bu 

imkanlardan effektiv istifadənin təşviqi 2013-cü ildə də Mərkəzi Bankın mühüm 

fəaliyyət istiqamətlərindən biri olmuşdur. 




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə