Enerji resurslarinin nəQLİNDƏ azərbaycan tüRKİYƏ ƏMƏkdaşLIĞI: “nabukko”dan “CƏnub qaz



Yüklə 247,45 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix23.09.2018
ölçüsü247,45 Kb.
#70329
1   2   3   4   5   6

244

ƏRƏSTUN MEHDİYEV

Bahar - 2018

artırmağa imkan verirdi. Eyni zamanda, alternativ qaz mənbələri axtarışında 

olan Avropa ölkələri Azərbaycanın enerji ehtiyatlarına getdikcə daha çox maraq 

göstərirdilər. Çünki Rusiyadan enerji asılılığının zəiflədilməsinə çalışan Qərb 

dövlətləri üçün qaz təchizatı mənbələrinin və marşrutlarının şaxələndirilməsi 

məsələsinin həlli vacib vəzifə idi. Bu sahədə göstərilən təşəbbüslər yeni enerji 

layihələrinin meydana çıxmasını şərtləndirirdi. 

Nabukko.Avropanın enerji təhlükəsizliyinin  gücləndirilməsi üçün hələ 

2002-ci  ilin  fevralında  Türkiyə,  Bolqarıstan,  Rumıniya  və Avstriyanın  qaz 

şirkətlərinin danışıqları nəticəsində “Nabukko” adlı layihə irəli sürülmüşdü

5



Həmin dövrdə bu kəmər vasitəsilə Avropanın əsas qaz təchizatçıları kimi İraq, 

İran və Yaxın Şərq ölkələri nəzərdə tutulurdu. Azərbaycan o zamanhələ qaz 

potensialı ilə tanınmırdı. Hətta öz daxili tələbatını ödəmək iqtidarında deyildi 

və xaricdən mavi yanacaq

6

 idxal edirdi. Yalnız 2006-cı ildə “Şahdəniz”dən 



qaz hasilatının başlanması və Bakı-Tbilisi-Ərzurum boru kəmərinin istifadəyə 

verilməsilə Azərbaycan  yeni  qaz  təchizatı  mənbəyi  kimi  diqqət  mərkəzinə 

gəldi.  Digər  tərəfdən,  İraqda  hökm  sürən  gərgin  hərbi-siyasi  vəziyyət  və 

İranın nüvə proqramı ilə əlaqədar ABŞ-la kəskin xarakter almış münasibətləri 

həmin ölkələrin “Nabukko” layihəsi üzrə qaz təchizatçısı kimi çıxış etməsinə 

əngəl yaradırdı. 

Meydana  çıxan  maliyyə-texniki  və  digər  problemlərin  həlli  sahəsində 

qəti  addımların  atılmaması  layihənin  reallaşmasını  ləngidirdi.  Uzun 

müzakirələrdən sonra yalnız 2007-ci ildə “Nabukko” kəmərinin tikintisi üzrə 

beynəlxalq  konsorsium  yaradıldı.  Konsorsiumun  tərkibinə  hər  biri  bərabər 

(16,67%)  paya malik olan 6 üzv – Almaniyanın “RWE”,  Avstriyanın “OMV”, 

Türkiyənin  “Botaş”,  Bolqarıstanın  “Bulqarqaz”,  Rumıniyanın  “Transqaz”, 

Macarıstanın “MOL” şirkətləri daxil oldular

7



Avropada Azərbaycan  Dövlət  Neft  Şirkətinin  də  layihəyə  qoşulmasına 

maraq ifadə olunsa da, Azərbaycanın bu kəmər ilə qaz ixrac etməsinə dair 

mövqeyi  qətiləşmədiyinə görə,  SOCAR-ın  “Nabukko”  səhmdarları sırasına 

daxil olması hələ müəmmalı görünürdü. 

Bununla belə, Xəzər hövzəsi regionunda özünün geosiyasi maraqlarını fəal 

həyata keçirən ABŞ hökuməti nəinki Azərbaycanın, həm də Türkmənistanın 



Azərbaycan, 29 yanvar 2009.

Qaz.





525-ci qəzet, 27 yanvar  2009.


245

ENERJİ RESURSLARININ NƏQLİNDƏ AZƏRBAYCAN-TÜRKİYƏ ƏMƏKDAŞLIĞI: 

“NABUKKO”DAN “CƏNUB QAZ DƏHLİZİ”NƏ

Sayı: 97


bu layihəyə qoşulması üçün böyük səy göstərirdi. Belə ki, ABŞ Prezidenti Corc 

Buş 2008-ci ilin iyun ayında Prezident İlham Əliyevə göndərdiyi məktubda 

qeyd edirdi: “Azərbaycan dünya bazarlarının neft təchizatının artırılmasına 

başladığından,  Amerika  BirləşmişŞtatları  və  onun  avropalı  tərəfdaşları 

Azərbaycanda həm də qaz hasilatının genişləndiriləcəyinə ümid edir. İnanırıq 

ki, bu, Azərbaycanın strateji əhəmiyyətini artıracaq və Türkiyə - Yunanıstan 

-İtaliya və “Nabukko” qaz boru kəmərinin reallaşması iləAvratlantik Birliyi ilə 

əlaqələrini dərinləşdirəcəkdir. Azərbaycan Mərkəzi Asiya qazının gələcəkdə 

Avropa bazarlarına ixracatında da mühüm rol oynaya bilər”

8



Azərbaycanın Şərq-Qərb enerji-nəqliyyat dəhlizində əhəmiyyətli coğrafi 

mövqe  tutması,  həm  region,  həm  də  Qərb  ölkələri  ilə  qarşılıqlı-faydalı 

əməkdaşlığa təşəbbüs göstərməsi ona olan inamı gücləndirirdi. 

2009-cu ilin yanvar ayında Rusiya ilə Ukrayna arasında yaranmış “qaz 

böhranı” nəticəsində Avropa ölkələrinə mavi yanacaq nəqlinin dayandırılması 

“Nabukko” layihəsinin aktuallığını  daha da artırdı. Həmin dövrdə Rusiyadan 

ildə 150 mlrd. kubmetrdən çox qaz idxal edən Avropa soyuq qış günlərində 

kəskin  yanacaq  qıtlığı  ilə  üzləşdi.  Çünki  Qərb  dövlətlərinin  qaz  idxalının 

yarıdan  çoxu  Rusiyanın  payına  düşürdü.  Bu  isə  bütövlükdə  Avropanın 

tələbatının 30%-ni təşkil edirdi

9



“Qaz böhranı” Rusiyadan yan keçən “Nabukko” layihəsi üzrə danışıqların 



sürətləndirilməsinə təkan verdi.  Lakin qeyd etmək lazımdır ki, “Nabukko” 

layihəsində  bütün  iştirakçı  dövlətlərin  öz  maraqları  var  idi.  Hər  dövlət  bu 

layihədən  maksimum  faydalanmağa  çalışırdı.  Maraqların  uzlaşdırılması 

sahəsində çətinliklər isə danışıqlar prosesini uzadırdı. 



Cənub qaz dəhlizi. 2011-ci il yanvarın 13-də Bakıda Prezident İlham 

Əliyev  və Avropa  Komissiyasının  sədri  Xose  Manuel  Barrozu  “Cənub  qaz 

dəhlizi haqqında Birgə Bəyannamə”ni imzaladılar

10

.  Bununla da Azərbaycan 



qazının Avropa  bazarına  çıxışı  üçün  mühüm  siyasi  razılaşma  əldə  olundu. 

Qarşılıqlı maraqlardan doğan bu sənəd əməkdaşlığın inkişafında yeni mərhələ 

açırdı. 

Avropaya qaz ixracı ilə bağlı layihənin reallaşması Türkiyə ilə danışıqların 

nəticəsindən  asılı  idi.  Nəhayət,  2011-ci  il  oktyabrın  25-də  Azərbaycan 



Azərbaycan, 4 iyun 2008.



Известия, 29января 2009.

10  Azərbaycan, 14 yanvar 2011

.



246

ƏRƏSTUN MEHDİYEV

Bahar - 2018

Prezidenti  İlham  Əliyevin  Türkiyəyə  səfəri  gedişində  indiyədək  gərgin 

müzakirələri yekunlaşdıran bir sıra sazişlər imzalandı. Beləliklə, imzalanmış 

sənədlər qazın alqı-satqısı və tranzitinə dair şərtləri tənzimləyərək, Azərbaycan 

qazının Türkiyə və Avropaya nəqli üçün əlverişli hüquqi baza yaradırdı

11



“Bölgədə mövcud balansı dəyişdirəcək anlaşma” kimi qiymətləndirilən 

sazişlərə görə, Türkiyə “Şahdəniz-2” layihəsindən 6 mlrd. kubmetr qaz ala 

bilərdi.  Ona  bu  qazı  üçüncü  ölkələrə  satmaq  (reeksport)  hüququ  verilirdi. 

Nəql olunacaq qazın 10 mlrd. kubmetri isə Avropaya ixrac edilməli idi

12



Sazişdə diqqəti cəlb edən əsas məqamlardan biri yeni qaz boru kəmərinin 



inşasına  dair  maddənin  razılaşdırılmasıdır.  Bu  qaz  kəmərinin  Azərbaycan 

və  Türkiyə  tərəfindən  inşa  edilməsi  nəzərdə  tutulurdu.  İşlərin  2017-ci  ilin 

sonunadək yekunlaşdırılması planlaşdırılırdı

13



Beləliklə, iki ölkə yeni qaz kəməri tikintisi təşəbbüsü ilə çıxış edərək, 

Trans-Anadolu  Qaz  Kəməri  (TANAP)  ideyasının  əsasını  qoydu.  Bu  isə 

həqiqətən də regionda yeni enerji xəritəsinin çəkilməsi kimi qiymətləndirilir. 

Əlbəttə, bu, Azərbaycan tərəfindən atılmış cəsarətli addım idi. “Nabukko” 

kəmərinin  doldurulması  üçün  kifayət  qədər  qaz  mənbələrinin  təmin 

olunmaması onun maliyyələşdirilməsinə ciddi problemlər doğururdu. Həmin 

problemlər isə müzakirələrin uzanmasına, boru kəmərinin tikintisi ilə bağlı 

qərarın ləngiməsinə səbəb olurdu. Məsələn, 2011-ci ilin oktyabrında yenə də 

kəmərin  istifadəyə  verilməsi  vaxtının  2017-ci  ildən  2018-ci  ilə  keçirilməsi 

haqqında qərar qəbul olunmuşdu

14



Belə  şəraitdə  Azərbaycan  təşəbbüsü  ələ  alaraq,  Türkiyə  ilə  birlikdə 



TANAP boru kəmərinin inşası məsuliyyətini öz üzərinə götürdü. Əks halda 

“Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsinin yenə də təxirə salınması 

labüd  idi.  Bu  isə Azərbaycanın  iqtisadi  və  siyasi  mənafelərinə  ciddi  zərbə 

vururdu. Buna görə də vəziyyəti düzgün qiymətləndirərək operativ qərar qəbul 

etmək lazım idi. Azərbaycan və Türkiyə yeni qaz boru kəmərinin - TANAP-ın 

inşasını maliyyələşdirmək barədə razılığa gələrək strateji əhəmiyyətli qərar 

qəbul etdilər. 

11  Azərbaycan, 26 oktyabr 2011.

12  Xalq qəzeti, 30 oktyabr 2011.

13  Xalq qəzeti, 30 oktyabr 2011;Kaspi, 28 oktyabr 2011.

14  Зеркало,21 февраля 2012.



Yüklə 247,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə