Enerji resurslarinin nəQLİNDƏ azərbaycan tüRKİYƏ ƏMƏkdaşLIĞI: “nabukko”dan “CƏnub qaz



Yüklə 247,45 Kb.
Pdf görüntüsü
səhifə6/6
tarix23.09.2018
ölçüsü247,45 Kb.
#70329
1   2   3   4   5   6

256

ƏRƏSTUN MEHDİYEV

Bahar - 2018

Buna  görə  də  M.Şevçoviç  məsələnin  aktuallığını  nəzərə  alaraq,  yol 

xəritəsinin  tərtib  olunmasını  təklif  etdi  və  həmin  cədvələ  uyğun  işləməyin 

vacibliyini bildirdi. 

Məşvərət  Şurasının  iclasında  “BP”  şirkətinin  regional  prezidenti 

Q.Birrellin  də  fikirləri  maraqla  qarşılandı.  O,  layihənin  əhəmiyyətini  qeyd 

edərək dedi: “Bu layihə neft və qaz sənayesi sahəsində meqalayihədir. Hazır-

da bu, ola bilsin, dünyanın 3-cü və ya 4-cü ən iri enerji layihələrindən biridir. 

Bu, Avropa və Türkiyə üçün yeni enerji mənbəyidir”

40



Beləliklə,  işgüzar  mühitdə  keçən  müzakirələr  “Cənub  qaz  dəhlizi” 

layihəsinin icrası ilə bağlı işlərin yerinə yetirilməsinə təkan verdi. 

Nazirlərin Bakıdakı görüşündən bir ay sonra - martın 17-də Türkiyənin 

Qars vilayətində Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin iştirakı 

ilə Trans-Anadolu boru kəmərinin təməlqoyma mərasimi keçirildi

41



Bununla da Azərbaycan - Gürcüstan - Türkiyə qarşılıqlı əməkdaşlığında 

yeni  mərhələyə  keçidin  əsası  qoyuldu.  Enerji  və  nəqliyyat-kommunikasiya 

sahəsində regional əlaqələr daha da möhkəmlənir və inkişaf edirdi. Əməkdaşlıq 

formatı  isə  geniş  xarakter  alırdı.  Bu  formata  digər  ölkələrin  -  Yunanıstan, 

Albaniya, İtaliya və Bolqarıstanın qoşulması üçün əlverişli imkanlar açılırdı. 

ABŞ hökumətinin də siyasi mövqeyi TANAP və başqa layihələrin taleyində 

ciddi rol oynayırdı. Dövlət Departamentinin xüsusi nümayəndəsi A.Hokştayn 

mərasimdə  çıxış  edərək  bildirdi:  “ABŞ  hökuməti  bu  layihənin  mühüm 

əhəmiyyətə  malik  olduğuna  inanır  və  Avropada  enerji  təhlükəsizliyinə 

sadiqdir.  Buna  görə  də ABŞ  hökuməti  “Cənub  qaz  dəhlizi”  kimi  layihənin 

TANAP və TAP vasitəsilə reallaşmasının öz milli təhlükəsizlik maraqlarına 

uyğun olduğunu düşünür”

42



Beləliklə, yuxarıdakı fikri layihəyə verilən çox aydın və qətiyyətli siyasi 



dəstəyin ifadəsi kimi qiymətləndirmək olar. 

Qərbin böyük dəstəyi ilə TANAP-ın tikintisinə başlanmasına baxmayaraq, 

onun  davamı  hesab  edilən  TAP  layihəsi  ilə  bağlı  maneələr  hələ  də  aradan 

qalxmamışdı. Yunanıstan hökumətinin boru kəmərinin inşası haqqında qərar 

40  Azərbaycan, 14 fevral 2015.

41  Azərbaycan, 18 mart 2015

.

42  Azərbaycan, 19 mart 2015.




257

ENERJİ RESURSLARININ NƏQLİNDƏ AZƏRBAYCAN-TÜRKİYƏ ƏMƏKDAŞLIĞI: 

“NABUKKO”DAN “CƏNUB QAZ DƏHLİZİ”NƏ

Sayı: 97


qəbul etməməsi layihənin icrasını ləngidirdi. Bununla da kəmərlə Azərbaycan 

qazının Avropaya nəql olunması 2019-cu ildən 2021-ci ilə keçirilirdi

43



Yunanıstan  üzləşdiyi  maliyyə-iqtisadi  problemlərin  həlli  üçün  TAP 



layihəsindən təzyiq vasitəsi kimi istifadə edirdi. Qərbin etirazına baxmayaraq, 

yunan hökuməti TAP-la bağlı mövqeyini sərtləşdirərək “Türk axını” layihəsini 

dəstəkləyir  və  Rusiya  ilə  danışıqlar  aparırdı.  Rusiya  isə  öz  növbəsində 

Yunanıstanı şirnikləndirmək məqsədilə güzəştə gedərək layihənin bu ölkənin 

ərazisindən keçən hissəsinin maliyyələşdirilməsinə 2 milyard dollar ayırmağa 

hazır olduğunu bildirirdi

44



Aparılan  danışıqların  yekunu  olaraq,  hətta  2015-ci  il  iyunun  19-da 



Rusiya ilə Yunanıstan arasında “Türk axını” qaz boru kəmərinə dair Anlaşma 

memorandumu imzalandı

45



Avropa üçün qaz bölüşdürücü məntəqə kimi öz mövqeyini gücləndirməyə 



çalışan Türkiyə də “Türk axını” layihəsinə dəstək verirdi. Rusiya ilə intensiv 

danışıqlar aparan Ankaranın məqsədi həm də bu ölkədən daha ucuz qiymətə 

qaz  almaq  üçün  güzəştlərin  qoparılmasına  nail  olmaq  idi.  Buna  görə  də 

Türkiyə  TANAP  ilə  “Türk  axını”  layihələrinin  bir-birinə  rəqib  olmadığını 

israrla bəyan edirdi

46



Azərbaycan tərəfi də iki layihənin rəqib olmadığını bildirirdi

47

.  Lakin bu 



fikir daha çox öz layihəsinin maneəsiz irəliləməsinə nail olmaq üçün ehtiyatlı 

mövqe kimi qiymətləndirilə bilərdi. 

Bununla belə, 2015-ci il iyulun əvvəllərində məlum oldu ki, Rusiya ilə 

Türkiyə  arasında  qaz  alqı-satqısı  üzrə  kommersiya  məsələlərinə  dair  fikir 

ayrılığını  aradan  qaldırmaq  mümkün  olmamışdır.    Buna  görə  də  Türkiyə 

“Türk axını” boru kəmərinin tikintisinə razılıq verməmiş və layihə ilə bağlı 

işlər dayandırılmışdır

48



Əlbəttə, Türkiyənin bu məsələdə sərt mövqe tutmasında Avropa İttifaqının 

da təsiri öz rolunu oynamışdı. 

43  Bizim yol, 2 iyun 2015.

44  Kaspi, 3 iyun 2015.

45  Bizim yol, 20 iyun 2015.

46  Respublika, 6 iyun 2015.

47  Xalq qəzeti, 23 iyun 2015.

48  Эхо, 10 июля2015.




258

ƏRƏSTUN MEHDİYEV

Bahar - 2018

“Cənub  qaz  dəhlizi”  üzrə  işlər  isə  davam  etdirilirdi.  Yükün    böyük 

hissəsini öz üzərinə götürən Azərbaycan layihənin maliyyələşdirilməsinə dair 

öhdəliklərini vaxtında yerinə yetirmək üçün lazımi tədbirlər görürdü. 2015-

ci ilin iyul ayında “Cənub qaz dəhlizi” QSC-nin nizamnamə fondu ARDNF-

in  hesabına  725  mln.  dollara  çatdırıldı

49

.  Bu  isə  layihə  çərçivəsində  boru 



kəmərinin,  xüsusilə TANAP-ın  tikintisinin  qrafik  üzrə  davam  etdirilməsinə 

imkan verirdi. 

Eyni zamanda, Avropa Komissiyası da layihəyə diqqəti azaltmırdı. Avro-

pa İnvestisiya Bankının 2015-ci ilin avqustunda yaydığı məlumata görə, enerji 

təhlükəsizliyində rolu nəzərə alınaraq, “TAP boru kəməri Avropa Komissiya-

sının ortaq maraqlara xidmət edən 33 prioritet enerji təhlükəsizliyi siyahısına 

daxil edilmişdi”

50



Layihənin  üzləşdiyi  problemlərin  aradan  qaldırılmasında  “Cənub 

qaz  dəhlizi”  Məşvərət  Şurası  çərçivəsində  keçirilən  nazirlərin  toplantısı 

əhəmiyyətli rol oynayırdı. Azərbaycanın təşəbbüsü ilə yaradılmış bu format 

layihə ilə bağlı olan bütün dövlətlərin və maraqlı tərəflərin müzakirələrdə iş-

tirakını təmin etməklə, səmərəli koordinasiyanın həyata keçirilməsinə imkan 

verirdi. 

Bu baxımdan 2016-cı il fevralın 29-da Bakıda keçirilən Məşvərət Şurası 

çərçivəsində  nazirlərin  2-ci  toplantısını  qeyd  etmək  olar.  Ötən  il  ərzində 

görülən  işləri  qiymətləndirən  iclas  növbəti  dövr  üçün  fəaliyyət  proqramını 

müəyyənləşdirdi. İştirakçılar layihənin qrafik üzrə irəlilədiyini qeyd edərək, 

bundan sonra da birgə səylərin davam etdiriləcəyini bildirdilər

51



Avropa ölkələrinin “Cənub qaz dəhlizi”nə xüsusi diqqət yetirmələri və 

bütün  maneələri  dəf  etmək  əzmində  olduqları  nazirlərin  çıxışından  aydın 

görünürdü.Avropa  İttifaqının  xarici  məsələlər  və  təhlükəsizlik  siyasəti  üzrə 

ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti F.Moqerini ümumi 

mövqeyi  belə  ifadə  edirdi:  “Həm  Maroş  Şevçoviç  (Avropa  Komissiyasının 

enerji məsələləri üzrə vitse-prezidenti - müəllif), həm də mən bu layihənin 

Avropa  İttifaqının  enerji  təhlükəsizliyi  strategiyasının  zəruri  elementi 

49  Азербайджанскиеизвестия, 31 июля 2015.

50  Xalq qəzeti, 15 avqust 2015.

51  Azərbaycan, 1 mart 2016.




259

ENERJİ RESURSLARININ NƏQLİNDƏ AZƏRBAYCAN-TÜRKİYƏ ƏMƏKDAŞLIĞI: 

“NABUKKO”DAN “CƏNUB QAZ DƏHLİZİ”NƏ

Sayı: 97


olduğunu və energetika diplomatiyasının bizim xarici işlər və təhlükəsizlik 

siyasətimizin əsas hissəsini təşkil etdiyini bildirmək üçün buradayıq”

52



Beləliklə, Azərbaycan özünün iqtisadi və siyasi maraqları ilə Avropanın 



iqtisadi  və  geosiyasi  mənafelərini  uzlaşdırmaq  üçün  bütün  imkanlarından 

istifadə  etməyə  çalışırdı.  Qərb  dövlətləri  də  enerji  təhlükəsizliyinin  təmin 

olunması məqsədilə daha qətiyyətlə və ardıcıl fəaliyyət göstərməyin vacibli-

yini dərk edirdilər. 

Beynəlxalq maliyyə qurumları da “Cənub qaz dəhlizi” layihəsinin həyata 

keçirilməsində  iştirak  etməyə  maraq  göstərirdilər.  Azərbaycan  bu  sahədə 

onlarla əməkdaşlıq istiqamətində konkret addımlar atırdı. 2016-cı ilin martında 

“Cənub  qaz  dəhlizi”  Qapalı  Səhmdar  Cəmiyyətinin  nümayəndə  heyəti 

Londonda  və ABŞ-ın  bir  sıra  şəhərlərində  layihənin  təqdimatını  keçirərək, 

sərmayədarlar  ilə  müzakirələr  apardı.  Uğurla  nəticələnən  bu  görüşlərin 

məqsədi  layihənin  maliyyələşdirilməsi    üçün  1  mlrd.  dollar  məbləğində 

buraxılacaq istiqrazların  yerləşdirilməsinə nail olmaq idi

53

.  


Neftin  qiymətinin  aşağı  düşməsi  ilə  əlaqədar  layihənin  məsrəfləri  də 

azalmışdı.  Belə  ki,  əgər  TANAP  layihəsi  2013-cü  ildə  11,7  mlrd.  dollar 

qiymətləndirilirdisə,  2016-cı  ilin  əvvəllərində  bu  qiymət  2,5  mlrd.  dollar 

ucuzlaşaraq 9,2 mlrd. dollara bərabər hesab olunurdu

54

. Eyni vəziyyət, təbii 



olaraq, TAP və layihənin digər hissələrinə də şamil edilə bilərdi. 

2016-cı  ilin  may  ayında  verilən  məlumata  görə,  “Şahdəniz-2”  layihəsi 

çərçivəsində həyata keçirilən bütün işlər - platformaların tikintisi, quyuların 

qazılması,  Səngəçal  Qaz  Terminalının  və  Cənubi  Qafqaz  Boru  Kəmərinin 

genişləndirilməsi  sürətlə  aparılırdı.  Nəzərdə  tutulan  işlərin  70  faizi  artıq 

yerinə yetirilmişdi

55



TANAP-ın inşası qrafik üzrə gedirdi. Bu isə beynəlxalq maliyyə qurum-



larının da mövqeyinə təsir göstərirdi. Belə ki, Dünya Bankı və Avropa İnves-

tisiya Bankı “Botaşa” hərəyə 1 mlrd. dollar kredit ayırmağa hazır olduqlarını 

bildirmişdilər

56



52  Azərbaycan, 1 mart 2016.

53  Азербайджанские известия, 15 марта2016.

54  Азербайджанские известия, 15 марта2016.

55  Азербайджанские известия, 12 мая2016.

56  Азербайджанские известия, 28 апреля2016.



260

ƏRƏSTUN MEHDİYEV

Bahar - 2018

“Cənub  qaz  dəhlizi”nin  sonuncu  hissəsi  olan  TAP  layihəsi  ilə  bağlı 

məsələlər də ardıcıl həll olunurdu. Nəhayət, 2016-cı il mayın 17-də Yunanısta-

nın Saloniki şəhərində Trans-Adriatik boru kəmərinin təməlqoyma mərasimi 

keçirildi

57



Mərasimdə Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, İtaliya, Albani-

ya, Bolqarıstan, ABŞ və Avropa Komissiyasının yüksək səviyyəli nümayəndə 

heyətləri iştirak edirdilər. 

Türkiyə  sərhədlərindən  İtaliyaya  qədər  878  km  uzunluğunda  boru 

kəmərinin  inşasına  başlamaqla  “Cənub  qaz  dəhlizi”nin  tamamlanması 

sahəsində həlledici addım atıldı. TAP-ın 2020-ci ildə fəaliyyətə başlayacağı 

nəzərdə tutulur. 

57  Azərbaycan, 18 may 2016.




261

ENERJİ RESURSLARININ NƏQLİNDƏ AZƏRBAYCAN-TÜRKİYƏ ƏMƏKDAŞLIĞI: 

“NABUKKO”DAN “CƏNUB QAZ DƏHLİZİ”NƏ

Sayı: 97


NƏTİCƏ

Beləliklə,  Azərbaycanın  “Şahdəniz”  yatağından  çıxarılan  təbii  qazın 

Avropa  bazarlarına  ixracı  məsələsini  uzun  sürən  mürəkkəb  proses  kimi 

səciyyələndirmək olar. Bu prosesin ilk mərhələsini “Şahdəniz” qazının 2006-

cı  ildən  sonra  “Nabukko”  kəməri  ilə  nəql  olunması  imkanlarının  nəzərdən 

keçirilməsi  və  Avropa  ölkələrinin  təşəbbüsü  olaraq  meydana  çıxmış  bu 

layihənin reallaşdırılması ilə bağlı cəhdlər təşkil edir. Lakin Qərb dövlətlərinin 

məsuliyyəti  öz  üzərlərinə  götürməkdən  çəkinərək,  qətiyyətsiz  davranması 

“Nabukko”  layihəsini  sonu  görünməyən  müzakirə  obyektinə  çevirdi.  Buna 

görə də Azərbaycanın 2012-ci ilin iyun ayında Türkiyə ilə TANAP layihəsi 

haqqında müqavilə imzalamaqla təşəbbüsü ələ alması “Nabukko” layihəsinin 

əvvəl düşünüldüyü marşrut üzrə həyata keçirilməsinin gündəlikdən çıxarılması 

ilə nəticələndi. 

Azərbaycan  özünün  siyasi-iqtisadi  və  geosiyasi  maraqlarından  çıxış 

edərək,Türkiyə  ilə  birlikdə  Qərblə  əməkdaşlığın  yeni  formatını  təklif  etdi. 

Qarşılıqlı  mənafelərin  uzlaşdırılması  nəticəsində  TANAP  və  onun  davamı 

kimi TAP layihəsi meydana çıxdı. 

Bununla  da  “Şahdəniz-2”,  CQBK,  TANAP  və  TAP-dan  ibarət  olan 

“Cənub  qaz  dəhlizi”  layihəsi  formalaşdı.    Xəzər  dənizindən  İtaliyanın 

cənubunadək3500  km  uzanan  bu  kəmər  həm Azərbaycanın  və  Türkiyənin, 

həm  də  digər  tranzit  ölkələrin  və Avropanın  enerji  təhlükəsizliyinin  təmin 

olunması, iqtisadi və geosiyasi maraqlarının qorunması baxımından strateji 

əhəmiyyətli layihədir. 

Eyni zamanda, “Cənub qaz dəhlizi” ona bağlı bütün ölkələrin qarşılıq-

lı  faydalı,  iqtisadi-siyasi  əməkdaşlığının  inkişafına  yeni  təkan  verəcək,  so-

sial  tərəqqisinə  xidmət  edəcək.  Bütün  layihələrin    vahid  format  və  məkan 

çərçivəsində həyata keçirilməsində Azərbaycan və Türkiyə strateji əməkdaşlığı 

həlledici əhəmiyyətə malikdir. 




262

ƏRƏSTUN MEHDİYEV

Bahar - 2018

QAYNAQLAR

I. MƏQALƏLƏR

Öğütçü, Mehmet,“Azərbaycanın “Şahdəniz-2” layihəsi və “Cənub axını”: 

potensial təhlükə.Azərbaycanın enerji siyasəti Qərb mətbuatında. Bakı, 

2015, s.187-188.

Panfilova, Viktoriya. “Azərbaycanın enerji sahəsində təsir rıçaqları

Azərbaycanın enerji siyasəti Qərb mətbuatında, Bakı, 2015, s.154.

II. QƏZETLƏR

Azərbaycan, 4 iyun 2008.

Azərbaycan, 29 yanvar 2009.

Azərbaycan, 14 yanvar 2011.

Azərbaycan, 26 oktyabr 2011.

Azərbaycan, 18 dekabr 2013.

Azərbaycan, 26 fevral 2014.

Azərbaycan, 21 sentyabr 2014.

Azərbaycan, 13 fevral 2015.

Azərbaycan, 14 fevral 2015.

Azərbaycan, 18 mart 2015.

Azərbaycan, 19 mart 2015.

Azərbaycan, 1 mart 2016.

Azərbaycan, 18 may 2016.

Azadlıq, 25 noyabr 2014.

Bizim yol, 2 iyun 2015.

Bizim yol, 20 iyun 2015.

Xalq qəzeti, 30 oktyabr 2011.

Xalq qəzeti, 18 iyun 2012.

Xalq qəzeti, 20 sentyabr 2013.

Xalq qəzeti,7 fevral 2015.

Xalq qəzeti, 23 iyun 2015.

Xalq qəzeti,15 avqust 2015.



263

ENERJİ RESURSLARININ NƏQLİNDƏ AZƏRBAYCAN-TÜRKİYƏ ƏMƏKDAŞLIĞI: 

“NABUKKO”DAN “CƏNUB QAZ DƏHLİZİ”NƏ

Sayı: 97


Kaspi, 28 oktyabr 2011.

Kaspi, 3 iyun 2015.

Respublika, 29 iyun 2013.

Respublika, 6 iyun 2015.

Şərq, 14 mart 2015.

525-ciqəzet, 27 yanvar  2009.

Азербайджанские известия, 21 ноября 2012.

Азербайджанские известия, 31 июля 2015.

Азербайджанские известия, 15 марта 2016.

Азербайджанские известия, 28 апреля 2016.

Азербайджанские известия, 12 мая 2016.

Бакинский рабочий, 21 ноября 2012.

Бакинский рабочий, 1 января 2013.

Зеркало, 21 февраля 2012.

Зеркало, 29 января 2013.

Зеркало, 21 июня 2013.

Зеркало, 20 июля 2013.

Зеркало, 5 октября 2013.

Известия, 29января 2009.

Российская газета, 3 декабря 2014.

Эхо, 10 июля2015.


Yüklə 247,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə