Enerji resurslarinin nəQLİNDƏ azərbaycan tüRKİYƏ ƏMƏkdaşLIĞI: “nabukko”dan “CƏnub qaz



Yüklə 247,45 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix23.09.2018
ölçüsü247,45 Kb.
#70329
1   2   3   4   5   6

247

ENERJİ RESURSLARININ NƏQLİNDƏ AZƏRBAYCAN-TÜRKİYƏ ƏMƏKDAŞLIĞI: 

“NABUKKO”DAN “CƏNUB QAZ DƏHLİZİ”NƏ

Sayı: 97


Qaz  ixracına  nəzərdə  tutulduğu  vaxtda  başlamaq  üçün  boru  kəmərinin 

tikintisi ilə bağlı işlərin paralel olaraq uyğun rejimdə davam etdirilməsi zəruri 

idi. Bu baxımdan 2012-ci il iyunun 26-da İstanbulda Azərbaycan Prezidenti 

İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 

imzalanmış sənədlər mühüm əhəmiyyət kəsb edirdi

15

.  



Bu layihənin icrası Azərbaycan və Türkiyənin, habelə Avropanın enerji 

təhlükəsizliyinin gücləndirilməsinə vacib töhfə kimi qiymətləndirilirdi. Qeyd 

etmək lazımdır ki, TANAP layihəsi Avropa ölkələrinin “Nabukko” ətrafında 

apardıqları  uzunmüddətli  səmərəsiz  danışıqların  məntiqi  nəticəsi  olaraq 

meydana çıxmışdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev deyirdi: “Biz 

görürdük ki, bu müzakirələr elə durmadan davan  edir, amma ortada bir nəticə 

yoxdur.  Həmişə  olduğu  kimi,  ikitərəfli  məsləhətləşmələr  aparmaqla  qərara 

gəldik  ki,  Türkiyə  və Azərbaycan  bu  məsələdə  liderliyi  üzərinə  götürməli 

və  bu  layihəni  birlikdə  icra  etməlidirlər.  Bu,  sırf Türkiyə  və Azərbaycanın 

layihəsidir”

16



Qaz boru kəmərinin ilkin buraxılış gücü ildə  16 milyard kubmetr, sonrakı 



mərhələdə isə 24 milyard kubmetr və daha çox nəzərdə tutulurdu. Layihənin 

inşasına 7-10 milyard dollar sərf oluna bilərdi

17

.

“Cənubi  qaz  dəhlizi”nin  tərkib  hissəsi  olan  TANAP  Xəzər  qazının 



Avropaya nəqlini təmin etməklə, Azərbaycanın beynəlxalq satış bazarlarına 

çıxışına və orada möhkəmlənməsinə şərait yaradırdı. Eyni zamanda, layihənin 

reallaşması  Azərbaycanın  və  Türkiyənin  iqtisadi  potensialının,  enerji 

təhlükəsizliyinin və strateji rolunun artmasına xidmət edirdi. 

TANAP  həm  də  Avropanın  qaz  təchizatında  və  bütövlükdə  enerji 

təhlükəsizliyində  tədricən  mühüm  amilə  çevrilə  bilərdi.  Belə  ki,  bu  kəmər 

Avropaya  enerji  daşıyıcılarının  idxalı  marşrutlarının  şaxələndirilməsinə 

imkan verirdi. Bu isə müasir dövrün geosiyasi mənzərəsinin formalaşmasında 

əhəmiyyətli yer tuturdu. 

TANAP-ın yalnız Azərbaycan və Türkiyə üçün deyil, həm də Avropaya 

faydalı  olacağını  yazan  ABŞ-ın  “Forbes”  jurnalı  qeyd  edirdi  ki,  “əlverişli 

15  Xalq qəzeti, 18 iyun 2012.

16  Xalq qəzeti, 18 iyun 2012.

17  Азербайджанские известия, 21 ноября 2012; Бакинский рабочий, 1 января 2013.




248

ƏRƏSTUN MEHDİYEV

Bahar - 2018

coğrafi vəziyyəti və etibarlı tərəfdaş adı Azərbaycana öz qaz ehtiyatlarından 

uğurla istifadə etməyə kömək göstərdi”

18



Türkiyədən  keçən  yeni  qaz  boru  kəməri  layihəsinin  meydana  çıxması 

“Nabukko” layihəsinin dəyişikliyə məruz qalmasına və Türkiyə-Bolqarıstan 

sərhədlərindən başlayan “Nabukko Vest” variantına çevrilməsinə səbəb oldu. 

Azərbaycanla Türkiyənin qarşılıqlı faydalı əməkdaşlığının təzahürü olan 

TANAP-ın  həyata  keçirilməsi  sahəsində  işlər  sürətlə  aparılırdı.  Layihənin 

hüquqi bazasının yaradılması bilavasitə tikinti işləri mərhələsinə keçməyə yol 

açırdı. 

2012-ci il dekabrın 18-də Bakıda SOCAR ilə imzalanmış ilkin çərçivə 

sazişinə  görə,  “BP”  12%  pay  əldə  etməklə  TANAP  layihəsinə  qoşuldu. 

Razılaşmanın bütün şərtlərini əks etdirən müqavilənin son variantı üzərində iş 

davam edirdi. Məsələ ilə bağlı yekun sənəd 2015-ci il martın 13-də Türkiyədə 

imzalandı

19

. Beləliklə, SOCAR (58%), “Botaş” (30%) və “BP”(12%) layihənin 



səhmdarları oldular. Başqa şirkətlər də boru kəmərinə maraq göstərsələr də, 

iştirakçılara qoşulmadılar.

Qeyd etmək lazımdır ki, “Şahdəniz” layihəsinin və Cənubi Qafqaz Boru 

Kəmərinin operatoru olan “BP”-nin və digər şirkətlərin TANAP-da iştirakı 

boru kəmərinin etibarlılığını artırır, onun uzunmüddətli fəaliyyətinə maliyyə 

və siyasi dəstəyin ifadəsi kimi qiymətləndirilirdi. 

TANAP layihəsinin həyata keçirilməsi ilə bağlı intensiv işlərin aparıldığı 

vaxtda Azərbaycan qarşısında mavi yanacağın Türkiyə sərhədindən Avropaya 

nəql olunacağı iki marşrutdan – “Nabukko” və TAP-dan birinin seçilməsi kimi 

mühüm  və  mürəkkəb  vəzifə  dururdu.  Bu  isə  artıq  yalnız  iqtisadi  səciyyəli 

məsələ deyildi. Qərarın qəbuluna təsir edə bilən geostrateji və siyasi amillər 

özünü daha qabarıq şəkildə göstərməyə başlayırdı. 

Bununla  bağlı  qeyd  etmək  lazımdır  ki,  2013-cü  il  iyunun  ortalarında 

“Nabukko” konsorsiumunun mətbuat üçün yaydığı məlumatda bildirilirdi ki, 

onun üzvləri Avstriya, Bolqarıstan, Macarıstan və Rumıniya prezidentlərinin 

həmin layihəni dəstəkləyən bəyanatlarını bəyənirlər. Məlumata görə, göstərilən 

ölkələrin  prezidentləri  Azərbaycan  Prezidenti  İlham  Əliyevə  ünvanlanmış 

18  Бакинский рабочий, 21 ноября 2012.

19  Şərq, 14 mart 2015; Зеркало, 29 января 2013.



249

ENERJİ RESURSLARININ NƏQLİNDƏ AZƏRBAYCAN-TÜRKİYƏ ƏMƏKDAŞLIĞI: 

“NABUKKO”DAN “CƏNUB QAZ DƏHLİZİ”NƏ

Sayı: 97


məktubda “Nabukko” qaz boru kəmərinin tikintisinə dəstək ifadə etmişdilər. 

Bu təşəbbüsə Türkiyə də qoşulmuşdu

20



Azərbaycan  həmin  ölkələrlə  sıx  iqtisadi  və  siyasi  əlaqələrə  malik  idi. 



Son  illərdə  bu  dövlətlərin  prezidentlərinin  Azərbaycana  ardıcıl  səfərləri 

zamanı enerji daşıyıcıları sahəsindəəməkdaşlıq məsələləri diqqət mərkəzində 

olmuşdu.  Lakin  marşrut  seçimində    texniki  və  iqtisadi  şərtlər,  kommersiya 

sərfəliliyi və siyasi amilləri nəzərə alan Azərbaycanın maraqları əsas götürülə 

bilərdi. 

Nəhayət, çoxdan gözlənilən qərar 2013-cü il iyunun 28-də elan olundu. 

“Şahdəniz” konsorsiumu Azərbaycan qazını Avropaya nəql etmək üçün Trans-

Adriatik boru kəmərini (TAP) seçdiyini açıqladı

21



Bununla da Azərbaycan qazının ilk dəfə Avropaya TAP vasitəsilə nəql 



olunacağı dəqiqləşdi. Eyni zamanda, Türkiyə, Yunanıstan, Albaniya və İtali-

yanı birləşdirən TAP boru kəməri “Cənub qaz dəhlizi”nin formalaşmasında 

mühüm addım oldu. Bu kəmər həm də qismən Bolqarıstanın qaz təchizatında 

öz rolunu oynayacaqdı. 

“Cənub qaz dəhlizi”nin fəaliyyətə başlaması Xəzər dənizindəki yeni qaz 

yataqlarının daha sürətlə işlənməsinə və Azərbaycana əlavə sərmayə yatırıl-

masına təkan verəcək, habelə TAP-ın keçdiyi ölkələrin iqtisadi inkişafına və 

enerji təhlükəsizliyinin güclənməsinə xidmət edəcəkdir. 

“Şahdəniz” konsorsiumunun TAP layihəsinə üstünlük verməsi ABŞ, Bö-

yük Britaniya və Avropa İttifaqı tərəfindən də dəstəkləndi

22

. Yəni Azərbaycanın 



strateji  seçimi  Qərb  ölkələrinin  ilkin  gözləntiləri  ilə  üst-üstə  düşməsə  də, 

nəticə etibarilə onların maraqlarına uyğun idi. 

TAP-ın  Azərbaycan  tərəfindən  seçilməsi  həm  iqtisadi,  həm  də  siya-

si  amillərlə  bağlı  idi.  Əvvəla,  TAP  uzunluğu  1300  km-ə  çatan  “Nabukko 

Vest”dən 442 km qısa olduğu üçün tikinti xərcləri daha az olacaqdı. Həm də 

TAP-ın çıxacağı yunan və italyan bazarında qazın qiyməti Mərkəzi və Şərqi 

Avropa ölkələrinə nisbətən yüksək idi. Bu isə Azərbaycan üçün kommersi-

ya baxımından daha sərfəli hesab olunurdu. Eyni zamanda, həmin bazarlarda 

Azərbaycan qazına tələbat böyük idi. Belə ki, ilkin mərhələdə nəql olunacaq 

20  Зеркало, 21 июня 2013.

21  Respublika, 29 iyun 2013.

22  Respublika, 29 iyun 2013.




Yüklə 247,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə