Enerji resurslarinin nəQLİNDƏ azərbaycan tüRKİYƏ ƏMƏkdaşLIĞI: “nabukko”dan “CƏnub qaz



Yüklə 247,45 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix23.09.2018
ölçüsü247,45 Kb.
#70329
1   2   3   4   5   6

253

ENERJİ RESURSLARININ NƏQLİNDƏ AZƏRBAYCAN-TÜRKİYƏ ƏMƏKDAŞLIĞI: 

“NABUKKO”DAN “CƏNUB QAZ DƏHLİZİ”NƏ

Sayı: 97


kondensat yatağının istismarının ikinci mərhələsi və “Cənub qaz dəhlizi”nin 

yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” sərəncam 

imzaladı

32

.  



Sərəncama əsasən, “Cənub qaz dəhlizi”nə aid layihələrin səmərəli idarə 

olunması məqsədilə SOCAR-a qapalı səhmdar cəmiyyəti yaradılması tapşırı-

lırdı. Nizamnamə kapitalı 100 mln. dollar təşkil edən cəmiyyətin səhmlərinin 

51 faizi dövlətə, 49 faizi isə SOCAR-a məxsus idi. 

“Cənub  qaz  dəhlizi”nin  tərkib  hissələri  olan  “Şahdəniz-2”,  CQBK, 

TANAP  və  TAP  layihələrinin  səhmdar  şirkətləri  öz  strategiyalarına  uyğun 

surətdə  konkret  addımlar  ataraq,  ilk  növbədə,  kommersiya  maraqlarının 

qorunmasına üstünlük verirdilərsə, həmin layihələrin keçdiyi ölkələr, əlbəttə 

ki,  enerji  təhlükəsizliyinin  səmərəli  və  uzunmüddətli  təmin  olunmasına 

çalışırdılar. Ona görə də “Cənub qaz dəhlizi”nin tezliklə həyata keçirilməsi 

bütün tərəflərin mənafelərinə uyğun idi.  Bu baxımdan 2014-cü il sentyabrın 

20-də  Bakı  yaxınlığında  yerləşən  Səngəçal  terminalında  “Cənub  qaz 

dəhlizi”nin təməlqoyma mərasiminin keçirilməsi layihənin icrasında mühüm 

mərhələnin başlanğıcı kimi böyük əhəmiyyət kəsb edirdi. 

Mərasimdə çıxış edən müxtəlif dövlətlərin yüksək səviyyəli təmsilçiləri 

“Cənub qaz dəhlizi”nin Avropa ölkələrinin enerji təhlükəsizliyində oynayacağı 

rolu xüsusi olaraq vurğuladılar. Bolqarıstanın 2009-cu ildəki qaz böhranından 

ciddi  ziyan  çəkdiyini  qeyd  edən  bu  ölkənin  Prezidenti  R.Plevneliyev 

dedi:  “Bizim  ölkə  bir  kəmərdən  asılı  idi  və  heç  bir  alternativimiz  yox  idi. 

Bolqarıstan iqtisadiyyatı ayda yüzlərlə milyon avro zərər çəkirdi. Alternativ 

mənbələrin  təmin  edilməsi  bizim  üçün  milli  maraq  əhəmiyyətli  məsələ  və 

enerji marşrutunun şaxələndirilməsi başlıca prioritet idi... “Cənub qaz dəhlizi” 

bu illər ərzində yaşanmış asılılığın sonu olacaq. Bizim regionu və daha geniş 

məkanı - Avropanı asılılıqdan azad edəcək”

33



Layihənin gerçəkləşməsinin ölkə üçün həyati əhəmiyyətli məsələ olduğunu 



qeyd edən Prezident R.Plevneliyev Bolqarıstanı Yunanıstanla birləşdirən qaz 

kəmərinin  inşasının  2016-cı  ilə  qədər  başa  çatacağını,  Bolqarıstan-Türkiyə 

boru kəmərinin isə tezliklə tikilməsi üçün çalışacaqlarını bildirdi.  

32  Azərbaycan, 26 fevral 2014

.

33  Azərbaycan, 21 sentyabr 2014



.


254

ƏRƏSTUN MEHDİYEV

Bahar - 2018

Avropa  Birliyinin  mövqeyini  ifadə  edən  X.Barrozunun  da  fikirləri 

diqqəti çəkir: “Bu layihə yalnız kəmər deyil, XXI əsrin mühüm strateji enerji 

dəhlizidir. Bu, sözün əsil mənasında, geostrateji bir layihə olacaq”

34

.

Beləliklə,  “Cənub  qaz  dəhlizi”nin  təməlqoyma  mərasiminin  “Əsrin 



müqaviləsi”nin 20 illik yubileyinə təsadüf etməsi həm də rəmzi məna daşıyırdı. 

Bütün cəhətlərinə görə ilk neft müqaviləsi və BTC-nin regiondakı əhəmiyyətli 

rolu ilə müqayisə oluna biləcək “Cənub qaz dəhlizi”nin təməlinin qoyulması 

Azərbaycanda qaz erasının başlanğıcına yol açırdı. 

Lakin  layihənin  uğurla  irəliləməsi  Avropa  ölkələrində  bəzi  qrupların 

narahatlığına  səbəb  olur,  ona  əngəl  törədilməsi  üçün  müxtəlif  bəhanələrə 

əl atırdılar. BTC-nin tikintisi dövründə olduğu kimi, indi də əsas arqument 

qismində ekologiya, ətraf mühitin qorunması və tarixi abidələrin mühafizəsi 

məsələləri  istifadə  olunurdu.  Bu  dəfə  eyni  vasitələr  daha  çox  “Cənub  qaz 

dəhlizi” layihəsinin sonuncu seqmenti olan TAP kəmərinə qarşı yönəldilmişdi.

İtaliyada  və  qismən  də  Yunanıstanda  boru  kəməri  əleyhinə  aparılan 

kampaniyada yuxarıda göstərilən “arqumentlər”lə yanaşı, həm də layihə üçün 

torpaq  sahələrinin  satın  alınmasında  korrupsiya  hallarına  yol  verilməsi  ilə 

bağlı iddialar irəli sürülürdü

35



Bu kampaniyanın əsas icraçıları müəyyən siyasi partiyalar və QHT-lər 



idi. Lakin onlar yenə də öz məqsədlərinə çatmadılar. Aparılan araşdırmalar 

həmin iddiaların heç bir əsası olmadığını sübut etdi. Tikinti işləri ləngisə də, 

onu dayandırmaq mümkün olmadı. 

Süni maneələrin aradan qaldırılmasına baxmayaraq, alternativ marşrutların  

çəkilməsi “Cənub qaz dəhlizi”nin fəaliyyətinə və perspektiv inkişafına əngəl 

törədə bilərdi. Belə ki, həmin dövrdə Rusiyadan Qara dənizin dibi ilə Türkiyə 

sularından  və  Bolqarıstan  ərazisindən  keçməkləAvropaya  çəkilən  “Cənub 

axını” kəmərinin inşası Avropa İttifaqının təzyiqləri nəticəsində dayandırıldı. 

Bolqarıstanın  tikintiyə  icazə  verməkdən  imtina  etməsinə  görə,  Rusiya 

Prezidenti V.Putin 2014-cü il dekabrın ilk günlərində Ankaraya səfəri zamanı 

“Cənub axını” layihəsinin reallaşmayacağını bildirdi

36



Bunun  əvəzində  “Qazprom”  kəmərin  Qara  dənizin  dibi  ilə  Türkiyəyə 

qədər uzadılması və Türkiyə-Yunanıstan sərhədindən qazın Avropa ölkələrinə 

34  Azərbaycan, 21 sentyabr 2014

.

35  Azadlıq, 25 noyabr 2014.



36  Российская газета, 3 декабря 2014.


255

ENERJİ RESURSLARININ NƏQLİNDƏ AZƏRBAYCAN-TÜRKİYƏ ƏMƏKDAŞLIĞI: 

“NABUKKO”DAN “CƏNUB QAZ DƏHLİZİ”NƏ

Sayı: 97


satılması variantını nəzərdən keçirməyə başlamışdı. Belə olan halda “Cənub 

qaz dəhlizi” ilə eyni bazarlara çıxan “Türk axını” adını almış bu kəmər ciddi 

rəqabət yarada bilərdi. 

Buna baxmayaraq, Azərbaycan hökuməti “Cənub qaz dəhlizi” layihəsinin 

vaxtında  icra  olunması  üçün  zəruri  tədbirləri  görürdü.  Məhz  Prezident 

İlham  Əliyevin  təşəbbüsü  ilə  2015-ci  il  fevralın  12-də  Bakıda  “Cənub  qaz 

dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ilk iclası keçirildi. Layihəyə 

qoşulmuş ölkələrin energetika nazirlərinin, Aİ, ABŞ, Böyük Britaniya, habelə 

beynəlxalq  maliyyə  qurumları  nümayəndələrinin  iştirakı  ilə  təşkil  olunmuş 

görüşdə  “Cənub  qaz  dəhlizi”nin  qrafikə  uyğun  şəkildə  həyata  keçirilməsi 

üçün qarşıda duran vəzifələr və onların həlli yolları müzakirə edildi

37



Azərbaycan  “Cənub  qaz  dəhlizi”nə  yalnız  kommersiya  layihəsi  kimi 

yanaşmırdı.  2015-ci ildə dünya bazarında neftin bir barrelinin qiymətinin 50 

dollardan aşağı düşməsi enerji layihələrinə maliyyə problemi yaradırdı. Lakin 

vaxtilə BTC İxrac Boru Kəmərinin tikintisi ilə bağlı məsələlərin həll olunduğu 

dövrdə neftin qiymətinin kəskin şəkildə enməsinə baxmayaraq, Azərbaycan 

və  onun  tərəfdaşlarının  siyasi  iradəsi  nəticəsində  layihəni  reallaşdırmaq 

mümkün oldu. Buna görə də Prezident İlham Əliyev Münxen Təhlükəsizlik 

Konfransında qeyd edirdi ki, enerji daşıyıcılarının qiymətinin aşağı düşməsi 

“Cənub qaz dəhlizi” layihəsinin kommersiya baxımından dayanıqlı olmasını 

çətinləşdirsə  də,  ona  iştirakçı  ölkələrin  enerji  təhlükəsizliyinə  və  nəticə 

etibarilə milli təhlükəsizliyinə xidmət edən ideya kimi yanaşılmalıdır

38



Məsələlərin həlli ilə bağlı prinsipial və konstruktiv mövqeyini saxlayan 

Azərbaycan  “Cənub  qaz  dəhlizi”nin  də  gerçəkləşməsi  sahəsində  iştirakçı 

ölkələrdən qətiyyət və ardıcıllıq göstərilməsinin tərəfdarı idi. 

Məşvərət Şurasının birinci iclasında çıxış edən Avropa Komissiyasının 

enerji məsələləri üzrə sədr müavini M.Şevçoviç vaxtilə “Nabukko” layihəsi 

ilə  bağlı  kifayət  qədər  siyasi  dəstək  və  əlaqələndirmə  mexanizminin 

çatışmadığını etiraf edərək, indi səhvlərin aradan qaldırılmasının zəruriliyini 

bildirdi. O, “Cənub qaz dəhlizi”nin əhəmiyyətini əsaslandıraraq qeyd edirdi: 

“Bu gün Avropa İttifaqında apardığımız hesablamalara görə, istifadə etdiyimiz 

qazın 65 faizi, neftin isə 90 faizi idxal edilir. Gələcəkdə Avropa İttifaqına idxal 

edəcəyimiz qazın həcmi 84 faiz, neftin həcmi isə 94 faiz olacaq”

39



37  Azərbaycan, 13 fevral 2015

.

38  Xalq qəzeti, 7 fevral 2015.



39  Azərbaycan

14 fevral 2015



.


Yüklə 247,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə