Enerji resurslarinin nəQLİNDƏ azərbaycan tüRKİYƏ ƏMƏkdaşLIĞI: “nabukko”dan “CƏnub qaz



Yüklə 247,45 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix23.09.2018
ölçüsü247,45 Kb.
#70329
1   2   3   4   5   6

250

ƏRƏSTUN MEHDİYEV

Bahar - 2018

həcmdən 3 dəfə çox, yəni 30 mlrd. kubmetr qaz alınması barədə təkliflər ve-

rilmişdi

23



Bununla yanaşı, ekspertlər marşrutun seçilməsində siyasi amillərin də va-

cib rol oynadığını qeyd edirdilər. Onların fikrincə, Rusiya amilini nəzərə alan 

Azərbaycan “Qazprom”un güclü təsir dairəsinə daxil olan “Nabukko Vest” 

ölkələrini deyil, TAP marşrutunu seçməklə Şimal qonşusu ilə maraqların toq-

quşmasına yol vermədi

24



Hadisələrin  sonrakı  gedişi  də  göstərdi  ki,  bu  fikir  həqiqətə  uyğundur. 

Çünki TAP ilə nəql olunacaq 10 mlrd. kubmetr həcmində qaz Rusiyanın ma-

raqları üçün elə bir təhlükə doğurmurdu. Buna görə də TAP layihəsi Rusi-

ya tərəfindən daha sakit qarşılandı və Azərbaycanla ikitərəfli münasibətlərdə 

gərginliyə səbəb olmadı. 

Qeyd etmək lazımdır ki, ekspertlər haqlı olaraq həm də “Şahdəniz” kon-

sorsiumunun əsas iştirakçısı olan “BP” və “Statoyl”un Rusiya ilə qurulmuş 

qarşılıqlı münasibətlərində praqmatik mövqedən çıxış etdiklərini bildirirdilər. 

Onlar  Avropa  bazarında  Rusiya  ilə  üz-üzə  gələrək,  bu  ölkə  ilə  perspektiv 

əməkdaşlıq imkanlarını riskə məruz qoya bilməzdilər

25



Beləliklə,  “Şahdəniz”  konsorsiumu TAP  layihəsi  ilə  bağlı  son  qərarını 



verərkən, kommersiya maraqları ilə siyasi mənafeləri uzlaşdırmağa nail oldu. 

Bunun ardınca sentyabrın 19-da Bakıda “Şahdəniz-2” layihəsinin icrası-

na yol açan çox mühüm sazişlər imzalandı. “Şahdəniz” konsorsiumu ilə Avro-

panın 9 şirkəti arasında imzalanmış uzunmüddətli qaz satışına dair sənədlərə 

görə, Azərbaycan 25 il ərzində Avropa ölkələrinə hər il 10 mlrd. kubmetrdən 

çox qaz satmalı idi

26



Göstərilən həcmdə təbii qazın 2 mlrd. kubmetrinin bərabər surətdə Yu-



nanıstan və Bolqarıstana, qalan hissəsinin isə İtaliyaya və ətraf bazarlara ix-

rac olunması nəzərdə tutulurdu. “Şahdəniz-2” layihəsi üzrə 2018-ci ildə hasil 

ediləcək qazın Avropa bazarına 2019-cu ildə daxil olması gözlənilirdi. 

23  Зеркало, 20 июля 2013.

24    Viktoriya,  Panfilova,  “Azərbaycanın  enerji  sahəsində  təsir  rıçaqları”,  Azərbaycanın 

enerji siyasəti Qərb mətbuatında, Bakı, 2015, s.154; Mehmet, Öğütçü, “Azərbaycanın 

“Şahdəniz-2”  layihəsi  və  “Cənub  axını”:  potensial  təhlükə”,  Azərbaycanın  enerji 



siyasəti Qərb mətbuatında, Bakı, 2015, s.187-188.

25  Panfilova, a.g.m., s.154; Ögütçü, a.g.m., s.187-188.

26  Xalq qəzeti, 20 sentyabr 2013.



251

ENERJİ RESURSLARININ NƏQLİNDƏ AZƏRBAYCAN-TÜRKİYƏ ƏMƏKDAŞLIĞI: 

“NABUKKO”DAN “CƏNUB QAZ DƏHLİZİ”NƏ

Sayı: 97


“Cənub qaz dəhlizi”nin bütün tərkib hissələrinin müəyyənləşməsi ilə bağlı 

müvafiq qərarların qəbul edilməsindən sonra onların həyata keçirilməsi üçün 

zəruri işlərin görülməsi tələb olunurdu.Məhz indiyədək görülmüş tədbirlərin 

məntiqi  nəticəsi  olaraq,  2013-cü  il  dekabrın  17-də  Bakıda  “Şahdəniz-2” 

layihəsi üzrə yekun investisiya qərarının imzalanması mərasimi keçirildi

27



“Şahdəniz”  layihəsinin  ikinci  mərhələsi  və  Cənubi  Qafqaz  Boru 

Kəmərinin  genişləndirilməsi  üzrə  yekun  investisiya  sazişini  SOCAR  və 

“Şahdəniz”  konsorsiumunun  prezidentləri  imzaladılar.  Bununla  yanaşı, 

mərasimdə həm də Azərbaycan, Albaniya, Xorvatiya və Macarıstan arasında 

əməkdaşlıq, “Cənub qaz dəhlizi” və “Cənub-Şərqi Avropa dəhlizi Anlaşma 

Memorandumu” imzalandı. 

Qeyd  olunan  ölkələrlə  bərabər,  Gürcüstan,  Türkiyə,  Böyük  Britaniya, 

ABŞ,  Bolqarıstan  və  İtaliyanın  hökumət  rəhbərləri,  nazir  və  digər  yüksək 

səviyyəli nümayəndələrinin, habelə Avropa İttifaqının enerji məsələləri üzrə 

komissarının  mərasimdə  iştirakı  imzalanan  sənədlərin  mühüm  əhəmiyyət  

kəsb etdiyini bir daha təsdiqləyirdi. 

“Şahdəniz”  yatağının  tammiqyaslı  işlənilməsinin  əhəmiyyətini  nəzərə 

çarpdıran  Prezident  İlham  Əliyev  bu  layihəni  “XXI  əsrin  müqaviləsi” 

adlandırmışdır

28

. Çünki karbohidrogen ehtiyatlarına, geoiqtisadi və geosiyasi 



əhəmiyyətinə  görə  “Şahdəniz”  layihəsi  “Azəri-Çıraq-Günəşli”  yataqları 

üzrə ilk neft müqaviləsi ilə müqayisə oluna bilər. Buna görə də Azərbaycan 

Prezidenti haqlı olaraq vurğulayırdı: “Bu layihə regionun və Avropanın enerji 

xəritəsini dəyişdirəcəkdir”

29



 “Cənub qaz dəhlizi” region ölkələri üçün mühüm siyasi, iqtisadi, sosial 



və  strateji  əhəmiyyət  kəsb  edirdi.  Əvvəla,  layihənin  icrasına  başlanılması 

həmin  ölkələrin  iqtisadiyyatına  irihəcmli  sərmayə  qoyuluşuna  yol  açırdı. 

Ümumiyyətlə,  yatırılacaq  investisiyaların  həcmi  45  milyard  dollar 

səviyyəsində  qiymətləndirilirdi.  Bu  isə  öz  növbəsində  marşrutun  keçdiyi 

ölkələrdə 30 mindən çox iş yerinin açılmasına şərait yaradırdı. Bunun da 10 

mini Azərbaycanın payına düşürdü

30



27  Azərbaycan, 18 dekabr 2013



.

28  Azərbaycan, 18 dekabr 2013

.

29  Azərbaycan, 18 dekabr 2013



.

30  Azərbaycan, 18 dekabr 2013

.



252

ƏRƏSTUN MEHDİYEV

Bahar - 2018

Eyni  zamanda,  Azərbaycan  Avropanın  bazarlarına  birbaşa  çıxış  əldə 

edərək,  digər  qaz  yataqlarında  -  “Abşeron”,  “Ümid”,  “Babək”  və  s.  inten-

siv  hasilat  işlərinə  başlamaq  üçün  imkan  qazanırdı.  Layihənin  həcmi  qaz 

sənayesinin və infrastrukturun inkişafına yeni təkan verməli idi. 

“Cənub qaz dəhlizi” layihəsinin reallaşması tranzit ölkə kimi çıxış edən 

Gürcüstana heç bir maliyyə vəsaiti sərf etmədən gəlir əldə etməyə, təbii qaza 

olan  ehtiyacını  ödəməyə,  yeni  iş  yerləri  hesabına  sosial  problemlərin  həlli 

sahəsində irəliləyişə nail olmağa imkan yaradırdı. 

Türkiyə də öz növbəsində Azərbaycandan daha ucuz qiymətə qaz alaraq, 

mavi  yanacaq  ehtiyaclarının  aradan  qaldırılmasıyla  yanaşı,sosial-iqtisadi 

inkişafa  təsir  göstərən  ciddi  vasitə  əldə  edirdi.  Bu  ölkənin  enerji  və  təbii 

ehtiyatlar naziri T.Yıldızın bildirdiyinə görə, yalnız TANAP boru kəmərinin 

çəkilişindən Türkiyə 4 mlrd. dollar həcmində iqtisadi səmərə qazanacaqdı

31

.  


Bu özünü ölkənin iqtisadi və logistika imkanlarından, işçi qüvvəsindən, ticarət 

şəbəkəsindən və s. istifadə olunmasında göstərəcəkdi. 

Qeyd edilənlərlə yanaşı, layihənin uğurla həyata keçirilməsi Azərbaycan, 

Gürcüstan  və Türkiyənin  geosiyasi  mövqelərinin  möhkəmlənməsində  ciddi 

rol oynayan amil kimi qiymətləndirilməlidir. 

“Cənub qaz dəhlizi” Avropa ölkələri üçün də mühüm siyasi və iqtisadi 

əhəmiyyətə  malik  idi.  Belə  ki,  onlar  Azərbaycanın  timsalında  yeni  qaz 

mənbəyinə çıxış əldə edirdilər. Xəzər dənizindəki yataqlardan idxal olunan qaz 

Avropanın enerji təhlükəsizliyinin artmasına öz töhfəsini verəcəkdir. Bu fikir 

Avropa ölkələri və ABŞ nümayəndələrinin Bakıdakı mərasimdə çıxışlarında 

xüsusi vurğulanırdı. 

Həmin  ölkələr  sırasında  Albaniya  özünəməxsus  yer  tuturdu.  Məhz 

mənbəyini Azərbaycandan götürən boru kəməri hesabına Albaniyanın qazlaş-

dırılması prosesinə başlamaq mümkün olacaqdı. 

“Şahdəniz-2”  layihəsi  üzrə  yekun  investisiya  sazişi  imzalandıqdan 

sonra Azərbaycan hökuməti bütün diqqətini “Cənub qaz dəhlizi” layihəsinin 

vaxtında  və  keyfiyyətlə  həyata  keçirilməsinə  yönəltdi.  Bu  məqsədlə  lazımi 

idarəetmə mexanizminin qurulması və maliyyə mənbələrinin təmin olunması 

üçün  Azərbaycan  Prezidenti  25  fevral  2014-cü  ildə  “Şahdəniz”  qaz-

31  Зеркало, 5 октября 2013.




Yüklə 247,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə